Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4376/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qərarı ləğv edilməsi, həmin qərar əsasında artıq ödəmə kimi müəyyən edilərək, tutulmuş pul məbləğinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "qərarı ləğv edilməsi, həmin qərar əsasında artıq ödəmə kimi müəyyən edilərək, tutulmuş pul məbləğinin geri qaytarılması" tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı övladı - ##.##.2016-cı il təvəllüdlü X1 ##.##.2018-ci il tarixdə 3 il müddətinə ümumi səbəbdən əlillik təyin edilmiş, növbəti müayinə ##.##.2022-ci il tarixdə aparılmış və ##.##.2022-ci il tarixdən 3 il müddətinə ümumi səbəbdən əlillik təyin edilmiş, həmçinin yenidən müayinə aparılaraq, ##.##.2023-cü il tarixdən müddətsiz əlillik təyinatı aparılmışdır.
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarından görünür ki, İddiaçı münasibətdə 18 yaşınadək SIMU qulluq edənlərə Prezident təqaüdü ilə bağlı ****** nömrəli ərizəyə əsasən ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək artıq ödənilmiş vəsait aşkarlanmışdır.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli, ***** nömrəli qərarından görünür ki, İddiaçı ##.##.2022-ci il tarixdən 200 manat sosial müavinət təyin edilmişdir, Qeyd hissəsində göstərilmişdir ki, ##.##.2021-ci il tarixindən ##.##.2022-ci il tarixinədək artıq ödənilmiş məbləğin İddiaçı ödənilən müavinətdən tutulması qərara alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarın, ##.##.2022-ci il tarixli, ***** nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi və artıq ödəmə kimi müəyyən edilərək ondan tutulmuş 1256 manat pul məbləğinin geri qaytarılması və 2022-ci ilin mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X1 anadan olduqdan bir müddət sonra onun anadangəlmə serebral iflic xəstəsi olduğu müəyyən edilmişdir. Həmin zaman sağlamlıq imkanları məhdud statusunun qızının 18 yaşınadək, yəni ##.##.2034-cü ilə qədər olduğu deyilmişdir. 2022-ci ilin yanvar ayında qızına ödənilən müavinət dayandırılmışdır. O, bu barədə yalnız müavinətin hər kəsə yükləndiyini öyrəndikdən sonra ATM-ə yaxınlaşdıqdan bir neçə gün sonra bilmişdir. Bunun səbəbini öyrənmək üçün cavabdeh orqana yaxınlaşdıqda, əslində övladının əlilliyinin bir müddət əvvəl dayandırıldığını, lakin hər ay ona ödənişlərin adi qaydada səhvlik nəticəsində ödənildiyi bildirilmişdir. 2022-ci ilin yanvar ayında müavinət dayandırıldıqdan dərhal sonra sənədləri toplayıb 2022 fevral ayında Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etmiş, fevral ayının sonlarında bütün prosedurlardan keçmiş, 2 aydan sonra ona məlum olmuşdur ki, tibbi göndəriş Komissiyaya 2 ay yarım sonra göndərildiyi üçün hələ də əlillik təyin olunmamışdır (Hansı səbəbdən gec göndərilməsi ona məlum deyil). 2022-ci ilin may ayının 16-sı müddətli sağlamlıq uşaqları məhdud uşaq statusu təyin olunmuşdur. Müəyyən araşdırmaları etdikdən sonra bu diaqnozla əlilliyin müddətsiz olduğunu öyrənmişdir. Yenə ## ####### 2023-cü il tarixdə göndəriş almışdır, 2023-cü ilin ######ın ##-də həmin diaqnozla müddətsiz birinci dərəcə əlillik təyin olunmuşdur. 2022 yanvar ayından - 2022-ci ilin may ayının 16-sına qədər olan müddət üçün ödəniş ona ödənilməli olduğu halda heç bir ödəniş ödənilməmişdir. Bütün bunlar azmış kimi 2022ci ilin iyun ayından başlayaraq 2024-cü ilin yanvar ayınadək müavinətindən tutulmalar aparılmışdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının övladı X1 ##.##.2018-ci il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” müavinət (3 il müddətinə) təyin ediimiş və əlillik müddətinin bitməsi (##.##.2021-ci il) səbəbi ilə ##.##.2022-ci il tarixdən dayandırılmışdır. MEISin “Əlillik" altsistemində olan məlumata əsasən A.Hüseynovanın yenidən əlilliyinin müəyyən edildiyi ##.##.2022-ci il tarixdən (3 il müddətinə) ona yenidən müavinət təyin edilmişdir. Nəticədə A.Hüseynovanın müavinət ödənişində ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək (yenidən əlilliyinin müəyyən edildiyi tarixədək) 1750 manat artlq ödəmə müəyyən edilmiş və bu barədə Mərkəzi Filialın ##.##.2020-ci il tarixli ***** nömrəli qərarı qəbul edilmişdir. Qeyd edilən artıq ödəmə MEIS-in "Sosial ödənişi" altsistemində olan məlumata əsasən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək A.Hüseynovanın müavinət ödənişindən tutulmuşdur. Həmçinin İddiaçı təyin edilmiş 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxs kimi Prezident təqaüdü üzrə ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək 610 manat artıq ödənilmiş vəsait aşkarlanmış və bu barədə Mərkəzi Filialın ##.##.2022-ci il tarixli *********** nömrəli qərarı qəbul olunmuşdur. Təkrar müayinə nəticəsində A.Hüseynovaya ##.##.2023-cü il tarixdən "ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edir (müddətsiz) və hazırda ödənilir. “Inzibati icraat haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Inzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğın qaytarılması ilə bəğlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "Inzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “Inzibati icraat haqqında” Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.
7. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarı, ##.##.2022-ci il tarixli, ***** nömrəli qərarının qeyd hissəsi ləğv edilmiş, artıq ödəmə kimi müəyyən edilərək iddiaçıdan tutulmuş 1256 manat pul məbləğinin geri qaytarılması və 2022-ci il üzrə mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (Hakim Amiliya Hüseynova)/
8. Məhkəmə hesab etmişdir ki, qanunverici sosial müavinətin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının sosial müavinətdən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir və cavabdeh orqan tərəfindən iddiaçıya ödənilmiş 2360 manat pulun geri qaytarılması məhkəmə qaydasında mübahisələndirilməmişdir. Cavabdeh orqan tərəfindən artıqödəmə kimi müəyyən edilmiş 2360 manat pul məbləğindən 1256 manat pul məbləğinin tutulmasına münasibətdə iddiaçıya sosial müavinət məbləğinin düzgün hesablanıb hesablanmaması, hesablanmamışdırsa həmin artıq ödəmənin geri qaytarılıb qaytarılmaması ilə bağlı əlavə hüquqi dəyərləndirmənin aparılmasına ümumiyyətlə zərurət müəyyən edilmir. Belə ki, cavabdeh pul tutulmalarının aparılmalı olmasını əsaslı hesab edirsə də, bununla bağlı özü həmin məbləğin tutulması ilə bağlı publik səlahiyyətə o zaman malik olardı ki, buna iddiaçı razılıq vermiş olsun. Inzibati orqan tərəfindən iddiaçıya əsassız sosial müavinət ödənilsə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 0# ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Şirvan Inzibati Məhkəməsinin # #### 2025-ci il tarixli qərarın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır.
11. Məhkəmə kollegiyası cavabdehin ##.##.2022-ci il tarixli, ***** nömrəli qərarının ləğv edilməsi və artıq ödəmə kimi müəyyən edilərək tutulmuş 1256 manat pul məbləğinin geri qaytarılması və 2022-ci ilin mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbin hüquqi əsaslarının olub-olmaması hissədə araşdırmanı davam etdirmiş, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Şirvan Inzibati Məhkəməsinin 0# #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli, ***** nömrəli qərarı ləğv edilmiş, həmin qərar əsasında artıq ödəmə kimi müəyyən edilərək, tutulmuş pul məbləğinin İddiaçı geri qaytarılması öhdəliyi həmin qurumun üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakimlər - Fikrət Hüseynov (sədrlik edən və məruzəçi), Samir Həsənov və Ceyhun Quliyev)
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehin ##.##.2022-ci il tarixli, ***** nömrəli qərarı ləğv edilməli və artıq ödəmə kimi müəyyən edilərək, ondan tutulmuş pul məbləği geri qaytarılmalıdır. - Məhkəmə kollegiyası tələbin 2022-ci ilin mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin ödənilməsi hissəsinə münasibətdə qeyd edib ki, iddiaçının övladı ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək müddət aralığında əlillik vəziyyətində olmamış, buna baxmayaraq ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək müavinət ödənişi həyata keçirilmiş, nəhayət ##.##.2022-ci il tarixdən yenidən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müavinət ödənişinə başlanılmışdır. Hazırkı tələbində iddiaçı hesab etmişdir ki, övladının əlillik vəziyyətində olmadığı, buna baxmayaraq müavinətin ödənilmədiyi 2022-ci ilin mart, aprel və may ayları üzrə də ona müavinət ödənilməlidir. Mövcud qanunvericiliyin tələblərinə görə şəxsin əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Iddiaçının övladının əlillik müddəti ##.##.2021-ci il tarixdə başa çatmış, növbəti əlillik təyinatı isə ##.##.2022-ci il tarixdə (1 ildən sonra) aparılmışdır. Iddiaçı həmçinin iddia ərizəsində övladının həmin aylar üzrə sağlamlıq imkanlarının məhdudluğunun gec müəyyən edilməsini 2022-ci ilin fevral ayında Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə müraciət etməsi, fevral ayının sonlarında bütün prosedurlardan keçməsi, lakin tibbi göndərişin müvafiq komissiyaya 2 ay yarımdan sonra göndərilməsi ilə əlaqələndirmişdir ki, bu halın nəticələrinin aradan qaldırılması hazırkı iş üzrə cavabdeh orqanın məsuliyyət sferasına aid deyil.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
16. Sosial müavinətlər haqqında” Qanunu Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Maddə 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
17. “Inzibati icraat haqqında” Qanunu Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
18. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas təşkil etmir.
26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.