Məhkəmə qərarları › İş №2-1(102)-438/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-438/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-438/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli pensiya, neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının ayrılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlə t Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)2356/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. Hərbi biletə əsasan 10 dekabr 1984 ildən 27 noyabr 1986-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı 23.03.1987-ci ildə əmək fəaliyyətinə başlamış, 12.03.1987-ci ildən 22 avqust 1991-ci ilədək “ Azərkimya” Trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çılingər kimi işləmiş, 02.09.1991-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin Tikinti Təmir Quraşdırma sexinə quraşdırıcı çılingər işinə qəbul edilmiş və 01.04.1993-cü ildən köçürmə yolu ilə “Azərkimya” təmir trestinə qəbul edilmiş və bu müəssisədə çilingər kimi əmək fəaliyyətini davam etdirmişdir. 01.11.1995-ci ildə “Etilen Polietilen” zavodunun 64 saylı izolyasiya və hidroizolyasiya sexinə kəsici vəzifəsinə işə qəbul edilmiş, 02.02.1998-ci ildə quraşdırıcı çılingər vəzifəsinə keçirilmiş, 19.01.2011-ci ildə “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər işinə qəbul edilmiş və həmin vaxtdan da bu müəssisədə əmək fəaliyyətini davam etdirmişdir.

2. Azərbaycan Respublikası Dövlət Arxivin in Sumqayıt filialının 27.11.2018-cu il tarixli arxiv arayışına əsasən “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-nin 1987-1991, 19891991-ci illərə aid “Zərərli sexlərdə işləyən işçilərin siyahısı ”kitablarında iddiaçının 2-ci dərəcəli elektro-montyor, 3-cü dərəcəli təmirçi çilingər işləməyi qeyd edilmişdir. 3. “Azərkimya” İstehsalat Birliyinin “Etilen Polietilen” zavodunun 21.11.2018-ci il tarixli arayışına əsasən iddiaçı 02.01.1996-ci il tarixdən 31.12.2005-ci il tarixə kimi “EtilenPolietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində kəsici, quraşdırıcı çilingər peşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır.

4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin iddiaçıya göndərdiyi 26 noyabr 2 020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, idarəyə təqdim edilmiş 30 mart 1987-ci il tarixli əmək kitabçasında 23.03.1987 - 02.09.1991-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyi “Azərkimya Tresti” 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996 - 01.01.2006- ci il tarixləri arasındakı dövr ərzində Sumqayıt “EtilenPolietilen” zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcılar sexində kəsici, quraşdırıcı çılingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalatı bölməsində (10) nəzərdə tutulmadığından iddiaçıya güzəşt li şərtlərlə yaşa görə pensiya təyin edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 22 yanvar 2020-ci il tarixdə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 12.03.1987-ci ildə “Azərkimya” Trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çılingər kimi əmək fəaliyyətinə başlamış və həmin vaxtdan 22 avqust 1991-ci ilədək bu müəssisədə işləmiş, 02.09.1991ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin Tikinti Təmir Quraşdırma sexinə quraşdı rıcı çılingər işinə qəbul edilmiş və 01.04.1993-cü ildən köçürmə yolu ilə “Azərkimya” təmir trestinə qəbul edilmiş və bu müəssisədə çilingər kimi əmək fəaliyyətini davam etdirmişdir. 01.11.1995-ci ildə “Etilen Polietilen” zavodunun 64 saylı izolyasiya və hidroizolyasiya sexinə kəsici vəzifəsinə işə qəbul edilmiş, 02.02.1998-ci ildə quraşdırıcı çılingər vəzifəsinə keçirilmiş, 19.01.2011-ci ildə “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər işinə qəbul edilmiş və həmin vaxtdan da bu müəssisədə əmək fəaliyyətini davam etdirmişdir. 01.01.2006-ci il tarixinə 20 ildən artıq ümumi iş stajı olmuş və bu stajın 15 ilə yaxın bir hissəsini zərərli iş sahəsində işlədiyi üçün 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdeh təşkilata müraciət e tmiş, lakin cavabdeh 26 noyabr 2019-cu il tarixli məktubla ona imtina cavabı vermişdir.

7. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubu 26.11.2019-cu ildə tərtib edilib. İddiaçı məhkəməyə 22.01.2020-ci il tarixdə (1 ay 26 gün sonra) iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini buraxmışdır. Bundan əlavə, iddiaçının əmək kitabçasından göründüyü kimi, işlədiyi 23.03.1987 - 02.09.1991-ci il tarixləri arasındakı dövr ərzində “Azərkimya Tresti”nin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.1996 01.01.2006-ci illər arasındakı dövr ərzində Sumqayıt Etilen Polietilen zavodunun təmir tikinti quraşdırma istehsalatın quraşdırıcıları sexində kəsici, quraşdırıcı çılingər peşələri Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın kimya istehsalı bölməsində nəzərdə tutulmamışdır. Qeyd edilən peşələr yuxarıda qeyd edilən qərarda nəzərdə tutulsaydı belə, iddiaçının təqdim etdiyi arayışdan da göründüyü kimi, onun işlədiyi müəssisə, onun həmin müəssisədə ancaq 02.01.1996-ci ildən 31.12.2005-ci ilədək işlədiyi peşəni ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul edir və qeyd edilən peşələrdə iddiaçının işlədiyi müddət qanunvericilikdə nəzərdə tutulmuş 10 ildən azdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının, 21(112)-2434/2020 saylı iş) 27 iyul 2020-ci il tarixli qə rarı ilə iddia tələbi təmin edilərək iddiaçıya 25 oktyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 20 il 08 ay 10 gün, 01.01.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1080A010) nəzərdə tutulan kimya istehsalatda iş stajı 10 ildən çox olduğundan iddiaçının 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensi yası almaq hüququ yaranmışdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X8məruzəçi, X11 və X5, 2-1(103)-151/2021 saylı iş) 24 fevral 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 23.03.1987-ci ildən 02.09.1991-ci ilədək “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-də işlədiyi elektro-montyor və 3cü dərəcəli təmirçi çilingər, 02.01.1996-cı ildən 31.12.2005-ci ilədək ”Etilen-Polie tilen” Zavodunun texnoloji avadanlıqlarının təmiri sexində işlədiyi kəsici, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 10800000 saylı kod altında olan Vİİİ bölmədə “Kimya istehsalatı” sahəsində nəzərdə tutulan kimyəvi maddələrlə işləyən işçilərin peşələri sırasında (kod 1080A10) nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçının 01.01.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qər arı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda (kod 1080A10) nəzərdə tutulan kimya istehsalatında iş stajının 10 ildən çox olduğuna görə onun 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər X1-məruzəçi, X9 və X3, 21(102)- 1102/2021 saylı iş) 6 iyul 2021-ci il tarixli qərarı ilə iddiaçının şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərarını ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan apelyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisəyə təkrar sorğu verərək lazımi məlumatların əldə edilməsi istiqamətində araşdırma aparmalı olduğu halda bunu etməmiş, bundan əlavə iddiaçının 1987-1991-ci illərdə “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-də işlədiyi peşələrə dair güzəştli arayışın əldə olunması istiqamətində hər hansı addım atmadan, arayışlarda əks olunan məlumatların hərtərəfli olmamasına istinad edərək, bu halı iddiaçının ziyanına olaraq tə tbiq etmiş və bu əsasla iddianı rədd etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi qərarında iddiaçının “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-də 2-ci dərəcəli elektrik montyoru işlədiyini qeyd etsə də, iddiaçı quraşdırıcı çilingər işləmişdir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Məhkəmə sorğusuna cavab olaraq, “X2 Etilen-Polietilen zavodu”nun 19 oktyabr 2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddiaçı kimya zavodunun əsas sexlərindən olan Piroliz, Piroqazın və suyun hazırlanması və Qazayırma sexlərində texnoloji avadanlıqların quraşdırılması ilə məşğul olan Quraşdırma sexində kəsici və quraşdırıcı çilingər (fəhlə) peşələrində çalışmışdır.

17. X2 Etilen-Polietilen zavodu tərəfindən verilmiş arayışda qeyd edilən iddiaçın ın işlədiyi Piroliz, Piroqazın və suyun hazırlanması və Qazayırma sexlərində texnoloji avadanlıqların quraşdırılması ilə məşğul olan Quraşdırma sexində kəsici və quraşdırıcı çilingər (fəhlə) peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 8-ci - Kimya İstehsalatı bölməsində (kod1080A010) öz əksini tapmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X10-məruzəçi, X6 və X7, 2-1(103)- 2356/2021 saylı iş) 15 noyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya mə hkəməsinin 27 iyul 2020-ci il tarixli qərarını dəyişdirilmədən saxlamışdır.

19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixə qədər ümumi iş stajı 20 il 08 ay 10 gün, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında (kod 1080A010) nəzərdə tutulan kimya istehsalatda iş stajı 10 ildən çox olduğundan iddiaçının 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

20. Cavabdeh 22 dekabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianı n təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İş materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən 23.03.1987-02.09.1991-ci il tarixlərində “Azərkimya Tresti” 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 02.01.199601.01.2006-cı illər arasındakı dövr ərzində işlədiyi Sumqayıt “Etilen-Polietilen” zavodunda təmir tikinti quraşdır istehsalatının quraşdırıcıları sexində kəsici, quraşdırıcı çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.12-13-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, pe şələri, vəzifələri və göstəricilərin siyahısı”nın kimya istehsalı bölməsində nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçının təqdim etdiyi müvafiq arayışa əsasən 02.01.1996-31.12.2005-ci illər arası işlədiyi dövr güzəştli şərtlər kateqoriyasına uyğun gəlir, həmin dövr də ümumilikdə 10 ildən azdır.

22. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarı əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatları n, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. (-). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. 26. “Əmək pensiy aları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa gör ə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 27. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahi sə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. İddiaçı xx xxxxxxx 1966-cı ildə doğulmuş, 25 oktyabr 2018-ci ildə 52 yaşı tamam olmuşdur.

33. İddiaçı 52 yaşda, yəni 25 oktyabr 2018-ci il tarixdə yaşa g örə güzəştli şərtlə əmək pensiyası hüququ olduğunu bildirib cavabdehə müraciət etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9 və 9.8-ci maddələrində göstərilən işlərdə çalışmış şəxslərin güzəştli şərtlə pensiya hüququ olduğunu bildirmişdir.

34. İddiaçının tələbinə məhkəmə icraatı qaydasında baxılaraq yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir.

35. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüququ yaranmamışdır, aldığı güzəştli arayışda güzəştli iş stajı 10 ildən azdır,

36. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

37. İddiaçının 52 yaşının tamam olduğu 25 oktyabr 2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.

38. İddiaçının əmək kitabçasında olan məlumatlara görə 12.03.1987-ci ildə “Azərkimya” Trestinin 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində quraşdırıcı çılingər kimi əmək fəaliyyətinə başlamış və həmin vaxtdan 22 avqust 1991-ci ilədək bu müəssisədə işləmiş, 02.09.1991-ci ildə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin Tikinti Təmir Quraşdırma sexinə quraşdırıcı çilingər işinə qəbul edilmiş və 01.04.1993-cü ildən köçürmə yolu ilə “Azərkimya” təmir trestinə qəbul edilmiş və bu müəssisədə çilingər kimi əmək fəaliyyətini davam etdirmişdir. 01.11.1995-ci ildə “Etilen Polietilen” zavodunun 64 saylı izolyasiya və hidroizolyasiya sexinə kəs ici vəzifəsinə işə qəbul edilmiş, 02.02.1998-ci ildə quraşdırıcı çılingər vəzifəsinə keçirilmiş, ən azından 1 yanvar 2006-cı il tarixə qədər bu peşədə işləmişdir. 39. 10.12.1984-cı ildən 27.11.1986-ci ilə qədər iddiaçı SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.

40. Hərbi xidmət dövrü də daxil olmaqla iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 ildən az olmayan ümumi stajı mövcud olmuşdur.

41. Məhkəmə kollegiyası onu da vurğulayır ki, cavabdeh iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi stajının 20 ildən az olması barədə mübahisə açmamışdır.

42. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 220 №li, 27.11.2018-cu il tarixli arxiv arayışına əsasən “Azərkimyatikinti” Tresti 1 saylı TTQİ-nin 1987-1991, 1989- 1991-ci illərə aid “Zərərli sexlərdə işləyən işçilərin siyahı sı ”kitablarında iddiaçının 2-ci dərəcəli elektro- montyor, 3-cü dərəcəli təmirçi çilingər işləməyi qeyd edilmişdir. 43. “Azərkimya” İstehsalat Birliyinin “Etilen Polietilen ”zavodunun 21. 11.2018-ci il tarixli, 368 nömrəli arayışına əsasən iddiaçı 02.01.1996-ci il tarixdən 31.12.2005-ci il tarixə kimi “Etilen- Polietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində kəsici, quraşdırıcı çilingər peşələrində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. Arayışda iddiaçının işlədiyi sahə olaraq neft karbohidrogenlərinin pirolizi (kod 1080A010), piroliz qazlarının ayrılması (kod 1080A010) qeyd edilmişdir.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və x üsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda neft karbohidrogenlərinin pirolizi (kod 1080A010), piroliz qazlarının ayrılması (kod 1080A010) peşələri qeyd edilmişdir.

45. İddiaçının iş yerindən verilmiş sənədlərə əsasən onun 1996-2005-ci illərdə işlədiyi peşələr 1 nömrəli Siyahıda mövcud olmuşdur.

46. İş yerindən verilmiş 21 noyabr 2018-ci il tarixli arayışa əsasən iddiaçı güzəştli peşədə 1996-cı ilin yanvar ayından 2005-ci ilin dekabr ayının sonunadək işləmişdir. Arayışa görə bu dövr 10 il təşkil edir.

47. Cavabdeh də kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi arayışa əsasən 2 yanvar 1996-cı il tarixdən 31 de kabr 2005-ci il tarixədək işlədiyi dövr güzəştli şərtlər kateqoriyasına uyğun gəlir, həmin dövr ümumilikdə 10 ildən azdır.

48. Lakin bu dövr 10 ildən az deyil, 10 ildən çox da deyil, dəqiq 10 ildir. 49. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda pensiya hüququ yaranır.

50. İddiaçı da azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləmişdir.

51. Beləliklə, iddiaçının 52 yaşının tamam olduğu 25 oktyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bü tün şərtlərin ödənildiyi müəyyən olunduğundan apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

52. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir.

53. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2356/2021 saylı, 15 noyabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar