Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-438/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: şikayət üzrə apellyasiyanın mümkünlüyü; prosessual müddətin bərpasından imtina; məhkəmə sənədinin elektron üsulla çatdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsi nə ödənilməmiş 29109.53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 33400 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-598/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2022 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 29109.53 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 33400 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2- 1(116)-1863/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı, həmçinin vəsatətlə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-598/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilm əsi barədə ərizə rədd edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1863/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, lakin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 16 gün ötürmüşdür. Bu müddətin üzrlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikay ətinin dəlilləri
7. Kassasiya şikayətində qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının poçt vasitəsilə müraciət etmək seçimi nəzərə alınmamış, İPM-in 9-1.1-ci maddəsi məhkəmənin mülahizəsinə əsasən yanlış şərh edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
8. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qəra rdadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qayda da təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına ) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Mülki Prosessual Məcəllə Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
11. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
12. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
14. Məhkəmə kolle giyası qeyd edir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya (ərizəçiyə) seçim imkanı verir.
15. İPM-in 9-1.3-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
16. Beləliklə, əgər iddia (ərizə) “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəməyə, - iddiaçının (ərizəçinin) seçiminə əsasən, - elektron icraat qaydasında verilibsə, bu halda, inzibati icraat elektron məhkəmə icra atı qaydalarının tələblərinə uyğun olaraq aparılmalı, məhkəmə sənədləri də işdə iştirak edən şəxslərə həmin tələblərə uyğun (elektron üsulla) çatdırılmalıdır. 17. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu, lakin iddianın (ərizənin) elektron qaydada deyil, iddiaçının (ərizəçinin) seçiminə əsasən ümumi prosessual qaydada verildiyi, buradan, icraatın da ümumi prosessual qaydada aparıldığı hallarda, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə elektron üsulla çatdırılmasının imperativliyi aradan qalxmış olur.
18. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iddia ümumi icraat qaydalarına uyğun olaraq kağız daşıyıcıda verilmiş, icraat da aşağı instansiya məhkəmələrində ümumi icraat qaydalarına uyğun aparılmışdır. Hərçənd, yuxarıda qeyd olunduğu kimi, İPM-in 9-1.1-ci maddəsi im perativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya (ərizəçiyə) seçim imkanı verir və həmin normanın qüvvəyə mindiyi vaxtdan sonra da o, iddianı (ərizəni) həmin məhkəməyə kağız daşıyıcıda da təqdim edə bilər.
19. Bununla yanaşı, iddianın (ərizənin) kağız daşıyıcıda verilməsi və icraatın ümumi prosessual qaydada aparılması “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəməni məhkəmə sənədlərini işdə iştirak edən şəxslərə elektron üsulla çatdırmaq imkanından (hüququndan) məhrum etmir. Yetər ki, məhkəmə sənədinin göndərildiyi işdə iştirak şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmış olsunlar. Belə olan halda, məhkəmə sənədləri bu şəxslərin həmin sistemd ə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu halda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (MPM-in 135.5, 135.6-cı maddələri). Buradan, həmin sənədlərin “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasına dair tələb də istisna edilir (MPM-in 135.1-ci maddəsi).
20. Şəkı İnzibati Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməkdədir və iş üzrə cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir.
21. Məhkəmə kollegiyası İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəki İnzibati Məhkəməs inin xx.xx.2023-ci il tarixli, 2-1(116)-1863/2023 nömrəli qərarının iddiaçıya təqdim edilməsi tarixi həmin qərarın iddiaçının “elektron kabinet”ində yerləşdirildiyi xx.xx.2023-cü il kimi qəbul edilməli və müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır.
22. İddiaçı Şəki İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermiş, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Prosessual müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-598/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.