Məhkəmə qərarları › İş №2-1(102)-4384/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4384/2025

08.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4384/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X2 Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması; etimad hüququnun istisna olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X2 Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş ## ####### 2019-cu il tarixli MN-***** nömrəli məlumat vərəqinə əsasən ## ####### 2019-cu il tarixindən cavabdeh tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət olunaraq, # #### 2017-ci il tarixindən sonra əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilmiş və yenidən həqiqi hərbi xidmətə qəbul olunmuş 51 nəfər şəxsin əmək pensiyalarının qanunvericiliyin tələblərinə uyğun yenidən hesablanması üçün onların təkrar xidmətə qəbul edilmə tarixləri barədə məlumatın təqdim edilməsi tələb edilmiş və Müdafiə Nazirliyinin ##.##.2023-cü il tarixli məktubla Azərbaycan Ordusunda yenidən həqiqi hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların xidmətə qəbul edilmə tarixləri barədə siyahı Filiala göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən cavabdehə ünvanlanan həmin məktubda iddiaçının ## ####### 2020-ci il tarixdən sözügedən quruma yenidən xidmətə cəlb olunduğu qeyd edilmişdir.

3. “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərara əsasən İddiaçı əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi dayandırılaraq, yalnız sığorta hissəsi (173,05 manat) ona ödənilməyə başlanılmışdır.

4. “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərara əsasən İddiaçı hərbi xidmətə qayıtması ilə əlaqədar ona ##.##.2023-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (173,05 manat) təyin edilmişdir.

5. İddiaçının əmək pensiyası ## ####### 2020-ci il tarixdən yenidən hesablanaraq ona ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 41787,86 manat vəsaitin 2023-cü ilin avqust ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməyə başlanılmışdır.

6. İddiaçı cavabdeh orqana ##.##.2023-cü il tarixdə müraciət edərək, əmək pensiyasından tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X2 Filialı tərəfindən “Əmək pensiyasının sığorta hissəsinin ödənilməsi və artıq ödənilmiş pul vəsaiti haqqında” ##.##.2023-cü il tarixli *-**-*/*-M- ******/**** nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş ona dair ## ####### 2019-cu il tarixli MN-***** nömrəli məlumat vərəqinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ## ####### 2019-cu il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala daxil olmuş məktubda ## ####### 2020-ci il tarixindən sözügedən quruma yenidən xidmətə cəlb olunduğu qeyd edilib. Bununla əlaqədar olaraq, ## ####### 2020-ci il tarixindən əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi dayandırılaraq yalnız sığorta hissəsi (173,05 manat) ona ödənilir. Eyni zamanda bildirilir ki, əmək pensiyası ## ####### 2020-ci il tarixindən yenidən hesablanaraq ona ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 41787,86 manat vəsait cari ilin avqust ayından etibarən əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı və ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** saylı qərarların ləğv edilməsi, İddiaçı pensiyasının əvvəlki həcmdə ödənilməsinin bərpa edilməsi və əsassız tutulmuş vəsaitlərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X2 Filialına müraciət etmişdir. Belə ki, iddiaçı İddiaçı “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada ## ####### 2019-cu il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin ildən İddiaçı yaşa görə əmək pensiyası almaqdadır. Lakin daha sonra iddiaçıya da məlumat verilmədən ona təyin edilmiş yaşa görə əmək pensiyası dayandırılmışdır. Bununla bağlı iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli müraciət ilə müvafiq quruma dayandırılmanın səbəblərini öyrənmək məqsədilə müraciət etmişdir, lakin onun müraciəti cavabsız qalmışdır. Daha sonra təkrar, ##.##.2023-cü il tarixində eyni məqsədlə və yaşa görə əmək pensiyasının ləğvi barədə qərarın surətinin onlara təqdim edilməsi barədə müraciət ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X2 Filialına müraciət etmişlər. Cavabdeh ## ###### 2023-cü il tarixli, *-**-*/*-N-******/**** saylı cavab məktubu ünvanlanmışdır, qoşma qismində tələb etdikləri müvafiq ləğv barədə qərarın surəti göndərilməmişdir. Məktubda bildirilmişdir ki, “Əmək pensiyası haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən həmin Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Cavabdehin cavab məktubundan aydın olur ki, iddiaçı məcburi hərbi xidmətə çağrıldığı müddətdən iddiaçının əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi dayandırılaraq yalnız sığorta hissəsi (173,05 manat) ona ödənilir. Həmçinin, iddiaçının əmək pensiyası ## ####### 2020ci il tarixindən təkrar hesablanaraq ona ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir və 2023-cü ilin avqust ayından etibarən əmək pensiyasından hissə hissə tutularaq büdcəyə bərpa edilir. Lakin qeyd edilən məktubda cavabdeh inzibati orqanın pensiyanın dayandırılması və əvvəlki ödənişlərin geri tutulması barədə hər hansı bir qərarın qəbul edilməsi barədə məlumat verilməmişdir. Cavabdehin istinad etdiyi “Əmək pensiyası haqqında” Qanunun 37.3.4-cü bəndi vətən müharibəsi zamanı məcburi hərbi xidmətə çağrılanları deyil, könüllülük əsasında işə düzələn şəxslərə şamil edilməlidir. Bildirirlər ki, iddiaçı İddiaçı ## ####### 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən məcburi qaydada hərbi səfərbərliyə cəlb olunmuş və N saylı hərbi hissəyə təhvil verilmişdir. Göründüyü kimi İddiaçı öz iradəsindən asılı olmayaraq Azərbaycan Respublikasında elan edilmiş hərbi səfərbərliyə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən məcburi qaydada hərbi səfərbərliyə cəlb olunmuşdur. İddiaçı pensiyada olduğu müddətdə İkinci Qarabağ Müharibəsi başlamışdır və 2020-ci ildən ehtiyatda olan zabit kimi hərbiCavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair yazılı etirazda qeyd edilmişdir ki, xidmətə məcburi çağırılmışdır. Hesab edirlər ki, iddiaçı İddiaçı pensiyasının dayandırılması tamamilə əsassızdır. Nəzərə çatdırılır ki, iddiaçı İddiaçı evindən, ailəsinin yanından hər an şəhid olma ehtimalı altında hərbi xidmətə çağırılmışdır. Həm İkinci Qarabağ Müharibəsində, həm də sonuncu “1 günlük antiterror” əməliyyatlarında böyük şücaət nümayiş etdirməklə iştirak etmişdir və Ali Baş Komandan tərəfindən medallarla təltif olunmuşdur. İddiaçının əmək pensiyasının dayandırılmasının əsası kimi, “Əmək pensiyası haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən həmin Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin sadalanan vəzifələrdə çalışması göstərilmişdir. Lakin iddiaçının əmək pensiyasının dayandırılması barədə qərar çıxararkən şəxsin ehtiyyatda olan hərbi qulluqçu olduğu və hərbi xidmətə məcburi çağırıldığı, N saylı hərbi hissəyə təhvil verildiyi nüansını nəzərə almamışdır.

9. Cavabdehin iddiaya qarşı yazılı etirazını ##.##.2023-cü il tarixli məktubunun dəlilləri ilə əsaslandırılmışdır.

10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilərək cavabdehin ##.##.2023-cü il tarixli *- **-*/*-*-*****/**** nömrəli və ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarları ləğv edilmiş, iddiaçının pensiyasının əvvəlki həcmdə ödənilməsinin bərpa edilməsi və əsassız tutulmuş vəsaitlərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması barədə müavinət alan şəxsin razılığı, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz qərar qəbul edilmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.

b. apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-

13. *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər A.İsgəndərova /sədrlik edən və ci il tarixli, məruzəçi/, R.Mamedov və R.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan pensiyanın yenidən hesablanmasına dair qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, apellyasiya şikayətində hansı hallara görə iddiaçıya ilkin pensiya təyinatını nəzərdə tutan qərarın qanunsuz olmasını və həmin halların məhz 1 (bir) il müddətində ona məlum olmamasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının pensiya işində və cavabdehin dəlillərində mübahisələndirilən illərin nəzərə alınmamasına dair dəlillərin cavabdeh inzibati orqana pensiyanın yenidən hesablanması barədə qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olması haqqında hər hansı məlumat olması müəyyən edilməmişdir.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının yenidən xidmətə qayıtması ilə bağlı məlumatlar iddiaçı və işəgötürən Müdafiə Nazirliyi tərəfindən təqdim edilməlidir. Qeyd olunan məlumatlar Müdafiə Nazirliyi tərəfindən ##.##.2023-cü il tarixdə təqdim edildiyindən 1 illik müddət ötürülməmişdir. Iddiaçı hal-hazırda da qeyd olunan qurumda işləməkdə davam edir və bu işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, iddiaçı ilə eyni vaxtda pensiyaya çıxmış və sonrada xidmətə qayıtmış şəxslərə qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Göründüyü kimi, bu cür məhkəmə qərarlarının qəbul olunması iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə gətirib çıxara bilər. İddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda onunla eyni kateqoriyadan olan lakin pensiya məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir.

b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Iddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər ... 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;

Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.

Maddə 38. Əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi şərtlərinə uyğun olmayan halların yaranması barədə əmək pensiyaçısının və işəgötürənin məlumat vermək vəzifəsi 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. ... Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması

39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. ...

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması .... 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ... 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ...

20. İnzibati Prosessual Məcəllə Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mahiyyətcə iddianın təmin edilmiş hissəsinin ləğvinə yönəldiyi üçün qərar həmin hissədə yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya məhkəməsinin qərarı cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi və iddiaçının pensiyasının əvvəlki həcmdə ödənilməsinin bərpa edilməsi hissələrində ləğv edilərək iddia həmin hissədə rədd edilməli, apellyasiya məhkəməsinin qərarı cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qərar qalan hissədə, yəni tutulmuş vəsaitlərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdakılarla əsaslandırır.

24. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçıya ##.##.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası müdafiə nazirinin ##.##.2020-ci il tarixli müvafiq əmri ilə səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və səfərbərlik bitdikdən sonra Azərbaycan Ordusunda həqiqi hərbi xidmətini davam etdirmişdir.

25. Eyni zamanda işin hallarından görünür ki, iddiaçının yenidən xidmətə qayıtması ilə bağlı məlumatlar Müdafiə Nazirliyi tərəfindən 2023-cü ildə cavabdeh inzibati orqana təqdim edildikdən sonra iddiaçının əmək pensiyası yenidən hesablanmış və iddiaçının əmək pensiyasının (1742,40 manat) qulluq stajına görə əlavə hissəsi dayandırılaraq, yalnız sığorta hissəsi (173,05 manat) ona ödənilməyə başlanılmış və ona ümumilikdə 41787,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq hesablanmış vəsait ona ödənilən pensiya məbləğindən tutlmağa başlanılmışdır.

26. Hazırkı iş üzrə məhkəmə baxışının predmetini cavabdeh orqanın ##.##.2023cü və ##.##.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, pensiyasının əvvəlki həcmdə ödənilməsinin bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə iddia tələbi təşkil edir.

27. Cavabdeh orqanın ##.##.2023-cü il tarixli pensiyanın yenidən hesablanması barədə qərarının ləğvi və əvvəlki pensiyanın bərpa edilməsi tələbi üzrə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu Qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu Qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.

28. Qanunvericiliyin tələbinə əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulan vəzifələrdə çalışan şəxslər (Qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular) kateqoriyasına daxildir və Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır, əmək pensiyasının yalnız sığorta hissəsi ödənilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən).

29. Odur ki, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyində yenidən xidmətə başladığı barədə məlumat əldə edildikdən sonra ona münasibətdə qulluq stajına görə əmək pensiyasına əlavənin ödənilməsinin dayandırılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir (xidmətə bərpa edildiyi dövrdən qanunvericiliyin tələbinə əsasən əmək pensiyasının yalnız sığorta hissəsi ödənilməlidir).

30. Cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinə hüquqi qiymət verilməsi üçün isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyi tərəfindən cavabdehə iddiaçının xidmətə qayıtması ilə bağlı məlumat verildikdən sonra cavabdeh tərəfindən inzibati icraata başlanılmış və iddiaçıya ##.##.2023-cü il tarixli *-**-*/*-V-******/**** nömrəli məktub ünvanlanaraq mülahizələrinin dinlənilməsi üçün ## #### 2023-cü il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş olunmuş və dəvətin səbəbləri həmin məktubda izah olunmuşdur. İddiaçı həmin tarixdə Mərkəzi Filiala gəlmədiyindən əmək pensiyası onun iştirakı olmadan cavabdehin ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla yenidən hesablanmışdır.

32. Bundan əlavə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsində təsbit edilmiş 1 illik müddət də ötürülməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur.

33. İddiaçının xidmətə bərpa olunması barədə məlumat Müdafiə Nazirliyi tərəfindən ##.##.2023-cü il tarixdə təqdim edildiyindən və həmin tarixədək nə iddiaçı, nə də işəgötürən Müdafiə Nazirliyi “Əmək pensiyaları haqqında” Qanunun 38.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələrini icra etmədiklərindən cavabdeh tərəfindən 1 illik müddət ötürülməmişdir.

34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi və onun pensiyasının əvvəlki həcmdə ödənilməsinin bərpa edilməsini tələb etməkdə haqlı olmamışdır və bu hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

35. Cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

36. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı 2019-cu ildə hərbi xidmətdən tərxis olunaraq əmək pensiyasına çıxmış, sonradan isə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” ## ######## 2020-ci il tarixli **** nömrəli Sərəncamına əsasən ##.##.2020-ci il tarixdən səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmışdır.

37. Eyni zamanda məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il və ##.##.2020-ci il tarixli sərəncamları ilə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış şəxslərin mərhələli şəkildə tərxis olunmasına başlanılmışdır.

38. Bununla yanaşı, iş mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı səfərbərlik üzrə hərbi xidmət başa çatdıqdan sonra hərbi xidmətdə qalaraq xidmətini davam etdirmişdir. Lakin onun səfərbərlik çərçivəsində xidmət etdiyi dövrün hansı tarixdə başa çatdığı və hansı tarixdən bağlaşma müqaviləsi əsasında daimi hərbi xidmətə qəbul olunmasının müəyyən edilməsi iş üzrə hüquqi əhəmiyyət kəsb edən haldır. Çünki səfərbərlik üzrə hərbi xidmət dövrü ilə sonradan davam etdirilən hərbi xidmət dövrü eyni hüquqi mahiyyət daşımır və qulluq stajına görə əmək pensiyasına əlavənin ödənilməsi məsələsinə təsiri baxımından həmin dövrlər bir-birindən fərqləndirilməlidir.

39. Belə ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin iclasında səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmamışdan əvvəl mülki əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmaları ilə əlaqədar vəzifələrini yerinə yetirmək üçün daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Həmçinin Əmək Məcəlləsinin 179-cu maddəsinin g) bəndinə əsasən hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi təlim, yoxlama, xüsusi toplanışlarda və fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) cəlb etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər və s.) iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır. Yəni, iddiaçının səfərbərlik əsasında hərbi xidmətdə olduğu dövrdə iş yeri və əmək haqqı saxlanıldığı üçün həmin dövrü ərzində pensiyasını da tam almaq hüququ olmuşdur.

40. ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarın 13-cü bəndindən görünür ki, cavabdeh ##.##.2020-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan dövr üzrə iddiaçıya artıq ödəmə olaraq 41787,86 manat ödəniş edilmdiyini hesablamışdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya səfərbərliyə çağırıldığı ##.##.2020-ci il tarixdən bağlaşma müqaviləsi əsasında daimi hərbi xidmətə yenidən qəbul olunduğu tarixədək iddiaçının pensiyasını tam (qulluq illərinə əlavələrlə birlikdə) almaq hüququ olduğundan cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarda apardığı artıq ödəmə üzrə hesablama səhvdir.

42. Buna görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının Prezidentin qeyd edilən tərxis sərəncamlarından hansının təsiri altına düşməsi, başqa sözlə səfərbərlik üzrə hərbi xidmətdən hansı tarixdə tərxis olunmuş hesab edilməsi, eləcə də hansı tarixdən bağlaşma müqaviləsi əsasında daimi hərbi xidmətə yenidən qəbul olunmasının müəyyən edilməsi zəruridir.

43. Bu baxımdan iddiaçının səfərbərlikdən əvvəl mövcud olmuş əmək münasibətlərinin hansı tarixədək davam etməsi, həmin iş yerindən nə vaxt ayrılması, eləcə də hansı tarixdən bağlaşma müqaviləsi əsasında yenidən hərbi xidmətə qəbul olunması iş üzrə əhəmiyyət kəsb edən hallar kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən araşdırılmalı, iddiaçıya artıq ödənilmiş vəsaitin məbləği müəyyən edilməli və həmin artıq ödənişin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində nəzərdə tutulmuş qaydada almaq hüququ cavabdehə izah edilməlidir.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan artıq ödənilmiş pensiya məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri pozulmaqla həyata keçirildiyindən, tutulmuş vəsaitlərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

45. Yuxarıda göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən, “cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi” və “iddiaçının pensiyasının əvvəlki həcmdə ödənilməsinin bərpa edilməsi” hissələrində ləğv edilməli, həmin hissələrdə iddia rədd edilməli, qərar cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qalan hissədə, yəni “əsassız tutulmuş vəsaitlərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” hissəsində qərar dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı – “cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi” və “iddiaçının pensiyasının əvvəlki həcmdə ödənilməsinin bərpa edilməsi” hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia rədd edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı – “cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qalan hissədə, yəni “əsassız tutulmuş vəsaitlərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar