Məhkəmə qərarları › İş №2-1(102)-4387/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4387/2025

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4387/2025 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi kimi vahid (bir) mənzillə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxslər Üçüncü şəxs İbrahim oğlu və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) qarşı “mənzilin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göygöl Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Üçüncü şəxs İbrahim oğlu İddiaçı arasında olan Göygöl (Xanlar) rayon VVAQ şöbəsində qeyd edilmiş ## ####### 1998-ci il tarixli, ** saylı nikah akt qeydinin pozulması, ##.##.1998-ci ildə anadan olmuş İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs və ## ###### 2000-ci ildə anadan olmuş X1 ataları Üçüncü şəxs İbrahim oğlunun yanında qalmaları qət edilmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin ##.##.2021-ci il tarixli, *** nömrəli arayışından görünür ki, əsgər X1 ##.##.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən ##.##.2021-ci il tarixdən X1 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir.

3. Gəncə-ASAN xidmət mərkəzi Notariat Ofisinin ##.##.2021-ci tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən ##.##.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi anası İddiaçıdır və o, miras əmlakdan ½ hissədən irs almalıdır. Miras əmlak 11 000 manat birdəfəlik sığorta pulunun ½ hissəsindən ibarətdir. Göstərilən miras əmlakın ½ hissəsində olan atası Üçüncü şəxs İbrahim oğlunun miras payı açıq saxlanılır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş ****** nömrəli, ##.##.2021-ci il tarixli “Şəhid: ailəsi üzvünün vəsiqəsi”indən görünür ki, həmin vəsiqə İddiaçı məxsusdur.

5. Göygöl Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli sərəncamının surətindən görünür ki, şəhid ailəsi Üçüncü şəxs İbrahim oğlu yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi mənzil uçotuna alınmışdır.

6. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl rayonunda yaşayan və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsi İddiaçı (sərəncamda İddiaçı Qəşəm qızı kimi göstərilmişdir) uçotdan çıxarılması və uçot sənədlərinin baxılması üçün hazırkı yaşayış yeri üzrə göndərilməsinə dair müraciətinə baxılması haqqında ##.##.2023-cü il tarixli, *** nömrəli sərəncamının surətindən görünür ki, Göygöl rayonunda yaşayan və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsi İddiaçı uçotdan çıxarılaraq onun uçot sənədlərinin baxılması üçün hazırkı yaşayış yeri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır.

7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından görünür ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə qərar qəbul olunması öhdəliyinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

8. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli, *** nömrəli sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan şəhid ailəsi İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Ailə üzvləri iki nəfərdən: özü və oğlu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ibarətdir.

9. Gəncə Şəhər İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının ##.##.2023-cü il tarixli, *** nömrəli sərəncamı ilə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Hal-hazırda uçot siyahısında 348-ci sıradadır.

10. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli “Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli *** nömrəli sərəncamına qismən dəyişiklik edilməsi haqqında” sərəncamından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan şəhid qardaşı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adı ailə tərkibindən çıxarılmışdır. Ailə tərkibi 1 nəfər - İddiaçı ibarətdir.

11. İddiaçı ona şəhid ailəsi kimi mənzilin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətlərinə münasibət bildirməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşayış mənzilinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından sonra cavabdeh təşkilatın nümayəndələri ilə görüş keçirilmiş və ona Gəncə şəhərində yeni inşa edilmiş “MİDA” adlanan binalardan birindən mənzil veriləcəyi bildirilmiş, lakin bir müddət sonra cavabdehin nümayəndəsi tərəfindən ona mənzilin verilməməsi barədə şifahi məlumat verilmişdir. Bundan sonra o, cavabdeh orqana müraciət etmiş, lakin onun müraciətlərini cavablandırmamışdır.

14. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliyi siyahısında İddiaçı ##.##.2023-cü il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə dayanmış və onun sosialməişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun baxılacaqdır.

15. Gəncə İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim E.Axundov) ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzilin verilməsi tələbinə dair iddiası təmin edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan əməliyyatları zamanı həlak olmuş və həmin tarixdən o, şəhid, onun ailəsi isə şəhid ailəsi hesab edilir. İddiaçı İddiaçı şəhid ailəsi üzvü kimi güzəştli mənzil növbəsinə qəbul edilmiş və həmin sərəncam hazırda qüvvədədir. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, şəhid ailələrinin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. İddiaçı şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Yuxarıda istinad olunan normalara əsasən həmin şəxsin yaşayış sahəsi ilə təmin edilməsi üçün bütün şərtlər mövcuddur. Həmçinin araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinə müsbət cavab verməsə də müraciətin təmin edilməsindən imtinasını heç bir əsasla əsaslandırmamışdır.

17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

18. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində birinci icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər A.Bayramov – məruzəçi, R.Mamedov və Ə.Abdullayev) ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) kassasiya instansiya məhkəməsində birinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər Z.Quliyev – məruzəçi, K.Bədəlov və N.Rəsulbəyova) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəhid olmuş X7 hüquqi varisi olan atası da var. Bu baxımdan apellyasiya məhkəməsinin hazırkı inzibati mübahisə üzrə “yaşayış sahəsi ilə təmin edilməsi digər şəxslərin hüquqlarının həcminə təsir etmir və onun realizə edilməsinə mane olmur” kimi qənaəti əsaslı sayıla bilməz. Belə ki, maddi hüquq normalarından göründüyü kimi şəhid ailəsinə yalnız bir mənzil ayrılmalıdır. Lakin apellyasiya məhkəməsi bunu nəzərə alsa da, İPM-in 13-cü maddəsinin maddələrini tətbiq etməmiş və şəhidin atasına hazırkı iddiaya qoşulmaq təklifi istiqamətində yardım etməmiş, onun bu məsələyə rəyini öyrənməmiş, bununla da şəhidin atasının hüquqlarını pozmuşdur.

ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

24. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər Ş.Rzaquliyev – məruzəçi, G.Cavadova və R.Məcidov) ilə cavabdehin apellyasiya şikayəti tam, üçüncü şəxslərin apellyasiya şikayəti isə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxsin birgə nikahdan olan övladları mərhum X1 ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən ##.##.2021-ci il tarixdən X1 “şəhid”, onun ailəsi “şəhid ailəsi” hesab edilir. Bundan sonra şəhid X1 qanun üzrə vərəsəsi anası İddiaçı ##.##.2023-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətində, digər qanun üzrə vərəsəsi Üçüncü şəxs İbrahim oğlu isə ##.##.2021-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvi kimi güzəştli mənzil növbəsinə qəbul edilmişlər. Həmin sərəncamlar hazırda qüvvədədir, ləğv edilməmişdir. Göygöl Rayon İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli sərəncamı ilə (iddiaçıdan 2 il əvvəl) üçüncü şəxs Üçüncü şəxs İbrahim oğlu şəhid ailəsi kimi mənzil uçotuna alındığından və mövcud qanunvericiliyə əsasən şəhid olmuş bir şəxsin ailəsinə yalnız bir güzəştli şəkildə mənzil verilə bilməsi nəzərdə tutulduğundan hazırkı iddianın təmin edilməsi üçün əsas yoxdur.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

27. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi çox saylı sübutlarla və rəsmi sənədlərlə onun “şəhid ailəsi” statusu tam sübut olunur. Lakin, göründüyü kimi, apellyasiya məhkəməsi onun statusunu görməzdən gəlmiş və yekun məhkəmə aktı qəbul edən zaman iddiaçının statusuna hüquqi qiymət verməmişdir. Nəticədə iddiaçının hüquqları məhdudlaşdırılmış, o, dövlət tərəfindən verilmiş imtiyazlardan yararlana bilməmiş və yaşayış yeri olmadığı halda, mənzillə təmin oluna bilməmişdir.

28. Halbuki, qüvvədə olan qanunvericiliyə görə iddiaçı “şəhid ailəsi” kimi mənzil almaq hüququna malikdir. İşə baxmış apellyasiya instansiya məhkəməsi yekun qərarında bu faktı göstərsə də, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli, **** saylı Fərmanının tələbləri pozmaqla, qərar qəbul etmişdir. Çünki, həmin Fərmana görə “şəhid ailəsi” hesab olunan şəxsin mənzillə təmin edilməsi onun hüququdur.

29. Hazırkı mübahisə çərçivəsində verilən təminat mənzildir və ayrı-ayrılıqda mənzil verilməsi mümkün olmadığından X3, həmçinin Üçüncü şəxs İbrahim oğlunun uçota götürülmələri haqqında Sərəncamları hər iki tərəfin tək bir mənzil ilə təmin olunması məsələsini özündə ehtiva edir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında olan nikah pozulmuş, onlar ayrı yaşayırlar. Lakin, bu o demək deyildir ki, iddiaçıya və üçüncü şəxsə bir mənzil verilə bilməz. Bununla bağlı çox saylı məhkəmə təcrübəsi olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi bu halları nəzərə almamış və nəticədə maddi hüquq normalarının pozulmasıilə qərar qəbul etmişdir.

30. Hazırkı mübahisəyə baxan apellyasiya məhkəməsi üçüncü şəxsin və onun digər oğlunun məhkəmədə izahatlarını dinləmişdir. Üçüncü şəxs Üçüncü şəxs İbrahim oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə münasibətləri olmadığından onunla bir mənzildə yaşamaq istəmir. Ümumiyyətlə, iddiaçı ilə birlikdə ona mənzil veriləcəyi halda, mənzil istəmir. Apellyasiya məhkəməsi üçüncü şəxsin fikirlərini öyrənmiş və ona hüquqi yardım etmişdir. Üçüncü şəxs məhkəmə iclasında aydın şəkildə ona mənzil verilməsindən imtina etmişdir. Lakin apellyasiya məhkəməsi bu halı nəzərə almamışdır.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh və üçüncü şəxslər ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

32. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; ... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; ...

34. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

37. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

40. İşin hallarından görünür ki, iddiaçı və üçüncü şəxsin birgə nikahdan olan övladları mərhum X1 ##.##.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. Şəhid X1 qanun üzrə vərəsəsi anası İddiaçı ##.##.2023-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətində, digər qanun üzrə vərəsəsi Üçüncü şəxs İbrahim oğlu isə ##.##.2021-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvi kimi güzəştli mənzil növbəsinə qəbul edilmişlər. Həmin sərəncamlar hazırda qüvvədədir, ləğv edilməmişdir.

41. Hazırkı iş üzrə iddiaçı şəhid ailəsi üzvi kimi güzəştli mənzil növbəsinə qəbul edildiyinə istinad edərək mənzillə təmin olunmasını tələb edir.

42. Apellyasiya instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, Göygöl Rayon İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli sərəncamı ilə (iddiaçıdan 2 il əvvəl) üçüncü şəxs Üçüncü şəxs İbrahim oğlu şəhid ailəsi kimi mənzil uçotuna alındığından və mövcud qanunvericiliyə əsasən şəhid olmuş bir şəxsin ailəsinə yalnız bir güzəştli şəkildə mənzil verilə bilməsi nəzərdə tutulduğundan hazırkı iddianın təmin edilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının və üçüncü şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi güzəştli mənzil növbəsinə qəbul edilməsi barədə sərəncamlar ləğv edilməmişdir, hazırda qüvvədədir, mübahisələndirilməmişdir. Lakin şəhid ailəsi olan üçüncü şəxsin eyni qaydada şəhid ailəsi olan iddiaçıdan daha öncə güzəştli mənzil növbəsinə uçota alınması əsası ilə iddianın rədd edilməsi iddiaçının şəhid ailəsi kimi hüquqlarının pozulması ilə nəticələnmişdir.

44. Bununla bağlı, məhkəmə kollegiyası göstərir ki, istər iddiaçının, istərsə də üçüncü şəxsin şəhid ailəsi kimi mənzillə təmin edilməsi onların qanundan irəli gələn hüquqlarıdır. İddiaçı 2023-cü ildən, üçüncü şəxs isə 2021-ci ildən şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışlar və bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Həmin şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi üçün bütün şərtlər mövcuddur. İddiaçı və üçüncü şəxs onlara münasibətdə əlverişli xarakter daşıyan sərəncamlara etimad göstərərək həmin sənədlərin məzmununa uyğun davranmışlar.

45. Lakin burada diqqət edilməli əsas məqam iddiaçı və üçüncü şəxsin bir mənzillə təmin edilməsidir. Belə ki, qanunvericilikdə şəhid ailəsinin vahid bir subyekt kimi mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu zaman ailənin mənzillə təmin edilməsi şəxsin şəhid olması faktından irəli gəlir və məqsəd şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasından sonra onun ailəsinin maddi təminatının yaxşılaşdırılmasıdır. Lakin bu təminat sosial ədalət prinsipinə uyğun olmalı, digər şəxslərin hüquqlarını məhdudlaşdırmamaqla dövlət və ictimai marağa zidd olmamalıdır. Yəni, şəhid ailəsinin mənzillə təmin olunması hər bir ailə üzvünün ayrılıqda mənzillə təmin olunmasını ehtiva etmir. Mövcud qanunvericiliyin bu sahədəki yeganə tələbi ayrılması nəzərdə tutulan yaşayış sahəsinin adambaşına düşən minimum normasının 16 kvadratmetr olmasıdır.

46. İş materiallarına əsasən iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli, *** nömrəli sərəncamı əsasında iki nəfər ailə üzvü (özü və oğlu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) ilə şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmışdır. Sonradan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli, *-*/*-*-***/**** nömrəli sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli *** nömrəli sərəncamına qismən dəyişiklik edilmiş, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adı ailə tərkibindən çıxarılmış, ailə tərkibi 1 nəfərdən, İddiaçı özündən ibarət olmuşdur.

47. Eyni zamanda, üçüncü şəxs Üçüncü şəxs İbrahim oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli, *** nömrəli sərəncamı əsasında şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınmışdır.

48. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamının 1-ci bəndinə əsasən 2014-cü il ######ın #-dən 2023-cü il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər (Sərəncamın 1.1-ci bəndi), eləcə də, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri (Sərəncamın 1.2-ci bənd) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021–2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilirlər.

49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şəhid X1 valideynləri olan iddiaçı (anası) və üçüncü şəxs Üçüncü şəxs İbrahim oğlu (atası) şəhid ailəsi hesab olunduqlarından və hər ikisi güzəştli mənzil növbəsində olduğundan Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2021-ci il tarixli, **** nömrəli Sərəncamının 1, 1.1 və 1.2-ci bəndlərinin tələblərinə uyğun olaraq onlar növbəlilik qaydasında vahid bir subyekt kimi bir mənzillə təmin edilməlidirlər.

50. Ona görə də, iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı, Gəncə Şəhər İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli *** nömrəli sərəncamı (həmin sərəncama Gəncə Şəhər İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli *-*/*-*-***/**** nömrəli sərəncamı ilə edilən dəyişiklik nəzərə alınmaqla) əsasında yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsi kimi iddiaçı İddiaçı və Göygöl Rayon İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli *** nömrəli sərəncamı əsasında yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsi kimi üçüncü şəxs Üçüncü şəxs İbrahim oğlunun yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla vahid (bir) mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyətinin ##.##.2023-cü il tarixli *** nömrəli sərəncamı (həmin sərəncama Gəncə Şəhər İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli *-*/*-*-***/**** nömrəli sərəncamı ilə edilən dəyişiklik nəzərə alınmaqla) əsasında yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsi kimi iddiaçı İddiaçı və Göygöl Rayon İcra Hakimiyyətinin ##.##.2021-ci il tarixli *** nömrəli sərəncamı əsasında yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsi kimi üçüncü şəxs Üçüncü şəxs İbrahim oğlunun yaşayış sahəsinin ayrılma norması nəzərə alınmaqla vahid (bir) mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulsun. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar