Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-439/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası, kolxozdakı iş stajının sosial sığorta stajına daxil edilməsi, arxiv arayışı, qazanılmış hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Nümayə ndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-474/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və Ağdaş rayonunda yaşayır.
2. İddiaçı 31.05.1973-30.05.1975-ci illərdə həqiqi hərbi x idmətdə olmuşdur. Ağdaş rayon Dövlət Arxivinin 04 may 2020-ci il tarixli, 45 saylı arayışında əksini tapmış məlumatlara əsasən, iddiaçı 1972-1997-ci illərdə Ağdaş rayonunda fəaliyyət göstərmiş «Kalinin» kolxozunda işləmişdir.
3. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon filialına (bundan sonra qərarın mətnində ixtisarla DSMF-nin Ağdaş rayon filialı və ya cavabdeh yazılacaq) müraciət edərək, ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və **********8 saylı, 18 iyun 2020-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, onun kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi Qaydalara zidd ir. Həmçinin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 20.05.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “1972-1997-ci illərdə “Kalinin” kolxozunda işlədiyi 23 il 10 ay 11 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 03.04.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1955-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. O, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, 1973-1997-ci illərdə keçmiş “K alinin” kolxozunda işləmişdir. Ona əmək pensiyasının təyin edilməsi üçün arxivdən və hərbi komissarlıqdan aldığı arayışları cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh orqan onun kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmadığını əsas gətirərək pensiya təyinatından imtina etmişdir.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə qarşı imtina məktubunun məzmununa uyğun yazılı etiraz vermişdir.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1027/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı 1972-1997-ci illərdə “Kalinin” kolxozunda işlədiyi 23 il 10 ay 11 gün müddətin sosial sığorta stajın a daxil edilməsi və ona hüququnun yarandığı 03.04.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı 1972-1997-ci illərdə Ağdaş rayon “Kalinin” kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal Ağdaş rayon Dövlət Arxivinin 04.05.2020-ci il tarixli 45 nömrəli arxiv arayışı və iş materiallarında olan 07.05.2020-ci il tarixli akt ilə öz təsdiqini tapır. Həmçinin Azərbaycan Respublikası SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 01.05.2020-ci il tarixli 437 nömrəli məktubu ilə iddiaçının 31.05.1973-cü il tarixdən 30.05.1975-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət keçməsi müəyyən olunur.
10. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq a pelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-474/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və İ.Şükürov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində deyilir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, Ağdaş rayon Dövlət Arxivinin 04.05.2020-ci il tarixli 45 nömrəli arxiv arayışında iddiaçının 1972-1997-ci illərdə işlədiyi 23 il 10 ay 11 gün iş stajı qeyd olunsa da, məhkəmə qanunvericiliklə tələb olunan kolxozlarda kişilər və qadınlar üçün müvafiq illər üzrə müəyyən edilmiş “minimum adam günü” tələbini yoxlamamış, iddiaçının qeyd olunan illər üzrə göstərilən iş stajının “minimum adam günü” qaydasına uyğun-olmamasına hüquqi qiymət verməmişdir. Bununla da, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına malik olması faktı ciddi şübhə altına düşü r. b. Kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəs in sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 3.Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesab ın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 30.Əmək pensiyasını təyin edən orqan 30.1.Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajın ı təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 21. “İnzibati icraat haqqında” qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdi q edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiy a şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qə rarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə yaşa görə pensiya təyin olunması üzrə yaranmış mübahisədir.
27. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:
1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun.
28. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur, 64 yaşı 03.04.2019-cu il tarixdə tamam olmuş və pensiya yaşına çatmışdır. Yəni iddiaçı yaşa görə pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuşdur.
29. İşin hallarından həmçinin görünür ki, cavabdeh inzibati orqan, həm də işə baxmış məhkəmələr iddiaçının yaşa görə pensiya almaq hüququnu bu normalar əsasında yoxlamışlar. İddiaçıya həmin normalara əsasən pensiya təyin olunması üçün inzibati orqan tərəfindən bir hal – iddiaçının Ağdaş rayonun «Kalinin» kolxozunda 1972-1997-ci illərə aid sosial sığorta stajı - mübahisələndirilir və inzibati orqan mövqeyini onunla əsaslandırır ki, iddiaçının bu illərdə kolxozda işlədiyinə dair əmək kitabçası yoxdur.
30. Apelyasiya instansiyası məhkəməsi iddiaçının 1972-1997-ci illərdə Ağdaş rayon “Kalinin” kolxozunda işləməsi arxiv arayışında qeyd olunduğuna görə, əmək kitabçasında müvafiq qeydlərin aparılmamasının iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas olmadığı barəd ə nəticəyə gəlmiş və həmin dövrü onun iş stajına daxil etmişdir.
31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır.
32. Belə ki, iddiaçının kolxozda işlədiyi müddətdə, yəni 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasını n Nazirlər Kabineti müəyyənləşdirir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
34. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, ə mrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
35. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.
36. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxi l edilir.
37. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir.
38. Oxşar işlər üzrə Ali Məhkəmənin digər qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsd iq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
39. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşmasından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün ya lnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
40. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.
41. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir.
42. Ağdaş rayon Dövlət Arxivinin 04.05.2020-ci il tarixli 45 nömrəli arxiv arayışında iddiaçının 1972-1997-ci illərdə işlədiyi 23 il 10 ay 11 gün iş stajı qeyd olunsa da, məhkəmə qanunvericiliklə tələb olunan kolxozlarda kişilər və qadınlar üçün müvafiq illər üzrə müəyyən edilmiş “minimum adam günü” tələbini yoxlamaması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil tamamilə əsassızdır. Çünki qeyd olunan arxiv arayışında iddiaçının faktiki olaraq işlədiyi adam günü və kolxoz üzrə müəyyən olunmuş adam günü normaları (1972, 1973, 1975-1982-ci illərdə 240, 19831997-ci illərdə 200 adam günü) qeyd olunmuşdur.
43. Həmin arayışdan görünür ki, iddiaçı 1976-1997-ci illərdə kolxoz üzrə müəyyən olunmuş adam günü normasından artıq işləmiş, 1972, 1973 və 1975-ci illərdə isə müvafiq olaraq 1 66, 124 və 155 adam günü işləmişdir. 44. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
45. Məhkəmələr Qanunun bu göstərişini rəhbər tutaraq, iddiaçının 1972, 1973 və 1975-ci illərə aid iş stajını da faktik müddət üzrə hesablayaraq 1 il 10 ay 11 gün müəyyən etmişdir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-474/20 20 saylı 27 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.