Məhkəmə qərarları › İş №2-1(102)-439/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-439/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-439/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-N578/202N saylı, 24 noyabr 202N-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 06.04.2020-ci il tarixli 5/2-4627 saylı arayışına əsasən N () №-li hərbi hissə komandirinin N iyul N-ci il tarixli 58 №-li əmrində (əsas- §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün iddiaçının şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6-3N mart N-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. N () №li hərbi hissə komandirinin N-N5 mart N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdı r.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 20.05.2020-ci il məktubundan müəyyən edilir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədi Müdafiə Nazirliyinin aparat nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verılməsi” üzrə komissiyanın N5.05.2020-ci il tarixlı iclasında baxılmış və barəsində müsbət Qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxiv 06.04.2020-ci il tarixli 9/2-4027 nömrəli arayışında olan məlumatlara əsasən hərbi biletin N7-ci qrafasındakı hərbi hissəyə daxıl olma tarixi və əmrin nömrəsi təsdiq olunmadığına hərbi hissədən çıxarılmağı barədə məlumatda atasının adı yazılmadığına görə məlumatın iddiaçıya aid olub-olmaması təsdiq olunmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.20N8ci il tarixli 422 nömrəli Qərarını əsas tutaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı N5.02.2020-ci il tarixli, 24.04.2020-ci il tarixli məktublarından müəyyən edilir ki, iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini, şəx siyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, əgər varsa hərbi xidmət haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyi qeyd edilməklə ətraflı ərizəsini Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul olunmasının mümkünlüyü bildirilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 22.05.2020-ci il tarixli və 3N.05.2020-ci il tarixli məktublarından müəyyən edilir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələri nin verilməsi üzrə komissiya”nın N5.05.2020-ci il tarixli iclasında baxılmış və 687 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 26.02.2020-ci il tarixli M4394 saylı arayışına əsasən iddiaçı Binəqədi rayon Məhkəməsinin 03 may 20N3-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.N-ci maddəsinə əsasən N il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə N il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.

6. Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 27.08.2020-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan SSR Bakı şəhəri Nərimanov rayonu Hərbi Komissarlığı tərəfindən 23.N0.N979-cu il tarixdə verilmiş, H3 ******* nömrəli hərbi biletin iddiaçıya məxsus olması, N5.06.N-ci ildən 30.06.N-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə alması və hərbi hospital tərəfindən verilmiş 30.06.Nci il tarixdə 45 saylı xəstəlik barədə şəhadətnamənin iddiaçıya məxsus olması faktı müəyyən edilmişdir. Qətnamə N3 noyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

7. Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 08.N0.2020-ci il tarixli qətnaməsində qeyd edilir ki, Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 27.08.2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin ona verilmiş rədd cavabının qanunsuz hesab edilməsi, N6 mart N-ci ildən 0N iyul N-ci ilə kimi N nömrəli hərbi hissədə xidmət etməsi və döyüş əməliyyatlarda iştirak etməsi faktının təsdiq edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ona veteran adının və vəsiqəsinin verilməsi barədə müraciət etmişdir. Tərəfindən arxiv arayışı təqdim olunmaması ilə əlaqədar ərizə geri qaytarılmışdır. Cavabdeh ona cavab verərək Nazirlər Kabinetinin qərarına istinad edərək bildirmişdir ki, veteran adı və vəsiqəsinin verilməsi arxiv məlumatı olduğu təqdirdə verilə bilər. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin Arxiv İdarəsinə ona arxiv arayış ı verilməsi barədə müraciət etmişdir. Arxiv idarəsi uzun çoxsaylı şikayətlərdən sonra ona cavab verərək bildirmişdir ki, “N () №-li hərbi hissə komandirinin 0N iyul N-ci il tarixli 58 №-li əmrində (əsas §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6-3N mart N-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. N () №-li hərbi hissə komandirinin N-N5 mart N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır”. İddiaçı arxiv arayışı əlavə edərək yenidən MN-nə müraciət etmiş və bütün sənədləri əlavə etmişdir. Bu dəfə cavabdeh yenidən eyni məzmund a ona cavab verərək, sənədlərin surətlərini, arxiv arayışını təqdim etdikdə iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya şifahi cavab verilərək bildirilmişdir ki, cavabdeh onun barədə arxiv məlumatları aşkar edilmədiyinə görə müharibə veteranın adının və veteran vəsiqəsinin verilməsi barədə müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş rədd cavabını qeyri-qanuni, əsassız hesab edir. Belə ki, iddiaçı N6.03.N-ci ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. N-ci ilin iyun ayında hərbi hospitalda müalicə almışdır. Müalicə aldıqdan sonra hərbi hissəyə qayıtmışdır. Döyüş əməliyyatlarında iştirak etmişdir. 08.07.N-ci ildə N saylı hərbi hissədən ordu sıralarından tərxis olunmuşdur. Sadəcə hərbi biletdə dö yüş əməliyyatlarında iştirak etməyi barədə qeydlər olsa da, həmin qeydlərin üzərinə möhür vurulmamışdır. Belə ki, hərbi biletində N6.03.N-ci ildən 08.07.N-ci ilə kimi N saylı hərbi hissədə xidmət etməsi göstərilmişdir. Hətta hərbi biletdə döyüş əməliyyatında iştirak etməsi də qeyd olunsa, möhür vurulması yaddan çıxmışdır. Buna görə iddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsini məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının adına tərtib edilmiş arxiv arayışında N () nömrəli hərbi hissə komandirinin N6-3N mart N-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilmədiyindən, iddiaçının hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz əksini tapmadığından iddiaçıya veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir.

11. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02.03.202N-ci tarixli 3N2 saylı məktuba əsasən iddiaçı 29.N0.N979-cu il tarixdə Nərimanov rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 0N.NN.N979-cu il tarixdən N2.N0.N98N-ci il tarixədək SSRİ SQ-də xidmət etmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılmışdır. Azərbaycan Respublikası SQ-də hərbi xidməti barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsində heç bir məlumat yoxdur.

12. Azərbaycan Respub likası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04.03.202N-ci tarixli 9/2-N953 saylı məktuba əsasən N () №-li hərbi hissə komandirinin N iyul N-ci il tarixli 58 №-li əmrində (əsas: §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün iddiaçının şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6-3N mart N-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. N () №-li hərbi hissə komandirinin 0N-N5 mart N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Araşdırmalar iddiaçının barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır.

13. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-N(NN2)-2347/202N saylı iş) N2.04.202N-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının hərbi xidmətə qanuni əsaslarla daxil olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 08.N0.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının “hospitalda müalicə olunması və hospital tərəfindən verilmiş arayışın ərizəçiyə məxsus olması faktının təsdiq edilməsi” xəsarətlərin məhz döyüş bölgəsində alındığı anlamına gəlmir.

15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı İnzibati Məh kəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər XN - məruzəçi, X3 və X7, 2-N(N03)N578/202N saylı iş) 24 noyabr 202N-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin N2 aprel 202N-ci il tarixli qərarını dəyişdirilmədən saxlamışdır.

17. İddiaçı 29 dekabr 202N-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş əlavə olaraq qeyd edilmişdir ki, müvafiq qurumlarin arxiv sənədlərini arxivə təqdim etməməsi vətəndaşın deyil, onun üçün məsuliyyət yaratmamalıdır. Vətəndaş sənədlərin arxiv versiyasının hazırlanması və orada yerləşdirilməsi üçün proseduruna təsir edə bilməz. 19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı olduğu halda bunu etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvə lərinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 23. “Veteranlar haqqında” Qanun: Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhə lli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

24. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N 2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təmi natı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələ rin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-də k qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərb aycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsa snamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, A zərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 9N. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şika yəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.NN. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxış ının hədləri

26. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyas iya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İddiaçı N6 mart N-ci il tarixdən N iyul N-ci il tarixə kimi N nömrəli hərbi hissədə xidmət zamanı döyüş əməliyyatlarında iştirak etməsinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş edir.

30. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi biletinin N7-ci qrafasındakı hərbi hissəyə daxıl olma tarixi və əmrin nömrəsi arxiv sənədləri ilə təsdiq olunmadığına, hərbi hissədən çıxarılmağı barədə məlumatda atasının adı yazılmadığına görə məlumatın iddiaçıya aid olub-olmaması təsdiq olunmadığı üçün, habelə iddiaçıya məxsus hərbi biletdə “N6.03 – 08.07.92-ci ildə N nömrəli hərbi-hissənin tərkibində erməni işğalçılarına qarşı mərdliklə vuruşmuşdur” qeydi imza edilməyərək, üzə rindən xətt çəkildiyindən iddiaçının hərbi xidmətə qanuni əsaslarla daxil olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur.

31. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin 7-ci yarımbəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərindəNaxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazis ində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində...döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə... müdafiə... orqanları...tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)...əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

32. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi ve rilməsi ilə bağlı cavabdeh 2 halın olmadığını bildirmişdir: N) iddiaçının hərbi xidmətə başlaması arxiv sənədləri ilə təsdiq olunmur; 2) iddiaçının qanuni əsasla ehtiyata buraxılması, yəni ehtiyata buraxılma əmrində ata adının olmaması.

33. Hər üç hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymətini tapmalıdır.

34. İddiaçının hərbi xidmətə başlaması hərbi biletdə olan qeydlə təsdiq edilir. Qeydə görə iddiaçı N6 mart N-ci il tarixdə N saylı hərbi hissənin qeydiyyatına düşmüşdür, hərbi kəşfiyyatçıdır.

35. İddiaçının N saylı hərbi hissənin qeydiyyata düşməsinə dair arxiv sənədi mövcud deyildir. Cavabdehin dəlillərinə görə N () nömrəli hərbi hissə komandirinin N-N5 mart N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır, N () №-li hərbi hissə komandirinin N6-3N mart N-ci il tarixli nizami hissə üzrə əmrlərində isə iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir.

36. Qeyd edilməlidir ki, işdə iddiaçının xəstəliyi barədə Müdafiə Nazirliyi MHHEKnın 30 iyun N-ci il tarixdə tərtib etdiyi xəstəlik haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti vardır.

37. Şəhadətnamədə bildirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin N iyun N-ci il tarixli 4 nömrəli göndərişi ilə N saylı hərbi hissədə serjant olan kəşfiyyatçı kimi xidmət edən N96N-ci ildə anadan olmuş, mart N-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən İddiaçı haqqında komissiya qərara gəlmişdir ki, sülh dö vründə hərbi xidmətə yararsızdır, müharibə dövründə sıradan kənar xidmət üçün hərbi xidmətə yararlıdır.

38. İddiaçının hərbi hissənin şəxsi heyətin siyahısına salınması barədə hərbi biletdə olan məlumat hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmasa da, cavabdehə tabe olan orqanın verdiyi sənəddə onun mart N-ci il tarixdən N saylı hərbi hissədə serjant, kəşfiyyatçı kimi xidmət etməsi qeyd edilmişdir.

39. Odur ki, iddiaçının hərbi xidmətə başlamasını təsdiq edən arxiv sənədinin olmaması səbəbilə ilə onun hərbi xidmətə başlaması mübahisə doğura bilməz.

40. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün onun qanuni əsasla ehtiyata buraxılmasına dair cavabdehin digər dəlili ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh 4 mart 202N-ci i l tarixli məktubunda bildirmişdir ki, N () №-li hərbi hissə komandirinin N iyul N-ci il tarixli 58 №-li əmrində (əsas §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır.

41. N iyul N-ci il tarixli 58 nömrəli əmrin iddiaçıya aid olması işdə olan sübutlarla təsdiq edilmir. Əmrdə İddiaçı atasının adı qeyd edilməmişdir.

42. Odur ki, iddiaçının qanuni əsasla ehtiyata buraxılmasının arxiv sənədləri ilə təsdiq olunmaması barədə cavabdehin dəlili əsaslı olmuşdur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidləri ndə – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələr ini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

44. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar olmalıdır.

45. İddiaçı Əsasnamədə hərbi hissədə hərbi xidməti ilə bağlı qeyd edilən sənədlərdən hər hansı birini təqdim edə bilməmiş, qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrlərdən çıxarışlar mövcud olmamışdır.

46. Azərbaycan Respub likasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi ilə yanaşı qanuni əsasla xidmət dən ehtiyata buraxılması şərtdir. 47. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hərbi qulluqçu statusu itirməsi sübuta yetməmişdir.

48. Odur ki, cavabdehə qarşı iddianı rədd etməklə məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

49. İddiaçı kasasiya şikayətinə əlavə etdiyi vəsatətdə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının maddələrinə uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu verilməsini xahiş etmişdir. Məhkəmə kollegi yası Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün əsas görmədiyindən vəsatəti təmin etmir.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.N0, 96.NN və 98.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N03)-N578/202N saylı, 24 noyabr 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar