Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-439/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qeyri yaşayış sahəsinə yeni çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri yaşayış sahəsinə yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)287/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 (Yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar prospekti 83) ünvanında yerləşən 1155.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 16178 nömrəli vərəqində qe ydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə texniki pasport tərtib edilmişdir.
2. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 ünvanında yerləşən 1155.7 kv.m olan qeyri yaşayış sahəsinə yeni çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 24 dekabr 2020-ci il tarixli **********32 saylı, məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Aparılmış dəyişikliklərlə bağlı qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyesttri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixl i 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mininədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 8 aprel 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyriyaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Ba ş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixli seriya RX ******* saylı reyestrdən çıxarışa əsasən (daşınmaz əmlakın r/n **********66-05301-083004, qeydiyyat nömrəsi **********) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., b. 31, yeni qaydalarla: Yasamal rayonu, İnşaatçılar pr., 83 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsusdur. 2010-cu ildə qeyri-yaşayış sahəsinin ümumi sahəsinin dəyişməsi ilə nəticələnən qeyd edilən binanın fasadında Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yenidənqurma işləri aparılmışdır. Həmin dəyişikliyin hansı əsasla keçirildiyini müəyyən etmək məqsədilə 2010-cu ildən etibarən müxtəlif strukturlara müraciət edilmişdir. Belə ki, yenidənqurma işlərini aparan podrat şirkəti olan "xxxx" MMC-nin AZ/440 saylı xx.xx.2013-cü il tarixli məktubuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009- cu il tarixli razılaşdırılmış layihə əsasında "xxxx" MMC tərəfindən İddiaçı ASCyə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında yenidənqurma işləri aparılmışdır. Yerinə yeti rilən işlər əsnasında binanın 1-ci və 2-ci mərtəbələrində İddiaçı ÄSC-yə məxsus qeyriyaşayış obyektinin ölçülərində tam şəkildə həmin layihəyə uyğun olaraq bəzi dəyişikliklər edilmişdir. "xxxx" MMC-nin bu məktubu ilə sözügedən layihənin zirzəmi, İ mərtəbə və İİ mərtəbəyə aid planları qoşma olunması qeyd edilsə də, faktiki olaraq iddiaçıya göndərilməmişdir. Qeyd edilən yaşayış binasında aparılmış yenidənqurma işlərinin layihəsinin zirzəmi, İ mərtəbə və İİ mərtəbəyə aid planlarını əldə etmək məqsədilə dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə, eləcə də AR Milli Arxiv İdarəsinə müraciət edilsə də, həmin layihə sənədlərini əldə etmək mümkün olmamışdır. Belə ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Me marlıq və Şəhərsalma Baş İdarəsinin 13.01,2020-ci il tarixli 03/03-39 saylı və xx.xx.2020-ci il tarixli 03/03-564 saylı cavab məktubları ilə bildirilmişdir ki, yuxarıda qeyd edilən ünvanda İddiaçı ASC-yə dair sənədlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin 7-2360/17 saylı 24 avqust 2020-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən razılaşdırılmış layihələr və s. bu kimi sənədlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. AR Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinin Bakı filialının 561 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. xx.xx.2020-ci il tarixli müraciətlə cavabdeh təşkilatdan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASCyə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. Cavabdeh təşkilat **********32 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə qeyd edilən qeyri-yaşayış sahəsinə hüquqların d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edib ona görə ki, sözügedən ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır və qeyd edilən ünvanda aparılmış dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Lakin sözügedən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmaması səbəbi əsassızdır ona görə ki, cavabdeh təşkilatın heç bir mütəxəssisi bu məsələ ilə əlaqədar əlaqə saxlamamış və ya qeyri-yaşayış sahəsinə gəlməmişdir. Aparılmış dəyişikliklərlə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə səbəb isə yuxarıda sadalanan mərhələlər üzrə müvafiq qurumlara çoxsaylı müraciətlərin nəticə sizliyi olmuşdur. Lakin bu hal adıçəkilən dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi üçün əsas deyildir.
6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssisinə şərait yaradılmamışdır. Aparılmış dəyişikliklərlə bağlı qeyriyaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların ə ldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı iddiaçıya **********732 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.ağalarov) 25 iyun 2021-ci il tarixli, 21(112)-5606/2021 saylı qərarı ilə iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi İİ məsuliyyət səviyyəli binalara aid olduğundan, tikilinin yenidən qurulmasına icazə barədə qərar qəbul etmək, istismara icazə sənədini vermək və tikilinin layihəsini razılaşdırmaq yalnız Bakı şəhəri İcra Hakimiyyətinin səlahi yyətində olmuşdur. İddiaçı iddia ərizəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009cu il tarixli layihə sənədinə istinad etsə də, həmin layihəni və digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı həmin sənədlər aşkar edilməmişdir..
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-287/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə. Hüseyn -sədrlik edən, S.İ. Bəktaşi və A.S. Hüseynov) Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarix li, 2-1(112)5606/2021 saylı qərarı ləğv edilmiş, iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulm uşdur.
11. Məhkəmə hesab etmişdir ki, Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş və xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 21(112)-3788/2022 saylı, qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun aparıldığı müəyyən edilmişdir.
12. Bundan başqa Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, b.31 ünvanında yerləşən 1155.7 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 172 nömrəli reyestr kitabının 16178 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsinə texniki pasport tərtib edilmişdir. İddiaçının ö z tələbinin əsası kimi istinad etdiyi qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmışdır..
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, "xxxx" ASC müvafiq qeyri-yaşayış sahəsinə dair yeni çıxarış almaq məqsədilə idarəyə xx.xx.2020-ci il tarixində müraciət etmişdir.
15. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi ilkin olaraq dövlət mülkiyyətində olmuşdur. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin xx.xx.1997-ci il tarixli, 418 sayli sərəncamı və digər hüquqmüəyyənedici sənədlər əsasında qeyd olunan qeyri-yaşayış sahəsi (sahəsi: 1155.7 kv.m) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********66-05301083004 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Belə ki, sözügedən binada yerləşən qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilmişdir.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamda olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qadaları”na əsasən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.
17. Bakı Apellyasiy a Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-287/2022 sayli qaran idarəyə daxil olduqdan sonra xx.xx.2022-ci İİ tarixində idarənin mütəxəssisləri tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə texniki baxış keçirilmiş, və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilmişdir. Həmin akta əsasən Həmin akta asasan qeyri-yaşayış sahəsinin sahəsi hüquqmuəyyənedici sənəd üzrə sahəsi 1155.7 kv.m, faktiki işə 1418.7 kv.m təşkil edir. Qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsinə bitişik 263 kv.m ( İ mərtəbəyə 135 kv.m, İİ mərtəbəyə 128 kv.m) əlavə sahə mövcuddur.
18. Qeyri-yaşayış sahəsinə bitişik əlavə sahəyə (263 kv.m) dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasi Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir.
19. Əlavə olaraq bildir iik ki, Baki şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cl || tarixli, 2(004)-2505/2021 sayli qərardadı ilə sözügedən qeyri-yaşayış sahəsinin üzərinə qadağa qoyulmuşdur.
20. Həmçinin, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Baki Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəfi kimi cəlb edilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qarar qəbul edilmişdir.
22. Bütün yuxarıda göstəril ənlərə əsasən, cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-287/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: Maddə 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən ha zırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Maddə 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Maddə 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Maddə 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunv ericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Maddə 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Maddə 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
30. Məlum olduğu kimi, İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Qeyd edilməlidir ki, iddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd edilsə də, lakin apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının 22.9.2022-ci il tarixli, 2-1(103)-287/2022 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5606/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı ASC-yə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının İddiaçı ASC-yə məxsus zirzəmi, İ mərtəbə və İİ mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/04-444 saylı xx.xx.2009-cu il tarixli razılaşdırılmış layihə əsasında binanın fasadında aparılmış yenidənqurma işləri nəticəsində edilmiş dəyişikliklərin daşınmaz əmlakın dövlət reyestrinə daxil edilib, qeyd edilən qeyri-yaşayış sahəsinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin inzibati kollegiyası iş üzrə həmin nəticəyə g ələrkən, 22.9.2022-ci il tarixli qərarında Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/04-444 nömrəli məktubu ilə razılaşdırılmış Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasının fasad hissəsinin yenidən qurulmasının eskiz layihəsinin təsdiq edilmiş surəti və xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3788/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsaslanmışdır.
33. Apellyasiya instansiya məhkəməsi 22.9.2022-ci il tarixli qərarında yazmışdır ki, “həmin qərarda (burada Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3788/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı nəzərdə tutulur qeyd Ali Məhkəmənindir) həmçinin göstərilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyə n edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun aparılmışdır. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin sökülməsi, binanın əvvəlki vəziyyətə qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı əsasın olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tə rəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının fasadında aparılmış yenidənqurma işlərinin qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun aparıldığı müəyyən edilmişdir”.
34. Eyni zamanda qeyd edilməldir ki, apellyasiya məhkəməsinin hazırki iş üzrə sözügedən nəticəyə gəlməsi üçün hüquqi əsasını, digər hüquqi normalarla yanaşı apellyasiya instansiya məhkəməsinin o cümlədən özünün də istinad etdiyi “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.9, 8.0.9.2-ci maddələri təşkil edir ki, həmin maddədə yazılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qan ununun 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.
35. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Az ərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə 13.1.2015-ci il tarixli, 439 saylı Fərmanın 6-cı bəndində görə yerli icra hakimiyyəti orqanları (hazırda müvafiq orqan-qeyd Ali Məhkəmənindir) müvafiq inzibati ərazi vahidi ərazisində bu Fərman qüvvəyə mindiyi günədək aparılmış abadlaşdırma tədbirləri çərçivəsində yerinə yetirilmiş tikinti işləri nəticəsində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin sahəsində və digər göstəricilərində baş vermiş dəyişikliklər barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsini təmin etmək məqsədi ilə həmin tikinti işləri ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismara qəbul aktının surətlərinin mülkiyyətçilərinin müraciət etdiyi 7 iş günü ərzində onlara təqdim olunmasını təmin etsinlər.
36. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, sözügedən dəyişikliklərə dair istismara qəbul aktı tərtib edilməlidir.
37. Lakin iş materiallarından məlum olunur ki, belə akt işdə mövcud deyildir, yəni apellyasiya məhkəməsinin inzibati kollegiyası hazırki inzibati mübahisəni həll edərkən İPM-nin 12.1 və 12.2-ci maddələrinin tələblərinə riayət etməmişlər.
38. Buna görə də işə apellyasiya məhkəməsində təkrar baxılarkən bununla bağlı müvafiq orqana müraciət edilərkən sözügedən istismara qəbul aktı tələb edilməlidir.
39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab ed ir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 22.9.2022-ci il tarixli, 2-1(103) 287/2022 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 22 sentyabr tarixli, 2-1(103)-287/2022 saylı qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.