Məhkəmə qərarları › İş №2-1(102)-439/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-439/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-439/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayəti verilməsi müddətinin üzürsüz səbəbdən ötürülməsi: şikayət üzrə apelyasiyanın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy bəl ədiyyəsinin 26 iyul 2006-cı il tarixli, 07 nömrəli protokolu üzrə qəbul edilmiş qərara əsasən ona satılmış, Qax rayonu, Qaxingiloy kəndi ərazisində yerləşən 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-597/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şək i Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Qax rayonu Qaxingiloy bələdiyyəsinin 26 iyul 2006-cı il tarixli, 07 nömrəli protokolu üzrə qəbul edilmiş qərara əsasən ona satılmış, Qax rayonu, Qaxingiloy kəndi ərazisində yerləşən 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin (hakim: V.Ə.Musayev) 31 iyul 2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qax rayonu Qaxingiloy bələdiyyəsinin 26 iyul 2006-cı il tarixli, 07 nömrəli protokolu üzrə qəbul edilmiş qərara əsasən satılmış, Qax rayonu, Qaxingiloy kəndi ərazisində yerləşən 0.60 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

2. Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarı 24 avqust 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə, cavabdehə həm elektron kabinet vasitəsilə, həm də 24 avqust 2023-cü il tarixdə elektron poçt vasitəsilə rəsmi qaydada çatdırılmışdır.

3. Cavabdeh 03 oktyabr 2023-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasın ı xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov, G.İ.Cavadova) 25 oktyabr 2023-cü il tarixli, 21(107)-597/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmayaraq şikayətin icraata qəbulundan imtina edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarını xx.xx.2023-cü il tarixdə almış, həmin qərardan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, beləliklə də, qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 9 (d oqquz) gün ötürmüşdür.

6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

7. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş, qərardan apellyasiya şikayəti vaxtında, yəni xx.xx.2023-cü il tarixdə verilmiş, lakin texniki yanlışlığa yol verilərək qeydiyyat tarixi xx.xx.2023-cü il göstərilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcə lləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... Maddə

81. Apellyasiya şikayəti vermək hüququ... 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.... Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayəti nin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

10. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

13. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

14. Məhkəmə kollegiyası apellyas iya şikayətinin mümkün sayılmaması və qəbulundan imtina edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, İPM-in 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində verilir.

15. İşin mübahisəsiz hallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2-1(116)-2043/2023 nömrəli qərarı 24 avqust 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə cavabdehə elektron kabinet vasitəsilə, habelə 24 avqust 2023-cü il tarixdə elektron poçt vasitəsilə rəsmi qaydada çatdırılmışdır. Cavabdehin apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş və beləliklə də, qərardan apelyasiya şikayəti ve rilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddət ötürülmüşdür.

16. Cavabdehin kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, apellyasiya şikayəti vaxtında, yəni xx.xx.2023-cü il tarixdə verilmiş, lakin texniki yanlışlığa yol verilərək qeydiyyat tarixi xx.xx.2023-cü il göstərilmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə verilməsi barədə heç bir sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətində qeyd edilən xx.xx.2023-cü il tarixi isə şikayətin təqdim edilməsi tarixi kimi nəzərə alına bilməz. Apellyasiya şikayətinin üzərindəki qeyddən görünür ki, şikayət xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edil mişdir. Apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə heç bir sübut müəyyən edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq müddətin ötürülməsi əsası ilə cavabdehin şikayəti üzrə apellyasiyanı mümkün saymamış və şikayətin qəbulundan imtina etmişdir.

18. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-597/2023 nömrəli qərardadı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar