Məhkəmə qərarları › İş №2-1(102)-439/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-439/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-439/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasının mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüqu qi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-188/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01- 916 nömrəli arxiv arayışına və iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli 580 nömrəli diploma əsasən İddiaçı 1973-cü ildə Energetika fakültəsinin “Sənaye müəssisələrinin, şəhərlərin və kənd təsərrüfatının elektrik təchizatı” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuşdur (Əmr № 012/901, xx.xx.1973). 1978-ci ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr № 012/688, xx.xx.1978ci il). Д-İ 014092 seriyalı diplom verilmişdir.

2. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək M.Azizbekov adına Sumqayıt İstehsalat Birliyində usta, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində mühəndis və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-nin Yeni Gəncə filialında gözətçi vəzifəsində işləmişdir.

3. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və həmin müraciətə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına, diplomununun surətinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsisteminə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək (xx.xx.1973-cu il tarixindən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 17 il 9 ay 10 gün, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 il 4 ay olmaqla, ümumilikdə 19 il 1 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 9 ay 10 gün sığorta stajına uyğun olaraq 14457,45 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 500,50 manat olmaqla, ümumilikdə 14957,95 manat təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 34560 man at pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək elan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunduğu üçün) xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə a laraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyası hüququ yarandığı xx.xx.2022-ci il tarixdən hesablanmaqla ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci tarixədək “Azpromelektromontaj” Trestində mühəndis işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatdığı üçün cavabdehə müraciət edərək ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 12 ya nvar 2023-cü il tarixli, 3-17-1 /2-Ə5743/2023 saylı məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız və məntiqsizdir. Onun iş stajı 25 il 1 ay təşkil edir. Əmək kitabçasının doğru tərtib edilməməsi, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan müddətdə işdən azad edilmə barədə möhürün üzərindəki hərflərin kiriİ qrafikalı olması barədə dəlillər də onun təqsirindən baş verməmişdir. Hətta göründüyü kimi əmək kitabçasında olan qeydlər nəinki "kiril” qrafikası ilə, hətta rus dilində tərtib edilib. Bu isə onunla əlaqədardır ki, həmin dövrdə, yəni SSRİ tərkibində Azərbaycan Respublikasının mövcud olduğu və Azərbaycan dilində latın qrafikasına tam keçid barədə qərar verilənədək) dövl ət mülkiyyətində olan idarə və müəssisələrdə aparılan yazışmaların həm Azərbaycan həm də rus dilində tərtib edilməsi həmin dövrdə qəbuledilən olmuşdur. Latın qrafikalı əlifbaya keçid 1991-ci ildən başlasa da Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanına əsasən 01 avqust 2001-ci il tarixdən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, Azərbaycan Respublikasında bütün idarə və müəssisələrində rəsmi yazışmaların yalnız latın qrafikası ilə aparılması tələb edilmişdir. Göründüyü kimi 1991-2001-ci illərdə latın qrafikası və kiriİ qrafikalı əlifba paralel olaraq işləmiş, tədricən latın qrafikasına keçid prosesi olmuş və nəhayət bu prosesə yalnız yuxarıda qeyd edilən fərmanla yekun verilmişdir. Bu səbəbdən də cavabdehin i mtinasında qrafika ilə bağlı dəlilləri əsassız və məntiqsizdir. Bundan başqa 34.560 manat pensiya kapitalının olmaması dəlili də artıq qanunvericilikdə olan dəyişikliyə əsasən tətbiq edilmir. Belə ki, o işlədiyi müddətdə aldığı əmək haqqı ölkə üzrə minimum əmək haqqını təşkil etdiyi halda onun pensiya almaq hüququ təmin edilməlidir.

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1686/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosi al Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək M.Azizbekov adına Sumqayıt İstehsalat Birliyində usta (4 il 12gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində mühəndis (14 il 11 ay 17 gün) və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (1 il 4 ay) "xxxx" ASC-nin Yeni Gəncə filialında gözətçi vəzifəsində işləmişdir. Bundan əlavə, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilədək (4 il 11 ay 2 gün) təhsil müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 25 ildən çox olması (cəmi 25 il 3 ay 1 gün) müəyyən edilir. Məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azpromelektromontaj” Trestində əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. Cavabdeh orqan 1991-ci ilin dekabr ayında Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya keçid edilməsinə baxmayaraq xx.xx.1992-ci ildən sonrakı dövrlərdə əmək kitabçasının həm kiril qrafikalı yazı xətti ilə doldurulmasını, həm də xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmrinin kiril əlifbası olan möhürlə təsdiq olunmasını əsas gə tirməklə, həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. Digər tərəfdən, məhkəmənin sorğusuna "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli 23-33 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər “AZQUR” S/F-nın “X1” idarəsində mühəndis-sazlayıcı vəzifəsində işləyib. Hal-hazırda həmin idarə "xxxx" MMC kimi fəaliyyət göstərir. İddiaçının özü sözügedən müəssisədən sənədlər alaraq məhkməəyə təqdim etmişdir ki, həmin sənədlərlə də iddiaçının həqiqətən də xx.xx.1998-ci il tarixədək “Azpromoelektromintaj” trestində işləməsi və “AZQUR” səhmdar firmasının “X1” idarəsinin xx.xx.1998-ci il tarixli 2 nömrəli əmri ilə işdən azad edilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-188/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Naz irlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrdə işdən azad olma əmri kiril əlifbası olan möhürlə təsdiq olunduğu üçün) xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.

14. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1994-1998-ci illərdə hansı səbəbdən əməkhaqqı almaması faktını dəqiq araşdırmadan qərar qəbul edib. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiya sı hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əm ək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun una əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa et mək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasın da lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillər ini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qər arı).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin əsas dəlili kimi, iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulması (xx.xx.1983-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrdə işdən azad olma əmri kiril əlifb ası olan möhürlə təsdiq olunması) ilə bağlı qeyd edir ki, məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 23-33 nömrəli cavab məktubunda, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixə qədər “AZQUR” S/F-nın “X1” idarəsində mühəndis-sazlayıcı vəzifəsində işləyib. Həmçinin qeyd edilən cavab məktubunda bildirilmişdir ki, “AZQUR” S/F-nın “X1” idarəsi hal-hazırda "xxxx" MMC kimi fəaliyyət göstərir.

26. Həmçinin apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 24 iyul 2024-cü il tarixli 136/24 nömrəli məktubunda bildirilmişdir ki, 1994-cü il tarixdən – 1998-ci il tarixədək olan məzuniyyət əmrləri kitabları mövcud deyildir. Buna səbəb kitabların itməsidir. Həmçinin sözü gedən İddiaçı dair göstərilən məlumatlar əm ək haqqı hesabat kitabçası əsasında əldə edilib. Odur ki, cavabdehin əsaslanmış olduğu yoxlama aktı əmək haqqı hesabat kitabçası əsasında tərtib edilmiş, işçinin ödənişsiz əmək məzuniyyəti barədə əmrlər mövcud olmamışdır və bu da öz-özlüyündə cavabdehin istinad etdiyi tarixlərdə iddiaçının ödənişsiz məzuniyyətdə olmasının təsdiq edəcək sübut qismində qiymətləndirilə bilməz.

27. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə bağlı aşağı instansiyası məhkəmələrinin qiymətləndirməsi ilə razılaşır ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.

28. Eyni zamanda qeyd edilməlidir ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər əmək kitabçası iddiaçının işlədiyi müəssisə (orqan) tərəfindən düzgün doldurulmayıbsa, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki əmək kitabçasını düzgün və vaxtında doldurulması, eləcə də zəruri rekvizitlərlə təsdiq edilməsi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir.

29. Buna görə də məhkəmə kollegiyası bildirir ki, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun kiril qrafikalı əlifba ilə doldurulması və möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz.

30. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası və digər sənədlər ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

31. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan norm alar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-188/2024 nömrəli, 5 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar