Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4390/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh xxxx X1ə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh xxxx publik hüquqi şəxsə qarşı " torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Buzovna qəsəbə XDS IK-nın “Fərdi bağçılıq üçün torpaq sahələrinin ayrılması haqqında” ##.##.1983-cü il tarixli qərarına Əzizbəyov (Xəzər) rayon XDS IK-də baxılaraq, ##.##.1983-cü il tarixli **/** saylı qərarı ilə təsdiq edilmişdir. Əzizbəyov (Xəzər) rayon XDS IK-nin həmin qərarında eyni zamanda göstərilib ki, Buzovna qəsəbəsinin cənub hissəsində, dəmir yolu xətti boyu fərdi bostançılıq üçün ayrı-ayrı şəxslərə 0,12 ha sahəni keçməmək şərti ilə torpaq sahəsi ayrılsın. Qərarda torpaq sahəsi ayrılan şəxslərin siyahısı da göstərilmiş, siyahıda İddiaçı (bundan sonra – iddiaçı) adı 4-cü sırada göstərilmiş, qarşısında torpaq sahəsinin ölçüsü 1000 kv.m. olaraq qeyd edilmişdir.
2. Iddiaçının müraciəti əsasında yuxarıda qeyd olunan qərarı ilə ona verilmiş 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ Cavabdeh X1 * saylı Bakı Ərazi Idarəsi (bundan sonra – cavabdeh) tərəfindən 1121138316 qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Iddiaçı Əzizbəyov (Xəzər) rayon XDS IK-nin ##.##.1983-cü il tarixli **/** saylı qərarı ilə ona ayrılmış 0,12 ha torpaq sahəsinin qalan hissəsinə (0,02 ha) də mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.
4. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imrina edilməsi barədə cavabdehin iddiaçıya ünvanladığı ##.##.2022ci il tarixli, ************ saylı məktubunda göstərilir ki, “təqdim olunan Əzizbəyov rayon XDS-in ##.##.1983-cü il tarixli **/** saylı qərarının arxiv çıxarışında iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsinin ölçüsü 1000 kv.metr göstərilmişdir. Bu səbəbdən də daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,10 qeyd edilmişdir.”
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2017-ci il tarixli Bakı Şəhər Icra Hakimiyyətinin H-83-112 №li arxiv arayışında qeyd olunan 0,12 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Icra Hakimiyyətinin arxivinin H **-*** saylı sərəncamına əsasən, Buzovna qəsəbə Soveti Icraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli, * saylı qərarı ilə Bakı Şəhər Icraiyyə Komitəsi Memarlıq Planlaşdırma Idarəsi tərəfindən Buzovna qəsəbəsinin cənub hissəsində iddiaçıya 0,12 ha sahəni keçməmək şərtilə torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2017-ci il tarixli, H**-*** saylı arxiv arayışı əsasında cavabdeh tərəfindən 0,10 ha torpaq sahəsinə dair çıxarış və texniki pasport verilmişdir. Torpaq sahəsinin qalan hissəsinə çıxarış verilməsi ilə bağlı dəfələrlə rəsmi qaydada müraciət etmişdir. 0,10 ha torpaq sahəsinin sənədləşdirib çıxarış alınması üçün azalma ərizəsi yazmamış və ya azalmaya görə sərhəd bölgüsü aparmamışdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Əzizbəyov (Xəzər) Rayon XDS IK-nin ##.##.1983-cü il tarixli, **/** saylı qərarı əsasında iddiaçının adına 1000 kv.m. torpaq sahəsi ayrılması nəzərdə tutulmuş və həmin ölçüdə torpaq sahəsi iddiaçının adına ##.##.2022-ci il tarixdə 003013051598 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
8. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (Hakim Fərid Ismayılzadə).
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqi marağı 0,02 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsindən ibarətdir. Lakin iddiaçı 0,02 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərə malik olmamışdır. Belə ki, iddiaçı 0,02 ha torpaq sahəsinə münasibətdə hüquqların qeydə alınmasına əsas olaraq Əzizbəyov rayon XDS-nin ##.##.1983-cü il tarixli **/** saylı qərarını göstərsə də, sözügedən qərarla iddiaçıya 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin qərar icra edilmiş, cavabdeh tərəfindən 1000 kv.metr torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ 1121138316 qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmaqla rəsmiləşdirmə başa çatmışdır.
10. Məhkəmə araşdırması ilə iddiaçının tələbinin hüquqi əsası öz təsdiqini tapmamış, tələb sübuta yetirilməmişdir. Işin hallarından da görünür ki, iddiaçının iddia etdiyi 0,02 ha torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədi olmadığından həmin torpaq sahəsi üzərində onun hüquqlarının qeydiyyata alınması mümkün deyildir. Belə ki, iddiaçının hüquqi əsas qismində istinad etdiyi Əzizbəyov rayon XDS IK-nın ##.##.1983-cü il tarixli **/** saylı qərarında şəxslərə 0,12 ha qədər torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, iddiaçıya münasibətdə bu hal baş verməmiş, ona cəmi 1000 kv.m, yəni 0,10 ha torpaq sahəsi ayrılmış, cavabdeh tərəfindən isə həmin sənədlər əsasında qeydiyyat aparılmışdır.
11. Iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur. Cavabdehin imtinası qanunvericiliyə zidd olmamış, iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“Inzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).
12. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Nigar Nəbizadə /0sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Kamran Əkbərov).
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının hüquqi marağı 0,02 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsindən ibarətdir. Lakin iddiaçı 0,02 ha torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərə malik olmamışdır. Belə ki, iddiaçı 0,02 ha torpaq sahəsinə münasibətdə hüquqların qeydə alınmasına əsas olaraq Əzizbəyov rayon XDS-nin ##.##.1983-cü il tarixli **/** saylı qərarını göstərsə də, sözügedən qərarla İddiaçı 1000 kv.metr torpaq sahəsinin ayrıldığı qərara alınmışdır. Həmin qərar icra edilmiş, cavabdeh tərəfindən 1000 kv.metr torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ 1121138316 qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə qeydiyyata alınmaqla rəsmiləşdirmə başa çatmışdır.
15. XDS-nin Icraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli, **/** saylı qərardan çıxarışın məzmunundan da göründüyü kimi, 0,12 ha həmin qərarla ayrılan torpaq sahələrinə münasibətdə maksimum həddi göstərir, kiməsə ayrılmış konkret torpaq sahəsinin ölçüsünü deyil. Bu ifadə sanki bir xəritədə çəkilmiş çərçivə kimidir və onun içərisində hər kəsə ayrılan sahə qərarın müvafiq bəndlərində ayrıca müəyyən edilir. Həmin siyahıda iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 1000 kv.m. (yəni 0,10 hektar) kimi göstərilmişdir. Deməli, “0,12 ha sahəni keçməyərək” ifadəsi qərarda adları sadalanan bütün şəxslər üçün “ümumi tavan”, amma “1000 kv.m.”– iddiaçıya aid hissə idi. Hüquq da hazırkı vəziyyətdə fərdi ölçüyə, yəni konkret rəqəmə bağlanır. Əgər “0,12 ha sahəni aşmayaraq/keçməyərək” ifadəsi avtomatik olaraq hamıya maksimum pay versəydi, o zaman fərdi ölçü anlayışı tamamilə mənasızlaşardı. Məhz buna görə, birinci instansiyası məhkəməsi doğru nəticəyə gələrək, “üst hədd”in hüquq doğurmadığını, yalnız fərdi qeydin hüquqi qüvvəyə malik olduğunu əsas götürmüşdür.
16. Əzizbəyov rayon XDS Icraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli, **/** saylı qərarı dəyişdirilmədiyi və (ya) qərarda texniki səhvin mövcudluğu müvafiq mötəbər sənədlərlə öz təsdiqini tapmadığı halda, iddiaçının dəlilləri Bakı Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğvi üçün əsas olaraq qəbul edilə bilməz.
17. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının torpaq sahəsi ona ayrıldığı vaxtdan faktiki sahiblik və istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi Əzizbəyov rayon X2 Icraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli,**/** saylı qərarı ilə iddiaçıya 1000 kv.metr torpaq sahəsi ayrıldığı zaman ona təhvil verilmişdir ki, həmin qərarda İddiaçı 0,12 ha ölçüsünədək torpaq ayrılması göstərilmişdir və buna uyğun olaraq da İddiaçı naturada ölçülməklə məhz 0,12 ha torpaq sahəsi təhvil verilmişdir, lakin ayrılmış faktiki torpaq sahəsinin ölçüsü 1200 kv.metr olduğu halda qərarda texniki səhv olaraq 1000 kv.metr göstərilmişdir. Bundan əlavə, Cavabdeh X1 * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş cavab məktubunda, habelə cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2020-ci il tarixli müayinə aktında da torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla bağ-bostan salınması üçün ayrıldığı, arxiv sərəncamına əsasən 1200 kv.metr, arayışa əsasən 1000 kv.metr, faktiki 1127 kv.metr təşkil etdiyi göstərilmişdir.
19. Hazırda mübahisələndirilən 0,02 ha torpaq sahəsi başqa şəxslər tərəfindən heç bir vaxt mübahisə və ya iddia predmeti olmamış, başqa şəsxlərin torpaq sahələri ilə üst-üstə düşməmiş, ayrıldığı vaxtdan hasara alınmaqla İddiaçı istifadə və sahibliyində olmuşdur. Qeyd olunan ərazidə torpaq sahələri ayrılarkən hər hansı şəxsə 0,10 ha torpaq sahəsi ayrılmamış, ayrılmış torpaq sahələrinin ölçüləri 0,6 ha, 0,875 ha və 0,12 ha olmuşdur. Lakin qeyd edilən faktlara və sübutlara məhkəmələr tərəfindən əhəmiyyət və hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir: “Lakin qərardan çıxarışın məzmunundan da göründüyü kimi, 0,12 ha həmin qərarla ayrılan torpaq sahələrinə münasibətdə maksimum həddi göstərir, kiməsə ayrılmış konkret torpaq sahəsinin ölçüsünü deyil. Bu ifadə sanki bir xəritədə çəkilmiş çərçivə kimidir və onun içərisində hər kəsə ayrılan sahə qərarın müvafiq bəndlərinə ayrıca müəyyən edilir. Həmin siyahıda iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 1000 kv.m. kimi göstərilmişdir. Deməli, “0,12 ha sahəni keçməyərək” ifadəsi qərarda adları sadalanan bütün şəxslər üçün “ümumi tavan”, amma “1000 kv.m.”– iddiaçıya aid hissə idi.” Məhkəmənin bu formal mülahizəsinə etiraz olaraq bildirir ki, əvvəla torpaqlar fərdi bağ təsərrüfatı məqsədilə ayrılmışdır vətəndaşlara, iddiaçı da həmin siyahıda 4-cüdür, belə olan halda məhkəmənin mülahizəsinə görə yerdə qalan 0,02 ha torpaq sahəsi sözügedən məqsədlər üçün ən azı 3 nəfər arasında bölüşdürülüb – Məhkəmə nəzərə almamışdır ki, ayrılmış torpaqların təyinatı baxımından bu qeyrimümkün və səmərəsiz torpaq bölgüsü olardı. Ikincisi, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılan vaxt qüvvədə olan Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin 97-ci maddəsinə görə, “Müəssisələrə, təşkilatlara və idarələrə kollektiv bağçılıq və bostançılıq üçün bağçılıq şirkətinin hər üzvünə və ya kollektiv bostançılığın hər iştirakçısına 600 kv.m-dək ölçüdə torpaq sahələri verilə bilər.” və s. Məcəllənin bu və digər bu kimi maddələrin mənasından, habelə sözügedən qərarın məzmunundan da aydın olur ki, iddiaçının da olduğu siyahıda qeyd olunan şəxslərin hər birinə ayrılan torpaq sahəsinin ölçüsünün maksimal həddi qeyd edilir. Hesab edir ki, iddiaçının Əzizbəyov rayon XDS Icraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli qərarı ilə sözügedən ərazidə 0.12 ha sahəni keçməmək şərti ilə torpaq sahəsinə hüquq yaranmışdır. Bununla əlaqədar, torpaq sahələrinin səmərəli və sərfəli istifadəsi baxımından, naturada bölgü zamanı məhz 0,12 ha torpaq sahəsinin iddiaçıya ayrılması və hasarlanmasını nəzərə alaraq, iddiaçının hazırda sahibliyində və istifadəsində olan və üçüncü şəxslərin hüquqlarından azad olan torpaq sahəsinin cavabdehdən mövcud uyğunsuzluğu aradan qaldırılaraq qalan 0,02 ha torpaq sahəsinin də onun adına rəsmiləşdirilməsinin tələb etmək iddiaçının göstərilən normativ aktlardan və AR Konstitusiyasından irəli gələn hüququdur.
20. Hazırkı işdə apellyasiya məhkəməsi cavabdeh tərəfin dəlillərinin qəbuledilən olduğunu, iddiaçı tərəfin dəlillərinin isə inandırıcı olmadığını əsaslandırmayıb. Bundan əlavə, proses zamanı təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına heç bir münasibət bildirilməyib. Belə ki, müayinə aktında müəyyənedici sənədlər üzrə torpaq sahəsi aşağıdakı kimi göstərilmişdir: arxiv sərəncamına əsasən 1200 kv.metr, arayışa əsasən 1000 kv.metr, faktiki 1127 kv.metr təşkil etdiyi göstərilmişdir. Bundan əlavə, müayinə aktına əlavə olunan koordinatlı cizgidə isə hasarlanmış torpaq sahəsində 54,0 kv.m. və 122,0 kv.m. əlavə torpaq sahəsi göstərilmişdir. Belə olan halda, torpaq sahəsinə yerində baxış keçirməklə və ekspertiza təyin etməklə uyğunsuzluğun aradan qaldırılması məsələsinə baxılmaması ilə iddiaçının sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılması hüququ pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; ... 8.0.10.2. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
23. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, cavabdehin etirazlarını araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
28. Belə ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə iddiaçının hüququnun əsaslandığı hüquqmüəyyənedici sənəd olan Əzizbəyov rayon XDS Icraiyyə Komitəsinin ## #### 1983-cü il tarixli **/** nömrəli qərarının hüquqi məzmununun müəyyən edilməsindən asılıdır.
29. Iş materiallarından görünür ki, həmin qərarda əvvəlcə Buzovna qəsəbəsinin cənub hissəsində dəmir yolu xətti boyunca fərdi bostançılıq üçün ayrı-ayrı şəxslərə 0,12 ha sahəni keçməmək şərti ilə torpaq sahələrinin ayrılması nəzərdə tutulmuş, qərarın davamı olaraq isə torpaq sahəsi ayrılan şəxslərin siyahısı verilmiş və həmin siyahıda iddiaçının adı qarşısında ona ayrılan torpaq sahəsinin ölçüsü 1000 kv.m göstərilmişdir.
30. Kollegiya hesab edir ki, qərarın bu iki hissəsi qarşılıqlı əlaqədə və bütöv şəkildə qiymətləndirilməlidir. "0,12 ha sahəni keçməmək şərti ilə" ifadəsi hər bir şəxsə ayrılan torpaq sahəsinin konkret ölçüsünü müəyyən edən göstəriş deyil, torpaq sahələrinin ayrılması zamanı inzibati orqanın riayət etməli olduğu maksimal həddi ifadə edir. Başqa sözlə, həmin müddəa fərdi hüquq yaratmır, yalnız torpaq sahələrinin ayrılması üzrə inzibati səlahiyyətin həyata keçirilməsinin yuxarı həddini müəyyən edir.
31. Bunun əksinə olaraq, qərarın ayrılmaz hissəsi olan siyahıda hər bir şəxs üzrə göstərilən konkret ölçü həmin şəxsin əldə etdiyi hüququn həcmini müəyyən edən fərdi inzibati göstərişdir. Iddiaçının qarşısında isə məhz 1000 kv.m torpaq sahəsi göstərilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının hüququnun həcmi qərarın ümumi hissəsində göstərilən maksimal göstərici ilə deyil, onun adı qarşısında qeyd edilmiş konkret ölçü ilə müəyyən olunur. Əks yanaşma qəbul edilərsə, qərarda hər bir şəxsin qarşısında torpaq sahəsinin ayrıca göstərilməsinin hüquqi əhəmiyyəti qalmaz və inzibati aktın həmin hissəsi mənasız hesab edilməli olardı. Halbuki inzibati akt onun bütün müddəalarına hüquqi məna verəcək şəkildə təfsir edilməlidir.
32. Bu nəticə "Inzibati icraat haqqında" Qanunun müddəalarına da uyğundur.
33. Belə ki, həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt konkret məsələni həll edən və ünvanlandığı şəxs üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiridir.
34. Həmin Qanunun 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalı, 58.3-cü maddəsinə əsasən isə inzibati aktda onun ünvanlandığı şəxslər və həll etdiyi məsələlər dəqiq göstərilməlidir.
35. Eyni zamanda Qanunun 64.1-ci maddəsinə görə inzibati akt məhz ünvanlandığı şəxsə bildirildiyi məzmunda hüquqi qüvvəyə minir, 64.2-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş qaydada dəyişdirilmədiyi və ya ləğv edilmədiyi müddətdə hüquqi qüvvəsini saxlayır.
36. Göstərilən normaların sistemli təhlilindən belə nəticə hasil olur ki, inzibati akt hüquqi nəticəni yalnız özündə ifadə etdiyi məzmunda yaradır və həmin məzmun qanunla nəzərdə tutulmuş prosedurdan kənar dəyişdirilə bilməz.
37. Hazırkı iş üzrə ## #### 1983-cü il tarixli **/** nömrəli qərarın dəyişdirilməsi, ona əlavələr edilməsi və ya həmin qərarda texniki səhvin mövcudluğu barədə hər hansı səlahiyyətli orqanın qərarı mövcud deyildir. Belə olan halda nə dövlət qeydiyyatı orqanı, nə də məhkəmə həmin inzibati aktın məzmununu fərqli şəkildə müəyyən edə və ya orada göstərilən hüququ genişləndirə bilməz.
38. Məhkəmə kollegiyası cavabdehin mövqeyini də qanuni hesab edir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqmüəyyənedici sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmaqla aparılır.
39. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
40. Adı çəkilən Qanunun 23.1-ci maddəyə əsasən isə qeydiyyat orqanı dövlət reyestrində aparılan qeydiyyatın düzgünlüyünə cavabdehdir.
41. Bu normalardan göründüyü kimi, qeydiyyat orqanı hüququ yaradan subyekt deyil və hüquqmüəyyənedici sənəddə nəzərdə tutulmayan hüququ dövlət reyestrində qeydə almaq səlahiyyətinə malik deyildir.
42. Qeydiyyat orqanı, hüququn yaranmasının mənbəyi olan inzibati aktın məzmununa bağlıdır. Hazırkı halda hüquqmüəyyənedici inzibati akt iddiaçıya 1000 kv.m torpaq sahəsinin ayrıldığını göstərdiyinə görə, cavabdehin həmin ölçüdən artıq torpaq sahəsini qeydə almaqdan imtina etməsi, qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
43. Kassasiya şikayətində göstərilən, iddiaçının uzun illər ərzində əlavə 0,02 ha torpaq sahəsindən istifadə etməsi, həmin sahənin hasarlanması, digər şəxslərlə üstüstə düşməməsi və üçüncü şəxslərin hüquqlarına toxunmaması kimi hallar da iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır. Çünki daşınmaz əmlak üzərində mülkiyyət hüququ qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında yaranır. Faktiki istifadə və ya uzun müddətli sahiblik, qanunda ayrıca əsas nəzərdə tutulmadıqca, özlüyündə mülkiyyət hüququ yaratmır və hüquqmüəyyənedici inzibati aktın məzmununu dəyişdirə bilməz.
44. Kollegiya kassasiya şikayətində ekspertiza keçirilməməsi barədə dəlili də əsaslı hesab etmir.
45. Belə ki, hazırkı mübahisənin predmeti torpaq sahəsinin faktiki ölçüsünün müəyyən edilməsi deyil, hüquqmüəyyənedici inzibati aktın iddiaçıya hansı həcmdə hüquq verdiyinin müəyyən edilməsidir. Ekspertiza nəticəsində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün müəyyən edilməsi belə, hüquqmüəyyənedici sənəddə göstərilən 1000 kv.m ölçüsünü dəyişdirmir və buna görə də iş üzrə hüquqi nəticəyə təsir göstərmir. Buna görə də apelyasiya instansiya məhkəməsinin ekspertiza təyin etməməsi işin düzgün həllinə təsir göstərən prosessual pozuntu hesab oluna bilməz.
46. Kassasiya şikayətində Azərbaycan SSR Torpaq Məcəlləsinin müddəalarına istinad olunması da mübahisənin həllinə təsir etmir. Çünki həmin normalar torpaq sahələrinin ayrılmasının ümumi hüquqi əsaslarını və maksimal ölçülərini müəyyən edir. Lakin konkret şəxsin əldə etdiyi hüququn həcmi həmin ümumi normaların tətbiqi nəticəsində qəbul edilmiş fərdi inzibati aktla müəyyən edilir. Hazırkı iş üzrə həmin fərdi inzibati akt iddiaçıya 1000 kv.m torpaq sahəsinin ayrıldığını göstərir.
47. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, apellyasiya şikayətinin dəlilləri isə məhkəmə qərarının ləğv edilməsinə əsas vermir.
48. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq
Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.