Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-4393/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafıq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ”qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərarının ləğv edilməsini, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarının ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim: G.Tanrıverdiyeva) 2025-ci il ## #### tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
4. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Oruzadə /sədrlik edən və məruzəçi/, O.İsmayılov və G.Abbasova) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra cavabdeh ərizə təqdim edərək kassasiya şikayətinin geri götürülməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
10. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 8-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
11. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.