Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4394/2025 25.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə əvvəllər baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2012-ci il tarixli, 2inz(82)- ****/**** saylı qərarı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia tələbi təmin edilərək, İddiaçı ## ###### 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, ## ###### 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2013-cü il tarixli, *-*inz(***)-***/**** saylı qərarı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayətləri təmin edilməmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2013cü il tarixli, 2-2(102)-***/**** №-li Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2013-cü il tarixli, 2-1inz( ***)***/**** saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2012-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarının icrası məqsədilə “xxxx” QSC-yə göndərilmiş sorğular nəticəsində verilmiş İddiaçı əmək haqqına dair məlumatlara əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarına uyğun olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmaqla 994,07 manatdan 1455,86 manata artırılmış, həmçinin ona ümumilikdə ötən dövr üzrə ödənilməli olan 24772,37 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd edilən ötən dövr üzrə fərq məbləği cari ilin aprel ayından etibarən hissə-hissə adıçəkilən şəxsin pensiyasının (1455,86 manat) üzərinə əlavə edilərək ödənilir. Həmin vəsaitin ##.##.2027-ci il tarixinədək ödənilib başa çatdırılması nəzərdə tutulmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə (dəqiqləşmə) məhkəməyə müraciət edərək, (2024-cü il ## ######da Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul etdiyi *-**-*/*-*-*****/**** nömrəli qərarın ləğv edilməsi, ##.##.2008ci il tarixdən etibarən ödənilməyən və yığılmış pensiya ödənişinin 2006-2008-ci illərin orta aylıq əmək haqqı əsasında (mötəbər hesab olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2021-ci il tarixli */**** nömrəli ekspert rəyində olduğu kimi) hesablanaraq birdəfəlik (tam) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondu Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2010-cu ilin fevral ayından ona təyin edilmiş əmək pensiyasının (əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 17-ci maddəsinin tələblərinə müvafiq) yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun müraciətinə baxaraq ##.##.2012-ci il tarixli, *in(**)-****/**** nömrəli qərar qəbul edərək iddia tələbini təmin etmişdir. Qərardan narazı qalan cavabdeh orqan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasında apellyasiya şikayətinə baxaraq, ##.##.2013-cü il tarixli, *-*inz(***)- ***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir, qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalaraq cavabdeh orqan kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2013-cü il tarixli, 2- *(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəsini almış qərarın icra edilməsi hüquqi varisi olan cavabdeh orqan üçün qanuna əsasən məcburi olmasına baxmayaraq bu günə kimi icra edilməmişdir və beləliklə ##.##.2013-cü ildə qanuni qüvvəsini almış qərar icra edilmədiyindən onun hüquqları kobud şəkildə pozulmuşdur. Qərarın icra edilməməsi ilə bağlı o dəfələrlə Bakı şəhəri Xətai rayon icra şöbəsinə şikayət edəndən sonra Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə inzibati xəta haqqında məlumatlarla bağlı müraciət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qeyd olunan məlumatlara baxaraq ##.##.2023-cü il tarixli, 3(011)- ****/**** saylı qərar qəbul edərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 3000 (üç min) manat məbləğində cərimə etmişdir. Cavabdeh orqan qeyd olunan cərimədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə tərəfindən təyin olunmuş cərimə məhkəmə qərarının icra edilməsinə köməklik göstərməmişdir və bunun əsasında Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə inzibati xəta haqqında məlumatlarla bağlı yenidən müraciət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qeyd olunan məlumatlara baxaraq ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərar qəbul edərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 5000 (beş min) manat məbləğində cərimə etmişdir. Cavabdeh orqan qeyd olunan cərimədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə apellyasiya şikayətini təmin etməmişdir. Cavabdehə tətbiq edilən cərimələrin effekti olmamışdır və faktiki olaraq Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2012-ci il tarixli, *in(**)-****/**** nömrəli qərarında qeyd olunan formada icra edilməmişdir. Məcburi icra edilməsi hərəkətləri ilə bağlı Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru Yusifli Türkay cavabdeh orqan tərəfindən ödənilməli olan məbləği müəyyən edilməsi məqsədilə ekspertiza təyin etmişdir və ekspertizanın keçirilməsini AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Təyin olunan ekspertiza nəticəsində ##.##.2021-ci il tarixli, */**** nömrəli ekspert rəyi AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmişdir. Ekspert rəyinə əsasən ##.##.2008-ci il tarixində ona 664 manat məbləğində pensiya hesablanmalı idi, ##.##.2021-ci il tarixinə onun pensiyası 1358,56 manat təşkil edir və ona cavabdeh orqan bu illər ərzində ##.##.2021-ci il tarixinə kimi ödənilmiş pensiyanı nəzərə alaraq ##.##.2021-ci il tarixinə cavabdeh orqan tərəfindən ona 106733.13 manat pensiya borcunun ödənişini həyata keçirilməlidir. Lakin qeyd olunan məbləğ ona ödənilməmişdir və cavabdeh orqan tərəfindən ona ödənilməli olan pensiya borcu artıq qeyd etdiyi rəqəmdən yüksəkdir. Cavabdeh öz qanunsuz hərəkətləri nəticəsində onun hüquqlarını kobud surətdə pozmuşdur və onun qanuni hüququ var ki, məhkəmə qərarının icra edilmədiyinə görə cavabdehin ona yaranmış pensiya ödəniş borcunu tam şəkildə birdəfəlik qaydada ödənilməsini tələb etsin. Ona pensiya 2010-cu il tarixində təyin edilmişdir və qeyd olunan tarixdə əmək pensiyaları haqqında qanunda pensiya ödənişinin 3 ilə geri tələb edilməsi maddəsi mövcud deyildir və bu səbəbdən nəzərə alaraq ki, cavabdehin hərəkətsizliyi nəticəsində ödənilməli olan pensiya məbləği yüksəkdir, hesab edir ki, ona ödənilməli olan pensiya məbləğin tam şəkildə birdəfəlik qaydada ödənilməsini tələb etmək hüququ vardır.
7. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – N.Abıyev).
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə (sədrlik edən – G.Abbasova, hakimlər – F.Mədətli və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı hər hansı tədbirlərin görülməsi bilavasitə məhkəmə qərarından irəli gəldiyindən, sözügedən məsələlər məhz məhkəmə qərarının icrası çərçivəsində, yəni mübahisəyə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Bu səbəbdən də hazırkı mübahisənin inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbini mümkün hesab edərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh orqanın qəbul etdiyi ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2013-cü il tarixli, *-*(***)- ***/**** saylı məhkəmə qərarına heç bir aidiyyəti yoxdur.
14. Cavabdeh orqanın ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarını yalnız cavabdeh orqan özü və ya məhkəmə tərəfindən ləğv edilə bilər, AR Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının ##.##.2013-cü il tarixli, *-*(***)-***/**** saylı məhkəmə qərarının icrasının çərçivəsində inzibati orqan tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixində, *-**-*/*-*- *****/**** nömrəli qərarının ləğv edilməsi mümkün deyil. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır; 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir; 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kasasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.
22. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
23. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, bu qərarın 1-3-cü bəndlərində qeyd edilən qərarlarla iddiaçının eyni tələbi ilə bağlı qanuni qüvvəsini almış * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ## ###### 2012-ci il tarixli, 2inz(82)- ****/**** saylı qərarı ilə iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia tələbi təmin edilərək, İddiaçı ## ###### 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, ## ###### 2008-ci il tarixdən təyin edilərək ödənilən əmək pensiyasının əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərinə müvafiq olaraq yenidən hesablanması və yaranacaq məbləğ fərqinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Belə olan halda, iddiaçının tələbinə inzibati mühakimə icraatı qaydasında baxılmış və tələblə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.
24. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ilə bağlı əvvəllər məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edildiyindən və mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan, hazırkı məzmunda iddia tələbinin mümkünsüzlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
25. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.