Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4396/2025 29.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-Istismar Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-Istismar Idarəsinə qarşı “mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-Istismar Idarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Cavabdeh verilmiş ****** nömrəli xidməti orderə görə ünvan 3 ünvanında yerləşən 2 otaqlı 29.47 kv. m. ölçüdə mənzilə dair İddiaçı adına 4 nəfər ailə tərkibi (özü, arvadı və iki qızı) xidməti order verilmişdir. Xidməti orderin verilməsi üçün əsas Bakı şəhəri Cavabdeh başçısının ##.##.1998-ci il tarixli **** nömrəli sərəncamı göstərilmişdir.
2. Bakı şəhəri Cavabdeh ##.##.1998-ci il tarixli **** saylı “Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsinin təqdim etdiyi siyahıya əsasən hərbi qulluqçuların mənzillərinə order verilməsi haqqında” sərəncamına əsasən “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi qaydaları”nın 3-cü maddəsinin 2-ci bəndinə və 48-ci maddəsinə əsaslanaraq, Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsinin ##.##.1998-ci il tarixli, **** saylı məktubu ilə təqdim olunan siyahıda adları göstərilən 14 (on dörd) nəfər hərbi qulluqçunun mənzilinə order verilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ##.##.2019-cu il tarixli məktub təqdim edilmiş, Bakı şəhəri Yasamal rayon IH-nin arxiv fondu üzrə ##.##.1998-ci il tarixli, **** saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışından müəyyən olunur ki, həmin adlı siyahıda iddiaçının adı və ayrılmış mənzil 8-ci sırada qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon Idarəsi tərəfindən Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsinə təqdim etmək üçün verilmiş ##.##.2019-cu il tarixli, *** nömrəli arayışa əsasən 1959cu il təvəllüdlü istefada olan R İddiaçı həqiqətən ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixinədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, ##.##.1983-cü il tarixdən ##.##.1992-ci il tarixinədək Sovet Ordusunda R kimi, ##.##.1992-ci il tarixdən ##.##.2009-cu il tarixinədək Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir.
5. Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2009-cu il tarixli **** nömrəli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
6. * saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, İddiaçı ## ######## 2009-cu il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda ondan başqa ##.##.1959-cu il təvəllüdlü X5 qeydiyyatdadır.
7. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsinə ünvanlanmış ## ###### 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ehtiyatda olan zabitlərin mənzil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə müraciətə Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il ## ###### tarixli *** nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı fondunun siyahısından çıxarılmasına etiraz etmirlər. Məktuba qoşma şəklində mənzillərin siyahısı əlavə edilmişdir. Həmin xidməti mənzillərin siyahısında iddiaçıya ayrılmış mənzil 2-ci sırada qeyd edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-Istismar Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Cavadxan küçəsi, **A nömrəli evin ** nömrəli mənzilinin xidməti mənzillərin siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi vəzifəsinin Müdafiə Nazirliyinin Mənzil-Istismar Idarəsinin, bununla əlaqədar müvafiq sərəncamın verilməsinin isə Yasamal RIH-nin üzərinə qoyulması və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, **A nömrəli evin, ** nömrəli mənzilinə İddiaçı ilə daimi mənzil-kirayə müqaviləsinin bağlanması vəzifəsinin Yasamal RIH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1978-ci il ###ın ##- dən 1980-ci il ###ın ##-dək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, 1983-cü il #######ın ##-dən 1992-ci il #####in ##-dək Sovet Ordusunda R, bundan sonra isə 2009-cu il #####in ##-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində R rütbəsilə zabit hərbi xidməti keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən yaşa görə silahlı qüvvələrdən ehtiyata buraxılaraq, pensiyaya çıxmışdır. Xidmət keçdiyi dövrdə, yəni 1987-ci ildə cavabdeh təşkilat İddiaçı 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin iki otaqlı ** nömrəli mənzilini daimi yaşamaq üçün vermişdir. Birinci mərtəbə səsküylü və əlverişsiz olduğuna görə sonradan, müraciətinə əsasən Yasamal RIHB-nın ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş ##.##.1998-ci il tarixli orderlə həmin evin ikinci mərtəbəsində əvvəlki mənzili boşaldaraq, təhvil vermək şərtilə, İddiaçı ailəsilə birlikdə ** nömrəli iki otaqlı mənzili vermişdir. İddiaçı ** nömrəli mənzili boşaldıb, ** nömrəli mənzilə ailəsilə birlikdə köçmüşdür. Icra Hakimiyyəti başçısının sərəncamında “xidməti” sözü olmadığı halda, İddiaçı səhvən xidməti order verilmişdir. Yaşadığı mənzil və bina Müdafiə Nazirinin müvafiq əmrində nəzərdə tutulmuş açıq şəhərcik hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi qaydalarının” 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan: “...çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətilə razılaşdırmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra Hakimiyyəti orqanının qərarı əsasında...dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə edilmiş ##.##.2021-ci il tarixli ************ nömrəli müraciətə cavabda iddiaçının yaşadığı mənzilin xüsusi təyinatlı fonddan çıxarılmasına etiraz edilməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsi İddiaçı yaşadığı mənzilin xidməti mənzil fondundan çıxarılaraq, sosial mənzil fonduna aid edilməsi barədə müvafiq qərar qəbul edərək Cavabdeh göndərməli, icra hakimiyyəti isə öz növbəsində həmin qərarın təsdiqi haqqında sərəncam verməlidir. 2023-cü il ######ın ##-də iddiaçı İddiaçı cavabdeh Mənzil Istismar Idarəsinə ərizə ilə müraciət edərək yaşadığı mənzilin xüsusi təyinatlı fonddan çıxarılmasını xahiş etmişdir. Mənzil Istismar Idarəsi uzun müddət keçməsinə baxmayaraq, ərizəyə cavab verməmişdir. Mənzil xüsusi təyinatlı fonddan çıxarılaraq sosial təyinatlı yaşayış fonduna aid edildikdə, İddiaçıla daimi mənzil kirayə müqaviləsi bağlanmalıdır. Bu məqsədlə həmin mənzilə order vermiş Cavabdeh müraciət edilmiş lakin Icra Hakimiyyəti müraciətə cavab verməmişdir
10. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanına dair hər hansı bir məlumat RIH-də aşkar edilməmişdir. ünvan 2 ünvanı AR Müdafiə Nazirliyinin Mənzil-Istismar Idarəsinin balansında olduğundan və qeyd olunan ünvan Nəsimi rayon ərazisində yerləşdiyindən Yasamal RIH ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanılması mümkün deyil.
11. Bakı Inzibati Məhkəməsinin (hakim X3) ## ####### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, balanssaxlayıcının qərarı əsasında həyata keçirilir. Hazırki işdən görünür ki, iddiaçının onunla kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilin balans saxlayıcısı cavabdeh Cavabdeh deyil, Müdafiə Nazirliyidir. Belə olan halda müvafiq mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına Əmlak Məsələləri Dövlət Xidməti razı olsa da, balans saxlayıcı Müdafiə Nazirliyi tərəfindən bu barədə ayrıca qərar qəbul edilməmişdir”.
13. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mənzil-Istismar xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin binalarında mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Əlavə olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefayaburaxılmış zabitləri, Rləri və Rları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə təmin edirlər, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər.
15. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mənzil-Istismar xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, 2020-ci il tarixinə dair arxiv sənədlər məhv edildiyindən (saxlama müddəti bitdiyindən), sorğuda qeyd olunan 58 ədəd mənzilin balansdan çıxarılması barədə müraciətin olub-olmaması barədə məlumatın tərəflərindən göndərilməsi mümkün deyildir. Həmçinin, məktubda qeyd edilən digər məsələnin (balansdan çıxarılma) həlli Müdafiə Nazirliyinin səlahiyyəti xaricindədir.
16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı (hakimlər X6-məruzəçi, X2 və X1) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilərək məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Cavadxan küçəsi, **A nömrəli evin ** nömrəli mənzilinin xidməti mənzillərin siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-Istismar Idarəsinin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “.....iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır. Lakin Məhkəmə kollegiyası cavabdehin diskresion səlahiyyətlərinin mövcud olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan işin hallarını yenidən araşdırmalı və məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iş üzrə yenidən qərar qəbul etməlidir. Belə ki, IPM-nin 73.2-maddələrinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi” Qaydasının 3.8-ci bəndinin iddiaçının hazırki iddia tələbinə münasibətdə tətbiq edilməsi üçün hər-hansı maneə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən MN MII-yə ünvanlanmış ## ###### 2021-ci il tarixli, ************ nömrəli məktubu ilə siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı fondunun siyahısından çıxarılmasına etiraz etməmişdir”.
18. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-Istismar Idarəsi həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən yaşa görə silahlı qüvvələrdən ehtiyata buraxılaraq, pensiyaya çıxmışdır. Xidmət keçdiyi dövrdə, yəni 1987-ci ildə cavabdeh təşkilat İddiaçı 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin iki otaqlı ** nömrəli mənzilini daimi yaşamaq üçün vermişdir. Birinci mərtəbə səsküylü və əlverişsiz olduğuna görə sonradan,müraciətinə əsasən Yasamal RIHB-nın ##.##.1998-ci il tarixli **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş ##.##.1998-ci il tarixli orderlə həmin evin ikinci mərtəbəsində əvvəlki mənzili boşaldaraq, təhvil vermək şərtilə, İddiaçı ailəsilə birlikdə ** nömrəli iki otaqlı mənzili vermişdir. Göründüyü kimi ##.##.1998-ci il tarixli order xidməti order olmuş və yaşayış sahəsindən istifadəni xidməti etdiyi müddət dövrü üçün nəzərdə tutulur.
20. “Xidməti” anlayışı, mənzilin şəxsi mülkiyyətə çevrilmədən, yalnız istifadəyə verilməsi mənasını daşıyır. Bu hüquqi rejim, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ##### 2014-cü il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə" ilə tənzimlənir. Bu istiqamətdə Müdafiə Nazirliyinin balansında olan mənzil fondunun məqsədyönlü idarə olunması, xidməti mənzillərin yalnız xidmət müddəti ərzində istifadəyə verilməsi və bu mənzillərin özəlləşdirilməsinin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir. Lakin, hərbi qulluqçular və ya onların ailə üzvləri tərəfindən özəlləşdirilməsi halları Müdafiə Nazirliyinin mənzil fondunda mövcud olan yaşayış sahələrinin azalmasına, nəticə etibarilə isə yaşayış sahəsinə ehtiyacı olan və növbə gözləyən digər hərbi qulluqçuların mənzil təminatında ciddi çətinliklər yaranmasına səbəb olur. Halbuki xidməti mənzillər hüquqi baxımdan Müdafiə Nazirliyinin balansında olan dövlət əmlakıdır və onların təyinatı hərbi qulluqçuların xidmət müddəti ərzində yaşayışla təmin edilməsidir. Bu mənzillərin özəlləşdirilməsi nəticəsində dövlətin hərbi sahədə yerləşdirmə imkanları məhdudlaşır, növbəlilik prinsipi pozulur və xidmətə yeni başlayan hərbi qulluqçuların yaşayışla təmin olunmasında balans pozulur.
21. Hazırki, iddia tələbi və onun nəticəsində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarın sonrakı mərhələsi, yəni iddiaçının növbəti addımı yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı olacaqdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanun özəlləşdirmə ilə bağlı xüsusi təyinatlı yaşayış sahələrinə münasibətdə” məhdudiyyətlər müəyyənləşdirir.
22. Qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində, eləcə də xidməti mənzillərdə yerləşən yaşayış sahələrinin özəlləşdirilməsinə yol verilmir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə HYPERLINK "https://e-qanun.az/framework/18341" \o "Azərbaycan Respublikasının Nazirlər Kabineti"müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş HYPERLINK "https://e-qanun.az/framework/20010" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli *** nömrəli Qərarı"qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qayda 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 3.1. Yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. 3.8. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. 4.1. Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə bu Qayda ilə müəyyən edilmiş prosedura uyğun olaraq keçirilir
26. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
31. Iddiaçının hüquqi marağı istifadəsində olan mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq sosial təyinatlı yaşayış fonduna aid edilməsindən ibarətdir.
32. Yasamal RIH tərəfindən verilmiş xidməti orderin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı 29.47 kv.m ölçüdə mənzilə dair iddiaçı İddiaçı adına 4 nəfər ailə tərkibi (özü, arvadı və iki qızı) xidməti order verilmişdir. Xidməti orderin verilməsi üçün əsas Bakı şəhəri Cavabdeh başçısının ##.##.1998-ci il tarixli **** nömrəli sərəncamı göstərilmişdir.
33. Bakı şəhəri Yasamal RIH başçısının ##.##.1998-ci il tarixli **** saylı “Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsinin təqdim etdiyi siyahıya əsasən hərbi qulluqçuların mənzillərinə order verilməsi haqqında” sərəncamının surətindən görünür ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi qaydaları”nın 3-cü maddəsinin 2-ci bəndinə və 48-ci maddəsinə əsaslanaraq, Müdafiə Nazirliyinin Mənzil Istismar Idarəsinin ##.##.1998-ci il tarixli, **** saylı məktubu ilə təqdim olunan siyahıda adları göstərilən 14 (on dörd) nəfər hərbi qulluqçunun mənzilinə order verilmişdir. 14 nəfərlik adlı siyahıda iddiaçının adı və ayrılmış mənzil 8-ci sırada qeyd edilmişdir.
34. Iddiaçı ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, ##.##.1983-cü il tarixdən ##.##.1992-ci il tarixədək Sovet Ordusunda R kimi, ##.##.1992-ci il tarixdən ##.##.2009-cu il tarixədək Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Müdafiə nazirinin ##.##.2009-cu il tarixli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.
35. Mənzil iddiaçıya hərbi xidmət dövründə verilmiş, iddiaçı 2009-cu ilin aprel ayında ehtiyata buraxılsa da, mənzil onun və ailə üzvlərinin istifadəsində qalmışdır.
36. Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə görə yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.
37. Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydasının 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir.
38. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən üçüncü şəxs MN MII-yə ünvanlanmış ## ###### 2021-ci il tarixli, ************ nömrəli məktubda qeyd edilmişdir ki, ehtiyatda olan zabitlərin mənzil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə müraciətə Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il ## ###### tarixli *** nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı fondunun siyahısından çıxarılmasına etiraz etmirlər. Məktuba qoşma şəklində mənzillərin siyahısı əlavə edilmişdir. Həmin xidməti mənzillərin siyahısında iddiaçıya ayrılmış mənzil 2-ci sırada göstərilmişdir.
39. Qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində, eləcə də xidməti mənzillərdə yerləşən yaşayış sahələrinin özəlləşdirilməsinə yol verilmir. Bu hüquqi norma xidməti mənzillərin dövlət mülkiyyətində saxlanılmasını və onların yalnız xidmətlə əlaqədar istifadə edilməsini bir daha təsbit edir.
40. "Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin ## #### 2010-cu il tarixli *** nömrəli qərarının 1.8-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı həyata keçirilir. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına etiraz etməmişdir.
41. Bununla belə, Azərbaycan Respublikası Mənzil-Istismar Xidməti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-25-27/2- ****/**** nömrəli məktubda Müdafiə Nazirliyinin iddia tələbinə dair mövqeyi göstərilmiş və Bakı şəhəri, Cavadxan küçəsi, **A nömrəli evin ** nömrəli mənzilinin xidməti mənzillərin siyahısından çıxarılması məqsədə müvafiq hesab edilməmişdir. Mənzil-Istismar Xidməti mövqeyini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin razılaşdırması o halda hüquqi qüvvəyə malik olur ki, balans sahibi orqanın (Müdafiə Nazirliyi) müraciəti və təklifi əsasında verilmiş olsun və ya mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına balans sahibi orqanı razı olsun.
42. Məhkəmə kollegiyası Mənzil-Istismar Xidmətinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddia olunan xidməti mənzil hüquqi baxımdan Müdafiə Nazirliyinin balansındadır, xidməti mənzilin təyinatı hərbi qulluqçuların xidmət müddəti ərzində yaşayış sahəsi ilə təmin olunmasına yönəlmişdir. Xidməti mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması onun hüquqi statusunun dəyişməsinə, gələcəkdə isə özəlləşdirlməsinə, nəticədə Müdafiə Nazirliyinin balansında olan xidməti mənzillərin azalmasına səbəb olur. Bu isə hərbi xidmət hərbi qulluqçularının mənzillə təminatında problemlərə yol açır. Hazırkı vəziyyətdə bəhs olunan halları nəzərə alan balans sahibi orqanı iddia olunan mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmasına razı olmadığından, onun iradəsini əsaslı sayan məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi, apelyasiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar qəbul edilməklə iddianın təmin edilməməsini zəruri hesab edir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil Istismar Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2- *(***)- ****/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-Istismar Idarəsinə qarşı “Bakı şəhəri, Cavadxan küçəsi, **A nömrəli evin ** nömrəli mənzilinin xidməti mənzillər siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.