Məhkəmə qərarları › İş №2-1(102)-4397/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4397/2025

24.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4397/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlilliyin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının 2025-ci il ## ####### tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: ##.##.2004-cü il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2004-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir.

2. ##.##.2012-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2012-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. ##.##.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2014- cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

4. ##.##.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

5. ##.##.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.

6. ##.##.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir.

7. ##.##.2022-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.

8. ##.##.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Diaqnozun mətni: "Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol kürək nahiyyəsinin arxa səthinin böyük həcmli kobud dartıcı çapıq toxuması. Sol bazu oynağının kəskin açıcı-bükücü yaxınlaşdırın kontrakturası (açma 10 dər., bükmə 160 dəruzqlaşma 20 dər), Keçirilmiş QKAT sonrakı vəziyyət, posttravmatik ünsefalopatiya, simtomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (8-9 dəf ə). Yuxarı ətraf əzələlərin atrofiyası. Daimiağrı sindromu.Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Sol kürək sümüyünün boyunun gəlpəli bitişmiş sınığı. Sol bazu oynağının artrozu, yuxarı etraflarının monohlegiyası. Sol yuxarı ətrafın monoharezi., Sol yuxarı etrafın funksiyaların pozulması. Üzvü mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Kəskin ifadə olunmuş astenonevrotik sindrom. Keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Xroniki bronxit, subremissiya mərhələsində. Hpertoniya xəstəliyi II mərhələ yüksək risk" qeyd olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi göstərilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin bərpa edilməsi və 2021-ci il tarixdən bu günədək ödənilməmiş əlillik təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Iddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X8-sosial ekspert komissiyasının sentyabr 2024-cü il tarixli *- **-*/*-*-****/**** saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı ##.##.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli Qərarı ilə iddiaçıya 1-ci Qarabağ uğrunda gedən döyüşlərdə aldığı xəsarətlərlə bağlı növbəti müayinə nəticəsində "Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol kürək nahiyyəsinin arxa səthinin böyük həcmli kobud dartıcı çapıq toxuması. Sol bazu oynağının kəskin açıcı-bükücü yaxınlaşdırın kontrakturası (açma 10 dər., bükmə 160 dəruzqlaşma 20 dər), Keçirilmiş QKAT sonrakı vəziyyət, posttravmatik ünsefalopatiya, simtomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (8-9 dəf ə). Yuxarı ətraf əzələlərin atrofiyası. Daimiağrı sindromu.Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Sol kürək sümüyünün boyunun gəlpəli bitişmiş sınığı. Sol bazu oynağının artrozu, yuxarı etraflarının monohlegiyası. Sol yuxarı ətrafın monoharezi., Sol yuxarı etrafın funksiyaların pozulması. Üzvü mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Xroniki bronxit, subremissiya mərhələsində. Hpertoniya xəstəliyi II mərhələ yüksək risk" diaoqnozu təyin edilmiş və qeyd edilmiş diaqnozla əlillik əlamətləri müəyyən edilməsi münkün olmaması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının qeyd edilmiş müayinəyə dair məlumatın verilməsinə əsas olmuş imtina məktubu ona göndərilməmiş, bununla əlaqədar etdiyi çoxsaylı müraciətlərinə cavab olaraq ##.##.2024- cü il tarixdə istifadəsində olan telefon nömrəsinə smslə ##.##.2024-cü il tarixli qərarı ilə əlliliyin təyin edilməməsi barədə məlumat daxil olmuş, bu əsasla da imtinanın səbəbləri və əsasları barədə məlumatı yoxdur. Cavabdehin qeyd edilmiş imtina qərarı ilə razı deyil və hesab edir ki, aşağıda göstərilmiş əsaslara görə ona ** saylı TSEK-nın ##.##.2016-cı il tarixli qərarı təyin edilmiş əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqda qərar qəbul edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının ##.##.2023cü il tarixli, *** saylı qərarından görünür ki, iddiaçı Ağdam RHK tərəfindən ##.##.1992-ci il tarixdə hərbi xidmətə çağrıldıqdan sonra 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə yaxından iştrak etmişdir. ##.##.1992-ci il tarixdə vətən uğrunda gedən döyüşlərdən birində aldığı güllə yaralarından ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək ETTOI-da "sol kürək nahiyyəsini dəlib-kəçən güllə yarası. Sol kürək sümüyünün boynunun qəlpəli sınığı" diaqnozlarla ilə müayinə və müalicə olunmuş və ##.##.1992-ci il tarixdə MN MHP-nin hərbi-həkim komissiyası tərəfindən "Sol kürək nahiyyəsinin dəlib keçən güllə yarasının nəticəsi", ##.##.1993-cü il tarixdən ##.##.1993-cü il tarixədək AR X1 Reabilitasiya və X2 Institutunda müalicə nəticəsində" "Sol çiyin qurşağını dəlib keçən güllə yarasının qalıq əlamətləri", ##.##.1995-ci il tarixdən ##.##.1995-ci tarixədək Respublika Əlillərin Bərpa Mərkəzində müalicə nəticəsində" "Travmadan sonra sol çiyin əzələsinin kontrakturası. Sol Bazu kələfinin posttravmatik pleksiti, yuxarı ətrafin mötədil porezi ilə. Kəskin nəzərə çarpan asteno-nevratik sindrom (amamnezində qapalı kəllə beyin travması)", ##.##.1996-cı il tarixdən ##.##.1996-cı il tarixədək Respublika Əlillərin Bərpa Mərkəsində" Sol kürək nahiyyəsinin dəlib keçən güllə yarası və sol bazu sümüyün qəlpəli yaralanmasından sonrakı vəziyyət. Asteno-nevrotik vəziyyət", ##.##.1996-il tarixdən ##.##.1996-cı il tarixədək MN MHKH-da "Sol kürək kürək sümüyünün boynunun sınığı ilə keçən qüllə yaralanması nəticəsində çiyin kurşağının kontrakturası" diaqnozlarla müəyyən edilmiş xəsatlərin hərbi travma olması və həmin travmaları Azərbaycan Respublikasının müdafiyəsi zamanı almağı təstiq edilmişdir. Eyni zamanda da həmin qərarla MN MHHK-nın ##.##.2003-cü il tarixli *** saylı qərarın ləğv edildiyinə istinad edilmişdir. Iddia ərizəsinə əlavə edilmiş rəsmi sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıya 1992-ci ildə 1-ci Qarabağ müharibəsində aldığı xəsarətlərlə bağlı müvafiq TSEK-nın rəyləri əsasında 3-cü dərəcəli əlilliyi təyin edilmiş, 2012-ci ildən isə səhhətində müəyyən edilmiş ağırlaşmalar nəticəsində TSEK-nın rəyləri əsasında 2-ci dərəcəli əlillik müəyən edilmiş və həmin əlilliylə bağlı ona 2021-ci ilin may ayınadək əlillik müavinatı ödənilmişdir. Səbəbini öyrənmək məqsədi ilə cavabdeh orqana müraciət etdiyində əlillik dərəcənin müəyyən edilməsi üçün yenidən həkim və ekspert müayinələrindən keçmək lazım olduğunu, nəticədə də ödənilməmiş müddət üçün nəzərdə tutulmuş müavinatlar ödəniləcəyi bildirilmişdir. Bu əsasla 2021-ci ilin may ayından başlayaraq 2024-cü ilin yanvar ayınadək rəsmi göndərişlər əsasında PHŞ X3, Elmi Tətqiqat və Travmatologiya və Ortopediya Institutunda, Respublika Psixiotrik Xəstəxanasında Dövlət Tibbi Sosial Ekspertizası və X4 Reabilitasiya Pansionatında müayinə və müalicə olunduqdan sonra ümümilikdə "QKB travması, baş beyin silkələnməsi, başın sol təpə nahiyyəsində geniş əzilmiş yaranın müəyyən edilməsi", Keçirilmiş kəllə-beyin travmanın nəticəsi, postravmatik enselopatiya qıcolma tutmaları ilə", "Odlu silahla yaralanmadan sonra sol kürək nahiyyəsinin arxa səthində böyük həcmli kobud dairəli çapıq toxması, sol kürək sümüyünün boynunun qəlpəli bitişmiş sınığı, sol bozu oynağının artrozu, sol yuxarı etrofin funksiyaların pozulması","Sol kürək nahiyyəsinin dəlib keçən güllə yarasından sonrası vəziyyət, belomba fəqərələrin ostrxandrozu" və "Üzvü (1-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiolarının enməsi ilə F.07.0" xəstəliklərdən əziyyət çəkməyi müəyyən olunmuş, lakin heç sonuncu TSEK-in rəyi ilə heç bir əsas göstərilmədən ona əlillik dərəcənin təstiq edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin qeyd edilmiş hərəkətləri birbaşa vətənin hər qarış torpağı uğrunda canından və qanından keçmiş, şikəst qalmış, 32 il ərzində ailəsinə üçün ağır bir yük olmaqla yaşamış, daima kənar şəxslərin köməyinə möhtac qalmış, 2021-ci ilin may ayınadək aldığı əlillik müavinatı iynə və dərmanların alınmasına çatmamış əlilə münasibətdə ən böyük qanunsuzluq, hörmətsizlik və haqsızlıq kimi qiymətləndirilməlidir. Bununla belə hazırda artıq 3 il 6 aydır ki, ümümiyyətlə əlillik dərəcəsinin təyin edilməməsi nəticəsində ona əlillik müavinatın ödənilməməsi, əmək qabiliyyətinin olmaması səbəbində 86 yaşında olan anasının aldığı pensiyaya möhtac qalmışdır. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlərdən göründüyü kimi 1993-cı ildən 2012-ci ilədək 3-cü dərəcə əlilliyi, 2012-ci ildən 2021-ci ilin may ayınadək 2-ci dərəcə əlillik təyin edilmiş və 29 il ərzində əlillik təqaüdü almışdır. Hesab edir ki, cavabdeh 29 ildən sonra heç bir əsas göstərmədən əlilliyini ləğv edilərək maddi vəziyyətini pisləşdirməklə onu çarəsiz vəziyyətə salması kimi hərəkətləri birbaşa Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsinə və AR Mülki Məcəllənin 7.1-ci və 7.3-cü maddələrinə zidd hesab edilməlidir.

12. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Ağdam şəhər sakini ##.##.1969-cu il təvəllüdlü İddiaçı ilk dəfə ##.##.2004-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbindən 3cü dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə əlillik dərəcəsi 1 il müddətlə uzadılmışdır. Sonuncu dəfə 2016-cı ildə elektron təyinatla 5 il müddətinə əlillik dərəcəsi uzadılmışdır. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin *******AAJYA nömrəli ##.##.2021-cI il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin *******AANU* nömrəli ##.##.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS 22420302410) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023cü il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyəsinin dəlib-keçən yarası. Sol kürək sümüyünün boynunun qəlpəli sınığı. Sol kürək nahiyəsinin dəlib keçən yaralanmasının nəticəsi. Sol çiyin qurşağının dəlib-keçən güllə yaralanmasının qalıq əlamətləri. Travmadan sonra sol çiyin əzələsinin kontrakturası. Sol bazu kələfinin posttravmatik pleksiti, yuxarı ətrafın mötədil parezi ilə. Kəskin nəzərə çarpan asteno-nevrotik sindrom (anamnezində qapalı kəllə-beyin travması). Sol kürək nahiyəsinin dəlib-keçən güllə yaralanması və sol bazu sümüyünün qəlpəli yaralanmasından sonrakı vəziyyət. Astenonevrotik vəziyyət. Sol kürək sümüyünün boynunun sınığı ilə keçən güllə yaralanması nəticəsində çiyin qurşağının kontrakturası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxarı ətraflarında hərəki məhdudluq, başgicəllənmə, özündəngetmə hallarından, yaddaşsızlıq, yüksək aterial təzyiq, ürək çatışmazlığından, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında tutmadan öncə başı gicəllənərək yıxıldığını, üzünə su töküldükdən sonra ayıldığın bildirmiş, özü ilə gətirdiyi “Serebralizin”, “Depakin”, “Tripliksan”, “Karvalol”, “Suprastin” dərman preparatların qutularını nümayiş etdirmiş, dərmanları spirtli içki ilə qəbul etdiyini, bitkilərdən müxtəlif dərmanlar hazırladığını, hətta xərçəngi müalicə edə bildiyini qeyd etmişdir. Müayinə zamanı sol kürəyində, alının sol tüklü hissəsində çapıqlar izlənilmiş, sol bazu oynağında 90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası SpO2 99%, nəbzi 86 vurğu, arterial təzyiqi 190/100 mm cv st kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Psixi statusunda kəllə beyin travması təqdim olunmuş hərbi qərarda öz təsdiqini tapmamışdır. Ünsiyyətdə sərbəst izlənilmiş, psixiatrik müalicə almamış, yalnız psixiatrik rəy təqdim etmiş – gündüz stasionari ilə. Şəxsiyyət dəyişikliyinə səbəb olacaq spesifik patologiyanı təsdiqi üçün instrumental müayinə nəticəsi təqdim edilməmişdir. Emosional stabil, affekti adaptiv, situasiyaya uyğun olmuşdur. Mühakimə və analiz qabiliyyəti tam qorunmuş, davranışları bir qədər demonstrativ izlənilmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda sümük üstü və vətər refleksləri orta canlı alınmış D=S, əzələ gücü 5 (beş) bal olaraq dəyərləndirilmiş, əzələ tonusu norma daxilində olmuşdur. Sol yuxarı ətrafın çiyin oynağı səviyyəsindən yuxarı qaldıra bilməmiş (kontraktura?), Romberq vəziyyətində səndələmiş, burun-barmaq sınağını düzgün icra etmiş, sol yuxarı ətrafda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Təqdim olumuş EEQ müayinə nəticələrində, həmçinin ƏƏSMN tabeliyində DTSERA-da aparılan EEQ müayinə nəticəsinə əsasən epiaktivlik inkar olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2023-cü il tarixli **********/**** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol kürək nahiyəsinin arxa səthində böyük həcmli kobud dartıcı çapıq toxuması, sol kürək sümüyünün boynunun qəlpəli bitişmiş sınığı, sol bazu oynağının artrozu, açıcı bükücü yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu ilə və sol yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X9 Institutunun ##.##.2023-##.##.2023-cü il tarixli ***** nömrəli Çıxarışında diaqnoz “Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonraki vəziyyət. Xroniki bronxit subremissiya mərhələsi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. X9 Institutunun ##.##.2022-##.##.2022-ci il tarixli **** nömrəli Çıxarışında diaqnoz “Xronik bronxit. Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Restriksiya tipli mötədil ventilyasiya pozğunluğu” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-distolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=58%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. IVS və IAS tamdır. Seqmentar divar hərəkət qüsürü qeyd edilmir. Aorta kökü və qapaqları, digəq qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli doopler EXO-KQdə patoloji axın qeyd edilmir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli **** nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. Tənəffüs vezikulyardır. Patoloji xırıltılar, obstruksiya qeyd olunmur. Hazırda XTÇ müşahidə olunmur. FVC 97%, FEV1 101%” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

13. Bakı Inzibati Məhkəməsinin (hakim L.S.Musayeva) 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının sentyabr 2024-cü il tarixli, *-**-*/*-*-****/**** saylı qərarının iddiaçı İddiaçı aid hissədə ləğv edilməsi, iddiaçı İddiaçı əlilliyinin ##.##.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsində onda mövcud olmuş xəstəliklərin - Ağdam rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, Y********BFY nömrəli göndərişində qeyd edilən XBT kodlarının hazırda aşkar olunmaması, yəni ikinci dərəcə əlillik təyinatına əsas olmuş diaqnozun klinik olaraq öz təsdiqini tapmaması və tərəfindən ##.##.2024-cü il tarixlərdə keçirilən müayinələr zamanı iddiaçıda aşkar olunan xəstəliklərin əlillik təyinatına əsas verməməsi səbəbindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilməmiş, həmin diaqnozun (xəstəliklərin) öz təsdiqini tapmaması bildirilmişdir. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx tərəfindən iddiaçı İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T ***/**** saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, kəskin ifadə olunmuş astenonevrotik sindrom” (F07.0), “Tənəffus orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində” (B90.9), müəyyən edilmişdir.

15. Belə ki, iş materialları, iddiaçının stasionarda şikayətləri və hal-hazırkı anamnestik, kliniki, laborator instrumental müayinələrin nəticələri Ağdam rayon Mərkəzi Xəstəxanasının ##.##.2024-cü il tarixli, Y********BFY nömrəli göndərişində olan xəstəliklərin onda mövcudluğunu sübut edir. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəliklər inkar edilməmiş, ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular – 7.6.2-ci yarımbənd – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu və həmin Meyarlarda 1-ci bəndi - Tənəffüs sistemi orqanlarının xəstəlikləri - 1.1.7-ci yarımbənd – “tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları B90.9” əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

16. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat:

17. Bakı Apellyasiya Məhkəməsi Inzibati kollegiyasının (hakimlər O.N.Ismayılov /sədrlik edən və məruzəçi/, M.Ə.Rüstəmli və R.Ə.Səmədov) 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial ekspert komissiyasının iddiaçı İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı barəsində sonuncu göndərişin rəsmiləşdirildiyi tarixin nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

18. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli imtina qərarı sanki formal olaraq qəbul edilmişdir. Bu qəbildən olan işlərin təhlili onu göstərir ki, TSEK, bir qayda olaraq, birinci imtina qərarını “möhkəmləndirmək”, yəni sonradan “əsaslandırmaq” üçün şəxsi əyani müayinəyə cəlb edir. Təbii ki, həmin qərarlar da əyani müayinənin nəticəsində qəbul edildiyindən müqayisədə daha ciddi əsaslandırılmış qərar kimi təqdim olunur. TSEK-in bu formada inzibati icraat aparması qanunverciliyin tələblərinə uyğun hesab edilə bilməz. Inzibati orqan tərəfindən “işin hallarının obyektiv araşdırılması prinsipi”nin (IIQ-nin 24-cü maddəsi) tələblərinə əməl edilməmişdir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir. Əslində bu prinsipin tələblərinin pozulmasını mahiyyət etibarı ilə ##.##.2024-cü il tarixli imtina qərarının əsaslandırılmamasından müəyyən etmək olur. TSEK göndərişdə qeyd olunmuş məlumatlara, yəni əsas diaqnoza və ağırlaşmalara səthi yanaşmış, hərtərəfli, tam və obyektiv təhlil aparmamış və formal əsaslarla əlillik təyin edilməsindəm imtina etmişdir. Inzibati orqan tərəfindən “Etimad hüququnun qorunması prinsipi”nin tələblərinə əməl edilməmişdir. Inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır.

19. Işin hallarından müəyyən olunur ki, iddiaçıya ilkin olaraq ##.##.2004-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə (##.##.2005-ci il tarixinədək) üçüncü dərəcə, sonrakı dövrlərdə isə təkrar olaraq ##.##.2012-ci il tarixindən ##.##.2013-cü il tarixinə, ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Növbəti dəfə iddiaçının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin *******AABOL nömrəli göndərişi əsasında ##.##.2015-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə (##.##.2016-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə ikinci dərəcə əlillik təyinatı ##.##.2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Yuxarıda qeyd olunan tarixlərdə aparılmış qiymətləndirmə nəticəsində ona “sol ürək nahiyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, Xr bonxit. Bel oma fəqərələrinin aste-xandrozu davamlı kökcük ağrılarla. Sol böyrək daşı. Nevrotik sindrom” diaqnozu qoyulmuşdur. Y********BFY nömrəli, ##.##.2024-cü il tarixli göndərişdə diaqnozun aşağıdakı kimi qeyd olunmuşdur: "Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol kürək nahiyyəsinin arxa səthinin böyük həcmli kobud dartıcı çapıq toxuması. Sol bazu oynağının kəskin açıcıbükücü yaxınlaşdırın kontrakturası (açma 10 dər., bükmə 160 dəruzqlaşma 20 dər), Keçirilmiş QKAT sonrakı vəziyyət, posttravmatik ünsefalopatiya, simtomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (8-9 dəf ə). Yuxarı ətraf əzələlərin atrofiyası. Daimiağrı sindromu.Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Sol kürək sümüyünün boyunun gəlpəli bitişmiş sınığı. Sol bazu oynağının artrozu, yuxarı etraflarının monohlegiyası. Sol yuxarı ətrafın monoharezi., Sol yuxarı etrafın funksiyaların pozulması. Üzvü mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Kəskin ifadə olunmuş astenonevrotik sindrom. Keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Xroniki bronxit, subremissiya mərhələsində. Hpertoniya xəstəliyi II mərhələ yüksək risk" qeyd olunmuşdur Beləliklə, iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların və ağırlaşmaların demək olar ki, eyni olduğu görünür. Ancaq cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından uzun müddətdir ki, əlillik təyin etməsinə, hal-hazırda ekspert rəyində, eyni zamanda Y********BFY nömrəli, ##.##.2024-cü il tarixli göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda olmasına baxmayaraq, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından heç bir ciddi əsaslandırma olmadan imtina etmişdir.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti

6.7. Epilepsiya G40 Qiymətləndirmə epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə 6.7.1.[116] 35-60 1 il nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən) 6.7.2.[117] gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 50-60 2 il ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə 6.7.3.[118] epileptik status, epileptik tutma seriyası 65-80 2 il və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) 6.7.4. ayda 4 və daha artıq ağır tutma, yaxud 4 85-100 müddətsiz və daha artıq kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda 2 və daha artıq huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, ayda 1 və daha artıq epileptik status, kənar qulluq və nəzarət tələb edən kobud psixopatoloji simptomatika və kobud şəxsiyyət pozulmaları (əqli zəiflik)

25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərəalmaqla qiymətləndirmişdir.Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Bununla belə, iddiaçının orqanizm funksiyalarının pozulması faizlərinin müəyyən edilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmədiyindən, həmin hissələrdə qərar dəyişdirilməlidir.

32. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmə tərkibi iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Başqa sözlə, məhkəmə tərkibinin hüquqi mövqeyinə görə, belə işlərdə tələb hüququnun mövcudluğu halında məhkəmənin vəzifəsi “əlilliyin müəyyən edilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bitir. Çünki burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndinə əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir. Bu meyarlara uyğun olaraq, İ, II və III dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, Tibbi-Sosial Ekspert Komissiyası yalnız tibbi meyarlar əsasında deyil, həm də sosial meyarlar baxımından qiymətləndirmə apararaq funksional pozuntu faizini müəyyən edir. Başqa sözlə, həmin faizin müəyyən edilməsi zamanı xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından qiymətləndirmə aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər.

33. Kollegiya apellyasiya instansiya məhkəməsinin göstərilən mövqeyinə münasibətdə isə qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunun qanunda istifadə edilən anlayışların, o cümlədən diskresion səlahiyyət anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.

34. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.

35. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbisosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X7 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.

36. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Əlillik “ HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyar lar%C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \t "_blank" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı" Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://eqanun.az/framework/44232" \l "%C9%99lav%C9%99" \t "_top" “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

37. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.

38. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

39. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.

40. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

41. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.

42. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.

43. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququnda düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.

44. Təsadüfi deyildir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmələrə təqdim olunmuş sonuncu icmal məktubda da qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən əlilliyin təyin edilməsinə dair iddia tələblərinə baxılarkən, göndərişdə (Forma 88) qeyd olunan diaqnozun əlilliyi qiymətləndirilən şəxsdə formal olaraq mövcudluğunun müəyyən edilməsi ilə kifayətlənilməməli, eyni zamanda, göndərişdə göstərilmiş həmin pozuntu, çatışmazlıq və xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda öz əksini tapmış qiymətləndirmə göstəricilərinin şəxsdə mövcudluğu da müəyyən edilməlidir. Müvafiq olaraq “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəlik üzrə qiymətləndirmə göstəricilərindən hər hansı biri ilə uyğunluq müəyyən olunmadan şəxsə əlillik təyinatı aparıla bilməz. Eyni zamanda göstərilmişdir ki, işin halları əlilliyin müəyyən edilməsi üçün yetərli olduqda qəbul ediləcək qərarda “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəliyin qiymətləndirmə göstəriciləri üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti konkret göstərilməlidir.

45. Hazırki iş olan ##.##.2024-cü il tarixli göndərişdə iddiaçıda olan diaqnozlar aşağıdakı kimi qeyd olunmuşdur: "Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sol kürək nahiyyəsinin arxa səthinin böyük həcmli kobud dartıcı çapıq toxuması. Sol bazu oynağının kəskin açıcıbükücü yaxınlaşdırın kontrakturası (açma 10 dər., bükmə 160 dəruzqlaşma 20 dər), Keçirilmiş QKAT sonrakı vəziyyət, posttravmatik ünsefalopatiya, simtomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları (8-9 dəf ə). Yuxarı ətraf əzələlərin atrofiyası. Daimiağrı sindromu.Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.Sol kürək sümüyünün boyunun gəlpəli bitişmiş sınığı. Sol bazu oynağının artrozu, yuxarı etraflarının monohlegiyası. Sol yuxarı ətrafın monoharezi., Sol yuxarı etrafın funksiyaların pozulması. Üzvü mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Kəskin ifadə olunmuş astenonevrotik sindrom. Keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Xroniki bronxit, subremissiya mərhələsində. Hpertoniya xəstəliyi II mərhələ yüksək risk" qeyd olunmuşdur.

46. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T ***/**** saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-7. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün adına “Ağdam rayon mərkəzi xəstəxanasi” PHŞ tərəfindən tərtib edilmiş ##.##.2024- cü il tarixli, Y********BFY saylı Forma 88 haqqında məlumatda qeyd edilən “Əsas diaqnoz: Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanmasından sonrakı vəziyyət, sol kürək nahiyəsinin arxa səthində böyük həcmli kobud dartıcı çapıq toxuma. Ağırlaşmalar: M24.5- oynaqların kontrakturası, sol bazu oynağının kəskin açıcı, bükücü, yaxınlaşdırım kontrakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə), T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, G40.2-kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 8-9 dəfə), M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, yuxarı ətraf əzələlərinin atrofiyası, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, S27.3-ağciyərin digər travmaları, döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki bronxit, subremissiya mərhələsi, S42.1-kürək sümüyünün sınığı, sol kürək sümüyünün boyunun qəlpəli bitişmiş sınığı, M 19.1-digər oynaqların posttravmatik artrozu, sol bazu oynağının artrozu, G83.2-yuxarı ətrafların monoplegiyası, sol yuxarı ətrafın monoparezi, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sol yuxarı ətrafın funksiyasının pozulması, F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, B90.9-tənəffus orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, keçirilmiş sol ağciyər vərəmindən sonrakı qalıq əlaməti, fibroz və bərk ocaqlar şəklində. Yanaşı xəstəliklər: 110-essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi II mərhələ В faza serebral tip, yüksək risk” diaqnoz ona stasionarda şikayətləri, anamnestik və kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir.

47. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarının 7.6.3-cü bəndinə əsasən epilepsiya, teztez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) orqanizmin funksiyalarının pozulma faizi 65-80 olmaqla 2 il müddətinə əlillik təyininə əsas verir.

48. Yuxarıda qeyd olunan həm ##.##.2024-cü il tarixli göndərişlə, həm də ekspert rəyi ilə iddiaçıda simptomatik epilepsiyanın olması və bunun tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 8-9 dəfə) ilə baş verməsi öz təsdiqini tapır.

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilməli, İddiaçı barəsində sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla, “Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulmalıdır

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial ekspert komissiyasının iddiaçı İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı barəsində sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla, “Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar