Məhkəmə qərarları › İş №2-1(102)-4399/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4399/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4399/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Azərbaycan Respublikası “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-nin *** nömrəli ambulator xəstənin tibbi vərəqinə əsasən iddiaçıya “Partlayış travması, keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 ****/** nömrəli stasionar reabilitasiya kartasından çıxarışa əsasən, iddiaçı ##.##.2021-ci ildən ##.##.2021-ci ilə qədər həmin mərkəzdə müalicə qəbul etmişdir; diaqnoz: “Barotravma – QKBI qalıq əlamətləri, baş-beyin silkələnməsi, vegeta-damar çatışmazlığı”.

3. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının **** nömrəli, ##.##.2020-ci il tarixli arayışına əsasən iddiaçıya “Partlayış travması (##.##.2020); hər iki baldırın kor qəlpə yaralanması, yumşaq toxumaların yad cismi (metal qəlpə), sol əlin IV barmağının distal falanqasının açıq, az yerini dəyişən sınığına görə aparılan yaraların bircinsli cərrahi işlənməsi, sol əlin IV barmağının immobilizasiyasından (##.##.2020) sonrakı vəziyyət. Barotravma (##.##.2020), sol təbil pərdəsinin mərkəzi perforasiyası” diaqnozu qoyulmuşdur və səbəb əlaqə kimi “Hərbi travmadır, Azərbaycan Respublukasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir.

4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının ***** nömrəli, ##.##.2020-ci il tarixli arayışına əsasən iddiaçıya “Partlayış travması (##.##.2020); keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur və səbəb əlaqə kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi * nömrəli X5 *** nömrəli, ##.##.2024-cü il tarixli rəyinə əsasən iddiaçıya “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş beynin travmasından (QKBT) sonra yaranan davamlı şəxsiyyət dəyişkənliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla, anamnezdə suisidial cəhdlərlə” diaqnozu qoyulmuşdur.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin **** nömrəli, ##.##.2021-ci il tarixli məlumatından görünür ki, iddiaçı ##.##.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən müayinə olunub, diaqnoz “Posttravmatik stress pozuntusu F43.1 Anamnezində keçirilmiş qapalı kəllə beyin travması” göstərilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin **** nömrəli, 040.4.2022-ci il tarixli məlumatından görünür ki, iddiaçı ##.##.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən müayinə olunub, diaqnoz “Posttravmatik stress pozuntusu F43.1 Postkommosion sindrom F07.2” müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsin **** nömrəli, ##.##.2023-cü il tarixli məlumatından görünür ki, iddiaçı ##.##.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən müayinə olunub, diaqnoz “Üzvi affektiv pozuntu F06.3. Anamnezində intihar fikirləri ilə” diaqnozu müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin ****/* nömrəli, ##.##.2021-ci il tarixli “Travma haqqında arayış”ına əsasən, iddiaçı ##.##.2020ci il tarixdə “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış yaralanması, sol əl, hər iki baldır, sol diz oynağı nahiyələrinin kor qəlbə yaralanması, Sol əlin IV barmağın distal falanqasının açlıq, yerdəyişməyən sınığına görə aparılmış yaraların İ-li cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi-metal qəlpələr” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən döyüşlərdə xəsarət almışdır.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin “Həkim Psixiatr Komissiyasının” *** nömrəli, ##.##.2023-cü il tarixli rəyinə əsasən, iddiaçı Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, diaqnoz “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, anamnezində suisidal cəhdlərlə F06.3” qoyulmuşdur.

11. Ambulator kitabçadan çıxarışlara əsasən iddiaçı ##.##.2022-ci ildən ##.##.2022-ci ilə qədər, ##.##.2021-ci ildən ##.##.2021-ci ilə qədər, ##.##.2023-cü ildən ##.##.2023-cü ilə qədər, ##.##.2022-ci ildən ##.##.2022-ci ilə qədər, ##.##.2023-cü ildən ##.##.2023-cü ilə qədər, ##.##.2023-cü ildən ##.##.2023-cü ilə qədər * nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli, **** nömrəli Şəhadətnaməyə əsasən iddiaçıya “Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və tez-tez təkrarlanan dekompensasiyalarla, depressiv daxilolmalarla. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin kəskin dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, anamnezində intihar fikirləri ilə. Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı sefalgik sindrom dağınıq üzvi nişanələr və davamlı vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (##.##.2020) nəticəsində sol əlin IV barmağın distal falanqasının bitişmiş sınığı. Sol əlin IV barmağının distal falanqasının yumşaq toxumasının bir ədəd kiçik ölçülü metal qəlpəsi. Hər iki baldır və sol diz nahiyəsinin yumşaq toxumalarının böyüyü 9 mm ölçüdə olmaqla çoxsaylı metal qəlpələri” diaqnozu qoyulmuşdur, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

13. Iddiaçıya tibb müəssisəsi tərəfindən ##.##.2022-ci ildə, ##.##.2023-cü ildə və ##.##.2024-cü ildə əlilliyin təyin edilməsi üçün göndəriş verilmişdir, sonuncu göndərişdə diaqnoz “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində subsidal cəhdlərlə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Iki tərəfli eşitmə sinirin nevriti” kimi göstərilmişdir.

14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-*/*-A-****/**** saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçının müraciəti əsasında ##.##.2024-cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

15. Iddiaçı cavabdehə qarşı xəstəliyinə görə əlillik dərəcəsinin bərpa və təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

17. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1988-ci ildə anadan olmuş, orta məktəbi bitirdikdən sonra ##.##.2007-ci ildən ##.##.2008-ci ilə kimi Azərbaycan Respublikası DSX SQK-da xidmət etmiş, ##.##.2014-cü ildən ##.##.2017-ci ilədək AR DIN DQK-da Baş atıcı vəzifəsində xidmət etmişdir. ##.##.2018-ci ildən N saylı h/h müddətdən artıq hərbi xidmətə qəbul edilmiş, ##.##.2021-ci ildən ##.##.2021-ci ilə kimi Nh/h V vəzifəsində xidmət etmişdir. Qaradağ rayonu Səfərbərlik Xidməti tərəfindən müharibəyə göndərilmiş, müharibə zamanı ##.##.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin yaxınlıqda partlaması nəticəsində “Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı partlayış yaralanması sol əli, hər iki baldır, sol diz oynağı nahiyələrinin kor qəlpə yaralanması” xəsarətini almışdır. N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, ****/* nömrəli travma haqqında arayışda göstərilib ki, ilk tibbi yardım hərbçi yoldaşları tərəfindən göstərildikdən sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. Orada yardım göstərildikdən sonra isə Silahlı Qüvvələrin BHK-na təxliyə olunmuşdur. Hərbi hissədə bir neçə ay xidmət etdikdən sonra baş ağrılarından, əsəbilikdən, qulaqda küydən, həyəcan hissindən, yuxusuzluqdan şikayətlərinə görə hərbi hissə komandiri tərəfindən ixtisaslı müayinə və müalicə üçün SQ BKH-na göndərilmişdir. ##.##.2021-##.##.2021-ci il dövründə Silahlı Qüvvələrin BKH-da, ##.##.2021-##.##.2021-ci il dövründə Səhiyyə Nazirliyinin X8, ##.##.2021-##.##.2021-ci il, ##.##.2021-##.##.2021-ci il dövrlərində Müdafiə Nazirliyinin BKH-da, ##.##.2021- ##.##.2021-ci il dövrlərində Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2022- ##.##.2022-ci il, ##.##.2022-##.##.2022-ci il, ##.##.2023- ##.##.2023-cü il, ##.##.2023- ##.##.2023-ci il dövrlərində Səhiyyə Nazirliyinin * nömrəli Klinik Psixiatriya Xəstəxanasında, ##.##.2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olmuşdur. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində bir sıra problemlərin olduğu bəlli oldu. Belə ki, “Partlayış travması, nəticəsində qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və tez-tez təkrarlanan dekompensiyalarla, depressiv daxilolmalarla, şəxsiyyətin kəskin dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, anamnezində intihar fikirləri, barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi, sol əlin IV barmağın distal falanqasının bitişmiş sınığı, sol əlin IV barmağın distal falanqasında yumşaq toxumasının bir ədəd kiçik ölçülü metal qəlpəsi, hər iki baldır və sol diz nahiyəsinin yumşaq toxumalarının böyüyü 9 mm ölçüdə olmaqla çoxsaylı metal qəlpələri ilə” diaqnoz qoyulmuşdur. Hazırda xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə xəstəliyi ilə bağlı stasionar və ambulator müalicələr almağına baxmayaraq xəstəlik müalicə olunmamış, əksinə, daha da ağır mərhələyə keçmişdir. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

18. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini ##.##.1988-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli, **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranış və tez-tez təkrarlanan dekompensasiyalarla, depressiv daxilolmalarla. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin kəskin dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi, anamnezində intihar fikirləri ilə. Partlayış travması (##.##.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı sefalgik sindrom dağınıq üzvi nişanələr və davamlı vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Barotravma (##.##.2020) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (##.##.2020) nəticəsində sol əlin IV barmağın distal falanqasının bitişmiş sınığı. Sol əlin IV barmağının distal falanqasının yumşaq toxumasının bir ədəd kiçik ölçülü metal qəlpəsi. Hər iki baldır və sol diz nahiyəsinin yumşaq toxumalarının böyüyü 9 mm ölçüdə olmaqla çoxsaylı metal qəlpələri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli, *** nömrəli tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, tez-tez təkrarlanan depressiv epizodlar, anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X5 PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları ilə, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X5 PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli, *** nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində suisidal cəhdlərlə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxu pozulmasından, əsəbləşərkən boğulmadan, qıcıqlara qarşı həssas olmasından, səbrsizlikdən şikayətlənmişdir. Dərman içərək intihara cəhd etməsini bildirmiş, bu fakta dair tibbi sənəd soruşulduqda, evdəkilərin yardım etdiyini və tibb müəssisəsinə müraciət etmədiyini söyləmişdir. Müayinə zamanı zahirən səliqəli olmuş, düşüncəsi aydın, bələdliliyi tam saxlanılmışdır. Ünsiyyətə daxil olmuş, emosional labil, əhvalı qeyri-sabit, tənqidi tam qorunmuşdur. Medikamentoz preparatlardan Ketilept, Depakin-xrono, Stimulaton qəbul etdiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi (qapalı kəlləbeyin travmasının uzadılmış fəsadları) mənşəli əhval-ruhiyyə pozuntusu. Fəlakət (müharibə) sonra yaranmış isterik tip şəxsiyyət dəyişikliyi” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na uyğun olaraq “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

19. Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin **** saylı, ##.##.2024-cü il tarixli “Ambulator məhkəmə psixiatrik Ekspertizasının rəyi”nə əsasən İddiaçı hal-hazırda “Üzvi (II Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Posttravmatik stress pozuntusu, intihar cəhdləri ilə (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0)” müəyyən edilir. İddiaçı hal-hazırda müəyyən edilən psixi xəstəliyin onun özü və digər şəxslərə görə sosial təhlükəsi olması istisna edilmir.

20. Bakı Inzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xəstəliyinə görə əlilliyin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçıya tibb müəssisələri tərəfindən “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beyin travmasından (qapalı kəllə-beyin travması) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində suisidal cəhdlərlə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Iki tərəfli eşitmə sinirin nevriti” xəstəlikləri müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ambulator tibbi ekspertizası ilə də iddiaçının “Üzvi (II Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Posstravmatik stress pozuntusu, intihar cəhdləri ilə” xəstəliklərindən əziyyət çəkməsi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd edilən xəstəliklərinin olması kimi iddiaçının xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən qanunsuz olaraq imtina etmiş və iddiaçıya əlillik təyin etməmişdir, halbuki həmin xəstəliklər zamanı əlilliyin təyinatı yuxarıda istinad edilən qanunvericilik aktlarında nəzərdə tutulmuşdur.

22. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X5 apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ## #### 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı ##.##.2024-cü il tarixdə Həkim Psixiatr Komissiyasından keçmişdir və “Keçirilmiş fəlakətli hadisədən (müharibə) və baş-beynin travmasından (QKBT) sonra yaranan davamlı şəxsiyyət dəyişikliyi, kobud psixopatabənzər davranış pozuntuları, teztez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalarla. Anamnezində suisidal cəhdlərlə F62.0, F07.0, F07.8, F06.3” diaqnozu təyin olunmuşdur. Nəzərinizə çatdırırıq ki, İddiaçı təyin olunan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.7.1.2-ci bəndinə uyğun gəlir.

24. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbinə “iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi, sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Orxan Ismayılov /sədrlik edən və məruzəçi/, Məhəmməd Rüstəmli və Rəşid Səmədov) ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı barəsində sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tibb müəssisəsi tərəfindən əlilliyin təyini üçün verilmiş M********YRR nömrəli, ##.##.2024-cü il tarixli göndəriş əsasında ilk imtinadan (##.##.2024-cü il tarixli qərardan) sonra TSEK-in iddiaçını ##.##.2024-cü il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı belə bir səlahiyyətin təsbit edildiyi hüquqi akt müəyyən edilməmiş, eyni zamanda inzibati orqan tərəfindən də bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, əks hüquqi mövqe obyektivlik, qərəzsizlik və bərabərlik prinsiplərinin tələbləri ilə uzlaşmır... .... Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X6”nin 3.2.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək Agentliyin hüquqları sırasındadır. Yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, istər TSEK-in, istərsə də Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunvericilikdə təsbit edilməmişdir. ... Məhkəmə tərkibi razılaşır ki, Agentliyin əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etməklə məhdudlaşdırılsa da, bu məsələ ilə bağlı səlahiyyəti müvafiq hüquqi aktlarda təsbit edilmişdir. Başqa sözlə, Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb edərək qərar verməsi inzibati aktın etibarsızlığı ilə deyil, qanunsuzluğu (ləğvi) ilə nəticələnə bilər. TSEK-ə münasibətdə isə ümumiyyətlə, şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunverici tərəfindən tanınmamışdır. ... M********YRR nömrəli, ##.##.2024-cü il tarixli göndəriş əsasında iddiaçıya əlillik təyin edilməsindən ilk imtina qərarı ##.##.2024-cü il tarixdə qəbul olunsa da, yeni göndəriş və yeni əsaslar yaranmadan TSEK tərəfindən ## #### 2024-cü il tarixdə ikinci imtina qərarının qəbul edilməsi ilə inzibati icraatın prinsip və tələbləri pozulmuşdur. Beləliklə, müvafiq hüquqi dəyərləndirmə nəticəsində məhkəmə tərkibində belə qənaət formalaşır ki, TSEK-in iddiaçını ##.##.2024-cü il il tarixdə əyani müayinəyə cəlb etməklə qəbul etdiyi ## #### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən inzibati akt kimi qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, həmin qərarın qəbul edilməsi ilə TSEK tərəfindən “səlahiyyətlərin hüdudları” (bəzən “səlahiyyətlilik” də adlanır), “səlahiyyətlərin iyerarxiyası” və “qanunçuluq” prinsiplərinin tələbləri pozulmuşdur. ... Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi qeyd edir ki, ## #### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə yaratmayan etibarsız inzibati akt kimi qəbul edilməlidir. ... normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, şəxsin əlilliyi mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə TSEK tərəfindən göndərişdə qeyd olunmuş məlumatlar əsasında aparılır. Yekunda isə TSEK tərəfindən əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilir. ... əlilliyin müəyyən olunmasından imtinaya dair qərar kimi ##.##.2024-cü il tarixli inzibati akt qəbul olunmalıdır. ... Hazırkı inzibati mübahisəyə dair işdə ##.##.2024-cü il tarixli imtina qərarının qəbul edilməsi ilə “Inzibati icraat haqqında” Qanunun aşağıdakı prinsip və tələbləri pozulmuşdur. Birincisi, IIQ-nin 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Ümumiyyətlə, inzibati aktın əsaslandırması tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən publik hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur. Qeyd etmək lazımdır ki, IIQ-nin 61.3-cü maddəsində nəzərdə tutulmuş tələb həm də inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktlara da aiddir. Belə ki, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olubolmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. Iş materiallarında olan ##.##.2024-cü il tarixli qərardan müəyyən olunur ki, diaqnozun öz təsdiqini tapmaması əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktların əsaslandırması “dəqiq və aydın” olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi də tələb edir ki, inzibati aktlar aydın və anlaşılan olmalıdır. Belə ki, bu prinsipin elementləri IIQ-nin 58-ci maddəsində göstərilmişdir: 58.2. Inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. Inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Ancaq hazırkı halda inzibati orqan tərəfindən imtina qərarı qəbul edilərkən yuxarıda qeyd olunan prinsip və tələblərə əməl edildiyi müəyyən olunmur. Başqa sözlə, imtina qərarı səthi və natamam əsaslandırılmışdır. Məhkəmə tərkibi, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya etirazının, eyni zamanda apellyasiya şikayətinin əsasında ## #### 2024-cü il tarixli imtina qərarı (ikinci imtina) dayanır. Məhkəmə tərkibi həmin qərarın hüquqazidd olmasına dair yuxarıda öz hüquqi mövqeyini ifadə etdi. Nəzərə almaq lazımdır ki, ##.##.2024-cü il tarixli imtina qərarı sanki formal olaraq qəbul edilmişdir. Ancaq burada diqqət edilməli məqam başqadır. Belə ki, bu qəbildən olan işlərin təhlili onu göstərir ki, TSEK, bir qayda olaraq, birinci imtina qərarını “möhkəmləndirmək”, yəni sonradan “əsaslandırmaq” üçün şəxsi əyani müayinəyə cəlb edir. Təbii ki, həmin qərarlar da əyani müayinənin nəticəsində qəbul edildiyindən müqayisədə daha ciddi əsaslandırılmış qərar kimi təqdim olunur. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in bu formada inzibati icraat aparması qanunverciliyin tələblərinə uyğun hesab edilə bilməz. Ikincisi, inzibati orqan tərəfindən “işin hallarının obyektiv araşdırılması prinsipi”nin (IIQ-nin 24-cü maddəsi) tələblərinə əməl edilməmişdir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir. Əslində bu prinsipin tələblərinin pozulmasını mahiyyət etibarı ilə ##.##.2024-cü il tarixli imtina qərarının əsaslandırılmamasından müəyyən etmək olur. Başqa sözlə desək, TSEK göndərişdə qeyd olunmuş məlumatlara, yəni əsas diaqnoza və ağırlaşmalara səthi yanaşmış, hərtərəfli, tam və obyektiv təhlil aparmamış və formal əsaslarla əlillik təyin edilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, ##.##.2024-cü il tarixli imtina qərarı qanunsuz olduğundan ləğv edilməlidir. ... iş materiallarında olan çoxsaylı sübutlar (tibbi sənədlər) iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğunu təsdiq edir. Xüsusi ilə qeyd olunmalıdır ki, məhkəmə tərkibi inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın xüsusilə, inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Başqa sözlə, məhkəmə tərkibinin hüquqi mövqeyinə görə, belə işlərdə tələb hüququnun mövcudluğu halında məhkəmənin vəzifəsi “əlilliyin müəyyən edilməsi dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bitir. Çünki burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndinə əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir. Bu meyarlara uyğun olaraq, İ, II və III dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, Tibbi-Sosial Ekspert Komissiyası yalnız tibbi meyarlar əsasında deyil, həm də sosial meyarlar baxımından qiymətləndirmə apararaq funksional pozuntu faizini müəyyən edir. Başqa sözlə, həmin faizin müəyyən edilməsi zamanı xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından qiymətləndirmə aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. Belə ki, məqsədəuyğunluq prinsipi tələb edir ki, normativ hüquqi aktlara əsasən, inzibati orqanlar onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarı qəbul etsin. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunvericiliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı spesifik hallar, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır. Digər qiymətləndirilməli məsələ əlilliyin hansı tarixdən təyin edilməsi ilə bağlıdır. Məhkəmə tərkibinin qənaətinə görə, hazırkı halda cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini sonuncu göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Belə ki, əlilliyin tarixinin imtina qərarından müəyyən edilməsi sonda əlilliyin müəyyən edilmiş şəxslərin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məsələn, çox nadir hallarda olsa da, inzibati orqan Qaydaların tələbini pozaraq 10 (on) iş günündən çox olan müddətə, yəni bir aya və ya iki aya göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirə bilər. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, inzibati orqanın qanunsuzluğu sonda vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər. Bundan başqa, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli **** nömrəli xəstəlik haqqında şəhadətnaməsindən, eyni zamanda digər mötəbər sübutlardan müəyyən olunur ki, iddiaçının əlilliyinin yaranma səbəbi xüsusidir. Başqa sözlə, iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaranmışdır.

27. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh kassasiya şikayətində müvafiq normalara və formal dəlillərə istinad etmişdir.

kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

32. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

35. Məhkəmə kollegiyası iş materiallarını, tətbiq edilmiş maddi və prosessual hüquq normalarını, habelə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin hüquqi və faktiki əsaslarını kompleks şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, mübahisələndirilən məhkəmə aktının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Bununla belə, kassasiya yoxlaması çərçivəsində kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsi qanuni və əsaslı olsa da, həmin nəticəyə gəlinməsi zamanı hüquqi qiymətləndirmənin bəzi aspektləri, hüquq normalarının təfsiri və tətbiqinin ayrı-ayrı nüansları üzrə məhkəmənin əsaslandırması ilə tam razılaşmaq mümkün deyildir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mahiyyət etibarilə düzgün hesab etsə də, hüquqi əsaslandırmanın müəyyən hissələrinin dəqiqləşdirilməsini və kassasiya instansiyasının hüquqi mövqeyinə uyğun şəkildə şərh edilməsini zəruri sayır.

36. Ilkin olaraq apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, TSEK-in iddiaçını ##.##.2024-cü il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyətli olmasına dair məhkəmə araşdırması zamanı hər hansı bir hüquqi akt müəyyən edilməmişdir. Maraqlı şəxsi (vətəndaşı) əyani müayinəyə cəlb etməyə səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Başqa sözlə, belə səlahiyyət tibbi-sosial ekspert komissiyalarına (TSEK-ə) deyil, subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentliyə məxsusdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Agentlik və TSEK eyni orqan kimi qiymətləndirilə bilməz. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Agentlik) tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Eyni zamanda, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4cü bənd). Əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5-ci bənd). Xüsusi ilə o da qeyd edilməlidir ki, Agentlik əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsləri deyil, məhz əlilliyi müəyyən edilmiş şəxsləri onların müraciətləri əsasında, habelə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında inzibati icraat aparmaqla əyani müayinəyə cəlb edə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X6”nin 3.2.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək Agentliyin hüquqları sırasındadır. Yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, istər TSEK-in, istərsə də Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunvericilikdə təsbit edilməmişdir.

37. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin hüquqi qiymətləndirilməsi zamanı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun inzibati icraatın əsas prinsiplərini müəyyən edən müddəalarının tətbiqi lazımi səviyyədə nəzərə alınmamışdır. Belə ki, həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən inzibati orqan inzibati icraat çərçivəsində işin düzgün və qanuni həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırmağa borcludur. Qanunverici tərəfindən müəyyən edilmiş bu prinsip inzibati orqanın yalnız tərəflərin təqdim etdiyi məlumat və sübutlarla kifayətlənməməsini, zərurət yarandıqda isə öz təşəbbüsü ilə əlavə araşdırma aparmasını və əlavə sübutlar toplamasını imperativ vəzifə kimi müəyyən edir. Eyni zamanda, inzibati orqan maraqlı şəxsin xeyrinə ola biləcək halların araşdırılmasından imtina edə bilməz və işin faktiki hallarının müəyyən edilməsi inzibati orqanın xidməti vəzifəsindən irəli gələn aktiv davranış öhdəliyini təşkil edir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əlilliyin müəyyən olunması ilə bağlı hüquqi tənzimləməni şərh edərkən əyani müayinənin keçirilməsi məsələsini yalnız aidiyyəti Agentliyin müstəsna səlahiyyəti kimi qiymətləndirmiş və bu səbəbdən TSEK tərəfindən şəxsin əyani müayinəyə cəlb edilməsini normativ əsasdan kənar hal kimi dəyərləndirməyə çalışmışdır. Halbuki, inzibati icraatın mahiyyəti və xüsusilə “obyektiv araşdırma” prinsipi nəzərə alındıqda, şəxsin sağlamlıq vəziyyətinin, funksional məhdudiyyətlərinin və tibbi göstəricilərinin bilavasitə müəyyən edilməsi məqsədilə TSEK tərəfindən əyani müayinəyə cəlb olunması inzibati orqanın işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmaq vəzifəsinin həyata keçirilməsi kimi qiymətləndirilə bilər.

39. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, TSEK tərəfindən şəxsin əyani müayinəyə cəlb olunması özü-özlüyündə qanunvericiliyin tələblərinin pozulması kimi deyil, inzibati orqanın işin hallarını tam müəyyən etmək məqsədilə həyata keçirdiyi prosessual fəaliyyət elementi kimi qiymətləndirilməlidir. Inzibati orqanın bu səlahityyəti “Inzibati Icraat haqqında” Qanundan irəli gəlir. Əlillik təyini ilə bağlı inzibati icraatı tənzimləyən qaydalar yalnız TSEK-in fəaliyyətini tənizmləyən aktlardan ibarət deyil, həm də “Inzibati Icraat haqqında” Qanundan ibarətdir.

40. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən TSEK-in ##.##.2024-cü il tarixli qərarının qanuniliyinin və hüquqi etibarlılığının ayrıca qaydada qiymətləndirilməsinə mövcud mübahisənin həlli baxımından zərurət olmamışdır. Belə ki, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmələrə təqdim olunmuş sonuncu icmal məktubda da hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə baxışının predmeti sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı olduqda əlillik də məhz həmin imtina qərarının verildiyi tarixdən təyin edilməlidir. Bəzi hallarda isə sonuncu imtina qərarından sonra iddiaçının təkrar əyani müayinəsi aparılır və yenidən imtina barədə nəticəyə gəlinməklə müvafiq qərar qəbul edilir. Belə hallar mövcud olduqda əlillik təkrar müayinə tarixindən və ya həmin müayinənin nəticəsinin rəsmiləşdirildiyi qərarın tarixindən müəyyən oluna bilməz, əlillik yenə də sonuncu göndəriş əsasında verilmiş sonuncu imtina qərarının tarixindən təyin edilməlidir. Qeyd olunanlara əsasən hazırkı iş üzrə məhkəmə nəzarətinin predmetini iddiaçı barəsində sonuncu göndəriş əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli imtina qərarının qanuniliyi təşkil etmişdir.

41. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan xüsusatlar üzrə TSEK-in ##.##.2024-cü il tarixli qərarının qanuniliyinə və etibarlılığına dair hüquqi mülahizələr irəli sürməsinə obyektiv prosessual zərurət olmamışdır. Göstərilənlər nəzərə alınmaqla, hazırkı məhkəmə baxışının predmetini yalnız ##.##.2024-cü il tarixli imtina qərarı təşkil etdiyindən, apellyasiya instansiyası məhkəməsinin həmin qərardan sonrakı inzibati aktla bağlı əlavə əsaslandırma aparmasına ehtiyac duyulmur.

42. Apellyasiya instansiyası məhkəməsinin digər bir mövqeyinə əsasən, “məhkəmə inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın xüsusilə, inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Başqa sözlə, məhkəmə tərkibinin hüquqi mövqeyinə görə, belə işlərdə tələb hüququnun mövcudluğu halında məhkəmənin vəzifəsi “əlilliyin müəyyən edilməsi dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bitir. Çünki burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nın 2.1-ci bəndinə əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir. Bu meyarlara uyğun olaraq, İ, II və III dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, Tibbi-Sosial Ekspert Komissiyası yalnız tibbi meyarlar əsasında deyil, həm də sosial meyarlar baxımından qiymətləndirmə apararaq funksional pozuntu faizini müəyyən edir. Başqa sözlə, həmin faizin müəyyən edilməsi zamanı xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından qiymətləndirmə aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. Belə ki, məqsədəuyğunluq prinsipi tələb edir ki, normativ hüquqi aktlara əsasən, inzibati orqanlar onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarı qəbul etsin. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunvericiliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı spesifik hallar, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır.”

43. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Qanunda istifadə edilən anlayışların, o cümlədən “diskresion səlahiyyət” anlayışının mahiyyətini açıqlayan 2-ci maddəsində diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi təsbit edilmişdir.

44. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.25-ci maddəsində diskresion səlahiyyətlərə orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlər kimi leqal definisiya verilmişdir.

45. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X1 tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.

46. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

47. Əlillik “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyar lar%C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://eqanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

48. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.

49. Bundan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətinin müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

50. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.

51. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.

52. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

53. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə də, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.

54. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının hədləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.

55. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququndan düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.

56. Təsadüfi deyildir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmələrə təqdim olunmuş sonuncu icmal məktubda da qeyd olunmuşdur ki, işin halları əlilliyin müəyyən edilməsi üçün yetərli olduqda qəbul ediləcək qərarda “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəliyin qiymətləndirmə göstəriciləri üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti konkret göstərilməlidir.

57. Bu baxımdan Kollegiya hesab edir ki, iddiaçıda Meyarların 7.6.2. “baş beynin zədələnməsi və disfunksiya və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” (F06), “üzvi mənşəli şəxsiyyət pozuntusu” (F07), “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” (F07.8), 7.7. “spesifik şəxsiyyət pozuntuları”, 7.7.1. “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” (F62), 9.1. “Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri” (H90) diaqnozları və həmin diaqnozların ağırlaşdırıcı hallarının mövcudluğu tibbi sənədlərdə, eyni zamanda müvafiq sonuncu göndərişdə də təsdiqini tapdığından cavabdeh orqan tərəfindən iddiaçıya əlillik təyinatı məhz adı çəkilən diaqnozların ağırlaşdırıcı halları nəzərə alınmaqla təyin olunmalıdır.

58. Digər bir məsələ, apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyin təyinat tarixinin “sonuncu göndəriş nəzərə alınmaqla” kimi göstərilməsidir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyin təyinat tarixinin “sonuncu göndəriş nəzərə alınmaqla” müəyyən edilməsinə dair yanaşma hüquqi müəyyənlik prinsipi baxımından tam əsaslandırılmış hesab edilə bilməz.

59. Apellyasiya məhkəməsi əlilliyin təyinat tarixinə münasibətdə göstərmişdir ki, hazırkı halda cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini sonuncu göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Belə ki, əlilliyin tarixinin imtina qərarından müəyyən edilməsi sonda əlilliyin müəyyən edilmiş şəxslərin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Məsələn, çox nadir hallarda olsa da, inzibati orqan Qaydaların tələbini pozaraq 10 (on) iş günündən çox olan müddətə, yəni bir aya və ya iki aya göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirə bilər. Belə olan halda Kollegiya hesab edir ki, inzibati orqanın qanunsuzluğu sonda vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər.

60. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ehtimal xarakterli hüquqi vəziyyət hazırkı işin faktiki halları ilə təsdiq olunmur. Iş materiallarından müəyyən edilir ki, iddiaçıya münasibətdə ##.##.2024-cü il tarixdə imzalanmış sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı ##.##.2024-cü il tarixində rəsmiləşdirilmişdir. Beləliklə, sonuncu göndərişin altsistemə ötürüldüyü tarixdən hesablanmaqla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda nəzərdə tutulmuş 10 (on) iş günlük müddətin pozulması halı iş üzrə öz təsdiqini tapmır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin ehtimal olunan mümkün hüquq pozuntularına əsaslanmaqla əlilliyin təyinat tarixini konkret göstərməməsi mübahisənin həlli üçün zəruri hüquqi əsas kimi qəbul edilə bilməz.

61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsinin mahiyyət etibarilə qanuni və əsaslı olduğu qənaətinə gəldiyindən, yalnız əlilliyin təyinat tarixinin hüquqi əsaslandırılmasına dair göstərilən nüans üzrə məhkəmə aktının dəyişdirilməsini və ya ləğv edilməsini zəruri hesab etmir. Bununla belə, kollegiya hüquqi müəyyənlik prinsipinin, habelə kassasiya instansiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinin təmin edilməsi məqsədilə qeyd etməyi vacib sayır ki, hazırkı iş üzrə əlilliyin təyinat tarixi sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarının tarixi ilə əlaqələndirilməli və icra mərhələsində əlillik məhz ##.##.2024-cü il tarixdən müəyyən edilməlidir.

62. Odur ki, qeyd olunanları nəzərə alaraq kollegiya xatırladır ki, Inzibati Prosessual Məcəllənin 96.7-ci maddəsinə əsasən mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar