Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-44/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı 28 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və; - xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarını: 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin aza ldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə, 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması - hissələrində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral qaydada cəmiyyətin şəxsi vərəqəsinə əsassız olaraq 2019-cu il üzrə 112.200,00 manat mənfəət vergisi hesablanmışdır.
3. Hesablamaya əsas olaraq göstərilmişdir ki, 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş DTA 01 ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0,0 manat gəlir göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir” kimi göstərilmişdir. Halbuki, müəssisəyə xx.xx.2019-cu il tarixində 100.052,11 avro və xx.xx.2019-cu il tarixində isə 31.242,48 avro bonus köçürülmüşdür. Göründüyü kimi müəssisə nin bonus gəliri 561.000,00 manat deyil, 242.895,00 manat olmuşdur.
4. Bundan əlavə, cavabdehin xx.xx.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən müəssisənin 2017-ci il -2019-cu il (ƏDV üzrə fevral 2017-dekabr 2019) tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və xx.xx.2020-ci il tarixli **********198097 saylı Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama aktında Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara, xx.xx.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldığı göstərilmiş və ƏDV-yə cəlb edilən əməliyyatlar 62.667.642,53 manat, ƏDV % cəlb edilən əməliyyatlar 1.039.359,24 manat, əvəzləşdirilən ƏDV 9.562.029,16 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Lakin göstərilən hesabların mənbəyi, əsası, açıqlaması verilməmişdir. Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan 6.184.998,0 manat əməli yyatın 10 faizi miqdarında, yəni 618.499,8 manat maliyyə sanksiyası isə hansı nağd əməliyyatlara istinad edilməsi göstərilməmişdir. İddiaçı hesab edir ki həmin yoxlama aktı əsasında hesablanmış vergilər əsassızdır. Cavabdehin etirazları:
5. Cavabdehin etirazının dəlillərinə əsasən, iddiaçı tərəfindən təqdim edilmiş 2019cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması zamanı, iddiaçı tərəfindən 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində (217.2-ci sətir) Azərbaycan Respublikasının hüdudlarından kənarda 0,0 manat gəlir göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********710800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə mənfəət vergisi üzrə 2019 -cu il üçün cəmiyyətə 112.200,00 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********405900 №-li yazılı etiraza əlavədə göstərilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən İddiaçı MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********198097 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
7. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışdır: Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara, xx.xx.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldı. Yoxlanılan dövr ərzində cəmiyyətin vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən cəmiyyətin ƏDV-yə cəlb olunan əməliyyatları 55.862.922,08 ma nat, ƏDV 0% ilə cəlb olunan əməliyyatları 1.202.043,11 manat, əvəzləşdirilən ƏDV 9.563.373,51 manat, büdcəyə çatan ƏDV 491.952,46 manat olmuşdur.
8. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ƏDV-yə cəlb edilən əməliyyatlar 62667642,53 manat, ƏDV 0% ilə cəlb edilən əməliyyatlar 1.039.359,24 manat, əvəzləşdirilən ƏDV 9.562.029,16 manat büdcəyə hesablanan ƏDV 1718146,50 manat olmuşdur. Yoxlanılan dövr ərzində aylar üzrə büdcəyə 2.017.948 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
9. Yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) cəmiyyətin gəlirləri məlum olduğu üçün mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır.
10. İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamələrdə 2017-ci ilin yekunu üzrə gəlir 16.157.547,11 manat, xərclər 15.390.442,97 manat, vergiyə cəlb olunan mənfəət 767.104,14 manat, mənfəət vergisi 153.420,83 manat, 2018-ci ilin yekunu üzrə gəlir 19.449.814,39 manat, xərclər 18.836.103,37 manat, vergiyə cəlb olunan mənfəət 613.711,02 manat, mənfəət vergisi 122.742,2 manat, 2019-cu ilin yekunları üzrə gəlir 21.468.160,58 manat, xərclər 20.594.199,17 manat, vergiyə cəlb olunan mənfəət 873.961,41 manat, mənfəət vergisi 174.792,28 manat olmuşdur.
11. Vergi orqanı tərəfindən kameral qaydada cəmiyyətin gəliri 561.000,0 manat artırılmış və nəticədə ümumi olaraq 286.992,28 manat mənfəət vergisi hesablan mışdır.
12. Göründüyü kimi 2017-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.500.720,17 manat mənfəət vergisi 700.144,03 manat, 2018-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.633.311,41 manat, mənfəət vergisi 726.662,28 manat və 2019-cu il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.678.926,05 manat, mənfəət vergisi isə 735.785,21 manat müəyyən edilmişdir.
13. Yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama nəticəsində ümumilikdə 1.599.436,21 manat mənfəət vergisinin azaldılması müəyyən edilmiş və 799.718,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017-ci ildə alınmış 11.600,0 manat (ƏDV-siz) avans məbləği 2018-ci ilin yekunu üzrə mənfəətə cəlb edilmişdir.
14. Bundan başqa kameral qaydada 2019-cu ilin yekunu üzrə artırılmış 561.000,0 manat (Res publika hüdudlarından kənarda əldə edilən) gəlir yoxlama ilə düzəliş edilərək 246.473,93 manat göstərilmişdir.
15. Yoxlama zamanı iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) əsasında 6.184.998 manat əməliyyatların nağd qaydada aparılması halı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10 % miqdarında, yəni 618.499,9 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.
16. Cavabdeh qeyd olunanlar nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-1297/2021 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı və xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarı - 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Ve rgi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublik ası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə görə, İddiaçı MMC vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. İddiaçı MMC apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur.
19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 21(103)-152/2022 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki: 1) birinci instansiya məhkəməsi işin “qara mühasibatlıqla” bağlı mübahisələndirilən hallarına aydınlıq gətirməmiş, onlara hüquqi qiymət verə bilməmiş, həm də iddiaçının ikinci tələbi, mənası baxımından həmin qərarın tam ləğvini ehtiva etdiyi halda, iddiaçıya həmin hissədə İPM -in 13-cü maddəsindən irəli gələn xidməti vəzifəsindən irəli gələrək, tələbini sadə ifadə tərzində dəqiqləşdirilməsində yardımçı olmamışdır; 2) qanunvericiliyin tələbinə görə, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda isə mübahisələndirilən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan cədvəl məlumatları əsasın da hesablanmışdır, həmin məlumatların doğruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz, vergi orqanının öz üzərinə düşür....iş materiallarında olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol müəssisənin rəhbərinin (X1) iştirakı ilə tərtib olunsa da, həmin protokolda operativ vergi nəzarəti qaydasında müəssisədən götürülən elektron daşıyıcıların hansı məlumatları özündə əks etdirməsi, hansı mənbədə işlənildiyi və haradan çıxarıldığı həmin prosesdə iştirak edən müəssisə rəhbərinin diqqətinə çatdırılmamışdır. Yuxarıda qeyd olunanlar baxımından, elektron daşıyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti v erərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.
24. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş və “fləş kart” məlumatları və qara mühasibatlıq sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu haqqında qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
25. Məhkəmə kollegiyası vergilərin hesablanması əsasları ilə mühasibat uçotunun aparılması qa ydalarını fərqləndirməmiş və bu istiqamətləri eyni xətt hesab etdiyi üçün vergilərin hesablanması əsasları zamanı mütləq şəkildə rəsmi sənədlərə istinad edilməsini vacib tələb hesab etmişdir ki, bu da birbaşa Vergi Məcəlləsinin 130.1-ci maddəsinə ziddir. Belə ki, məhkəmə qanunvericiliyin normalarını yanlış təfsir və tətbiq edərək vergilərin hesablanması əsası kimi mütləq qaydada rəsmi sənədlərin çıxış etməsini tələb etmişdir. Bu hal isə vergi qanunvericiliyi ilə müəyyən edilmiş vergilərin hesablanması əsasları ilə birbaşa ziddiyyət təşkil edir.
26. Məhkəmə kollegiyası mühasibat uçotunun aparılması qaydaları üzrə qanunvericiliklə müəyyən olunmuş tələbləri vergilərin hesablanması əsasları ilə tam eyniləşdirərək normaların rəqabəti zamanı xüsusi normanın tətbiqinin vacibliyini unutmuşdur.
27. Eyni zamanda, barəsində şikayət olunan qərardakı hüquqi mövqelərdə daxili ziddiyyətlər mövcuddur. Belə ki, məhkəmə cavabdehin sübut olaraq təqdim etdiyi və vergilərin hesablanması üçün əsas olan elektron fayllarda əks olunan cədvəlləri bir tərəfdən sübut hesab edərək mötəbərlik üzrə qiymətləndirməyə cəhd etmiş, digər tərəfdən isə rəsmi xarakterli olmadığı üçün həmin sənədlərin mümkünlüyünə, yəni həqiqiliyinə şübhə kimi toxunmuşdur.
28. Məhkəmə nəzərə almamışdır ki, sübutlar aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərkən, sübut mümkün hesab edilmədikdə əsaslandırılmalı, daha sonra isə həmin məlumat və ya sənədin mötəbərlik üzrə qiymətləndirilməsi həyata keçirilməlidir. Bu faktın özü məhkəmənin ədalətli məhkəmə araşdırması hüququnu ciddi pozduğuna işarədir.
29. Məhkəmə kolleg iyası apellyasiya şikayətinin aşağıdakı dəlillərinə heç bir münasibət bildirməmişdir: ekspert tərəfindən hüquqi sahədə rəyin verilməsinə dair dəlilinə; vergilərin hesablanması zamanı mənbəyi məlum olan məlumatlar əsas götürülməklə hesablamanın həyata keçirilməsinin mümkünlüyünə dair dəlillərə; iş materiallarına əlavə edilmiş “qara mühasibatlıq” sənədlərinin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsinə dair dəlilinə. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materi allarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə t utulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikay əti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
35. İşin materiallarına görə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı ekspertizanın təyin edilməsi barədə qərardadda ekspert qarşısında yalnız bir sual qoyulmuşdur: “ Ekspertizaya təqdim olunmuş İddiaçı MMC-yə aid, kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrləri üzrə hesablanıb dövlət büdcəsinə ödənilməli mənfəət vergisi və əlavə dəyər vergisinin məbləğləri nə qədər təşkil edir?”.
36. Ekspert həmin suala cavab verməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə aid, kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrlər üzrə hesablanma aparılması vergilərin hesablanması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmamışdır”.
37. Apellyasiya instansiyası məhkəməsi ekspertin hüquqi mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, ekspert “qara mühasibatlıq” materiall arında təsbit olunan məlumatların qeyri-müəyyənliyi, ilkin mənbə məlumatlarının yoxluğu üzündən həmin məlumatlara əsasən vergiləri hesablaya bilməmişdir. Məhkəmə kollegiyası faktlar nöqteyi-nəzərindən ekspertin ona təqdim olunmuş qara mühasibatlığa dair elektron daşıyıcıda olan məlumatlara əsasən iddiaçının vergi öhdəliyini dəqiqliyi ilə müəyyən edilməsini, əslində mümkün də hesab etmir. Belə ki, vergi orqanı tərəfindən hesablanmış həmin vergilərin düzgünlüyü elektron daşıyıcıdakı fayllarda olan cədvəldəki kəmiyyət göstəricilərinin əsasını təşkil edən sübutetmə vasitələri, o cümlədən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun”.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması i lə bağlı qeyd edir ki, ekspert onun qarşısında qoyulmuş suala cavab verməkdən, - apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, - ““qara mühasibatlıq” materiallarında təsbit olunan məlumatların qeyri-müəyyənliyi, ilkin mənbə məlumatlarının yoxluğu” səbəbi ilə deyil, “kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən hesablamanın qanunvericilikdə nəzərdə tutulmaması” məzmunda hüquqi mövqedən çıxış etməklə imtina etmişdir. Qoyulan sual üzrə tədqiqatın aparılmasının faktlar nöqteyi-nəzərindən mümkünsüzlüyünə dair qənaət isə apellyasiya instansiyası məhkəməsinin özünün subyektiv mülahizələrinə əsaslanır.
39. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin mübahisələndirilən qərarına münasibətdə, həmçinin hesab etmişdir ki, “mübahisələndiril ən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. Ən azından, həmin məlumatları formalaşdıran halların (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyri-qanuniliyini təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyil. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından isə, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan cədvəl məlumatları əsasında hesablanmışdır, həmin məlumatların doğluruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəz ifəsi məhz, vergi orqanının öz üzərinə düşür. Eyni zamanda, elektron daşıyıcıda təsbit olunan məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə cavabdeh orqanın üzərinə düşən öhdəliyidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur”.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmə sinin həmin qənaətini əsaslı hesab etmir. Belə ki, VM-in tələblərinə görə: qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir (16.1.3-cü maddə); Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınma lıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir (130.1-ci maddə); Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur (130.2-ci maddə).
41. İddiaçıdan götürüldüyü müvafiq protokolda təsbit olunan “qara mühasibatlıq” sənədlərinin mənbəyi və ya mənsubiyyəti, buradan, vergi ödəyicisi tərəfindən özünün maliyyə-təsərrüfat fəaliyyətində ikili mühasibatlıq tətbiq etdiyi mübahisəsiz olduğu halda, həmin sənədlərdəki məlumatlara münasibətdə cavabdehin dəlilləri, o cümlədən, VM-in 16.1.3, 130.1 və 130.2-c i maddələrinin tələblərinin iddiaçı tərəfindən təmin olunmamasının səbəbləri araşdırma predmeti olmayıb.
42. Digər tərəfdən, əgər apellyasiya instansiyası məhkəməsi inzibati orqanın qərarının qanunsuzluğunu icraat qaydalarının inzibati orqan tərəfindən pozulması ilə (işin hallarının tam və hərtərəfli araşdırılmaması və s.) əlaqələndirirsə, bu halda, İPM-in 70.1-ci maddəsinin tələbini nəzərə almalı idi.
43. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir.
44. Baxıla n işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun.
45. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi qüsurların İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanın qərarına) nə dərəcədə təsir etdiyini əsaslandırmamışdır. Bunun üçün isə hazırkı işin xüsusiyyətləri və cavabdehin dəlilləri nəzərə alınmaqla, VM-in 16.1.3, 130.1 və 130.2-ci maddələrinin tələblərinin vergi ödəyicisi tərəfindən təmin olunub-olunmadığı, cavab mənfi olduqda, bunun səbəbləri araşdırılmalı idi. Çünki, vergi orqanının əlavə araşdırma aparıbaparmamasından asılı olmayaraq, həmin normaların tələblərinin vergi ödəyici tərəfindən təmin olunmadığı, bu səbəbdən də vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadığı aşkardırsa, deməli, vergi orqanı ödənilməli olan verginin məbləğini əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən, VM-in 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanmaqla, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda isə, həmin mənfəəti (gəliri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq hüququ əldə edir.
46. Bu hüququn VM-in tələblərinə uyğun həyata keçirilib-keçirilmədiyi isə sonrakı araşdırmanın predmetidir və hüququn yaranma əsasına təsir etmir.
47. Beləliklə, işin qeyd olunan və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından, bununla da, İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələbləri təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğ undan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-152/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.