Məhkəmə qərarları › İş №2-1(102)-44/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-44/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-44/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında satılmış bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyes trinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1008/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 57 nömrəli qərarı ilə Bilgəh qəsəbəsinin ərazisində yerləşən 1005A nömrəli bağın 2400 kv.m sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin eskiz sxemi təsdiq edilmişdir. 2. xx.xx.2007-ci il tarixli, BEB seriyalı, 220278 nömrəli kass a mədaxil orderinə əsasən, həmin torpaq sahəsinə görə iddiaçı tərəfindən Bilgəh bələdiyyəsinin hesabına 25000 manat ödənilmiş və tərəflər arasında xx.xx.2007-ci il tarixli, 57 nömrəli torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir.

3. İddiaçı sözügedən bağ sahəsinin 2400 kv.m torpaq sahəsinə dair torpağın kadastr planı və ölçüsünün verilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Bilgəh bələdiyyəsinə ayrılmış ərazilərdən kənarda, Bilgəh bağ massivində yerləşdiyindən iddiaçının adına “Daşınmaz əmlak ın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsi Bilgəh bağ massivində yerləşən 1005 nömrəli bağın ərazisidir.

5. Sahəsi 0,10 hektar olan 1005 nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 25 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birl iyi ilə bağlanmış müqavilə əsasında iddiaçının oğlu X2 daimi istifadəsinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən, iddiaçının oğlu X2 həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə, Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1005A nömrəli bağın 2400 kv.m torpaq sahəsinə dair kadastr planı və ölçüsünün verilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alı nması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 57 nömrəli qərarına əsasən Bilgəh qəsəbəsində yerləşən 1005A nömrəli bağın 2400 kv.m torpaq sahəsi dəyəri ödənilməklə iddiaçıya verilmiş və bu qərar əsasında onunla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmış, bu barədə Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi bələdiyyə tərəfindən göndərilən xx.xx.2007-ci il tarixli, 281/2 nömrəli məktubla məlumatlandırılmışdır. İddiaçı həmin torpaq sahəsini 2007-ci ildən qanuni əsaslarla əldə etməsinə baxmayaraq, həmin torpaq sahəsinin kadastr və ölçü planının verilməsi, torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehə e tdiyi müraciətlər heç bir nəticə verməmişdir. Cavabdeh sonuncu dəfə iddiaçının ərizəsinə xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərmişdir ki, guya satılan torpaq sahəsi bələdiyyəyə ayrılmış ərazilərdən kənarda yerləşir və bu səbəbdən də müraciətinin icrası mümkün olmamışdır.

8. Cavabdehin iddiaya qarşı etirazı onun imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmişdir və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2020-ci il tarixli məktub ünvanlamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən, xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək. Yuxarıda qeyd olunanlara əsasən, bələdiyyələrin fərdi yaşayış və ya fərdi bağ evlərinin tikintisi üçün 2400 kv.m torpaq sahəsi ayırması səlahiyyətləri xaricindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1-ci m addəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlan”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, “kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin sıyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam ve rilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur

9. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsi üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı əsasında verilmiş xx.xx.2022-ci il tarixli, 10/1054 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, iddiaçının faktiki istifadəsində olan və sənədləşdirilməsi tələb olunan (mütəxəssis qarşısında qoyulmuş sualda 1005a nömrəli bağ sahəsi kimi qeyd olunmuşdur) torpaq sahəsində (torpaq sahəsi 2385 kv.m-dir) halhazırda tikilinin mövcud olmadığı müəyyən edilir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, iddiaçının faktiki istifadəsində olan 2385 kv.m torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamı ilə Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Lakin Bilgəh bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşsə də, Bilgəh bələdiyyəsinin xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün dövlət mülkiyyəti hesab edilir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 15 noyabr 2022-ci il tarixli, 21(112)-364/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 57 nömrəli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin həmin bələdiyyəyə məxsus olması təsdiqlənmədiyindən, eləcə də torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXKnın yerli qurumu) rəyi alınmadığından, cavabdehin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz sayıla bilməz.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A nömrəli bağın 2400 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrind ə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 57 nömrəli qərarı ilə iddiaçıya ayrılmış Bilgəh qəsəbəsi ərazisində yerləşən 1005A nömrəli bağ sahəsi ilə 1005 nömrəli bağ sahəsinin üst-üstə düşməsi barədə sübutun məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə məhkəmə sorğusu göndərilmişdir.

16. Cavabdehin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi 1005R və 1 005 nömrəli bağların ümumi hasarı daxilində yerləşir. Ara sərhədləri şərtidir. Ümumi hasar daxilində sahə 3357 kv.m təşkil edir. İddia olunan ərazı 2329 kv.m-dir. Həmin hissədə tikili yoxdur. Sxematik xəritəyə əsasən göstərilən sahə 1005 nömrəli bağın ərazisidir. Bundan əlavə, yol tərəfdən torpaq sahəsinin üstündən 6kVt-luq yüksək gərginlikli elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə Bilgəh bağ massivi 1005 nömrəli bağların (bölünənləri daxil) ərazisinə uyğun gəlir. Qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 31 may 2023cü il tarixli, 2-1(103)-1008/2023 nömrəli qərarı ilə iddiaçının apellya siya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A nömrəli bağın 2385 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı 1005 nömrəli bağ sahəsinin mülkiyyətçisi Kənan Əliyevin anasıdır, onlara məxsus bağ sahələri bir hasar daxilində yerləşir, iddiaçının faktiki istifadə etdiyi sahə birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis və ekspert rəyində də qeyd olunduğu kimi 2385 kv.m-dir, həmin hissədə tikili yoxdur, sxematik xəritəyə əsasən iddiaçıya məxsus 2385 kv.m. bağ sahəsi onun oğluna məxsus 1000 kv.m. torpaq sahəsi ilə eyni hasar daxilindədir. Nəzərə alınmalıdır ki, iddiaçının oğlu Kənan Əliyevin mülkiyyətində olan bağ sahəsi onun iş materiallarında olan ******* nömrəli, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarışına əsasən 0,10 ha olmaqla 1005 nömrəli bağdır. Hazırkı iddiaçının tələbi ona Bilgəh bələdiyyəsi tərəfindən ayrılmış 2400 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi ilə bağlıdır. İşdə olan ekspert rəyi ilə də təsdiq olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi Bilgəh bələdiyyəsinin torpaq sahələrinin hüdudları daxilində yerləşir. Odur ki, həmin torpaq sahəsi ilə bağlı idd iaçı mülkiyyət hüququnun qeydə alınmasını cavabdeh inzibati orqandan tələb etməkdə haqlıdır.

19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqmüəyyənedici sənəd qismində çıxış edən Sabunçu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 57 nömrəli qərarının qüvvədə olub-olmaması, ümumiyyətlə, belə bir qərarın mövcudluğu araşdırılmamış, iddia olunan torpaq sahəsi ilə bağlı ekspertiza təyin edilməmiş, torpaq s ahəsinin hüquqi statusu və hüquqi vəziyyəti araşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əml aka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyy atı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 12.1. Daşınmaz əmlak a mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barəd ə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən və torpaqların alqı-satqısına dair akt tərtib edilən tarixlərdə qüvvədə olan redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, ser vitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnz ibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və d əlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçı larının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etd ikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasi ya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

31. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

32. Obyektiv araşdırma prins ipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Sabun çu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 57 nömrəli qərarı ilə alqı-satqı qaydasında mülkiyyətinə verilmiş, Bilgəh qəsəbəsinin ərazisində yerləşən 1005A nömrəli bağın 2400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

34. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməsə də, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yeni qərarla iddia təmin olunmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 10/1054 nömrəli ekspert rəyinə istinad edərək, iddiaçıya ayrılmış bağ sahəsinin Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləş diyinə əsaslanmışdır. Halbuki sözügedən ekspert rəyində mübahisəli torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamı ilə Sabunçu rayonu Bilgəh bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi, lakin Bilgəh bələdiyyəsinin xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün dövlət mülkiyyəti hesab edildiyi qeyd olunmuşdur.

36. Bu qərarın 24-cü bəndində istinad edilən normalara əsasən, bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir və yalnız mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq qanuni istifadəyə verə bilər. Obyektiv araşdırma prinsipinin tələbi baxımından hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin məhz Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahələrinə aid olduğu və onun mülkiyyətinə verildiyi təkzibolunmaz faktlarla sübut edilməlidir.

37. Lakin apellyasiya məhkəməsi Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamının, həmin sərəncamın icrası ilə bağlı müvafiq sənədlərin (torpaqayrma sənədləri, yerquruluşu planı və s.) əslini və ya təsdiq edilmiş surətini əldə etməmiş, sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin real və faktiki olaraq ayrılıb-ayrılmadığını, mübahisəli torpaq sahəsinin məhz həmin sərəncamla Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində, o cümlədən Sabunçu rayon Bilgəh bələdiyyəsinin inzibati əraz isində yerləşdiyini müəyyənləşdirməmişdir. Hazırkı mübahisəyə münasibətdə qanunauyğun qərarın qəbulu üçün məhz qeyd olunan xüsusat həlledici əhəmiyyət daşıyır və həmin hallar araşdırılmadan qəbul olunmuş məhkəmə qərarı əsaslı sayıla bilməz.

38. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bi lməz.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

40. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhət dən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

41. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 21(103)-1008/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar