Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-440/2019 05.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə bddiaçı İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2166/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin 13 mart 2018-ci il tarixli, 18/04-2130 saylı məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh bu zaman ona istinad etmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə görə qadınlar 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından ərizəni təmin etmək mümkün olmamışdır. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 01 dekabr 1982-ci il tarixindən 01 aprel 1996-cı il tarixinədək Rusiya Federasiyası Ryazan Kondensator Zavodunun Lənkəran şəhərində yerləşən filialında 2-ci dərəcəli rəngləyici peşəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» ilə güzəştli iş stajı kimi nəzərə alı nmaqla 21 mart 2017-ci il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq verilməsi öhdəliyinin cavabdeh DSMF Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1825/2018 saylı, 30 may 2018-ci il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 01 dekabr 1982-ci il tarixindən 01 aprel 1996-cı il tarixinədək Rusiya Federasiyası Ryazan Kondensator Zavodunun Lənkəran şəhərində yerləşən filialında 2-ci dərəcəli rəngləyici vəzifəsində müvafiq illərin sığorta stajı kimi nəzərə alınmaqla 21 mart 2017-ci il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaran mış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Suraxanı RŞ-nə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2166/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsi işin hallarını tam, h ərtərəfli və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməyərək mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» əsasında müəyyən edilir. İşçinin güzəştli şərtlərlə əmək pensiya hüququnun yaranmasından ötrü onun müəyyən olunmuş müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında adı göstərilmiş işlərdə tam iş günü ərzində çalışması zəruri şərtdir. İddiaçı DSMF-ni n Suraxanı rayon şöbəsinə pensiya təyin olunması üçün müraciət etsə də, aparılmış araşdırma nəticəsində nəticəsində iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajının olduğu müəyyən olunmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşd ur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarl a və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar ola raq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İddianın təmin edilməli olduğuna dair mövqeyini apellyasiya məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçının sözügedən Kondensator Zavodundа işlədiyi «rəngləyici» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahı üzrə ******* - «XVİ. Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı» bölməsinin 2170100a - «а) fəhlələr» hissəsinin «2170100a-15452 - tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri» peşəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetini 2 007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın «13. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı» bölməsinin «а) fəhlələr - tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri» peşəsinə uyğun gəlir. Cavabdehin dəlili isə ondan ibarətdir ki, işçinin güzəştli şərtlərlə əmək pensiya hüququnun yaranmasından ötrü onun müəyyən olunmuş müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında adı göstərilmiş işlərdə tam iş günü ərzində çalışması zəruri şərtdir. Aparılmış araşdırma nəticəs ində nəticəsində isə iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajının olduğu müəyyən olmamışdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, hazırkı işdə məhkəmənin müəyyən etməli olduğu əsas məsələlərdən biri iddiaçının 01 dekabr 1982-ci il tarixindən 01 aprel 1996-cı il tarixinədək işlədiyi peşənin ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olub-olmadığıdır. Bununla bağlı məhkəmənin özü tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 02.03.1981-ci tarixdə Rusiya Federasiyası Ryazan Kondensatorlar Zavodunun Lənkəran şəhərində yerləşən filialında (sonradan 14.01.1987-ci ildən Ryazan Kondensatorlar Zavodunun Lənkəran filialının adı dəyişdirilib «Lənkəran Kondensatorlar Zavodu» olmuşdur) 8-§-10 №-li 02.03.1981-ci il tarixli əmrlə 3-cü dərəcəli fəhlə peşəsin ə qəbul edilmiş, sonradan «istehsalın öyrənilməsi üzrə şagird», «2-ci dərəcəli qablaşdırmaların düzücüsü» vəzifələrində çalışmış, 01.12.1982-ci ildə 192-K-§-2 №-li 24.11.1982-ci il tarixli əmrlə «rəngləyici-şagird» vəzifəsinə keçirilmiş, 37-K-§-2 №-li 16.03.1983-cü il tarixli əmrlə iddiaçı «2-ci dərəcəli kondensatorların rəngləyicisi» vəzifəsinə keçirilmiş və bundan sonra 09-K №-li 28.03.1996-cı il tarixli əmrlə işdən azad edilmişdir. Beləliklə, iddiaçı 01 dekabr 1982-ci il tarixindən 01 aprel 1996-cı il tarixinədək Kondensatorlar Zavodunda «rəngləyici-şagird» və «2-ci dərəcəli kondensatorların rəngləyicisi» vəzifələrində işləmişdir. Kollegiya hesab edir ki, həmin peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahı üzr ə ******* - «XVİ. Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı» bölməsinin 2170100a «а) fəhlələr» hissəsinin «2170100a-15452 - tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri» peşəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetini 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın «13. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı» bölməsinin «а) fəhlələr - tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri» peşəsinə uyğun hesab edərkən apellyasiya məhkəməsi i şin hallarını tam araşdırmamışdır. Belə ki, ilk növbədə iddiaçının istinad etdiyi Kondensatorlar Zavodundakı işlərin yuxarıdakı Siyahılarda göstərilmiş “Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı” bölməsinə və “Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsinə aid edilməsinin mümkünlüyünə qiymət verilməlidir. Apellyasiya məhkəməsi bununla bağlı hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır. Təkrar apellyasiya baxışı zamanı belə aidiyyət müəyyən edilərsə, o halda, məhkəmə əlavə olaraq peşələrin uyğunluğu məsələsini dəqiq araşdırmalı və müəyyən etməlidir. Bu zaman isə nəzərə alınmalıdır ki, sözügedən Siyahılarda güzəştli şərtlə pensiyaya hüquq verən peşənin adı “fəhlələr - tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli ma ddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri” kimi göstərilmişdir. İddiaçının çalışdığı peşələr isə «rəngləyici-şagird» və «2-ci dərəcəli kondensatorların rəngləyicisi» vəzifələri olmuşdur. Göründüyü kimi hər hansı rəngləyicilər deyil, yalnız tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri güzəştli şərtlə pensiya hüququna malikdirlər. Apellyasiya məhkəməsi isə iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nda göstərilən işlərə uyğunluğu məsələsini dəqiq müəyyən etməmişdir. Təkrar ap ellyasiya baxışı zamanı məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilmiş işlədiyi peşələrlə Siyahıda göstərilmiş peşələrin yerinə yetirilmiş əmək funksiyaları nəzərə alınmaqla eyni olub-olmadığını dəqiq müəyyən etməlidir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Buna görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair işə baxarkən cavabdehin bu barədə bildirməsindən asılı olmaya raq iddiaçının tələb olunan güzəştli iş stajına malik olub-olmaması mütləq məhkəmə tərəfindən araşdırılmalı və dəqiq müəyyən olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2166/2018 saylı iş üzrə 04 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-440/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-440/2019
05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver