Məhkəmə qərarları › İş №2-1(102)-440/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-440/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-440/2021 23.02.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın təyin olunması; əmək pensiyasında qeyd olunan iş illərinin, təhsil və hərbi xidmət illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına (bundan sonra – cavabdeh) qarşı “işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 21(107)-398/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı xx.xx.1955-ci ildə Göyçay rayonunda anadan olmuş, 13.11.1972-ci ildən 02.11.1973-cü ilədək Göyçay kənd texniki peşə məktəbində təhsil almış, 07.05.1974-cü ildən 14.05.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 27.07.1976-cı ildən 31.01.1980-cı ilədək X1 Müəssisəsində, 31.01.1980-cı ildən 25.03.2003-cü ilədək X2 Birliyində sürücü işləmişdir. İddiaçı 04.01.2020-ci ildə (64 il 6 ay) pensiya yaşına çatmışdır.

2. İddiaçı 09.01.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 10.03.2020-ci il tarixli *** nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, əmək pensiyasının təyin olunması üçün minimum 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçının təqdim etdiyi sənədlərdə ümumi 16 il 5 ay 18 gün sosial sığorta stajı və 12206,23 manat pensiya kapitalı olduğuna görə ona əmək pensiyasının təyin olunması qanunamüvafiq d eyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.07.197631.01.1980-ci illərdə X1 Müəssisəsində və 31.01.1980-25.03.2003-cü illərdə X2 Birliyində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, işlədiyi müəssisələrin müəyyən illərin əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığı üçün cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Bu hal isə onun hüquqlarının pozulmasına səbəb olmuşdur.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının hal-hazırda 17 il 5 ay 7 gün sosial sığor ta stajı və 12910,97 manat pensiya kapitalı vardır. Lakin iddiaçıya pensiya təyini üçün 25 il sosial sığorta stajı və yaxud minimum 28800 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələb olunan sosial sığorta stajı və pensiya kapitalı çatışmadığı üçün ona pensiya təyin etmək mümkünsüzdür. Odur ki, iddia tələbi əsassızdır.

7. Şəki İnzibаti Məhkəməsinin (hаkim-Vidadi Qasımov) 05.082020-ci il tarixli, 21(116)-1047/2020 nömrəli qərаrı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının 27.07.1976-cı ildən 31.01.1980-ci ilədək X1 Müəssisəsində və 31.01.1980-ci ildən 01.01.2002-ci ilədək X2 Birliyində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddia tələbinin 01.01.2002-ci ildən 25.03.2003-cü ilədək olan müddətə aid hissədə təmin edil məməsi qərara alınmışdır

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək kitabçasında onun işləməsi barədə məlumatların həqiqiliyi şübhə doğurmadığı üçün əmr kitablarının, yaxud əmək haqqı ödənilməsi cədvəllərinin arxivdə saxlanmaması onun əmək kitabçasında göstərilən müddətlərdə işləməsini şübhə altına ala bilməz. Qanunvericiliyin tələbinə görə iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və 01.01.2002-ci ilədək olan dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilibödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir. Ona görə də cavabdehin dəlilləri 01.01.2002-ci ilədək olan müddə tlə bağlı əsassız, həmin tarixdən 25.03.2002-ci ilədək olan müddətlə bağlı isə əsaslıdır. Beləliklə, iddiaçının 01.01.2002-ci ilədək iş stajı, həqiqi hərbi xidmətdə olduğu müddət və texniki peşə məktəbində təhsil aldığı müddət nəzərə alındıqda onun tələb olunandan artıq (27 il 6 ay 29 gün) sosial sığorta stajı olduğu görünür.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibаti Məhkəməsinin 05.082020-ci il tarixli, 2-1(116)-1047/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 21(107)-398/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Mirbahəddin Hüseynov, hakimlər – Elçin Hüseynov və Gündüz Abbasov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibаti Məhkəməsinin (hаkim-Vidadi Qasımov) 05.082020-ci il tarixli, 21(116)-1047/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı cavabdehə 15.10.2020-ci il tarixində təqdim edilmişdir..

13. Cavabdeh həmin qərardan 13.11.2020-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 2-1(107)398/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞT İRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 27.07.1976-31.01.1980-ci illərdə X1 Müəssisəsində işləməsi əmrlərin kitabında qeyd edilsə də, əmək haqqına dair sübutlar saxlanılmadığı üçün iddiaçının həmin müəssisədə real işləməsi barədə əsaslı şübhələr ortaya çıxardır. Eyni zamanda, X2 Birliyində işlədiyinə dair isə əmrlər kitabı mövcud olmadığı və sözügedən qurumun 01.01.1999-cu il tarixindən isə ümumiyyətlə fəaliyyəti olmadığına dair əsaslı faktlar mövcud olmasına baxmayaraq hər iki məhkəmə bu halları nəzərə almadan yalnız əmək kitabçasını əsas almaqla öz qərarlarını əsaslandırmışlar.

15. Apellyasiya instansiyası məhkəməsi işin hallarına maddi hüquq normalarını düzgün tətbiq etməmiş, eyni zamanda İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qa nunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edi lir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti 21. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edili r.

22. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati Prosessual Məc əlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

25. Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. İddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasa rtırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş satjına daxil edilir. 27. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.

28. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi halla rda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hü quq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının pensiya təyin edilməsi üçün zəruri iş stajı (25 il) yoxdur. Belə ki, onun əmək kitabçasında müvafiq qeydlər olsa da, əmək haqqına dair sübutlar saxlanılmamışdır.

33. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından məlum olur ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sü buta yetirilməmişdir. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.

34. Hazırkı qərarın 21-22-ci bəndlərində göstərilən normaların məzmundan, eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən görünür ki, iddiaçının 27.07.1976-cı ildən 31.01.1980-ci ilədək X1 Müəssisəsində və 31.01.1980-ci ildən 01.01.2002-ci ilədək X2 Birliyində işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28.01.2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

35. Hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbindən göründüyü kimi, mötəbər hesab ed ilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. İddiaçının müvafiq iş stajını təsdiq edən əmək kitabçası olduğu halda cavabdeh həmin əmək kitabçasının mötəbərliyini sübut edən əlavə sənədlər tələb edərək “İnzibati icraat haqqında” Qanunun göstərilən tələbini pozmuşdur.

36. Bundan başqa, iddiaçının mübahisələndirilən dövrlərdə əmək haqqına dair sübutların saxlanılmaması vətəndaşın konstitusion hüquq olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, sözügedən sübutların saxlanılması iddiaçının yox, işəgötürənin vəzifəsidir.

37. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, 01.01.2002-ci ilədək olan dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu müddətə münasibətdə sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquqi əsas kimi qiymətləndirilməmişdir. Qanunvericiliyin əlaqəli təhlili o nəticəni yaradır ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və işəgötürən tərəfindən sosial sığorta haqlarının ödənilib-ödənilməməsi iddiaçının əmək kitabçasında olan müddətin onun sosial sığorta stajına daxil edilməsinə təsir göstərmir.

38. Eyni zamanda, hazırkı qərarın 20-ci və 24-27-ci bəndlərinə uyğun olaraq iddiaçının 13.11.1972-02.11.1973-cü illərdə (11 ay 19 gün) texniki peşə məktəbində təhsil aldığı müddət, həmçinin 07.05.1974-14.05.1976-cı illərdə (2 il 7 gün) SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu müddət də iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Göründüyü kimi, qeyd edilən müddətlər iddiaçının 01.01.2002-ci ilədək işlədiyi müddətə (24 il 7 ay 3 gün) əlavə olunduqda iddiaçının sosial sığorta stajı 27 il 6 ay 29 gün təşkil edir ki, bu da tələb edilən 25 ildən artıqdır.

39. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

40. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

41. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Şərh edilənlərə əsasən məhkəmə kollegiy ası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2020-ci il tarixli, 21(107)-398/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar