Məhkəmə qərarları › İş №2-1(102)-440/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-440/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-440/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pasport qeydiyyatına alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1937-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Bağırova Mahirə Əliağa qızı) “pasport qeydiyyatına alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2388/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Bağırova Mahirə Əliağa qızının İddiaçı, X10 və X2 qarşı “yaşayış evinə köçürülmə və cavabdehin çıxarılması” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Bağırova Mahirə Əliağa qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qə tnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)5326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, iddiaçı Bağırova Mahirə Əliağa qızının ünvan 1 ünvanında yerləşən fərdi evə köçürülmüş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1260/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı Bağırova Mahirə Əliağa qızının cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qeydiyyata alınma tələbinə dair iddiası təmin edilmə mişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanına pasport qeydiyyatına alınmasını xahiş etmişdir.

5. Cavabdeh 4 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəçinin ünvan 2 ünvana pasport qeydiyyatına alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin ərizəçi tərəfindən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 9 fevral 2021-ci il tarixdə Bakı İnzibati M əhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək onun ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və həmin ev onun sahibliyində və istifadəsindədir. O, ünvan 4 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq uzun müddətdir həmin ünvanda yaşayır. O, Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək yaşadığı fərdi yaşayış evinə qeydiyyata alınmasını və şəxsiyyət vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. O, faktiki olaraq yaşadığı ünvana pasport qeydiyyatına alınmalıdır. Eyni zamanda üçüncü şəxs Bağırova Mahirə Əliağa qızının mübahisə olunan fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur, orada yaşamamışdır. Onun həmin evə qeydiyyata düşməsi tələbinə Bağırova Mahirə Əliağa qızının etiraz etməsi əsassızdır

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2-1(112)-4210/2021 nömrəli qərarı (hakim: X5) ilə iddia təmin edilmiş, iddiaçının ünvan 2 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.

10. Bağırova Mahirə Əliağa qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının onun qanunla qorunan maraqlarına toxunduğunu nəzər ə alaraq, onun həmin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4210/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı ilə ərizəçi Bağırova Mahirə Əliağa qızı tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatət təmin edilməmişdir.

12. Üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2788/2021 nömrəli qərardadı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X7) Bakı İnzibati M əhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadı ləğv edilmiş, Bağırova Mahirə Əliağa qızının ərizəsi təmin edilərək üçüncü şəxs qismində işə cəlb olunmuş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. c. birinci instansiyası məhkəməsində ikinci icraat

14. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-645/2022 nömrəli qərarı ilə (hakim: X5) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanuna əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi qeydiyyata alınma üçün əsas olan sənədlər hesab edildiyindən, iddiaçın ın isə belə sənədlərdən hər hansı biri olmadığından, onun göstərilən evə qeydiyyata alınmasından qanuni və əsaslı olaraq imtina edilmişdir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2388/2022 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X1 və X6) ilə Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının ünvan 2 ünvanına pasport qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaç ının uzun müddət faktiki olaraq yaşadığı və qeydiyyata alınmasını xahiş etdiyi ünvan 1 ünvanında yerləşən ev özbaşına tikilidir. İddiaçı həmin evə qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, qeyd etmişdir ki, o, qeydiyyat üçün əsas olan sənədlərdən hər hansı birini təqdim etməmişdir. İddiaçının qeyd olunan ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur.

19. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi nin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının qeydiyyata düşmək istədiyi ünvan 7 ünvanına dair heç bir hüquqmüəyyənedici sənədi olmadığına görə, imtina edilmişdir. İddiaçı ünvan 2 ünvanında yaşamamışdır. Qərardan və işdə olan sübutlardan da görünür ki, mənzildə üçüncü şəxs və onun mərhum həyat yoldaşı yaşamışdır. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun 2,5,8-ci, İnzibati-Prosessual Məcəllənin 58.7 və 68.2-ci maddələrinin tələblərini pozulması ilə qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Tərəflər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ 22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə

2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.... Maddə

5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. [8] Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim e tməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.... Bu maddədə nəzərdə tutulan sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ər izəçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrin də nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaların ın tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi t ərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi pasport qeydiyyatına alınmanın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Həmçinin üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən olunmuşdur ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının daimi istifadəsindədir və uzun illərdir ki, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun oğlu X4 da həmin ünvanda qeydiyyatda olmuşdur.

32. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

33. Beləliklə məhkəmə kollegiyası qeyd e dir ki, iddiaçının qeyd olunan ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur.

34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Bağırova Mahirə Əliağa qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2388/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar