Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-440/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(105)-429/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassa siya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, RX ******* nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2108N ünvanında yerləşən 0,07 bağ torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
2. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
3. Həmçinin həmin torpaq sahəsində yerləşəcək fərdi yaşayış evinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmişdir.
4. İddiaçı əmlakına edilmiş qanunsuz müdaxilə faktı nəzərə alınaraq, vurulmuş maddi ziyanın əvəzi qismində 80000 manat məbləğində pul vəsaitinin ona ödənilməsinin təmin edilməsi barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının müraciətində qeyd edilən torpaq sahəsinə dair (Corat bağları ərazisi, 2108N) hüquqmüəyyənedici sənədlər tam tərkibdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinə təqdim olunduqdan sonra, əraziyə onun iştirakı ilə birgə baxış keçiriləcəyi və bundan irəli gələn məsələlərin həlli istiqamətində lazımi tədbirlərin görüləcəyi qeyd edilmişdir. 6. “Hüquq və Torpaq Məsələləri“ MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat b ağları ərazisi 2108N ünvanında yerləşən və xx.xx.2014-cü il tarixli çıxarışa əsasən iddiaçının adına qeydə alınmış, mülkiyyətdə olan 0,07 ha torpaq sahəsinin və 2015-ci ilin may-dekabr ayları üzrə “Google Yer” proqramının ortofoto görüntülərinin nəticələrinə görə torpaq sahəsinin üzərində inşa edilmiş hasar və fərdi yaşayış evinin mövcudluğu müəyyən olunur. İddiaçının mülkiyyətində olan 0,07 ha torpaq sahəsi üzərində Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiqlənmiş eskiz-layihə sənədləri üzrə fərdi yaşayış evinin tikilməsi məqsədilə kürsübetonların tökülməsi, qaldırılmış birinci mərtəbənin divarlarının inşası, həyətyanı sahənin mişar daşından hasarlanması, həyətyanı tikililərin başa çatdırılması üçün həyətdə qalan 2100 ədəd mişar daşı, 5 kub metr taxta, 3000 p/m armatur, 90 kisə sement nəzərə alınmaqla tikinti materialı və əməkhaqqı xərcləri təqribən 74050 manat məbləğində müəyyən edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 74050 manat maddi, 20000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi 2108N nömrəli ünvanda yerləşən 0,07 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdən iddiaçının mülkiyyətindədir. Torpaq sahəsi üzərində yaşayış evinin tikilməsi məqsədi ilə eskiz-layihə hazırlanmış və Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə razılaşdırılaraq təsdiq edilmişdir. İddiaçı layihəyə uyğun yaşayış evinin tikintisinə başlamış, kürsü-betonlar tökülmüş, birinci mərtəbə qaldırılmış, həyətyanı sahə 0,07 ha üzrə mişar daşından hasarlanmışdır. İddiaçı 2015-ci ilin may ayından başladığı tikintiyə 80000 manat pul xərcləmişdir. Lakin 2016-cı ilin martaprel aylarında Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən başçının göstərişinə əsasən qanunsuz müdaxilə edilərək tikinti dayandırılmış və heç bir əsas olmadan inşa olunmuş tikililər buldozerlə sökülmüşdür. Hasar və yaşayış evinin mişar daşları həmin əməkdaşlar tərəfindən söküldükdən sonra daşınaraq şəhərin giriş hissəsində abadlaşdırma işlərinə sərf edilmişdir. İddiaçının dəfələr lə icra hakimiyyəti başçısına edilmiş müraciətlərinə baxmayaraq, söküntünün səbəbləri ona izah edilməmiş və vurulmuş ziyan ödənilməmişdir. Əmlaka vurulmuş ziyanın miqdarı mütəxəssis hesablamalarına görə 74050 manat məbləğində dəyərləndirilmiş və “Hüquq və Torpaq Məsələləri“ MMC-nin xx.xx.2020-ci il tarixli rəyi ilə təsdiqlənmişdir.
9. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı cavabdeh hər hansı inzibati akt qəbul etməmiş və cavabdehin əməkdaşları söküntüdə iştirak etməmişdir. Söküntünün kim tərəfindən aparıldığı məlum deyildir. Lakin iddiaçının çoxsaylı şikayətləri nəzərə alınaraq cavabdeh tərəfindən iddiaçı ilə dəfələlərlə danışıqlar aparılmış və mübahisənin kompromis yolu ilə həll edilməsinə çalışılmışdır. İ ddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının qəbulunda da olmuşdur. Lakin razılıq əldə olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. 10. “B+A Audit Konsaltinq” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının fərdi yaşayış evinin 1-ci mərtəbəsinin tikintisinə, 2-ci mərtəbənin artırılmasına və armatur işlərinin görülməsinə və həmin 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hasarlanmasına istifadə olunmuş tikinti materiallarının, yəni 2100 ədəd mişar daşının, 5 kub metr taxtanın, 3000 p/m armaturun, 90 kisə sementin alınmasına və onların istifadə edilməsinə cəlb olunan işçi qüvvəsinə çəkilmiş xərclər orta hesabla 60000-62000 manat müəyyən olunur.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-layihəyə və CD məlumatlarına əsasən mübahisə predmeti olan tikilidə aparılmış tikinti işlərinin hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 23021 manat məbləğində müəyyən olunur.
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 01 fevral 2023-cü il tarixli, 2-1(118)-14/2023 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,07 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin sökülməsi ilə bağlı maddi ziyana görə 23021 manat məbləğində kompensasiyanın iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməm əsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsində tikintisi tam başa çatmayan bir ədəd fərdi yaşayış evi cavabdehin şifahi göstərişi əsasında sökülmüş, cavabdeh tərəfindən həmin evin söküntüsü ilə bağlı texnika və fəhlə qüvvəsi cəlb olunmuş və nəticədə evin sökülməsi ilə iddiaçıya maddi ziyan vurulmuşdur. Cavabdehin göstərilən tikilinin onun tərəfindən sökülməməsi ilə bağlı mövqeyi bir sıra sübutlarla təkzib edilir. Belə ki, iddiaçı tərəfindən edilmiş müraciətlərə cavab məktublarından görünür ki, cavabdeh inzibati orqan söküntünün onun tərəfindən aparılmamasını bildirməmiş, əksinə yerinə birgə baxış keçirildikdən sonra lazımi tədbirlərin görüləcəyini bildirmişdir. Bundan başqa, məhkəmə araşdırması gedişi ndə də cavabdeh iddiaçı ilə barışıq əldə etməyə çalışmış və ona kompensasiya kimi başqa-başqa torpaq sahələri təklif etmişdir. Məhkəmə hesab edir ki, söküntü cavabdeh tərəfindən aparılmamışdırsa, iddiaçıya barışıqla bağlı hər hansı təkliflər irəli sürülməzdi. İddiaçının yarıtikilmiş evinin sökülməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Cavabdehin nümayəndəsinin iddiaçının evinin sökülməsi ilə bağlı cavabdeh tərəfindən heç kimə yazılı və ya şifahi göstərişlərin verilmədiyi barədə izahatı iş materialları və toplanmış sübutlarla təkzib olunduğu üçün məhkəmə tərəfindən əsassız hesab edilir. İddiaçının əsaslandığı hal məhz onunla bağlı olmuşdur ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Əgə r inzibati orqan hər hansı inzibati aktı qəbul etmiş olsaydı, bu halda iddiaçı məhz həmin inzibati aktın mübahisələndirilməsinə dair iddia irəli sürərdi. Lakin iddia növünün məhz inzibati orqanın qanunsuz hərəkəti nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğu onu ehtiva edir ki, inzibati orqanın hərəkətləri qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən kənar olmuşdur. Həmin tikili hər hansı şəhərsalma və tikinti normalarına riayət olunmadan tikilmiş olsa idi belə, məhkəmə qərarı olmadan sökülməsi qanuna zidd olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə görə, iddiaçıya dəymiş ziyanın həcmi 23021 manat təşkil edir. İddiaç ı maddi ziyanın 74050 manat məbləğində olmasını təsdiq edən sübut kimi "xxxx" MMC-dən rəy təqdim etmişdir. Məhkəmə həmin rəydə göstərilən məbləği bir mərtəbəsi başa çatdırılmış evin söküntüsünə görə şişirdilmiş hesab edərək, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə razılaşır. İddiaçı tərəfindən maddi və mənəvi ziyanın yetirilməsini təsdiq edə biləcək hər hansı başqa sübut məhkəməyə təqdim edilməmişdir.
14. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın maddi ziyana görə 23021 manat məbləğində kompensasiya hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/4536 nömrəli ekspert rəyində qeyd edil mişdir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz-layihəyə və CD məlumatlarına əsasən mübahisə predmeti olan tikilidə aparılmış tikinti işlərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 24054 manat məbləğində müəyyən olunur. Həyətdə qalan 2100 ədəd mişar daşının, 5 kub metr taxtanın, 3000 p/m armaturun, 90 kisə sementin qiymətinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 9067 manat məbləğində müəyyən olunur.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zaur Məmmədov) 06 oktyabr 2023-cü il tarixli, 2-1(105)-429/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının i ddia tələbinin vurulmuş maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,07 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin sökülməsi ilə bağlı vurulmuş maddi ziyanın əvəzi olaraq 24054 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qərarın qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışının predmetini məhz vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı müvafiq məhkəmə qərarı ilə müəyyən edilmiş ziyanın məbləği ilə razı olmayaraq, həmin qərardan apellyasiya şikayəti vermişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin razılığı (icazəsi) əsasında yaşayış evinin tikintisinə başladığını, tikintiyə 80000 manat pul vəsaiti xərclədiyini, daha sonra cavabdeh inzibati orqan tərəfindən həmin tikilinin söküldüyünü, söküldükdən sonra qalan mişar daşlarının daşınaraq, istifadə edildiyini, bununla da ona maddi və mənəvi ziyan vurulduğunu əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan məhkəmə araşdırması zamanı mübahisənin məhkəmədənkənar həll edilməsi ilə bağlı təklif etsə də, mübahisənin həllinin iddiaçı tərəf ziyanın məblə ği ilə razı olmadığından mümkün olmadığını, habelə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir ki, bu hal özlüyündə cavabdehin həmin qərarla razı olmasını ifadə edir. Bu baxımından qeyd edilməlidir ki, indiki halda cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya məxsus olan tikilinin sökülməsi, bu söküntü nəticəsində iddiaçıya maddi ziyan vurulması və onun hərəkətləri ilə vurulmuş ziyanın arasında səbəbli əlaqənin olması halı işin mübahisəsiz halı kimi çıxış edir. İndiki halda işin mübahisəli halı məhz iddiaçıya vurulmuş ziyanın məbləği ilə bağlı olan hal təşkil edir.
18. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair “B+A” MMC tərəfindən verilmiş mütəxəssis rəyində müvafiq torpaq sahəsində inşa edilmiş və sonradan sökülmüş fərdi yaşayış evinin inşası üçün istifadə edilmiş tikinti materiallarının və işçi qüvvəsinə çəkilmiş xərclərin orta bazar dəyərinin ümumilikdə 6000062000 manat təşkil etdiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində isə eskiz-layihəyə və CD məlumatlarına əsasən tikilidə aparılmış tikinti işlərinin bazar dəyərinin 23021 manat olduğu müəyyən edilmiş, məhkəmə tərəfindən ziyanın məbləği məhz sonuncu ekspert rəyi əsas götürülməklə müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı iş üzrə yenidən müvafiq məhkəmə ekspertizası təyin edilmiş, həmin ekspert rəyində eskiz-layihəyə uyğun tikinti işlərinin mövcud orta bazar dəyərinin 24054 manat olduğu, həyətdə qalan 2100 ədəd mişar daşının, 5 kub metr taxtanın, 3000 p/m armaturun, 90 kisə sementin qiymətinin orta bazar dəyərinin təqribən 9067 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində eskiz-layihə sənədləri üzrə fərdi yaşayış evinin tikilməsi məqsədilə kürsü-betonların tökülməsi, qaldırılmış birinci mərtəbənin inşası, həyətyanı sahənin yeddi sot üzrə mişar daşından hasarlanması, həyətyanı tikililərin başa çatdırılması üçün həyətdə qalan 2100 ədəd mişar daşı, 5 kub metr taxta, 3000 p/m armatur, 90 kisə sement nəzərə alınmaqla, tikinti materialı və əməkhaqqı xərcləri təqribən 74050 manat müəyyən edilmişdir.
19. Hazırkı iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona 74050 manat məbləğində ziyan vurulması halına istinad edirsə, qeyd edilən məbləğdə ona ziyan vurulması halını sübut etmək öhdəliyini daşıyır. İndiki halda iddiaçı tərəfindən bununla bağlı yeganə sübut kimi mütəxəssis rəyi təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin mütəxəssis rəyi iddiaçının özü tərəfindən təqdim edildiyindən, bu hal həmin sübutun mötəbərliyini şübhə altına almış olur. Bundan əlavə, qeyd edilməlidir ki, həmin sübut vasitəsi məhz iş üzrə mövcud olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Bu baxımından məhkəmə araşdırması zamanı ekspertiza təyin edilmiş, birinci instan siya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticələrinə dair ekspert rəyində həmin məbləğin 23021 manat olduğu, mütəxəssis rəyində 60000-62000 manat olduğu, apellyasiya icraatı zamanı təqdim edilmiş ekspert rəyində isə həmin məbləğin 24054 manat olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən isə həmin ekspert rəyinin əsassız olmasına, habelə ona vurulmuş ziyanın məbləğinin məhz özünün qeyd etdiyi məbləğdə olmasına dair heç bir dəlilə istinad edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, ekspert məhz bu sahədə xüsusi biliyə malik olan şəxs qismində çıxış etdiyindən, işin halları baxımından vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhz xüsusi bilik tələb olunduğundan, həmin halın müəyyən edilməsi məqsədilə məhz ekspert rəyi mötəbər sübut qismində qəbul edilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləği məhz sonuncu ekspert rəyi əsas götürülməklə, dəymiş ziyanın məbləği 24054 manat müəyyən edilməli, iddia tələbi bu hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.
20. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı həyətdə qalan mişar daşının (taxta, armatur, qum) cavabdeh tərəfindən sonradan daşınaraq, abadlaşdırma işlərində istifadə edilməsi halına istinad etsə də, qeyd edilən hallara dair heç bir sübut vasitəsini məhkəməyə təqdim edə bilməmiş, habelə özünün məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində də həmin əmlaklar məhz həyətdə qalan əşyalar kimi dəyərləndirilmiş, onlar nəzərə alınmaqla xərcin məbləği hesablanmışdır. B ununla da, iddiaçıya məxsus həyətdə qalan 2100 ədəd mişar daşının, 5 kub metr taxtanın, 3000 p/m armaturun, 90 kisə sementin cavabdeh inzibati orqan tərəfindən istifadə edilməklə (daşınmaqla) və ya digər formada (yararsız hala salınması və sair) həmin əşyalarla bağlı iddiaçıya maddi ziyan vurulması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmiş, həmin hissədə də iddia tələbi əsaslı olmamışdır.
21. Eyni zamanda, iddiaçı apellyasiya şikayətində iddia tələbinin tam təmin edilməsini tələb etdiyindən, habelə məhkəmə iclasında məhkəmə qərarının iddia tələbinin mənəvi ziyanın tutulması ilə bağlı iddia tələbinin rədd edilməsi hissəsində də mübahisə ləndirdiyini qeyd etdiyindən, məhkəmə kollegiyası iddia tələbinin vurulmuş mənəvi ziyanın məbləğinin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir gös tərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar, iztirablar keçirməsi halını müəyyən etmək mümkün olmamış, habel ə iddiaçı tərəfindən bu hallara dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin mənəvi zərər hissədə təmin olunmaması barədə gəldiyi nəticə düzgün olmuşdur.
22. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın iddianın vurulmuş maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməsini və iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir.
23. Həmçinin cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri
24. İddiaçının kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
25. Cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
26. Kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənil məsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquq dan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi (maddə 560.3.1.); şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi (maddə 560.3.2.). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayr ılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Maddə 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. Maddə 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti or qanının yaratdığı qurum) tərəfindən sökülür. Maddə 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-lVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli, 695 nömrəli Fərmanı 4.10. Məcəllənin....... 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində....... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orq anlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə m əhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
34. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
36. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəməsinin, xü susən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməsinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etməsi məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 24054 m anat məbləğində kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətd ə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Bu qərarın 27-28-ci bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
42. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
43. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
44. Qeyd olunmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, bu qərarın 28-ci bəndində istinad olunan normaya görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əm lakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Bu qərarın 31-ci bəndində istinad olunan normaya əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
46. İstinad olunan norma anlamında inzibati orqanın mülki məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlərin birlikdə və eyni zamanda mövcud olması tələb olunur: inzibati orqan tərəfindən şəxsə münasibətdə qərarın (inzibati aktın) qəbul olunması (yaxud da faktiki hərəkət və ya hərəkətsizlik edilməsi); həmin qərarın (inziba ti aktın, yaxud da hərəkət və ya hərəkətsizliyin) qanunsuz olması; inzibati orqanın qanunsuz inzibat aktı (hərəkət və ya hərəkətsizliyi) nəticəsində şəxsə ziyan vurulması.
47. İnzibati orqanın mülki məsuliyyətinin yaranması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş və bu qərarın 46-cı bəndində qeyd olunmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçıya məxsus qeyd olunan ünvanda yerləşən yarımçıq tikiliyə (fərdi yaşayış evinə) ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti və cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunur.
48. Qanunvericinin bu qərarın 31-ci bəndində istinad olunan normada ifadə olunmuş iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Başqa sözlə, vurulmuş ziyanla bağlı hüquqi müdafiə vasitələrinin tətbiqi baxımından inzibati orqanın fəaliyyət formaları arasında hər hansı fərqləndirilmə aparılmamalıdır.
49. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu fərdi yaşayış evinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Mənəvi zər ər müəyyən edilərkən, məhkəmələr tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlidir.
50. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini bazar qiymətinə uyğun və ədalətli hesab edir.
51. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(105)-429/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.