Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4404/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) 2009-cu ildə əmək xəsarəti almış, bununla əlaqədar əmək qabiliyyətini itirmiş və ##.##.2010-cu il tarixdə * saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə istehsaklat xəsarəti səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Sonrakı illərdə əlillik müddəti hər il bir il müddətinə 2-ci qrup əlillik təsdiq edilmişdir. ##.##.2016-cı il tarixində 5 il müddətinə əmək qabiliyyətinin 65 faiz itirilməsi ilə 2-ci dərəcəli əlillik təsdiq edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2021-ci il tarixdə beş illik müddətə 2-ci qrup əlillik (80 faiz peşə əmək qabiliyyətini itirməsi) təyin edilmişdir. ##.##.2023-cü il tarixdə müddətsiz 3-cü qrup əlillik isə (50 faiz peşə əmək qabliyyətinin itirilməsi) təyin edilmişdir.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, onun barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli 3-cü qrup əlillik 50 faiz peşə əmək qabliyyətinin itirilməsi barədə və ##.##.2021-ci il tarixli 2-ci qrup əlillik 65 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə qərarlarının ləğv edilməsi və İddiaçı ##.##.2021-ci il tarixli peşə xəstəliyi səbəbi ilə 2-ci dərəcə əlilliyin, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faiz olmaqla təyin edilməsi haqqında qərarının müddətsiz olaraq ##.##.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə ##.##.2023-cü il tarixli qərarı ləğv edilmiş və İddiaçı barədə ##.##.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80% olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan iddiaçı və cavabdeh inzibati orqan tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir.
3. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının 31-ci bəndində qeyd olunmuşdur ki, iddiaçının “ikinci dərəcə peşə əmək qabiliyyətinin 80%, əlillik dərəcəsinin müddətsiz təyin edilməli olması” barədə iddiaçının kassasiya dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ilkin olaraq onun barəsində ##.##.2021-ci il tarixli qərarla 80 faizlə, ikinci dərəcə 5 il müddətinə əlillik dərəcəsi təyin edilməsi qərara alınmış, həmin qərara uyğun olaraq məlumatlar əlillik alt sisteminə yerləşdirilmiş, iddiaçı tərəfindən isə nə ##.##.2021-ci il tarixdə olan əlillik barədə müayinə protokolunu əldə edərkən, nə də ##.##.2021-ci ildə onun barəsində peşə əmək qabiliyyəti itirilmə faizinin aşağı salınması aşkar edildiyi halda, əlilliyinin müddətinin müddətsiz olması ilə bağlı cavabdehə hər hansı pretenziya irəli sürməmiş və ya cavabdehin qərarı həmin hissədə mübahisələndirməmiş, qərar qüvvəyə minmiş və həmin qərardan şikayət etmə müddəti də keçmişdir.
4. Həmin məhkəmə qərarından müəyyən edilmişdir ki, cavabdeh tərəfindən icra edilərək iddiaçıya ##.##.2021-ci il tarixdən əmək qabiliyyətinin 80 faiz itirilməsi ilə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi kimi ##.##.2026-cı il göstərilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə barəsində ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir.
6. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (Hakim Səlma Qənbərova).
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda ona 5 il müddətinə təyin edilmiş əlilliklə razılaşmayaraq müddətsiz əlillik təyin edilməsi barədə əlverişli inzibati aktın qəbul edilməsini xahiş edir, hansı ki, bu iddia məcburetmə haqqında iddiaya uyğun gəlir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, bu qayda nəinki əlilliyin təyin edilməsinə, həmçinin təyin edilmiş əlilliyin müddətinin, orqanizmin funksiyasının pozulma faizinin dəyişdirilməsi ilə bağlı iddialara da aiddir. Əlilliyi müəyyən edilən şəxs qərarın bu elementlərinin hər birini müstəqil şəkildə mübahisələndirmək, hər birinə münasibətdə fərqli qərarın qəbul edilməsini tələb etmək hüququ mövcuddur. Lakin bunun üçün o, ilk növbədə cavabdeh müraciət etməli, bu müraciət tibbi-sosial ekspertiza müayinəsinə göndəriş formasında olmalıdır.
8. Işdən görünür ki, iddiaçı barəsində sonuncu dəfə *******AACFP nömrəli Forma 88 göndərişi verilmiş və onun əlilliyi həmin göndəriş əsasında ##.##.2021-ci il tarixdə qiymətləndirilərək diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu; Əmək qabiliyyətinin itirilməsi (%-lə): 80 peşə xəstəliyi səbəbi ilə əlillik müddəti ##.##.2026cı il tarixi göstərilməklə ikinci dərəcə əlillik təyin edilmişdir. Iddiaçının həmin göndəriş əsasında ona müddətsiz əlillik təyin edilməsi üçün mübahisəli qərarı aldıqdan sonra 30 gün müddətində (IPM, maddə 38.2) məhkəmədə iddia qaldırmağa hüququ olduğu halda bunu etməmişdir. Iddiaçı ona müddətli əlilliyin təyin edilməsindən 4 il sonra hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, yuxarıda qeyd edilənlərdən görünür ki, məsəslə ilə bağlı inzibati icraatın başlanması üçün məhkəməyə qədər tibbi-sosial ekspertiza müayinəsinə göndərişlə cavabdehə müraciət etməmişdir.
9. Cavabdeh tərəfindən əlilliyin qiymətləndirilməsi üzrə qərarın qəbul edilməsi (və ya qərarın hər hansı bir elementinin dəyişdirilməsi) üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir. Hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Beləliklə, iddiaçı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müvafiq göndəriş təqdim edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh onun hüquqlarını pozan hər hansı bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir.
10. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardad ləğv edərək iddianın mümkün sayılması və həmin inzibati mübahisəyə dair işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Orxan Ismayılov (sədrlik edən və məruzəçi), Pərviz Hüseynov və Günel Sevdimalıyeva).
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının 31-ci bəndindən göründüyü kimi yuxarı instansiya məhkəməsinin mövqeyi ondan ibarətdir ki, iddiaçı mübahisələndirilən qərardan şikayət vermə müddətini ötürmüşdür. - Digər tərəfdən, işdən görünür ki, həmin məhkəmə qərarı qanuni qüvvəsini almış, cavabdeh tərəfindən icra edilərək iddiaçıya ##.##.2021-ci il tarixdən əmək qabiliyyətinin 80 faiz itirilməsi ilə təkrar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi kimi ##.##.2026-cı il göstərilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 15.6-ci bəndində qeyd edilmişdir ki, IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. - Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət və iddiaya mahiyyəti üzrə baxılmasını tələb hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən məhdudiyyətlərə tabedir. Iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər ödənilməlidir. - Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçı qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * nömrəli, ##.##.2015-ci il tarixli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərar qəbul etməklə işi baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində qeyd edilmişdir ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı iddiaçının əlilliyi 10 ili tamam olduqdan sonra verilmiş və həmin qiymətləndirmə ilə iddiaçının əlilliyi müddətsiz müəyyən olunmuşdur (##.##.2021-ci tarixli sənəd). Ortada olan eyni tarixli (##.##.2021) iki qərarda əmək qabiliyyətinin itirilmə faizi və əlilliyin müddəti fərqli rəqəmlərlə ifadə olunurdu: 80% - 5 il və 65% - müddətsiz. Əmək qabiliyyətinin itirilmə faizi ilə bağlı ziddiyyət məhkəmə qərarı ilə aradan qaldırılmışdır. Müddətlə bağlı məsələ isə zaman və fasiləsizlik kimi şərtlərdən asılıdır. Qanunvericilik bu müddətin fasiləsizlik gözlənilməklə 10 il olmasını tələb edir. Iddiaçının əlilliyinin göndəriş əsasında, qanuna uyğun şəkildə sonuncu qiymətləndirilməsi zamanı artıq 10 il tamam olmuşdur. Yəni 2 fərqli qərardan birində əlilliyin müddətli göstərilməsi yuxarıda qeyd edilən meyarlar, şərtlər baxımından qanuni deyildir və nəzərə alınmamalıdır. Əlilliyin qiymətləndirilərək müddətsiz göstərilməsi isə həm qanunvericiliyin tələbinə görə, həm də faktiki vəziyyət baxımından tam qanuni və əsaslıdır. Bu mənada əlilliyin müddətinə münasibətdə bu müddətin 5 il göstərildiyi qərarı birinci instansiya məhkəməsi (o cümlədən apelyasiya məhkəməsi) hansı əsasla doğru qərar kimi qiymətləndirir, aydın deyil.
b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
Tətbiq edilən hüquq
16. Inzibati Prosessual Məcəllə Maddə 35. Iddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərarın ləğv edilməsi üçün əsas təşkil etmir.
24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2-1(103)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.