Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-441/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 07.05.2019 Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı X14, cavabdeh şöbənin vəkili X15 iştirakı ilə, İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2018-ci il tarixli qərarı i lə (hakim R.Kərimli; iş № 2-1(82)-254/2018) iddianın təmin edilməsi; iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən E.Nağıyeva, hakimlər H.Həmidov və X.Sarıyev; iş № 21(103)-2102/2018) cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərar ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cava bdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili A.Tağıyeva kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarının ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş iddiaçı R.Cəbrayilov Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işn materiallarında o lan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti X8 11 dekabr 2017-ci il tarixli, 80 nömrəli arayışına əsasən, iddiaçı aşağıda göstərilən müddətlərdə müxtəlif geoloji kəşfiyyat qurumlarında güzəştli çöl şəraitində işləmişdir: -21.07.1980 – 10.04.1982-ci il tarixlərdə Azərbaycan Hidrogeologiya Ekspedisiyasının Şamaxı Hidrogeoloji partiyasında İİ dərəcəli qazmaçı köməkçisi vəzifəsində güzəştli çöl stajı - 272 gün; -01.10.1984 – 01.01.1985-ci il tarixlərdə Geoloji X1ması üzrə axtarış dəstəsində İİ dərəcəli qazmaçı fəhləsi vəzifəsində güzəştli çöl stajı - 92 gün; -01.02.1985 – 31.08.1988-ci il tarixlərdə X2 hidrogeoloji partiyasında qazmaçının İİ dərəcəli İ maşinist köməkçisi vəzifəsində güzəştli çöl stajı-1036 gün; -01.09.1988 – 31.12.1988-ci il tarixlərdə Qarabağ geofizika partiyasında İV kateqoriya karotajçı vəzifəsində güzəştli çöl stajı - 82 gün; -01.01.1989 – 26.08.1989-cu il tarixlərdə Geofizika Ekspedisiyasının karotaj üzrə geofizika partiyasında İV dərəcəli karotajçı vəzifəsində güzəştli çöl stajı - 117 gün; -28.09.1989 – 01.06.1990-cı il tarixlərdə X3 suların rejimini öyrənən hidrogeologiya partiyasında 2 və 3-cü dərəcəli geoloji planalma vəzifəsində güzəştli çöl stajı 0 gün; -01.02.1993 - 12.10.1993-cü il tarixlərdə həmin partiyanın Abşeron sahəsində texnik vəzifəsində güzəştli çöl stajı - 0 gün; 12.10.1993 – 01.01.1994-cü il tarixlərdə Ekspedisiyanın Mərkəzi anbarında müdir vəzifəsində güzəştli çöl stajı - 0 gün; -01.01.1994 – 01.04.1994-cü il tarixlərdə Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası idarəsinin yera ltı suların rejim və balansını öyrənən hidrogeologiya vəzifəsində güzəştli çöl stajı - 0 gün; -01.05.1994 – 04.04.1999-cu il tarixlərdə həmin partiyanın Abşeron sahəsində öz vəzifəsində güzəştli çöl stajı -107 gün; -04.01.1999 – 17.12.2001-ci il tarixlərdə həmin partiyada hidrogeoloq vəzifəsində güzəştli çöl stajı - 0 gün; -19.03.2002 – 06.12.2004-cü il tarixlərdə Kompleks Hidrogeologiya və X4 Şərqi Qobustan hidrogeologiya partiyasında hidrogeoloq vəzifəsində güzəştli çöl stajı - 110 gün; -06.12.2004 – 01.01.2007-ci il tarixlərdə həmin Ekspedisiyanın Yeraltı sularının monitorinqi partiyasında İ kateqoriya hidrogeoloq vəzifəsində güzəştli çöl stajı – 0 gün; -01.01.2007 – 01.07.2007-ci il tarixlərdə X8 Yeraltı suların monitorinqi partiyasında İ kateqoriya hirogeoloq güzəştli çöl stajı – 9 gü n; -01.07.2007 – 23.02.2016-cı il tarixlərdə Mərkəzi Geodinamik şəraitin öyrənilməsi partiyasında hidrogeoloq vəzifəsində güzəştli çöl stajı - 545 gün; -01.04.20016 hal-hazıradək Mərkəzin Seysmodinamik rayonlaşdırma partiyasında İİİ dərəcəli fəhlə vəzifəsində güzəştli çöl stajı – 35 gün. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının Ekologiya və və Təbii Sərvətlər Nazirliyi Mİlli Ekoloji Kəşfiyyat Xidmətinin X9 1589 gün (6 il 6 ay 5 gün); həmin Xidmətin Kompleks Hidrogeologiya və X5 1525 gün (5 il 9 ay 7 gün); həmin Xidmətin Geofizika Ekspedisiyasında 249 gün (11 ay 7 gün); həmin Xidmətin Geoloji Planalma Ekspedisiyasında 92 gün (4 ay 4 gün) güzəştli stajı vardır. “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstərişlərin Siyahısı”nın 1.Dağ-mədənişləri; 1-3 Geoloji kəşfiyyat işləri (yerüstü) bənlərinə aiddir. Məhkəmə sorğusuna cavab vermiş Ekologiya və və Təbii Sərvətlər Nazirliyi Mİlli Ekoloji Kəşfiyyat Xidmətinin 01.10.2008-ci il tarixli məktubunda bildirilimişdir ki, iddiaçının güzəştli stajı müxtəlif təşkilatlar üzrə aşağıdakı kimi hesablanmışdır: -“Azərbaycan geologiya” X6 Ekspedisiyası 1981, 1988, 1989-cu illər – 422 gün; -“Dövlətgeolkom”un X10 1984-cü il – 92 gün; -“Azərbaycan geologiya” X11 Hidrogeologiya və MQ Ekspedisiyası 1982, 1985, 1986 -1988, 1994 -1995, 2002 -2003-cü illər 1352 gün; - Ekologiya və və Təbii Sərvətlər Nazirliyi Mİlli Ekoloji Kəşfiyyat Xidmətinin X13 2007 2018 illər - 1805 gü n. İddiaçının güzəştli iş stajı cəmi - 3671 gün təşkil edir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların vəzifələrin və göstəricilərin Siyahısı”nın "Dağ-mədən işləri" bölməsinin 1.3-cü “Geoloji Kəşfiyyat işləri yerüstü” bəndində "ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya; geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” nəzərdə tutulduğundan, iddiaçı, həmin işlərdə 12 ay 6 aydan artıq işlədiyindən, cavabdeh şöbənin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozul masına səbəb olan hal kimi qiytmətləndirilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində n olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 10 mart 2017-ci il tarixli Qanunla edilmiş düzəlişə qədər həmin Qanunun 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və gö stəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Görünüyü kimi, Qanunun 10 mart 2017-ci ilə qədər qüvvədə olan 9.1-ci maddəsinə əsasən kişilər 57 yaşına çatdıqda və bu vaxta qədər güzəştli şərtlərə pensiya hüququ verən stajı (12 il 06 ay) topladıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları yaranır. İş üzrə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Onun 57 yaşı 13.06.2017-c i ildə tamam olmuşdur. Onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənə qədər 12 il 06 ay güzəştli stajı olduğu üçün pensiya hüququ yaranır. Belə olan halda iddiaçının iddia tələb əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan əsaslarla iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğv i üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16oktyabr 2018-ci il tarixli
Məhkəmə qərarları › İş №2-1(102)-441/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-441/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver