Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-441/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: kolxozdakı iş illərinin sosial sığorta stajına daxil edilməsi, arxiv arayışının mövcudluğu, əmək kitabçasının istisna olunması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sos ial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağdaş rayon filialına (bundan sonra cavabdeh) qarşı “1973-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd “Azərbaycan” kolxozunda işlədiyi 22 il 2 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-471/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1955-ci ildə Ağdaş rayon Aral Bir kəndində anadan olmuşdur. 1970-1973-cü illərdə X10 Məktəbində çilingər peşəsi üzrə təhsil almışdır. 1973-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kəndində sabiq “Azərbaycan” kolxozunda işləmiş, lakin əmək kitabçasında qeyd olunmamışdır.
2. Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən iddiaçı 1973-1974, 1977-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd sabiq “Azərbaycan” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktda qeyd olunur ki, iddiaçının adına Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.102.2020-ci il tarixli 20 saylı arayışın düzgünlüy ü öz təsdiqini tapmışdır.
4. İddiaçı xx xxxx 2020-ci tarixdə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx xxxx 2020-ci il tarixli məktubla bildirmişdir ki, təqdim etdiyi sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “19731997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd “Azərbaycan” kolxozunda işlədiyi 22 il 2 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı x x.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edi lməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
7. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx xxxxxx 2020-ci ildə yaranmışdır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı Ağdaş rayon Aral Bir kənd sabiq “Azərbaycan” kolxozunda 1973-1997-ci illərdə işlədiyi 22 il 2 ay 22 gün, mübahisələndirilməyən sosial sığorta stajı 1970-1973-cü illərdə Peşə məktəbində təhsil aldığı və xx.xx.1973xx.xx.1975-ci illərdə həqiqi hərbi xidmətdə olduğu illərdir. İddiaçının Ağdaş rayon Aral Bir kənd sabiq “Azərbaycan” kolxozunda 1973-1997-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edildikdə xx xxxxxx 2020-ci il tarixinə 27 il 0 ay 26 gün sosial sığorta stajı təşkil edəcəkdir.
8. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşlarının pensiya təminatı xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nöm rəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi Qaydalarına ziddir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-950/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının 1973-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd “Azərbaycan” kolxozunda işlədiyi 22 il 2 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Qanunun 19.1 və 46.3-cü maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X7 və X1, 2-1(107)-471/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
13. Cavabdeh qərarın surətini x xxxxxx 2020-ci il tarixdə alıb, x xxxxxx 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
14. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 20 nömrəli arxiv arayışında iddiaçının 1973-1997-ci illərdə işlədiyi 22 il 2 ay 22 gün iş stajı qeyd olunsa da, məhkəmə qanunvericiliklə tələb olunan kolxozlarda kişilər və qadınlar üçün müvafiq illər üzrə müəyyən edilmiş “minimum adam günü” tələbini yoxlamamış, iddiaçının qeyd olunan illər üzrə göstərilən iş stajının “minimum adam günü” qaydasına uyğun-olmamasına hüquqi qiymət verməmişdir. Bununla da, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına malik olması faktı ciddi şübhə altına düşür.
15. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı əsassızdır.
16. Şikayət əsaslandırılarkən “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.3-cü, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci, Mülki Prosessual Məcəllənin 385 1.1, 386-cı, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhk əmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
22. SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.
23. Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı xx xxxx 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarlarında da x xxxxxx 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şika yətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
25. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə d ə şikayət qəbul oluna bilən hesab edilir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, qanunvericiliyə görə iş stajı əmək kitabçası ilə təsdiq edilir, iddiaçının kolxozda işlədiyini təsdiq edən əmək kitabçası mövcud olmamışdır.
29. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. İddiaçı 1970-1973-cü illərdə peşə məktəbində təhsil almış, xx.xx.1973xx.xx.1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Bu dövrün iddiaçının sığorta stajına hesablanması barədə cavabdeh mübahisə açmamışdır.
31. Arxiv müəssisəsinin arayışına əsasən iddiaçı 1973-1974, 1977-1997-ci illərdə Ağdaş rayonu Aral Bir kənd sabiq “Azərbaycan” kolxozunda traktorçu işləmiş, hər ay əmək haqqı almışdır. Cavabdeh arxiv müəssisəsində apardığı qarşılıqlı yoxlama aktında bu faktı təsdiq etmişdir.
32. İddiaçının 22 il 2 ay kolxozda işləməsi arxiv müəssisəsinin verdiyi arayışlarla və cavabdehin dövlət arxivində apardığı qarşılıqlı yoxlama ilə təsdiq edildiyindən qanunvericiliyin yuxarıda bəhs olunan müddəalarına görə həmin dö vr onun sığorta stajına daxil edilməlidir.
33. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəyyən edilməsi üçün əsasdır.
34. Odur ki, iddiaçının kolxozda işlədiyi müddəti onun sığorta stajına aid etməklə məhkəmə haqlı olmuşdur.
35. Cavabdeh xx xxx 2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının “Azərbaycan” kolxozunda işlədiyi müddət sığorta stajına daxil edildikdə xx xxxxxx 2020-ci il tarixə 27 il 26 gün sosial sığorta stajı olacaqdır.
36. İddiaçının hərbi xidmət dövrü, texniki peşə təhsil dövrü və arxiv arayışlarına əsasən kolxozdakı iş dövrü 22 il 2 ay nəzərə alınarsa, azı 25 il sığorta stajının olması təsdiq olunur.
37. İddiaçı xx xxxxxx 1955-ci ildə doğulduğundan, cav abdehin də bildirdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx xxxxxx 2020-ci ildə yaşa görə pensiya hüququ yaranmış olur.
38. İddiaçının pensiya hüququ yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbləri- 25 ildən az olmayan sığorta stajı və pensiya yaşı mövcud olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
39. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
40. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının po zuntusuna yol verməmişdir.
41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-471/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.