Məhkəmə qərarları › İş №2-1(102)-441/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-441/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-441/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-441/2022) (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.04.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noy abr 2021-ci il tarixli, 2-1(103)-2493/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 fevral 2020-ci il tarixli, **********953100 saylı qərarı ilə 2019-cu ilin dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10.381,00 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 6 aprel 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2020-ci il 25 fevral tarixli, **********953100 saylı qərarının ləğv olunmasını xahiş etmi şdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 fevral 2020-ci il tarixli Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********953100 №li qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 10.381,00 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə cəmiyyət tərəfindən hesablanmış vergi məbləği isə -9.038,88 manat azalma təşkil etmişdir. Cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda kənarlaşmalar ara dan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10.381,00 manat əlavə vergi məbləği hesablanmış və 25 fevral 2020-ci il tarixli, **********953100 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Cavabdeh inzibati orqan qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-4106/2021 nömrəl i qərarı ilə iddia təmin edilmiş, cavabdeh 2020-ci il 25 fevral tarixli, **********953100 №li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv olunmuşdur.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunmuşdur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaql a tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş "Vergilərin hesablanması barədə” qəbul edilmiş 25 fevral 2020-ci il tarixli **********953100 №li nömrəli qərar qanunsuz və əsassız olmuşdur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2493/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində vergi orqanı yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla vergilər tətbiq etmişdir. sözügedən müşahidə 3 gün ərzində keçirilsə də, həmin 3 gün ərzində iddiaçının anbarında yalnız bir gün satış olmuşdur. Beləliklə, cavabdeh vergi orqanı faktiki olaraq 1 günlük satışa istinad edərək iddiaçının orta günlük dövriyyəni müəyyən etmişdir. Qanunvericiliklə bunun üçün 15 gün müddətinin müəyyən olunmasında isə məqsəd müxtəlif günlərdə satış həcminin müxtəlif olma ehtimalıdır. Belə olan halda, iddiaçının orta günlük dövriyyəsini daha dəqiq müəyyən etmək mümkündür. Vergi Məcəlləsinin 67.1.8-ci maddəsinə əsasən vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri əsas götürülməklə vergilər hesablana bilər. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən xronometraj müşahidənin nəticələri əsas götürülməklə vergilər hesablanmışdır. Məhkəmənin qeyd edilən dəlilləri ilə bağlı bildirilməli dir ki, Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidənin həyata keçirilməsinin maksimum müddəti qeyd edilmiş, lakin müşahidənin həyata keçirilməsi üzrə müddətin minimum həddi ilə bağlı məhdudiyyət müəyyən edilməmişdir. Bu baxımdan iddiaçıda qeyd olunan müşahidə 3 gün müddətində keçirilmiş, hər gün üzrə müəyyən olunmuş dövriyyə cəmlənərək günlərin sayma bölünmüş və orta günlük dövriyyə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmənin qeyd edilən halı vergi orqanı tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirməsi əsaslı deyildir. Belə ki, xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir. Eyni zamanda bildirilməlidir ki, Vergi Məcəlləsind ə belə bir hal nəzərdə tutulmamışdır ki, xronometraj metodu ilə keçirilən müşahidə nəticəsində vergi ödəyicisinin bir gün dövriyyəsi olduğu halda verginin hesablanması qanunsuzdur. Göründüyü kimi, məhkəmənin mövqeyi Vergi Məcəlləsinə zidd olmuşdur. Lakin qeyd edilənlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi də işin hallarının ətraflı araşdırmadan və apellyasiya şikayətinin dəlillərini qiymətləndirmədən birinci instansiya məhkəməsinin qərarında qeyd edilən əsaslarla razılaşaraq cavabdehin şikayətini əsassız hesab etmişdir. Odur ki, mübahisələndirilən qərar üzrə hesablamanın həyata keçirilməsinə əsas olmuş halların məhkəmə tərəfindən araşdırılmaması və qərarın qəbulu zamanı ümumiyyətlə nəzərə alınmaması məhkəmə qərarının prosessual pozuntu ilə qəbul edildiyini təsdiq etmişdir. b. kas sasiya şikayətinə etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisad i göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Maddə 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Mad də 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:... 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;... Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

14. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 18. 2 saylı Ərazi Vergilər Departamentinin Xronometraj metodu ilə müşahidə aparılması haqqında 10 avqust 2018-ci il tarixli, **********6980 saylı qərarına əsasən, Vergi Məcəlləsinin 23-cü və 50.1-ci maddələrini əsas tutaraq, iddiaçıya məxsus olan obyektdə Abşeron rayonu, Xırdalan şəhəri, X1 ünvanında yerləşən anbarda 11 avqust 2018-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə Xronometraj aparılması qərara alınmışdır. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən tərtib olunmuş 11 avqust 2018-ci il tarixli VN-14 № 016300, 13 avqust 2018-ci il tarixli VN-14 № 016301, 14 avqust 2018-ci il tarixli VN-14 № 016302, 14 avqust 2018-ci il tarixli VN-14 № 016303 saylı Xronometraj metodu ilə aparılan müşahidənin nəticələri barədə aktlara görə, Vergi Məcəlləsinin 50-ci maddəsinə və digər qanunvericilik aktlarına və 10 avqust 2018-ci il tarixli, **********6980 saylı qərara əsasən iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsində yerləşən anbarda satış dövriyyəsinin müəyyən edilməsi məqsədilə 11 avqust 2018-ci il tarixdən 11 avqust 2018-ci il tarixədək, 13 avqust 2018-ci il tarixdən 13 avqust 2018-ci il tarixədək, 14 avqust 2018-ci il tarixdən 14 avqust 2018-ci il tarixədək və 11 avqust 2018-ci il tarixdən 14 avqust 2018-ci il tarixədək olan dövrlərdə xronometraj metodu ilə müşahidə aparılmışdır. Obyektin iş rejimi həftə ərzində iş günlərinin sayı 6 (altı) gün,11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat, 13 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0,0 manat, 14 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0.00 manat, 11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 (bir yüz otuz iki min beş yüz əlli manat, qırx doqquz qəpik) manat, 13 avqust 2018-ci il tarixdə 0,0 manat və 14 avqust 2018-ci il tarixdə 0,0 manat olmuşdur. Cəmi 132.550,49 manat: 3 gün x 4418 3,50 manat. Orta günlük satış dövriyyəsi 44.183,50 manat müəyyən edilmişdir.

19. Cavabdeh tərəfindən 23 yanvar 2020-ci il tarixdə iddiaçıya ünvanlanmış **********414800 №li məktubda sonuncuya bildirilmişdir ki, onun tərəfindən 13 yanvar 2020-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 1080717.70 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1148770,91 manat) məbləğindən 680053.21 manat azdır.

20. İddiaçı tərəfindən mübahisələndirilən qərarda da eyni nəticə təsbit olunmuşdur.

21. Vergi Məcəlləsinin 67.1-ci maddəsi nin müddəalarının tələbindən göründüyü kimi, həmin Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə etməklə hesablamaq hüququ vardır.

22. Hazırkı halda da, vergi orqanı iddiaçıya münasibətdə Vergi Məcələsinin 67.1, 67.1.8-ci maddələrini rəhbər tutaraq, vergi orqanının “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli, **********6980 saylı qərarına əsasən 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrini tətbiq etməklə vergi hesablamışdır.

23. Halbuki, həmin tarixli müşahidələrin nəticələri Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-286/2019 saylı, 18 mart 2019-cu il tarixli qərarı ilə qanunsuz hesab edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin həmin nəticələrə əsaslanmaqla İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 25 oktyabr 2018-ci il tarixli, **********786880 saylı qərarı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-439/2019 sayl ı, 25 iyun 2019cu il tarixli qərarı birinci instansiya məhkəməsinin qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2-1(102)3019/2019 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişiklik edilmədən saxlanılmışdır.

24. Ali Məhkəmənin həmin qərarında “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli, **********6980 saylı qərara əsasən 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrinə münasibətdə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar...satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş “Vergilərin hesablanması barədə” qəbul edilmiş 25 oktyabr 2018-ci il tarixli, **********786800 nömrəli qərar qanunsuz və əsassız olmuşdur.”. 25. “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli, **********6980 saylı qərara əsasən 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrinə münasibətdə eyni hüquqi mövqe Ali Məhkəmənin 3 dekabr 2019-cu il tarixli, 2-1(102)-3018/2019 saylı və 13 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1263/2020 saylı qərarlarında da əks olunmuşdur. Buna baxmayaraq, cavabdeh vergi orqanı mübahisələndirilən hazırkı qərarı ilə iddiaçıya vergi hesablayarkən “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2 018-ci il tarixli, **********6980 saylı qərara əsasən 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrinə əsaslanmışdır. Beləliklə, mübahisələndirilən qərar eyni faktiki hallara və əsaslara görə qanunsuz olmuşdur.

26. Ali Məhkəmənin 12 noyabr 2019-cu il tarixli, 2-1(102)-3019/2019 saylı, 3 dekabr 2019-cu il tarixli, 2-1(102)-3018/2019 saylı və 13 sentyabr 2020-ci il tarixli, 21(102)-1263/2020 saylı qərarlarında əks olunmuş hüquqi mövqedən fərqli yanaşmanı zəruri edən (şərtləndirən) və ya buna əsas verən hallar hazırkı işdə müəyyən edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 noyabr tarixli, 2-1(103)-2493/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar