Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-441/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı üzrə QƏRARİ (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-426/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MTK-nın davam etməkdə olan vergi öhdəlikləri səbəbiylə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 nömrəli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır.
2. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək "xxxx" MTK-nın sədri olmuşdur.
3. Hazırda "xxxx" MTK-nın rəhbəri X1r. Bu dəyişiklik xx.xx.2022-ci il tarixdən dövlət reyestrində qeydiyyata alınmışdır.
4. İddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi ilə bağlı cavabdehə etdiyi müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən xx.xx.2004-cü ildə "xxxx" MMC adı altında qeydə alınan hüquqi şəxs bina tikintisi ilə məşğul olmuş və həmin dönəmdə vergi öhdəlikləri yaranmışdır. Təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin hüquqi-təşkilatı formasının dəyişdirilərə k "xxxx" Mənzil Tikinti Kooperativinə (MTK) çevrilmiş və MTK-nın sədri vəzifəsinə İddiaçı təyin olunmuşdur. Bununla bağlı, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən verilmiş **********411200 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış təqdim edilmişdir. 7. "xxxx" MTK-nın davam etməkdə olan vergi öhdəlikləri səbəbilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(117)-1844/2022 nömrəli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır.
8. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən verilmiş **********418800 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, "xxxx" MTK-nın yeni sədri vəzifəsinə X2 təyin edilmişdir. Məlum olduğu kimi, ve rgi borcunun "xxxx" MTK-ya məxsus olmasına və MTK-nın sədri vəzifəsini başqa şəxs icra etməsinə baxmayaraq, "xxxx" MTK-nın vergi borcuna görə İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırma hələ də götürülməmişdir. İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müvafiq dəyişikliyin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazı və vəsatəti:
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
10. Cavabdeh vəsatət təqdim edərək, iddia müddəti keçdiyindən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-517/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərarın qəbul edilməsi öhdəliyi qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məzmununa əsasən qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur.
13. İddiaçı barəsində məhdudiyyətin tətbiqi istinad edilən normanın digər dispozisiya şərtləri ilə yanaşı, iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması şərtindən irəli gəlmişdir.
14. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MTK-nın sədri olmuşdur. O, hazırda "xxxx" MTK-nın rəhbəri deyildir. Təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki, hüquqi şəxsin borcu iddiaçının rəhbər olduğu dövrə deyil, daha əvvəlki dövrə aiddir.
15. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən get mək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
16. Həmin maddənin məzmunundan aşağıdakılar müəyyən edilir: 1) Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) Vergi borcu vaxtında ödənilməməlidir; 3) Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır.
17. Göründüyü kimi iddiaçı hazırda "xxxx" MTK-nın rəhbəri deyildir. Şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunması halında isə qanunvericiliyin qeyd olunan imperativ tələblərindən biri aradan qalxdığına görə məhdudlaşdırılmaya səbəb olmuş əsas da aradan qalxır.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiya sı məhkəməsindəki icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-426/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-517/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair:
22. Vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərini n ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur” ifadəsi məhkəmələr tərəfindən düzgün tövsif edilməmişdir.
23. Mövcud vəziyyətdə məhkəmələr qüsurlu yanaşmalar tətbiq edərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qalxmasının yeganə əsası kimi rəhbər dəyişikliyini əsas götürmüş, maddənin dispozisiyasını məhdud təfsir etmişdir. Halbuki məhkəmələr bildiriş, sərəncam göndərilməsi, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və sair məsələlərini araşdıraraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qalxmasının bütün əsasların a tam şəkildə hüquqi qiymət verməli idi.
24. Hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçının MMC-nin vergi öhdəliyindən, habelə məsuliyyətdən yayınmaq üçün məqsədli şəkildə icra orqanının rəhbəri vəzifəsindən azad olunması heç də əsasların aradan qalxması demək deyildir.
25. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir.
26. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Bu günə qədər, 230.661,89 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MTK tərəfindən ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır.
27. Həmçinin əlavə edirik ki, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görüldükdən sonra əsas vergi borcu 50.000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyicisici olan hüquqi şəxslərin əvvəlki rəhbərinin məhdudiyyəti aradan qaldırılır. Göründüyü kimi iddiaçının hüquqi şəxsin rəhbəri olduğu dövrlərdə hüquqi şəxs tərəfindən yuxarıda qeyd edilən məbləğlərin bir hissəsi yəni, vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqları ödənilməkdən yayındırılmışdır. Prosessual hüquq normalarının pozulmasına dair:
28. Məhkəmə qərarında qanunvericiliyin müddəaları düzgün tətbiq edilməmiş, işin faktiki halları araşdırılmamışdır. Məhkəmə qanunvericiliklə nəzərdə tutulmuş iş üzrə halların tam və hərtərəfli araşdırılması vəzifəsinə laqeyd yanaşmışdır. Belə ki, Məhkəmə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsindən irəli gələn vəzifələrini yerinə yetirmək üçün aşağıda göstərilən halları araşıdırmamışdır; - ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması nın aradan qalxması əsaslarını; - hüquqi şəxsin təsisçisi və icra orqanının rəhbərinin fərqliliklərini və icra orqanının rəhbərinin məsuliyyətini; - ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə inzibati akt (qərar) qəbul edilməsini. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: “Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyala rının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. “Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları:... 24.1.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
31. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.
37. İstinad edilən həmin normanın müddəaları baxımından ölkədən getmək hüququna məhdudiyyətin tətbiqi üçün aşağıdakı dispozisiya şərtləri olmalıdır: 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötürülməmiş vergi borcu olmalıdır; 2) həmin vergi borcu müəyyən edi lmiş müddətdə yerinə yetirilməmiş olmalıdır; 3) hüquqi şəxsə münasibətdə ölkədən getmək hüququna məhdudiyyət qoyulacaq şəxs – icra orqanının rəhbəri olmalıdır.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, iddiaçı sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmuş, sonradan həmin vəzifədən azad edilmişdir.
39. Vergi Məcəlləsinin 24-cü maddəsində isə təsbit edilmişdir ki, vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
40. Hazırkı halda, cavabdeh Vergi Məcəlləsinin 23-cü maddəsində göstərilən hüququndan istifadə etmiş, lak in həmin Məcəllənin 24-cü maddəsində təsbit edilmiş vəzifəsini yerinə yetirməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, vergi orqanının Vergi Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulmuş və imperativ xarakter daşıyan vəzifəsini yerinə yetirməməsi iddiaçının hüquqlarını pozmuşdur.
42. Belə ki, iddiaçının ölkədən getmək hüququna qoyulan məhdudiyyətə səbəb olmuş əsaslardan birinin – iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması əsasının aradan qalxmasına baxmayaraq, cavabdeh həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməmiş, bununla da birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir.
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(107)-426/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.