Məhkəmə qərarları › İş №2-1(102)-4419/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4419/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-4419/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “yaşayış evi ilə təmin olunma” tələbinə dair inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda anadan olduğunu və uzun illər Şuşa qeydiyyatında olduğunu nəzərə alaraq, onun Şuşa şəhərində yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

2. Gəncə İnzibati Məhkəməsinin (hakim: L.K.Əliyeva) xx.xx.2025-ci il tarixli, 21(114)-2767/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “ünvan 1 ünvanda anadan olduğunu və uzun illər Şuşa qeydiyyatında olduğunu nəzərə alaraq, onun Şuşa şəhərində yaşayış evi ilə təmin olunması” tələb inə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Gəncə İnzibati Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbi onun Şuşa şəhərində yaşayış evi ilə təmin olunmasından ibarətdir. İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə, Şuşa şəhəri Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir.

4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: A.O.Axundova) xx.xx.2025-ci il tarixli, 2-1(118)-8925/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “Şuşa şəhərində yaşayış evi ilə təmin olunma” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-8925/2025 saylı iş, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğundan, səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə ha qqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddi alara da şamil olunur.

6. İddiaçı Ağdam rayonu üzrə qeydiyyatdadır. Ağdam rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, hazırki tələb Şuşa şəhərində yaşayış evi ilə təmin olunma ilə bağlı olsa da, faktiki vəziyyətdə daşınmaz əmlak mövcud olmadığından bu iddiaya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməli, işə iddiaçının qeydiyyatda olduğu və iddia tələbi ilə müraciət etdiyi Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yer inin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;... Maddə

9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə; 9.1.2. birdən çox məhkəmə özünü səlahiy yətli saydıqda; 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalı olması qənaətinə gəlir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

9. İş üzrə iddiaçının tələbi ünvan 1 ünvanda anadan olduğunu və uzun illər Şuş a qeydiyyatında olduğunu nəzərə alaraq, Şuşa şəhərində yaşayış evi ilə təmin olunma öhdəliyinin cavabdehə həvalə edilməsi barədədir.

10. Gəncə İnzibati Məhkəməsi hazırkı mübahisənin ərazi aidiyyətinin İPM-in 8.1.1ci maddəsinə, Sumqayıt İnzibati Məhkəməsi isə 8.1.2-ci maddəsinə əsasən həll edilməsi qənaətindədir.

11. Qeyd edilməlidir ki, İPM-in 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır.

12. Bu müddəanın qanunvericilikdə nəzərdə tutulması məhkəmə icraatı gedişində müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, qanunla, xüsusilə daşınmaz əmlak ilə bağlı tələblər üzrə bu növdən (İPM-in 8.1.1-ci maddəsində təsbit ediləın) aidiyyət qaydasının müəyyən edilməsi mübahisə predmeti olan əmlakın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də inzibati işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırmaq və işə obyektiv baxılmasını təmin etmək məqsədi daşıyır.

13. Nəzərə alınmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinin tətbiqi üçün mübahisə predmeti daşınmaz əmlak olmalıdır.

14. Hazırkı halda, iddiaçı onun Şuşa şəhərində yaşayış evi ilə təmin olunmasını xahiş etdiyindən, başqa sözlə, tələbdə konkret bir yaşayış evi, müəyyən edilmiş daşınmaz əmlak və ya mövcud əmlak üzərində hüquq mübahisə predmeti deyil.

15. Odur ki, hazırkı iş üzrə bu məzmunda iddia tələbinə İPM-in 8.1.1-ci maddəsində təsbit edilmiş ərazi aidiyyəti qaydasında baxıla bilməz. İddiaçının tələbi cavabdehdən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan digər hərəkətlərin edilməsindən ibarət olduğundan, bu iddia, öhdəliyin icrası haqqında iddiadır. Bu səbəbdən, hazırkı mübahisənin ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə əsasən həll edilməlidir.

16. Hazırkı iş üzrə cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, işə iddiaçının qeydiyyatda olduğu yer üzrə baxılmalıdır. İddiaçı Ağdam rayonu üzrə qeydiyyatdadır və Ağdam rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağı r cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən, Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir.

17. Beləliklə, hazırki tələb Şuşa şəhərində yaşayış evi ilə təmin olunma ilə bağlı olsa da, faktiki vəziyyətdə daşınmaz əmlak mövcud olmadığından, hazırkı iddiaya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsində nəzərdə tutulmuş ərazi aidiyyəti qaydası tətbiq edilməli, işə iddiaçının qeydiyyatda olduğu və iddia tələbi ilə müraciət etdiyi Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “yaşayış evi ilə təmin olunma” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar