Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-442/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nin Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-442/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), X3 oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nin Suraxanı rayon şöbəsinə qarşı “əlil uşaqlara baxmağa görə pensiya təyin edilməsi vəzif əsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2522/2018 saylı qərarından cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xxxx 2004-ci il tarixindən etibarən (X2 18 yaşının tamam olduğu vaxtdan etibarən) 04 may 2018-ci il tarixinədək hesablanmaqla sözügedən illərin iş stajı kimi sosial sığorta stajına əlavə edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin, sonradan isə iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək ona 55 yaşdan-xxxx 2016-cı il tarixdən əlil uşaqlarının X4 və X5 baxmağa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)2489/2018 saylı qərarı ilə iddia tələbi təmin olunaraq ona 55 yaşdan-xxxx 2016-cı il tarixdən əlil uşaqları X4 və X5 baxmağa görə əmək pensiyasının təyin edilm əsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilmişdir (hakim- Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2522/2018 saylı qərarı ilə (V.Ağayev sədrlik edən-məruzəçi, hakimlər A.Nuriyeva və C.Yusifov), cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi və onun vəkili Vəkil1 tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının l əğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmiş, məhkəmə hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir, xx xxxx 1961-ci ildə anadan olmuş İddiaçı övladları xxxx1986cı il təvəllüdlü X7 və xxxx 1997-ci il təvəllüdlü X6 hər ikisi anadangəlmə İ qrup əlilidir, iddiaçı hesab edir ki, iki əlil övladına baxdığı illər sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməlidir, ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etmiş, Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda onun müraciətinin təmin olunmasından imtina edilmiş, İddiaçı DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə pensiya təyin olunması ilə bağlı müraciət etsə də, aparılmış araşdırma nəticəsində onun sosial sığorta stajının olmadığı müəyyən olunmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanlarının qazanı lmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir, əmək kitabçası əsasında tələb olunan ümumi iş stajı təsdiqini tapmadığından, onun yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Tərəflərin izahatları İddiaçı vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini, Apellyasiya Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsi və onun vəkili Vəkil1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilm ədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin və onun vəkili Vəkil1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respub likası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, i ddiaçının vəkili Vəkil2 izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2522/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ***** aylı nigahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X1 dəyişdirilmiş, İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən X8 xxxx1980-ci il tarixli, 62 saylı əmrlə mühasib peşəsinə qəbul olunmuş və xxxx 1981-ci il tarixli, 45 saylı əmrlə işdən azad edilmiş, iddiaçı xxxx 1980-ci il tarixli, 119 saylı əmrlə baş mühasib peşəsinə qəbul edilmiş və xxxx 1981-ci il tarixli, 41 saylı əmrlə işdən azad edilmiş, xxxx 1981-ci il tarixli, 41- l saylı əmrlə böyük mühasib peşəsinə qəbul edilmiş və xxxx 1981-ci il tarixli, 83 saylı əmrlə işdən azad edilmiş, xxxx 1981-ci il tarixli, 40 saylı əmrlə işə qəbul edilmiş və xxxx 1983-cü il tarixli, 23/k saylı əmrlə işdən azad edilmiş, ***** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X7 xxxx 1986-cı ildə anadan olmuş və ***** saylı arayışına əsasən 1-ci qrup əlillik dərəcəsi verilmiş, ****** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X9 xxxx 1997-ci ildə anadan olmuş və ***** xxxx 2015-ci il tarixli müayinə olunan şəxs barədə məlumat vərəqəsinə əsasən İ qrup əlillik olduğu və müddətsiz olduğu qeyd olunmuş, Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti Başçısının xxxx 2007-ci il tarixli, *** “X2 qəyyumluğa verilməsi haqqında” sərəncamı ilə İddiaçı xxxx 1986-cı il təvəllüdlü, 1ci qrup əlil X4 qəyyum təyin edilməsi qərara alınmış, iddiaçı pensiya təyin olunması üçün bütün sənədləri notarial qayada təsdiq etdirmiş, lakin ona pensiya təyin edilməsi üçün cavabdeh orqan tərəfindən heç bir hərəkət edilməmişdir. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçı Azərbaycan Respublikasının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının iş stajı olmadığı üçün əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı xxxx 1980-ci il tarixindən xxxx 1983-cü il tarixinə kimi əmək fəaliyyəti ilə məşğul olmuş və İ-ci qrup əlil, X7 və X9 onun öhdəsində olmuş və onlara baxmış, iddiaçının həmin illərdə işləməsi əmək kitabçası və əlil övladlarına baxması iş materialları ilə öz təsdiqini tapsa da, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2.4-cü maddələrinin tələblərinə əsasən 18 yaşına çatmış iki övladına qulluq etməsinin sığorta stajı olduğunu nəzərə almadan iddiaçının tələbini əsassız olaraq təmin etməkdən, iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. xxxx 2017-ci il tarixə kimi qüvvə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəst əlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci və 21.2.4-cü maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddəti ndən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçıların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən edildiyi qaydada hesablanın İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında əsasnamənin 8.10-cu maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və m ühafizəsini təmin etmək Fondun vəzifəsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dö vlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 8.6.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” AR Qanununa uyğun olaraq əmək pensiyalarının maliyyələşdirilməsini təmin etmək Fondun əsas vəzifələrindəndir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetrilməyibsə, mötəbər hesa olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və məlumatların tə ləb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmələr iş materiallarına istinad etməklə, iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının xxxx 1980-ci il tarixindən xxxx 1983-cü il tarixinə kimi əmək fəaliyyəti ilə məşğul olduğunu və 18 yaşına çatmış İ-ci qrup əlil iki övladının onun öhdəsində olmaqla onlara baxdığını, iddiaçının həmin illərdə işləməsinin əmək kitabçası və övladlarına baxmasının isə iş materialları ilə öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh inzibati orqanın “Əm ək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 və 21.2.4-cü maddələrinin tələbləri ziddinə iddiaçıya pensiya təyin etməkdən əsassız olaraq imtina etdiyini nəzərə alaraq, iddiaçının qanunla tələb olunan həddə sığorta stajının olmadığı barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində, həmçinin sübutların qiymətləndirilməsində səhvə yol verilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2522/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2522/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-442/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-442/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver