Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-442/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərtlərinə düzgün qiymət verilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 2-1(103)-2856/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir.
2. Cavabdeh “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 14.10.2019-cu tarixli qərarı ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığına görə 29 aprel 1972-ci il təvəllüdlü X1 Azərb aycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Zəngilan rayonu sakini kimi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci il aprel ayının 29-da Zəngilan rayonu, Baharlı kəndində doğulmuş, orta məktəbi bitirdikdən sonra 01.05.1992-ci il tarixdə Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və 19.05.1992-ci il tarixdən 24.12.1993-cü il tarixədək Azərbaycan Respublikasının Silahl ı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 16.07.1999-cu il tarixdə Zəngilan rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. 1999-cu ildə keçmiş Sovetlər İttifaqı pasportu ilə Rusiya Federasiyasına getmiş və bu səbəbdən də şəxsiyyət vəsiqəsi almamışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri toplayaraq müraciət etmiş və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»-nın 3.11-ci və 4.1-ci maddələrinə əsasən onun Azərbaycan Respublikasının və təndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. O, vətəndaşlıqdan imtina etməmiş, 1999-cu ilə kimi Azərbaycan Respublikasında qeydiyyatda olmuşdur və bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin imtinası əsassızdır. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün kifayət qədər əsaslar olduğu halda tək bir yaşayış yeri üzrə qeydiyyatı olmadığına görə mənsubiyyətinin tanınmasından imtina edilməsi əsaslı sayıla bilməz.
5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 1972-ci ildə Zəngilan rayonunda anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş və halhazırda da həmin ölkənin vətəndaşıdır. İddiaçının Azərbaycan Respublikasında pasport qeydiyyatında olması barədə məlumat yoxdur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) iddiaçı Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığına görə iddia tələbi əsassızdır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim: A.P.Oruczadə) iddia təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, iddiaçı Zəngilan rayonunda doğulduğu və Azərbaycan Re spublikasında həqiqi hərbi xidmət keçdiyi halda cavabdeh onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından formal əsaslarla imtina etmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2856/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın növünü müəyyənləşdir ərəkən səhvə yol vermişdir. Belə ki, baxılan iş üzrə inzibati orqan tərəfindən vətəndaşın müraciətinə artıq mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edildiyindən, hazırki mübahisə mübahisələndirilmə haqqında iddialara aiddir. Odur ki, iddiaçı iddia tələbində qərarın ləğv edilməsini xahiş etmədiyindən iddia mümkün sayılmamalıdır.
11. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, istər iddiaçı, istər cavabdeh, istərsə də məhkəmə tərəfindən iddianın mümkünlüyü ilə bağlı hər hansı hallar məhkəmə iclasları zamanı mübahisələndirilməmişdir. İddiaçı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq bundan imtina etmiş, apellyasiya instansiya məhkəməsi isə bu halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şika yəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelly asiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə tərkibi işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu, aşağıd akı səbəblərdən irəli gəlir.
18. Hazırkı iş üzrə işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, DİN-in Zəngilan rayon Polis şöbəsi iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğu ilə cavabdehə müraciət etmiş, cavabdeh isə 14.10.2019-cu il tarixdə iddiaçının Azərbaycan Respublikasıın vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərar qəbul etmişdir.
19. İddiaçının iş üzrə iddia ərizəsində qeyd etdiyi dəlillərdən və işin hallarından müəyyən olunur ki, onun hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsidir.
20. Bu səbəbdəndir ki, iddiaçı iddia tələbində onun Azərbaycan Respublikasının vətəndaşlığı na mənsubiyyətinin müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. 21.Apellyasiya instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərarı mübahisələndirməli olduğu halda bunu etmədiyini və səhv iddia növü ilə məhkəməyə müraciət etdiyini qeyd etmiş, bununla da iddianın mümkün sayılmaması nəticəsinə gəlmişdir.
22. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bi ldirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
23. Qeyd olunmalıdır ki, iddia növünün düzgün seçilməməsi istər İnzibati Prosessual Məcəllədə, istərsə də, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli qərarında iddianın mümkünlük şərti kimi göstərilməmişdir.
24. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13-cü maddəsinin tələbi baxımından məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halla rının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
25. Başqa sözlə, prosessual qanunvericiliyin tələbi baxımından, iddiaçı yanlış iddia növü ilə məhkəməyə müraciət etdikdə onun münasibi ilə əvəz olunması məhkəmənin vəzifəsidir və iddianın mümkün sayılmamasına əsas deyil. Bu baxımdan, apellyasiya instansiya məhkəməsinin iddiaçının iddia növünü düzgün seçməməsinə görə iddianın mümkün sayılmaması ilə bağlı nəticəsi qanunsuzdur.
26. Digər tərəfdən, həm formalaşmış məhkəmə təcrübəsinə, həm də qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə iddialar məcburetmə növündə iddialara aiddir. Məhkəmə tərkibi ra zılaşır ki, iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçı yalnız Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 14.10.2019-cu il tarixli qərarın mübahisələndirilməsi ilə istədiyi hüquqi nəticəni əldə edə bilməyəcəkdir. Belə ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında qərarın ləğvi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə nəticələnməyəcəkdir.
26. Belə olan halda isə, iddiaçı haqlı olaraq onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsi ilə bağlı iddia qaldırmışdır.
27. Məhkəmə həm də razılaşır ki, iddiaçı barəsində qüvvədə olan əlver işsiz inzibati akt var və hazırkı tələblə yanaşı, həmin qərarın ləğvini də tələb etməlidir. Lakin, iddiaçının qeyd olunan inzibati aktın ləğvini tələb etməsi halında belə, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid edilə bilməz. Çünki, yuxarıda qeyd edildiyi kimi, təkcə qərarın - iddiaçı barəsində qüvvədə olan əlverişsiz inzibati aktın ləğv edilməsi iddiaçının çatmaq istədiyi hüquqi nəticəyə çatmağa imkan vermir.
28. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçıya düzgün iddia tələbinin formalaşmasında köməklik göstərilməli, lakin nəzərə alınmalıdır ki, iş üzrə qaldırılmış iddia mübahisələndirmə deyil, məcburetmə növündə iddia tələbinə aiddir və göstərilən hüquqi yardım iddia növünün dəyişdirilməsi ilə nəticələnməməlidir.
29. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya inst ansiyası məhkəməsinə icraat zamanı prosessual hüquq normaları pozulmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməli, barəsində şikayət verilən qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2856/2021 nömrəli, 08 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.