Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4424/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəfn üçün müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dəfn üçün müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI 1.Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2021-ci il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən X1 hazırkı pensiya məbləği 409 manat 68 qəpik, yenidən hesablanmış pensiya məbləği 205 manat, 88 qəpikdir. 2.Cavabdeh tərəfindən X1 ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən aparılmış araşdırma nəticəsində pensiya məbləği 2021-ci ilin dekabr ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 205,88 manat məbləğində müəyyən edilib və ##.##.2013-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 14729,45 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında ona ## ###### 2021-ci il tarixli, *********** nömrəli və ## ##### 2022-ci il tarixli, *********** nömrəli məktublarla ətraflı məlumat verilmişdir. 3.##.##.2024-cü il tarixli arayışdan görünür ki, X1 ##.##.2024-cü il tarixdə ölmüş və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 21 № ilə qeyd edilmişdir. Ölüm səbəbi: Miokardın ön divarının kəskin transmural infaktı. 4.##.##.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 ##.##.2024-cü il tarixdə ölmüşdür. 5.Gəncə şəhəri Kəpəz Bələdiyyəsinin ##.##.2024-cü il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Q.Əliyev küçəsi, döngə 1, ev 19-da qeydiyyatda olan İddiaçı ## ##### 2024-cü il tarixdə vəfat etmiş arvadı X1 dəfn və mərasim xərclərini ödəmişdir.
6. ##.##.2024-cü il tarixli müraciət vərəqəsinə əsasən İddiaçı “Əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinətin verilməsi” ilə bağlı müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müraciətin cavabının ünvan 1 ünvanına göndəriləcəyi bildirilmişdir. 7.Cavabdehin ##.##.2024-cü il tarixli “pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişinin dayandırılması haqqında” qərarından görünür ki, X1 pensiya məbləği 336 manat 72 qəpik təşkil etmiş, dəfn üçün ödəniləcək müavinət isə 840 manat müəyyən edilmiş və həmin məbləğ pensiya üzrə artıq ödənilmiş məbləğlə əvəzləşdirilmişdir. 8.İddiaçı dəfn üçün müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. 9.Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, vaxtilə aparılmış araşdırma nəticəsində mərhum X4 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün pensiya üzrə ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında tərəflərindən mərhum Kifayət Abbasovaya # ### 2023-cü il tarixli, *-**-*/*-A-******/**** nömrəli məktubla ətraflı məlumat verilib. Eyni zamanda bildiririlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən Kifayət Abbasovanın vəfat etməsi ilə əlaqədar ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (280,00 manat) üç misli miqdarında - 840,00 manat sizə ödənilməli olan dəfn üçün müavinət hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilməli olan 840,00 manat vəsait və həmçinin, cari ilin yanvar ayı üzrə mərhuma ödənilməli olan 33,91 manat indeksasiya üzrə fərq məbləği mərhum Kifayət Abbasovaya məhdudlaşdırılaraq artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Mərhuma artıq ödənilmiş qalıq vəsait 4419,99 manat təşkil edir. Nəzərə almağınız xahiş olunur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində birinci icraat 10.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 dəfni üçün müavinətin ödənilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum yoldaşı X1 ## ######## 2008-ci ildə dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə əmək pensiyasına çıxmış və ## ##### 2024-cü il tarixinə kimi əmək pensiyası almışdır. Yoldaşı ## ##### 2024-cü il tarixində vəfat etdikdən sonra o, lazımi sənədləri toplayıb dəfn üçün müavinət almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-X2 müraciət etmişdir. Lakin həmin qurum tərəfindən müavinətin ödənilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi mərhuma aldığı pensiyası üzrə artıq vəsaitin ödənilməsi göstərilmişdir. Daha sonra iddiaçının qızının adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilən ## #### 2024-cü il tarixli imtina məktubunda X1 5293,90 manat artıq vəsaitin ödənildiyini, ona dəfn üçün 840 manat müavinətin hesablandığı və o pulun qalıq puldan çıxılaraq büdcəyə bərpa edildiyi və hazırda mərhumun 4419,99 manat artıq ödənilmiş qalıq vəsaiti olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, Dövlət qurumunun dəfn üçün müavinəti ödəməkdən imtinası qanunsuzdur. Belə ki, onun mərhum həyat yoldaşı əmək pensiyasından tutulmasına razılıq verməmiş, həmçinin tutulmayla bağlı məhkəmə qərarı yoxdur.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı arvadı X1 vəfatı ilə əlaqədar ona dəfn üçün müavinətin ödənilməsinin öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən X1 pensiyası üzrə artıq ödənilmiş pensiyanın tutulması üçün mərhumun və ya onun ərinin yazılı razılığının alınıb-alınmaması və ya bu barədə məhkəmə qərarının olubolmaması barədə məlumat verilməsi ilə əlaqədar sorğu verilmiş, lakin məhkəməyə təqdim edilmiş sənədlər içərisində qeyd olunanlar aşkar edilməmişdir. Cavabdeh orqan tərəfindən mərhum X1 pensiyası üzrə artıq ödənilmiş pensiyanın tutulması üçün mərhumun yazılı razılığı və ya bu barədə məhkəmə qərarı olmadan iddiaçıya arvadının vəfatı ilə əlaqədar ödənilməli olan dəfn üçün müavinətin artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. 14.Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, R.Mamedov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 17.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
18. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, vaxtilə aparılmış araşdırma nəticəsində mərhum X1 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla son üç il üçün pensiya üzrə ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında Mərkəzi Filial tərəfindən mərhum Kifayət Abbasovaya # ### 2023cü il tarixli 3-17-1/2- A-******/**** nömrəli məktubla məlumat verilmişdir. Abbasova Kifayət vəfat etdikdən sonra həyat yoldaşı İddiaçı ##.##.2024-cü il tarixində Mərkəzi Filiala müraciət edərək, mərhum həyat yoldaşına görə dəfn üçün müavinətin ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş cavab məktubunda ona ödənilməli olan 840,00 manat dəfn üçün müavinətin və cari ilin yanvar ayı üzrə mərhuma ödənilməli olan 33,91 manat indeksasiya üzrə fərq məbləğinin mərhum K.Abbasovaya artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edildiyi bildirilmişdir. Eyni zamanda mərhuma artıq ödənilmiş qalıq vəsait 4419,99 manat təşkil edir. 19.Həmçinin qeyd edilmişdi ki, Mərkəzi Filial mərhum K.Abbasovanın pensiya borcunu miras passivi hesab edərək dəfn üçün müavinəti əvəzləşdirmiş və bu səbəblə də, iddiaçıya dəfn üçün müavinətin ödənilməsi mümkün olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ 20.”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 42.2. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Maddə 42.3. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Maddə 42.4. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir. 21.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.3. dəfn üçün müavinət. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”: Bənd 90. Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. Bənd 91. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Fond tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. 23.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ 24.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 25.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Hazırkı işdə iddiaçının arvadı X1 ## ######## 2008-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. X1 ##.##.2024-cü il tarixdə ölmüş, ##.##.2024-cü il tarixdə pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişi dayandırılmışdır. ## ##### 2024-cü il tarixdə vəfat etmiş Kifayət Abbasovanın dəfn və mərasim xərcləri iddiaçı tərəfindən ödənilmişdir. 29.Hazırda iddiaçının hüquqi marağı dəfn üçün müavinətin ödənilməsinə nail olmaqdan ibarətdir. 30.İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya arvadının vəfatı ilə bağlı dəfn müavinətinin verilməsindən imtina edərək bildirmişdir ki, dəfn üçün ödəniləcək müavinət 840,00 manat hesablanmış, mərhum Kifayət Abbasovanın pensiyası üzrə son üç il üçün ümumilikdə 5293,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Ödənilməli olan 840,00 manat vəsait artıq ödənilmiş 5293,90 manatdan çıxılaraq büdcəyə bərpa edilmişdir. 31.Qeyd edilməlidir ki, məhz cavabdehin bu imtinasının hüquqi əsasları onun kassasiya şikayətinin də məzmununu təşkil edir. Yəni, cavabdeh kassasiya instansiyasında da eyni mövqedən çıxış edərək, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə istinadla artıq ödənilmiş pensiya məbləğinin geri alınmasının mümkün olduğunu və dəfn müavinətinin həmin məbləğlə əvəzləşdirilməsinin qanuni sayılmalı olduğunu iddia etmişdir. 32.Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin istinad etdiyi bu hallar dəfn müavinətinin verilməsindən imtina üçün hüquqi əsas kimi çıxış edə bilməz. Belə ki, dəfn müavinəti müstəqil sosial təminat növü olmaqla, onun artıq ödənilmiş pensiya məbləğləri ilə əvəzləşdirilməsi yalnız hüquq sahibinin razılığı olduqda mümkündür. Hazırkı iş üzrə isə belə razılıq müəyyən edilmir. Çünki şəxs vəfat etmişdir. 33.Bu baxımdan, cavabdehin imtinasının əsaslarını təşkil edən arqumentlər məhkəmələr tərəfindən araşdırılmış və haqlı olaraq əsaslı hesab edilməmişdir. 34.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. 35.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.