Məhkəmə qərarları › İş №2-1(102)-4425/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4425/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4425/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: riskli vergi ödəyicilərinin siyahısından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli 33902********** nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

2. Qərar onunla əsaslandırılmışdır ki, “xxxx" Firmasının (**********) ƏDV subuçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən ##.##.2022-##.##.2022-ci il tarixdə cəmi 50 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.

3. Iddiaçı ##.##.2023-##.##.2023-cü il tarixlərdə cavabdehə müraciət edərək, ##.##.2022-##.##.2022-ci il üzrə müvafiq qaimələrin ləğv edildiyi və ödəniş baş tutmadığından geri qaytarılası məbləğin olmadığı nəzərə alınaraq, müəssisənin riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən 8 riskli elektron qaimə-fakturanın ləğv olunduğu aşkar edilsə də, ##.##.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə fakturaya görə əldə edilmiş məbləğlərin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixdə təqdim edilmiş qaimə-fakturalar üzrə satışda cəmi 33,1 min manat məbləğində “Evakuasiya daşınma xidməti və nəqliyyat çatdırılma xidməti” olmasına baxmayaraq, yükdaşımalara görə "Fərqlənmə nişanı"nın olması müəyyən edilməmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən qeyd edilən riskli əməliyyatların tam aradan qaldırılmadığı müəyyən edilmiş və bu səbəbdən onun riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinin qəbul etdiyi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 33902********** saylı ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli 233902********** saylı qərara əsasən müəssisə riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: "Vergi ödəyicisi tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Difransiyal kutu komple DB. Debriyaj tk DBY FR. Grup ayna mil 13.64 Db. Cam ön DBY. kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir." Müəssisə tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərinə hər hansı cavab verilməmişdir. Halbuki, ##.##.2022-ci il tarixində təqdim edilən EBCH 979731, EBCH 974606, EBCH 969850, EBCH 957939, EBCI 035624, EBCI 032746. EBCI 021697, EBCI ****** saylı elektron qaimə-fakturalar ləğv edilmişdir və bank hesabına mədaxil olmamışdır. Yəni, qərarın qəbul edilməsinə səbəb kimi göstərilən hallar tamamilə aradan qaldırılmışdır. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğunu gördüyü üçün is görməkdən çəkinmişlər.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, araşdırma zamanı iddiaçı tərəfindən 8 riskli elektron qaimə fakturanın ləğv edildiyi aşkar edilsə də, ##.##.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdim edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən ##.##.2022-ci il tarixdə təqdim edilmiş qaimə fakturalar üzrə satışda cəmi 33,1 min manat məbləğində “Evakuasiya daşınma xidməti və nəqliyyat çatdırılma xidməti” olmasına baxmayaraq, tərəfindən yükdaşımalara görə "Fərqlənmə nişanı"nın olması müəyyən olunmamışdır. Vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olan şəxsdən mal alındıqda ona Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən elektron qaimə faktura təqdim edilməli, vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda isə Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən elektron alış aktı tərtib edilməlidir. Vergi ödəyicisinin uçot-baza məlumatlarında isə 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə faktura üzrə təqdim edilmiş malların heç bir alış sənədi aşkar edilməmişdir.

7. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı Firmasının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş Idarəsinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır (Hakim Səlma Salahova).

8. Məhkəmə hesab etmişdir ki, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli 33902********** nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək, Meyarların 2.1.1-ci bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Işdən görünür ki, iddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Eyni zamanda, həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmamışdır. Bu, cavabdeh tərəfindən də mübahisələndirilməmiş, elektron qaimə-fakturaların ləğv olunmasını qəbul etmişdir. Belə olan halda aydındır ki, iddiaçı onun barəsində ##.##.2023 cü il tarixli 33902********** nömrəli qərarın qəbul edilməsinə əsas olan halları aradan qaldırmışdır. Yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki, müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. Işin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Işdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən ##.##.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron-qaimə fakturanın ləğv edilmədiyinə, "Fərqlənmə nişanı" olmadan fəaliyyət göstərilməsinə istinad etmişdir. Lakin, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əməliyyatları Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməlidir.

9. Bundan əlavə, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv olunmasını tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə, onu mübahisələndirsin. Bununla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur. Işin hazırkı hallarından görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş ##.##.2023-cü il tarixli 233902********** saylı qərarın, qanunsuz olduğundan deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə həmin hallar aradan qaldırıldığından ləğv olunmasını xahiş edir, hansı ki, bununla da həmin qərarın qanuni olduğunu qəbul edərək, onunla razılaşır. Buna görə də, iddia tələbi qismən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul olunması hissəsində təmin edilməlidir.

10. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, iddianın təmin olunmadığı hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın qisməniddianın təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Xəyalə Cəmilova /sədrlik edən və məruzəç/, Aytən Oruczadə və Rəşid Səmədov).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Təqdim edilmiş ərizələrdə görünür ki, EBCH seriyalı 957939, EBCH seriyalı ****** saylı, EBCI seriyalı ****** saylı, EBCH seriyalı ****** saylı, EBCH seriyalı ****** saylı, EBCI seriyalı ****** saylı, EBCI seriyalı ****** saylı və EBCI seriyalı ****** saylı qaimə fakturalar əməliyyatların baş tutmaması səbəbindən ləğv edilmək üçün imzalanmışdır. Eyni zamanda, həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmamışdır. Bu hal, cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və iddiaçıya məxsus bank hesablarından çıxarışlarla deyilən fakt təsdiqini tapmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissəsində ləğv olunması və iddianın tam rədd olunmasını xahiş etmişdir.

c. Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (hakimlər - Kəmaləddin Bədəlov (məruzəçi), Nigar Rəsulbəyova və Zakir Quliyev).

16. Kassasiya instansiyası məhkəməsi aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyini haqlı hesab etsə də, qeyd etmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsi həll edilərkən əsas diqqət yetirilməli məqam vergi ödəyicisi tərəfindən həqiqətən də onun riskli hesab edilməsinə əsas olan halların aradan qaldırılıb-qaldırılmaması ilə bağlıdır.

17. Məhkəmə kollegiyası hesab edib ki, işin qeyd edilən halları apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır. Belə ki, cavabdehin əsas dəlillərindən biri odur ki, iddiaçı tərəfindən ##.##.2022 ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura ləğv edilməmiş və ləğv edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş məbləğlərin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlər təqdim edilməmişdir. Işin hallarından müəyyən etmək olmur ki, iddiaçının riskli hesab edilməsinin əsasında duran əməliyyatlara görə hansı elektron qaimə-fakturalar verilmiş, eyni zamanda, bu qaimə-fakturalardan konkret olaraq hansıları ləğv edilmişdir. Eləcə də, ləğv edilməmiş elektron qaimə-fakturaların mövcud olub-olmamasına da aydınlıq gətirilməmişdir. - Digər tərəfdən, cavabdeh həm də ləğv edilmiş qaimə-fakturalar üzrə aparılmış ödəniş məbləğlərinin də geri qaytarılmamasına istinad etmişdir. Işin bu halı da məhkəmə tərəfindən hərtərəfli araşdırılmamışdır. - Məhkəmə kollegiyası qeyd edib ki, riskli əməliyyatlar üzrə edilmiş ödənişlərin geri qaytarılmasının araşdırılması ona görə zəruridir ki, ödəmənin geri qaytarılmaması faktiki olaraq əməliyyatın ləğv edilməməsinə dəlalət edir, eyni zamanda əməliyyatın qarşı tərəfi üçün əsassız olaraq xərc məbləği yaradır. - Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi riskli vergi ödəyicisi hesab edilmə barədə qəbul edilən qərarın əsasında duran əməliyyatlar (vergi ödəyicisi tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaiməfakturalar) üzrə hansı elektron qaimə-fakturaların tərtib edildiyini və onların hamısının ləğv edilib-edilməmədiyini araşdırmalı (bu barədə müvafiq sorğular verməli), həmçinin, iddiaçının bank hesabına daxil olan ödənişlərin əsaslarını yoxlamalı və mübahisəli elektron qaimə-fakturalar əsasında aparılmış hər hansı ödəniş olduğu halda, həmin ödənişlərin geri qaytarılıb-qaytarılmadığını müəyyən etməlidir. Hər hansı elektron qaimə-fakturanın ləğv edilməməsi və ya ödənişin qaytarılmaması (faktiki olaraq əməliyyatın ləğv edilməməsi) iddiaçının tələbinin təmin olunmaması üçün əsasdır. Qanunverici riskli vergi ödəyiciləri siyahısından çıxarılmanın əsaslarını və şərtlərini tənzimləməmişdir. Lakin hüququn ümumi məntiqi və nəzəriyyəsindən çıxış etdikdə qeyd etmək olar ki, riskli vergi ödəyicisi hesab edilməyə əsas olan hallar aradan qalxdıqda, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxaırlması mümkündür. Cavabdehin imtina məktubunun məzmunundan da müəyyən etmək olur ki, cavabdehin inzibati praktikası bu istiqamətdə formalaşır.

ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Məmmədov və Pərviz oğlu Hüseynov).

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı və cavabdeh tərəfindən təqdim olunan sənədlərdən məlum olmuşdur ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli 33902********** nömrəli qərarının əsasını təşkil edən ##.##.2022-##.##.2022-ci il üzrə cəmi 8 qaimə ləğv edilmişdir.Həmin qaimələr bunlardır:##.##.2022-ci il tarixli, EBCH seriyalı, ****** nömrəli; ##.##.2022-ci il tarixli, EBCH seriyalı, ****** nömrəli; ##.##.2022-ci il tarixli, EBCH seriyalı, ****** nömrəli; ##.##.2022-ci il tarixli, EBCH seriyalı, ****** nömrəli; ##.##.2022-ci il tarixli, EBCI seriyalı, ***** nömrəli; ##.##.2022-ci il tarixli, EBCI seriyalı, ***** nömrəli; ##.##.2022-ci il tarixli, EBCI seriyalı, ***** nömrəli; ##.##.2022-ci il tarixli, EBCI seriyalı, ***** nömrəli. Beləliklə, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023 cü il tarixli 33902********** nömrəli qərarının əsasını təşkil edən ##.##.2022 ##.##.2022-ci il üzrə yuxarıda qeyd olunan cəmi 8 qaimənin ləğv edildiyi və həmin qaimələr üzrə ödəniş baş tutmadığından geri qaytarılası məbləğin də olmadığı müəyyən edilmişdir.

20. iddiaçını riskli vergi ödəyicisi siyahısından çıxarmaqdan imtina edir ki, ##.##.2022-ci il tarixli, EBBV seriyalı, ***** nömrəli qaimə-faktura ləğv edilməmiş və təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş məbləğlər bank hesabı vasitəsilə geri qaytarılmamışdır. Belə ki, cavabdeh bildirir ki, iddiaçının hesabına həmin elektron qaimə-faktura üzrə ##.##.2022-ci il tarixdə və ##.##.2022-ci il tarixdə cəmi 24,425,44 manat məbləğində vəsait daxil olmuşdur. ##.##.2022-ci il tarixli, EBBV seriyalı, ***** nömrəli qaimə-fakturanın ləğv edilməməsinə və təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş məbləğlərin bank hesabı vasitəsilə geri qaytarılmamasına münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2023-cü il tarixli 33902********** nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən ##.##.2022- ##.##.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Ləğv edilməyən EBBV seriyalı, ***** nömrəli qaimə-faktura isə ##.##.2022-ci il tarixli olmaqla ##.##.2022- ##.##.2022-ci il tarixlər aralığındakı dövrə aidiyyəti yoxdur.

21. O cümlədən (##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaiməfakturalarda “Avtomobillər üçün sair hissə və ləvazimatların topdansatışı üzrə xidmətlər" göstərilməklə, ümumi məbləği 112298,54 manat olan 468 ədəd müxtəlif ehtiyat hissələrinin digər vergi ödəyicilərinə təqdim edilməsinə baxmayaraq, həmin malların əldə olunmasına dair hər hansı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və ya alış aktı əldə edilməməsi; uçot baza məlumatlarına əsasən, iddiaçının fəaliyyət növlərinin 49320- taksi fəaliyyəti (əsas fəaliyyət növü), 45200- avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, 4520011- avtomobillərə cari xidmət, 45320- avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı, 49310- şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti, 68200- şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, 6820002- digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət olduğu halda, həmçinin adına qeydiyyatda olan avtoservis obyekti mövcud olduğu halda, aktiv əmək müqavilələrinə əsasən, işçilərinin icraçı direktor, direktor müavini, kadrlar üzrə aparıcı mütəxəssis, hüquqşünas və iki qeydiyyatçımenecerdən ibarət olması və nəqliyyat xidmətinin, avtomobillərə texniki və təmir xidmətlərinin, pərakəndə satış fəaliyyətlərinin həyata keçirilməsi üçün sürücü, usta (motorçu, rəngsaz, çilingər, mexanik və ya başqa texniki xidmət işçisi) və satıcının olmaması iddiaçının fəaliyyətində əmtəəsiz əməliyyatların aparılmasına bir daha dəlalət etməsi) qeyd edir ki, bu hallar riskli vergi ödəyicisi hesab edilmə barədə qərarda öz əksini tapmamışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, elektron-uçot məlumat bazasına əsasən iddiaçı “İddiaçı” tərəfindən bütün elektron qaimə-fakturalar onun təsisçiləri olan X3 (FIN: 1QQ9DPM) və X1 (FIN: 0SK6JN5) təsisçisi olduqları "xxxx" MMC-yə (VÖEN: **********) təqdim edilməsi, iddiaçı tərəfindən 2022-ci il üzrə ümumilikdə 199699,13 manat və 2023-cü il üzrə ümumilikdə 36000,00 manat məbləğində qaimə-faktura təqdim edildiyi müəyyən edilmişdir. Həmçinin vergi orqanı tərəfindən vergi ödəyicisinin təsərrüfat subyektinə ##.##.2023-cü il tarixdə baxış keçirilən zaman iddiaçının hər 2 obyektinin eyni ünvanda olması və obyekt kodu: **********-16002 olan təsərrüfat subyektinin "xxxx" MMC-yə (VÖEN: **********) icarəyə verildiyi müəyyən edilmişdir. Bundan əlavə, araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən həyata keçirilən bir sıra digər riskli əməliyyatlar müəyyən edilmişdir. Belə ki, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaiməfakturalarda “Avtomobillər üçün sair hissə və ləvazimatların topdansatışı üzrə xidmətlər” göstərilməklə ümumi məbləği 112298,54 manat olan 468 ədəd müxtəlif ehtiyat hissələrinin (ön balata TRV, salıncak ön sağ, radiyator DB, kanallı kayış, turbo intercool hortum, debriyaj teli FR, polen fitresi LN DBY, motor takozu, ekzantrik kapak keçesi Cartecj, lambda sensor, boru GP, ön fren aynası və s.) digər vergi ödəyicilərinə təqdim edilməsinə baxmayaraq, həmin malların əldə olunmasına dair hər hansı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və ya alış aktı əldə edilməmiş, həmçinin ##.##.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə təqdim edilmiş malların heç bir alış sənədi müəyyən edilməmişdir. Onu da qeyd edək ki, riskli hesab edilmiş EBBV 88138 seriya və nömrəli elektron qaimə-faktura üzrə "xxxx" firmasının (Vöen:**********) bank hesabına(hesab№ AZ**AIIB********************) ##.##.2022-ci il tarixdə 5000 azn, ##.##.2022-ci il tarixdə isə 19425,44 azn daxil olmuş və daxil olan məbləğ "xxxx" MMC-nin (VÖEN: **********) bank hesabına geri qaytarılmamışdır. Həmçinin EBBV 88138 seriya və nömrəli e-qaimə ləğv edilməmişdir. Bundan əlavə, araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən həyata keçirilən bir sıra digər riskli əməliyyatlar müəyyən edilmişdir. Belə ki, uçot baza məlumatlarına əsasən iddiaçının fəaliyyət növlərinin 49320 - taksi fəaliyyəti (əsas fəaliyyət növü), 45200 - avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, 4520011 - avtomobillərə cari xidmət, 45320 avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı, 49310 şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti, 68200 - şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, 6820002 - digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət olduğu halda, həmçinin adına qeydiyyatda olan avtoservis obyekti mövcud olduğu halda, aktiv əmək müqavilələrinə əsasən işçilərinin icraçı direktor, direktor müavini, kadrlar üzrə aparıcı mütəxəssis, hüquqşünas və iki qeydiyyatçı-menecerdən ibarətdir və nəqliyyat xidmətinin, avtomobillərə texniki və təmir xidmətlərinin, pərakəndə satış fəaliyyətlərinin həyata keçirilməsi üçün sürücü, usta (motorçu, rəngsaz, çilingər, mexanik və ya başqa texniki xidmət işçisi) və satıcının olmaması iddiaçının fəaliyyətində əmtəəsiz əməliyyatların aparılmasına bir daha dəlalət edir. Qeyd olunanlara əsasən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. Lakin məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş dəlillərə münasibət bildirməmiş, riskli əməliyyatlar üzrə qaimələrin ləğvini iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarmaq üçün yetərli saymışdır

b. kassasiya şikayətinə etirazın dəlilləri

24. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: ... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”

27. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından riskli vergi ödəyicilərinin siyahısından çıxarılması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

34. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi IPM-in 96.11-ci maddəsinə uyğun olaraq Ali Məhkəmənin göstərişlərin icra etmişdir.

35. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar