Məhkəmə qərarları › İş №2-1(102)-443/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-443/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-443/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-443/19) Bakı şəhəri 16 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.19 91-ci il tarixli 577 nömrəli qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı ödənilmiş 4 qat məbləğ və ÇAES-dəki işə görə əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazandığı gəlir toplanaraq ayların sayına bölünməklə alınan əmək haqqı nəzərə alınmaqla 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2091/2018 saylı iş üzrə 09.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx. 1962-ci il tarixdə Naxçıvan MR-nın Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Cavabdehin 20.04.2018-ci il tarixli 15/1840 saylı imtina məktubuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi təqdim edilmiş 20.04.2018-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqlarının həyata keçirilməsi qaydaları və əmək təminatı sistemi 01.01.2006-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qan ununun 27.01-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onun fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajın hər ili üçün 170 manat (il olaraq hesablanmaqla) pensiya kapitalı hesablanması sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinədək alınır. Naxçıvan MR Dövlət Arxivinin 26.02.2018-ci il tarixli 13/249 saylı arxiv arayışına əsasən iddiaçı Çernobıl qəzasında aradan qaldırılmasında iştirak etmişdir və 1988-ci ilin may ayından 19753 manat kompensasiya alır. İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən iddiaçı 19.09.1980-ci il tarixli, 625 saylı əmrlə sovxoza fəhlə peşəsinə qəbul edilmiş və 29.04.1981-ci il tarixli 392 saylı əmrlə işdən azad edilmişdir. 03.08.1983-cü il tarixli 109 saylı əmrlə 1-ci dərəcəli fəhlə peşəsinə qəbul edilmiş və 17.01.1984-cü il tarixli 14 saylı əmrlə işdən azad edilmişdir. İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən iddiaçı 18.01.1984-cü il tarixli 9 saylı əmrlə 3-cü dərəcəli suvaqçı peşəsinə qəbul edilmiş və 06.09.1985-ci il tarixli 122 saylı əmrlə işdən azad edilmişdir. İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən iddiaçı 06.09.1985-ci il tarixli 153 saylı əmrlə suvaqçı peşəsinə keçirilmiş və 03.01.1986-cı il tarixli 1-s saylı əmrlə işdən azad edilmişdir. İT-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən iddiaçı 02.01.1986-cı il tarixli 8k saylı əmrlə 3-cü dərəcəli suvaqçı peşəsinə qəbul edilmiş və 01.01.1992-ci il tarixli 29/k saylı əmrlə işdən azad ed ilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Məmmədov X2 AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991 -ci il tarixli 577 saylı qərarına əsasən bütün Çernobıl əlilləri kimi, o vaxt işlədiyi X1 əmək haqqının dördqat məbləği qədər mükafat almış. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləği, Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqı sayılır. Təyin edilmiş pensiya məbləğinin həmin əlilliyə görə aldığı mükafatlar əsasında əmək h aqqına uyğun olaraq hesablanması barədə DSMF-nin Nizami rayon Şöbəsinə müraciət etmiş, lakin, onlar qeyd olunan qaydada pensiya təyin olunmasından imtina etmişlər. Qeyd olunanlara əsasən iddiaçı “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanunun 9.8, 27, 31-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə istinad edərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 nömrəli qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı ödənilmiş 4 qat məbləğ və ÇAES-dəki işə görə əs as iş yerində saxlanılan əmək haqqından tam aylarda qazandığı gəlir toplanaraq ayların sayına bölünməklə alınan əmək haqqı nəzərə alınmaqla 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 01.06.2018-ci il tarixli iş № 2-1(82)-2511/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.06.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edimə si barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09.10.2018-ci il tarixli iş № 2-1(103)-2091/2018 (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin 01.06.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apelyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının təl əblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir.Əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalar uyğunlaşdırılmış və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyanın artımı və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunmaları ilə təmin edilmişdir. Eyni zamanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı əvvəlki pensiya sisteminin yaratmış olduğu fərqlərin aradan qaldırılması məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin tətbiqi nəticəsində 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar əmək stajı göstəricilərinə əsasən yenidən hesablanmış, Azərbaycan Res publikasında pensiya təminatı vahid sistemə gətirilmişdir. İddiaçı 06.11.1990-cı il tarixdən ÇAES əlili kimi İİ qrup əlillik müəyyən olunmuşdur və həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin bütün imtiyazları halları ilə əhatə olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin təmin edilməsi qanuna ziddir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiyası məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apelyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir.Əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalar uyğunlaşdırılmış və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyanın artımı və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunmaları ilə təmin edilmişdir. Eyni zamanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı əvvəlki pensiya sisteminin yaratmış olduğu fərqlərin aradan qaldırılması məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin tətbiqi nəticəsində 2011-ci ilin iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyalar əmək stajı göstəricilərinə əsasən yenidən hesablanmış, AzərbaycanRespublikasında pensiya təminatı vahid sistemə gətirilmişdir. İ ddiaçı 06.11.1990-cı il tarixdən ÇAES əlili kimi İİ qrup əlillik müəyyən olunmuşdur və həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin bütün imtiyazları halları ilə əhatə olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının iddia tələbinin təmin edilməsi qanuna ziddir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə gör ə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” 23.09.1992-ci il tarixli Qanununun (həmin Qanun Azərbaycan Respublikasının 06.03.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) 13-cü maddəsinin “v” bəndinə görə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar (kişilər – 52 yaşına çatdıqda və ümumi iş stajı azı 20 il olduqda, qadınlar - 47 yaşına çatdıqda və ümumi iş stajı azı 15 il olduqda) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 83-cü maddəsinin birinci hissəsinə görə pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Həmin maddənin ikinci hissəsinə görə müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: Həmin Qanunun 80-ci maddəsinin ikinci bəndində göstərilən şəxslərə – Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və minimum əmək haqqının beşqat məbləğindən. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 18.03.2016-cı il tarixli 853 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbay can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24.06.2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamənin 1.1-ci maddəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 620 nömrəli 10.11.1992-ci il tarixli Qərarı (Qərar hazırda qüvvədən düşmüşdür) ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar əvvəllər təyin edilmiş pensiyaların yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın preambulasına əsasən Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 113-cü maddəsinə müvafiq olaraq, əvvəllər təyin edilmiş pensiyalar, Qanunun qüvvəyə minməsi ilə əlaqədar yenidən hesablandıqda pensiya təyinatı üçün əsas götürülmüş əmək haqqının respublika üzrə mövcud orta aylıq əmək haqqı səviyyəsinə u yğun müasirləşdirilməsi aparılmalıdır. Həmin Qayda üzrə 1993-cü il yanvarın 1-nə kimi yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, xidmət illərinə görə təyin edilmiş bütün pensiyalar yenidən hesablanmalıdır. Həmin tarixdən sonra təyin ediləcək pensiyalar hesablanarkən 1992-ci ilin iyul ayından qabaq ödənilmiş əmək haqqı nəzərə alındıqda aşağıda göstərilən qayda tətbiq olunur. Göründüyü kimi, cavabdehin iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 80-ci maddəsinin müvafiq dövrdə qüvvədə olan tələbləri tətbiq edilməklə, onun əmək pensiyasının müasirləşdirmə əmsalına mütənasib yenidən hesablanmasından və 01.01.2008-ci il tarixdən bu günədək yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsindən imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 09.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09.10.2018-ci il tarixli 2-1(103)20 91/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar