Məhkəmə qərarları › İş №2-1(102)-443/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-443/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-443/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının X15 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə dair verilmiş çıxarışın qismən ləğvi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Üçüncü şəxs X2 vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası X15 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X4, bundan sonra üçüncü şəxs) “Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, üçüncü şəxsin adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-128/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından üçüncü şəxsin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və X4 xx.xx.1996-cı ildə nikah bağlamış, sonuncuya Məmmədova soyadı verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur.

2. Zaqatala rayonu Göyəm kəndi “Bakı fəhləsi” kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında iddiaçıya cəmi 0,23 ha pay torpaq sahəsi verildiyi qeyd olunmuşdur.

3. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2301,85 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı A seriyalı 406895 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

4. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 №-li qərarı i lə iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1381,06 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı A seriyalı 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

5. DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən təsdiq edilmiş iddiaçıya məxsus olan 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin mövcud vəziyyətinin planında 0,2301 ha və 0,1381 ha pay torpaq sahələrinin sənədi üzrə planı və 0,2301 ha və faktiki 0,0926 ha pay torpaq sahələrinin faktiki vəziyyətinin planı əks olunmuşdur. 6. xx.xx.2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçı və üçüncü şəxsin a dına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********13 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin bazasında üçüncü şəxsə torpaq sahəsi verilməsi barədə məlumat yoxdur. "Bakı fəhləsi" kolxozunun torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında yalnız iddiaçının adı vardır.

8. İddiaçı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, üçüncü şəxsin adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırası ndan çıxarılması üçün cavabdehə müraciət etmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, hazırkı məsələnin həlli idarənin səlahiyyətləri daxilində deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı xx xxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş, Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, üçüncü şəxsin adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, bir-birinə bitişik ümumi sahəsi 0,3227 ha olan 2 ədəd (0,2301 ha və 0,1381 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqları xx.xx.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Lakin qeyd olunan torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun mülkiyyətinə verildiyi halda, texniki səhv nəticəsində həmin torpaq sahəsi üzərində keçmiş arvadı Məmmədova üçüncü şəxs da mülkiyyətçi kimi qeyd edilmişdir. Halbuki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının təsdiq etdiyi və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş Zaqatala rayonu Çökəkoba kəndində aparılan torpaq islahatı ilə bağlı torpaq payı alacaq subyektlər siyahısından göründüyü kimi, həmin torpaq sahəsi yalnız onun mülkiyyətinə verilmiş və orada arvadının adı qeyd edilməmişdir. Üçüncü şəxsin qeydiyyatda olduğu ərazidə ona Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi verilmişdir.

11. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi və ya dəyişiklik edilməsi, o cümlədən subyektlər siyahısında düzəlişlər edilməsi DƏDRX-in 18 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmaması səbəbindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3cü və 2.4-cü maddələrinə, həmçinin Azər baycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, iddiaçılara aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Belə ki, iddiaçıya Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə Zaqatala rayonu Çökəkoba kəndindən 0,3682 ha torpaq sahəsi verilmişdir. Lakin faktiki yerində 0,3227 ha torpaq sahəsi olduğu üçün həmin torpaq sahələrinə ləğv edilmiş DTXK tərəfindən AN seriyalı 406896 nömrəli və AN seriyalı 406895 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmişdir. AN seriyalı 406896 nömrəli və AN seriyalı 406895 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərində qeyd olunan 0,1381 ha və 0,2301 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iddiaçının və iş üzrə üçüncü şəxsin ümum i birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. Üçüncü şəxs iddiaya qarşı etirazını belə əsaslandırmışdır ki, iddiaçının texniki səhv adlandırdığı qeydlər əslində üçüncü şəxsin mülkiyyət hüquqlarının yaranmasına əsas olmuş inzibati aktdır. Bu inzibati akt başqa hüquq müəyyənedici sənədlər əsasında aparılmışdır. Həmçinin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür. Eyni zamanda, özəlləşdirilmiş torpaq sahəsində üçüncü şəxsin də payı mövcuddur. Bundan başqa, Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısı iddiaya heç bir aidiyyəti olmayan 0,06 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı ma ddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş üçün əhəmiyyət kəsb edən Aqrar İslahat Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı və subyektlərin siyahısı arxivdə aşkar edilməmişdir.

13. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X11, 2-1(84)-19/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş, Zaqatala r ayon Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə ********** nömrəsi ilə aparılmış qeydiyyatda düzəliş edilərək, üçüncü şəxsin adının həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısında iddiaçının adı qeyd olunmuş, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə ona 2301,85 kv.m və 1381,06 kv.m torpaq sahəsi verilmiş və bununla bağlı müvafiq olaraq A seriyalı 406895 və 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Lakin sözüg edən torpaq sahəsi ilə bağlı RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" hazırlanarkən iddiaçı ilə yanaşı üçüncü şəxsin adı da qeyd olunmuşdur. Halbuki üçüncü şəxsin adı sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında olmamışdır. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 №-li qərarı ilə iddiaçıya verilmiş 2301,85 kv.m və 1381,06 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş müvafiq olaraq A seriyalı 406895 və 406896 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərinin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, habelə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olun ması qadağandır.

15. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Şəki İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X12-məruzəçi, X13 və X6, 2-1(107)216/2019 saylı iş) x xxx 2019-cu il tarixli qərarla üçüncü şəxsin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

17. Üçüncü şəxs həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. b) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegi yasının (hakimlər Sevda Hüseynova-məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov, 2-1(102)-2321/2019 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarı ilə üçüncü şəxsin kasasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmuş ilkin sənədləri əldə etməklə, onlarda əks olunmuş məlumatların hüquqların qeydə alınması üçün düzgün olaraq əsas yaradıb-yaratmamasına qiymət verməlidir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı məhkəmə kollegiyası na təqdim edilən Zaqatala rayon Göyəm bələdiyyəsinin xx xxxxxxx 2020-ci il tarixli 61 nömrəli arayışına əsasən keçmiş “Bakı fəhləsi” kolxozunda Aqrar İslahatları aparılan zaman iddiaçının xüsusi mülkiyyətinə 0,23 ha pay torpaq sahəsi verilmişdir. Lakin 2003-cü ildə dürüstləşmə aparılan texniki səbəblərə görə **********0033 N-li plan ölçü sənədinə əlavə olaraq 1381,06 m2 torpaq sahəsi əlavə verilmişdir. Onun keçmiş həyat yoldaşı üçüncü şəxsin adına Göyəm kəndi ərazisində pay torpaq sahəsi verilməmişdir.

21. Həmçinin apellyasiya məhkəməsi araşdırması zamanı Daşınmaz Əmlakın kadastr və ünvan reyestr xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubu və ona əlavə edilmiş arxiv sənədlərindən görünür ki, “Bakı Fəhləsi” kolxozunda özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahı sında iddiaçı və X5 adları qeyd edilmiş, üçüncü şəxsin adı isə qeyd edilməmişdir.

22. Şəki İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X12-məruzəçi, X1 Rafail Əyyub oğlu və X3, 21(107)-128/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla üçüncü şəxsin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün iddiaçının təqdim etdiyi sübutlarla və işdə olan digər materiallarla iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, əlavə sübutlar toplamış və bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən əlavə araşdırmanın aparılması üçün zərurət yaranmamışdır.

24. Üçüncü şəxs x xxxxxx 2020-ci tarixdə qərarın surətini almış, xx xxxxxx 2021ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

25. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli qərarı ləğv olunmadan üçüncü şəxsin birgə mülkiyyət hüququna xitam verilə bilməz. Məhkəmə həmin qərarın iddiaçı və üçüncü şəxsin torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququnun qeydə alınması üçün əsas təşkil edib-etməməsinə qiymət verilməli idi. Bunun üçün isə, həmin qərarın özünü və əlavələrini tədqiq etməli idi. 26. “Daşınmaz əml akın dövlət reyestri haqqında“ Qanunun 16.6-cı və Mülki Məcəllənin 140-cı maddəsində qeyd olunub ki, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin iddiaçı ilə birgə mülkiyyətçi qismində qeydiyyata alınması hüquq müəyyənedici sənəd və inzibati akt olan, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 №-li qərarı əsasında aparılmışdır. Aktın və ona əlavə edilmiş siyahının arxivlərdə aşkar edilməməsi səbəbindən qeydiyyatın bu qərarda müəyyən edilən hüquqla uyğun gəlib-gəlmədiyini, yəni dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyini sübuta yetirmək mümkün olmamışdır.

27. Apellyasiya məhkəməsi mümkün sayılmış iddia predmetinə aid olmayan məsələ üzrə özünün hüquqi mövqeyini bildirmiş və bu halı hazırkı iddianın əsaslandırılması üçün istifadə etmişdir. Halbuki, Ali Məhkəmənin qərarında da qeyd olunduğu kimi, iddia tələbinin hüquqi əsası torpaq sahəsinin qanunvericiliyin bu tələblərinə görə düzgün ayrılıb-ayrılmaması təşkil etmədiyindən, apellyasiya məhkəməsinin yalnız “Torpaq islahatı haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə istinadı əsassızdır. Bu məsələyə yalnız inzibati akt, yəni Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı mübahisələndirildiyi halda baxıla bilərdi.

28. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədləri n hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 5-ci bəndində müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. Apellyasiya məhkəməsinin istinad etdiyi “Zaqatala rayonu Göyəm kəndi "Bakı fəhləsi" kolxozundan torpaq payı alacaq vətəndaşların siyahısından” (iş vər.38) göründüyü kimi, iddiaçıya 0,23 torpaq sahəsinin ayrılması 52A1176 saylı aktla qeydə alınmışdır ki, həmin sənəddə işdə mövcud olmamışdır.

29. Məhkəmə üçüncü şəxsin daimi yaşayış yerinin “Torpaq İslahatı haqqında” Qanun qüvvəyə mindiyi günədək özəl ləşdirilən kolxoz ərazisində olmadığını əsas gətirərək onun pay olmaq hüququ olan subyektlər dairəsinə düşmədiyi qənaətinə gəlmişdir. Lakin məhkəmə üçüncü şəxsin Qanun qüvvəyə minənə qədər harada yaşadığını heç bir sübutla müəyyən etməmişdir. Halbuki, iş materiallarında olan məhkəmə aktlarında göstərildiyi və işin mübahisə olunmayan hallarından göründüyü kimi, Qanun qüvvəyə minəndə üçüncü şəxsə artıq iddiaçı ilə nikaha daxil olmuş və onunla birlikdə Çökəkoba kəndində yaşayırdı.

30. Ali Məhkəmənin qərarından da göründüyü kimi, məhkəmədə araşdırılmalı sənədlər təkcə üçüncü şəxsin deyil, eyni zamanda iddiaçının torpaq sahəsinə birgə mülkiyyət hüququnun yaranmasına əsas olmuşdur. Odur ki, üçüncü şəxsin torpaq payı almaq hüququ olan subyektlər siyahısına daxil edilmədiyi müəyyən edildiyi halda, bu məsələ yalnız iddiaçının subyektiv hüququna aid olduğu təqdirdə mübahisələndirilə bilərdi. Eləcə də, bu pozuntu ilə iddiaçının qanunla müəyyən edilmiş maraqlarına toxunmayan məsələlər onun xeyrinə həll edilə bilməzdi. Habelə, üçüncü şəxsə görə verilmiş əlavə torpaq sahəsinə mülkiyyət hüququ iddiaçıya keçə bilməzdi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

33. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların nümayəndələrini n iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul ol unmuş aktlar; (-). Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 35. “Torpaq islahatı haqqında ” Qanun: Maddə 12, birinci bənd. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər;2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 12-ci maddə 2-ci bənd. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmişlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır; Maddə

14. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozl arın torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Maddə

26. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 36. “Sovxoz və kolxozların islahatı haqqında” Qanun: Maddə

14. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir.

37. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlər in hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə: 5-ci bənd. Torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir.

38. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zərur i sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə b ağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

39. Üçüncü şəxsin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

40. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

42. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə üçüncü şəxs xx xxxxxxx 1996-cı ildə nikahlarını rəsmiləşdirmiş, 2012-ci ildə və 2013-cü ildə 0,23 ha torpaq sahəsi ilə bağlı iddiaçının adına plan və ölçü sənədləri tərtib edilmiş, sənədlərdə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 81 №-li qərarına istinad edilmiş, x xxxxxx 2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”da Zaqatala rayonu Çökəkoba kəndində yerləşən 0,3227 ha kənd təsərrüfatı təyinatlı torpaqları ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçı və üçü ncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmış, xx xxxxxx 2018-ci ildə iddiaçı ilə üçüncü şəxs arasında olan nikah pozulmuş, bundan sonra iddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət etmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

43. Kasasiya məhkəməsi x xxxxxx 2019-cu il tarixli qərarında bildirmişdir ki, iddianın qanuni əsasını mülkiyyət hüququnun həqiqi hüquqi vəziyyətə uyğun aparılıbaparılmaması təşkil etdiyindən, qiymətləndirmə qüvvədə olan Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 81 saylı qərarına uyğun olaraq mülkiyyət hüququnun ümumi birgə mülkiyyət kimi qeydə alınması üçün əsas təşkil edilib-edilməsinə qiymət verilməli idi. Bunun üçün isə ilk olaraq həmin qərar və onunla təsdiq edilmiş torpaq sahələrinin ayrılmasına dair siyahının mövcudluğu müəyyən edilməli idi. İşin hallarından göründüyü kimi, iddiaçıya və ya üçüncü şəxsə Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1999-cu il tarixli, 81 saylı qərarı ilə ayrılmış torpaq sahələrinə dair həm istinad olunan qərar, həm də ona əlavə edilmiş siyahı müəyyən edilməmiş, məhkəmənin istinad edilən siyahıların mənbəyi isə qeyri-müəyyən olmaqla, iddiaçının adı müxtəlif sıra nömrələri ilə qeyd olunmuşdur ki, bu halda torpaq qanunvericiliyin tələblərinə əsasən ilkin sənədlərin hansı sənədlər təşkil etdiyi aydın deyildir. Eyni zamanda, ilkin sənədlərin mövcudluğu ilə bağlı məhkəmələr tərəfindən yalnız cavabdehə sorğular verilmiş, lakin həmin qərarın və ona əlavə edilmiş siyahı ilə bağlı Z aqatala rayon İcra hakimiyyətinə və ya Zaqatala rayon Dövlət Arxivinə sorğular verilməmişdir.

44. Apelyasiya instansiyası məhkəməsi kasasiya məhkəməsinin göstərişlərinə əməl edərək bir sıra sənədlər əldə etmiş, lakin həmin sənədlərlə bağlı araşdırma aparmamışdır.

45. Qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin əldə etdiyi rayon aqrar islahat komissiyasının xx xxxxxx 1999-cu il tarixli qərarından görünür ki, bu qərarla Zaqatala rayonunun Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı proqramı və kompleks yer quruluşu layihəsi təsdiq edilmiş və həmin məsələ ilə bağlı RAİK-in xx.xx.1995-ci il tarixli qərarı qüvvədən düşmüş, təsərrüfatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla subyektlər arasında torpaqların keyfiyyət qruplarına mütənasib naturada bölgüsünə dair Göyəm kəndi YAİK -ın qərarı nəzərə alınmışdır.

46. Apelyasiya məhkəməsi yerli aqrar islahat komissiyasının qərarının mövcudluğu, həmin qərarda mübahisə olunan torpaq sahəsi ilə bağlı iddiaçı və üçüncü şəxsin adlarının olması barədə araşdırma aparmamışdır.

47. Apelyasiya məhkəməsinin istinad etdiyi işin 2-ci cild 118, 120 və 147-ci səhifələrində olan yekun cədvəllərdən görünür ki, 118-ci səhifədə olan siyahıda iddiaçıya aid yalnız 0,06 ha həyətyanı torpaq sahəsinin olduğu, 120 və 147-ci səhifələrdə olan cədvəllərdə isə iddiaçıya aid 0,06 ha həyətyanı torpaq sahəsinin olması ilə yanaşı 0,23 ha otlaq torpaq sahəsi olduğu qeyd edilmiş, sonrakı siyahılar rayon torpaq şöbəsinin müdiri tərəfindən imza və möhürlə təsdiq edilməmiş, digər iki təşkilat nümayəndəsinin imzası olsa da, həmin təşkilatların möhürü vurulma mış, yalnız islahata aidiyyəti olmayan orqan olan bələdiyyə sədri tərəfindən imzalanmış və möhürlənmiş, apelyasiya məhkəməsi sənədlərdə olan bu çatışmazlıqlar barədə araşdırma aparmamışdır.

48. İddiaçı ilə üçüncü şəxsin nikahı 1996-cı ilin oktyabr ayında bağlanmışdır. Lakin apelyasiya məhkəməsi üçüncü şəxsin hansı vaxtdan Şəki rayonu Göyəm kəndində yaşamasını müəyyən etməmiş, torpaq sahəsi alan subyektlərin siyahısı tərtib edilərkən üçüncü şəxsin islahat gedən ərazidə yaşayıb-yaşamamasını araşdırmamışdır.

49. Məhkəmə kollegiyası onu da bildirir ki, “Torpaq islahatı haqqında” Qanun xx xxxxxxxx 1997-ci ildə dərc edilmişdir və Qanunun 26-cı maddəsinə görə bu Qanun dərc edildiyi vaxtdan qüvvəyə minir. 50. “Torpaq islahatı haqqında” Qanun dərc edilən vaxt üçüncü şəxsin iddiaçı ilə nikahı vard ı və məhkəmə tərəfindən Qanunun 12-ci maddəsinin tələblərinin mövcudluğu, yəni sovxoz və kolxozlarda daimi işləyən şəxs olması və ya bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxs olması üçüncü şəxsə münasibətdə yoxlanılmamışdır.

51. Cavabdehin təqdim etdiyi mübahisə olunan çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, DT və XK-nın Zaqatala rayon şöbəsinin xx xxxxxxx 2013-cü il tarixli 688 və 689 saylı arayışlarında “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən kənd təsərrüfatı məhsulları üçün verilən 0,1381 ha və 0,2301 ha torpaq sahələrinin iddiaçı ilə üçüncü şəxsin ümumi birgə mülkiyyətinə verildiyi qeyd edilmişdir (2-ci cild səh. 89,90).

52. Apelyasiya məhkəməsi qərarında “Torpaq sahəsinin planı və ölçüsü”ndə olan sənədlərdə təkcə iddiaçının adının qeyd edildiyinə əsaslanaraq üçüncü şəxsin adının çıxarışda səhv yazılması qənaətinə gəlsə də, rayon torpaq şöbəsinin arayışlarını tədqiq etməmiş, həmçinin həmin sənədlərdə istinad edilən aqrar islahat komissiyasının qərarı işığında yuxarıda göstərilən araşdırmanı aparmamışdır.

53. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

54. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

55. Apelyasiya instan siyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.

56. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-128/2020 saylı, x xxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar