Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-443/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(102)-443/2022 (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 52 yaş) Hakimlər: Səyyad Kərimov-məruzəçi, Zakir Quliyev Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2491/202 1 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx xxxxx 1965-ci il təvəllüdlü iddiaçı 3 may 1982-ci ildə “X14”nin 3 saylı sexinə yapışqan çəkən şagird peşəsinə işə qəbul edilmiş, 14 sentyabr 1982-ci ildə ona 2-ci peşə dərəcəsi verilmiş, 17 yanvar 1983-cü ildə kəsici-biçici sexinə 5-ci dərəcə ilə yaş dəri xammalın biçicisi vəzifəsinə keçirilmiş, 31 dekabr 2003-cü ildə Əmlak Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı 1 yanvar 1998-ci il tarixdən 31 dekabr 2003-cü il tarixədək müəssisədə xammal çatışmazlığı ilə əlaqədar olaraq öz hesabına məzuniyyətdə olmuşdur. İddiaçı 16 fevral 1993-cü ildə X4 ilə nikaha daxil olmuş və onların birgə nikahdan 6 oktyabr 1998-ci ildə X9, 26 iyun 2000-ci ildə X11 və 2 noyabr 2004-cü ildə X12 adlı övladları doğulmuşdur.
2. İddiaçının cavabdehə müraciəti iş materiallarında mövcud deyil. İddia ərizəsinə və cavabdehin imtina məktubuna görə iddiaçı 2019-cu il 27 sentyabr tarixli ərizə ilə cavabdehə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh 27 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iy un 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 13 noyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı 12 aprel 2017-ci il tarixd ən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(112)-2675/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş və 1982-ci ildə əmək fəaliyyətinə başlamışdır. İddiaçı 3 may 1982-ci ildə “X14”nin 3 saylı sexinə yapışqançəkən şagirdi peşəsinə işə qəbul edilmişdir. İddiaçı 17 yanvar 1983-cü il tarixdən 31 dekabr 2003-cü il tarixədək kəsicibiçici sahəsində 5-ci dərəcə ilə yaş dəri xammalın biçicisi peşəsində işləmişdir. "xxxx" Dövlət Konserninin 4 sentyabr 1990-cı il tarixli, 321 saylı əmrinə əsasən, 10 oktyabr 1990-cı ildə “X14” “X5” ilə birləşdirilmiş, “Bakı X16 İstehsal edən X1” yaradılmışdır. 13 sentyabr 1997-ci il tarixli, 832 saylı Sərəncama əsasən “X16 İstehsal Edən X1”nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdur. Cavabdeh tərəfindən iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın 27 sentyabr 2019-cu il tarixli məktubunda imtinanın əsası kimi 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi əmək stajının 20 ildən az təşkil etdiyi göstərilmişdir. Cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tam əsassızdır. Çünki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan həm ümumi, həm də xüsusi stajı var. İddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçasından və "xxxx" ASC-nin arayışından görünür ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 21 il 7 ay 28 gün ümumi stajı yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bölməsinin 26.7-ci bəndi ilə müəyyən edilmiş dəri xammalı biçicisi peşəsi üzrə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Həmçinin, 23 yanvar 2007-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının, 2 №-li əlavəsinin, 2 №-li Siyahısında (2210800a-17742) göstərilən dəri xammalı biçicisi peşəsi üzrə iddiaçının topladığı xüsusi əmək stajına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyası haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranır. "xxxx" ASC-nin arayışında göstərilir ki, iddiaçı 1 yanvar 1998-ci il tarixdən 31 dekabr 2003-cü il tarixədək müəssisədə xammal çatışmazlığı ilə əlaqədar öz hesabına məzuniyyətdə olmuşdur. Cavabdeh orqana təqdim edilən əmək kitabçasından v ə "xxxx" ASC-nin arayışından görünür ki, iddiaçının həmin müəssisədə 15 il 3 ay 25 gün ümumi və xüsusi stajı yaranmışdır. İddiaçının uşaqları X9 6 oktyabr 1998-ci ildə, X13 26 iyun 2000-ci ildə, X12 2 noyabr 2004-cü ildə doğulmuşdur. İddiaçı uşaqları üç yaşına çatanadək onlara qulluq etməsi ilə əlaqədar işləməmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin “ə” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşağa 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayan müddət ümumi iş stajına daxil edilir. İddiaçının uşaqlarına qulluq etdiyi qanunla müəyyən edilmiş 6 il də əlavə edilməklə ümumi stajı 20 ildən çox edir. Göründüyü kimi, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxması ü çün tələb olunan 20 ildən çox ümumi və 10 ildən çox xüsusi stajı var. İddiaçının 52 yaşının tamam olduğu 12 aprel 2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-2675/2021 nömrəli qərarı (hakim X6) ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 12 aprel 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az olduğu üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab etmişdir ki, iddiaçı 3 may 1982-ci ildən 31 dekabr 2003-cü ilədək "xxxx" ASC-də (X14, daha sonra Bakı X16 istehsal edən X1) işləmiş, 1 yanvar 1998-ci il tarixdən 31 dekabr 2003-cü il tarixədək isə müəssisədə xammal çatışmazlığı ilə əlaqədar olaraq öz hesabına məzuniyyətdə olmuşdur. Lakin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X4 ilə iddiaçı 16 fevral 1993-cü ildə nikah bağlamışlar və onların birgə nikahdan 6 oktyabr 1998-ci ildə X9, 26 iyun 2000-ci ildə X11 və 2 noyabr 2004-cü ildə X12 adlı övladları doğulmuşdur. Göründüyü kimi, iddiaçı 6 oktyabr 1998-ci ildən 2 noyabr 2007-ci ilədək 3 nəfər körpə uşağa hər uşaq 3 yaşına çatanadək qulluq etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının körpə uşaqlara qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, həmin müddət iş stajına daxil edilməlidir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «e» bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq, iş stajına daxil edilir. İddiaçının körpə uşaqlara qulluq etdiyi müddət də sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının 3 may 1982-ci ildən 1 yanvar 1998-ci ilədək ümumi iş stajı (15 il 7 ay 28 gün) və iddiaçının uşaqlara qulluq etdiyi dövr (6 il) nəzərə alındıqda, iddiaçının ümumi iş stajı 21 il 07 ay 28 gün təşkil edir. Göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır.
10. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı 17 yanvar 1983-cü ildən 1 yanvar 1998-ci ilədək "xxxx" ASCdə (X14, daha sonra Bakı X16 istehsal edən X1) kəsici-biçici sexində 5-ci dərəcə ilə yaş dəri xammalın biçicisi vəzifəsində işləmişdir (14 il 11 ay 15 gün). İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XX bölmə - Yüngül sənaye, 7-ci bənd - Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı («a» fəhlələr), kod 2210800a—17742 - dəri xammalını biçənlər. Həmin peşə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur: Bölmə 26 - Yüngül sənaye, 26.7-ci bənd - Dəri və xəz istehsalatları, dəri xəz xammal ının ilkin emalı («a» fəhlələr) - dəri xammalını biçənlər. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifə qeyd olunan Siyahılara uyğundur və 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 14 il 11 ay 15 gün). İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifənin qeyd olunan siyahılarda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir.
11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2491/2021 nömrəli qərarı (hakimlər X10- sədrlik edən və məruzəçi, X7 və X8) ilə Bakı İnzibati Məhkəm əsinin 24 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Məzmunca imtinanın əsaslarına və apelyasiya şikayətinə uyğun kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının ümumi iş stajı tələb olunandan az müddət təşkil etmişdir. İnzibati orqan da imtina məktubunu bu əsasla vermişdir. Bu səbəbdən Bakı Apelyasiya Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2491/2021 nömrəli qərarı əsassızdır. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya ş ikayətinə qarşı yazılı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyada) Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi mə bləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaş ına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qəra r qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araş dıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı in stansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı qərarın 16-18-ci bəndlərində göstərilmiş normalara əsasən, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduğu və həmin stajın 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdıqları təqdirdə, onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Nəzərə almaq lazımdır ki, isti nad edilmiş qanun qüvvəyə minməzdən əvvəl həm ümumi və həm də xüsusi iş stajını işlədikləri dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamış şəxslərə münasibətdə pensiya hüququnun yaranması üçün yaş həddi ilə bağlı şərt də həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən müəyyən edilməlidir.
27. Yuxarıda istinad olunan normalara görə, hazırkı iş üzrə iddiaçı 1 yanvar 2006-cı il tarixə azı 20 il ümumi sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olmalıdır.
28. Cavabdeh iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtinanın və kassasiya şikayətinin əsası kimi iddiaçının 20 il ümumi sığorta stajına malik olmadığına istinad etmişdir.
29. Məhkəmə kolleg iyası bununla bağlı qeyd edir ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından, o cümlədən əmək kitabçasından, güzəştli iş stajı barədə iş yerindən arayışdan və doğum haqqında şəhadətnamədən iddiaçının 3 may 1982-ci ildən 31 dekabr 2003-cü ilədək "xxxx" ASC-də işlədiyi, 1 yanvar 1998-ci il tarixdən 31 dekabr 2003-cü il tarixədək xammal çatışmazlığı ilə əlaqədar olaraq müəssisə fəaliyyət göstərmədiyi üçün öz hesabına məzuniyyətdə olduğu görünür. Eyni zamanda məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 16 fevral 1993-cü il tarixdə X4 ilə nikaha daxil olmuş və onların birgə nikahdan 6 oktyabr 1998ci ildə X9, 26 iyun 2000-ci ildə X11 və 2 noyabr 2004-cü ildə X12 adlı övladları doğulmuşdur. İddiaçı həmin müddətdə doğulmuş 3 nəfər körpə uşağa onlar 3 yaşına çatanad ək qulluq etmişdir.
30. Yuxarıda istinad olunan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir.
31. İddiaçının 3 may 1982-ci ildən öz hesabına məzuniyyətdə olduğu tarixə, yəni 0 1 yanvar 1998-ci ilə qədər 15 il 7 ay 29 gün iş stajının cavabdeh tərəfindən mübahisə edilmədiyi, həmin tarixdən 2004-cü il tarixə iddiaçının 3 uşaq doğduğu və həmin körpə uşaqlara qulluq etdiyi müddət (6 ildən çox olmamaq şərti ilə) nəzərə alındıqda, onun 01 yanvar 2006-cı tarixə cəmi 21 il 7 ay 29 gün ümumi iş stajının mövcud olduğu iş üzrə materiallarla təsdiq olunur.
32. Xüsusi iş stajı ilə bağlı qeyd edilməlidir ki, cavabdeh tər əfindən iddiaçının xüsusi iş stajı mübahisə edilmir. Belə ki, iddiaçı 17 yanvar 1983-cü ildən 1 yanvar 1998-ci ilədək (15 il 7 ay 29 gün) "xxxx" ASC-də (X14, daha sonra Bakı X16 istehsal edən X2) kəsici-biçici sexində 5-ci dərəcə ilə yaş dəri xammalın biçicisi vəzifəsində işləmişdir və iddiaçının 01 yanvar 2006-cı ilə qədər işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında (kod ******* a-17742-dəri xammalını biçənlər) nəzərdə tutulmuş peşələrə uyğundur.
33. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb ol unan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə 20 ildən az olmayan ümumi və azı 10 il güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 52 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəld iyi nəticə qanuni və əsaslıdır.
35. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 21(103)-2491/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.