Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-443/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə X9 Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsu si Şərtlərlə X1rşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2927/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. iddiaçıya aid Dövlət Sosial Müdafiə Fonunun Şabran rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 13 №-li, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh öz təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə iddiaçıya təyin edilmiş pensiya ödənişini dayandırmışdır
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş pensiyasının dayandırılmas ının əsaslarının ona bildirilməsini xahiş etmişdir.
3. Cavabdeh 12 oktyabr 2020-ci il tarixli məktubla bildirmişdir ki, ona pensiya təyinatı zamanı işlədiyi (Azərineftavtomatika müəssisəsinin) indiki adı "xxxx" ASC tərəfindən verilmiş güzəştli pensiya hüququnun olması barədə xx.xx.2018-ci il tarixli, 10/18 saylı arayış və xx.xx.2006-cı il tarixədək olan 25 il 05 ay 06 gün əmək stajı əsas götürülmüşdür. Bildirilir ki, ƏƏSMN-nin yanında DSMF-nin Şabran rayon şöbəsində aparılmış audit nəticəsində ona tələb olunan güzəştli sığorta stajı olmadığı halda pensiya təyin edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də pensiya ləğv olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Şabran rayon şöbəsi üzrə xx.xx.2017- ci il tarixdə n xx.xx.2020-ci il tarixədək olan dövrün seçmə üsulla araşdırılması zamanı qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajı olmadığı halda Şöbə tərəfindən vətəndaşlara pensiya təyin edildiyindən, pensiya hüququ ləğv olunmaqla həmin işlər üzrə artıq hesablanaraq ödənilmiş məbləğlər barədə məlumatın surətindən görünür ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş İddiaçı xx.xx.2018xx.xx.2020-ci il tarixlər üzrə 3045,96 manat artıq ödəmə edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 26 oktyabr 2020-ci il tarixdə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının cavabdeh orqan tərəfindən dayandırılmasının qanunsuz hesab edi lməsi və dayandırıldığı vaxtdan, yəni 12 mart 2020-ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, inzibati orqan qanunsuz və əsassız olaraq pensiyasını ləğv etmişdir. Belə ki, inzibati orqan güzəştli iş stajının olmamasına istinad etmişdir. Halbuki, "xxxx" MMC tərəfindən 21 dekabr 2018-ci il, 10118 №-li arayış vermişdir. Arayışda qeyd edilir ki, İddiaçı həqiqətən də “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1981-ci il tarixindən (xx.xx.1981-ci ilə Əmr № 465/K) xx.xx.1985-ci il tarixinədək (xx.xx.1985-ci il Əmr 98/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajı 3 il 6 ay 2 gün “Azərineftavtomatika” müəssisəsində xx.xx.1993-cü il tarixindən (xx.xx. 1993- cü il Əmr №17/K) xx.xx.2003cü il tarixinədək (xx.xx.2003-cü il Əmr 1/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajlı 9 il 8 ay 7 gün. Cəmi iş stajı 13 il 2 ay 9 gün. Yuxarıda göstərilən vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən X8nın və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X8 və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130100a-18494) xx.xx.2002-ci il tarixindən “Azərineftavtomatika” müəssisəsi "xxxx" ASC-yə çevrilmişdir (Əmr 11 №-li – 13.03.02). xx.xx.2011-ci il tarixindən "xxxx" ASC "xxxx" MMC-yə çevrilmişdir (Əmr 31 №-li – xx.xx.2011-ci il)
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı N.İddiaçı xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində (hazırkı 2 saylı Quba-Xaçmaz regional filialı) aparılmış audit nəticəsində qanunla tələb olunan güzəştli sığorta stajının olmaması səbəbindən xx.xx.2020- ci il tarixdə dayandırılmışdır. Pensiya təyinatı aparılan zaman vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı müəssisə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 10/18 saylı arayış əsasında qəbul edilmişdir. Lakin arayışda qeyd edilmişdir ki, “Göstərilən vəzifə (NÖC və A çilingəri) və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21,06.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci bölməsinin 3-cü bəndinin a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130301a - 18494)”. Bildirmək istəyirlər ki, vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı yuxarıda qeyd edilən Siyahıya uyğun bölmə yarımbölmə (bənd), vəzifə uyğunluğu olduğu halda qəbul edilir. Hazırkı iş üzrə əmək şəraiti zərərli və ağır işlər “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (12-ci bölməsi), müvafiq olaraq neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (3-cü bənd) hesab olunur. Lakin iddiaçının xx.xx.1981-xx.xx.1985; xx.xx.1993-xx.xx.2003-cü il tarixlərdə işlədiyi "xxxx" MMC (2 senty abr 1969-cu ildə Azərbaycan SSR Neftçıxarma Nazirliyinin “Qazmada Xüsusiləşdirilmiş Eksperimental X8 kontoru” kimi yaradılmışdır. 1976-cı ildə “Azneft” X2 Xidmətinin Mərkəzi Bazasına və 1993-cü ildə “AZƏRİNEFTAVTOMATİKA” müəssisəsinə çevrilmiş və nəhayət 2011-ci ildən isə "xxxx" MMC kimi fəaliyyət göstərir) avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, NÖC və A vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi, eləcə də təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması, servis xidməti və.s işləri yerinə yetirir. Göründüyü kimi "xxxx" MMC-nin fəaliyyət istiqamətlərinə qazma, neftin, qazın və qaz kondensat larının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (12-ci bölmə), müvafiq olaraq neftin, qazın, paz kondensatının, kömürün və şistin emalı (3-cü bənd) daxil deyil. Bu səbəbdən iddiaçının işlədiyi “NÖC və A çilinpəri” vəzifəsi əmək şəraiti zərərli və ağır işlər qismində hesab oluna bilməz. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, qanunla tələb olunan üçüncü şərt ödənilmir, beləliklə də cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli, 2-1(112)-1672/2022nömrəli qərarı (hakim: X4) ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılmasından ibarət hərəkəti qanunsuz hesab edilmiş, iddiaçının xx.xx.2020-ci il tarixdən dayandırı lmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən qüvvədə olan aktı ləğv etmədən, pensiya ödənişinin dayandırılması barədə əsaslandırılmış inzibati akt qəbul etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2927/2022 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2018-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən mar aqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktın icrasının dayandırılmış, bu barədə iddiaçıya yalnız onun müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazıl ı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.“Əmək pensiyaları haqqında” Qanun Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 16. “İnzibati icraat haqqında” Qanun Maddə
13. Etimad hüququnun qorunması pr insipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında ma raqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qay dada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təq dim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiri lə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mü nasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini tək rarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin hazırkı qərarın 15-16-cı bəndlərində istinad olunan normalarına görə ödənişi dayandırılmış pensiyanın dayandırıldığı tarixdən bərpa edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməs inin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiya ları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. 25. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etm əklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.
26. Aşağı instansiya məhkəmələrində araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçının pensiya ödənişi dayandı rılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2927/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.