Məhkəmə qərarları › İş №2-1(102)-443/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-443/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-443/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmanın təsiri altına düşmüş daşınmaz əmlakla bağlı kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2*23-cü il tarix li, 2-1(1*5)-7*3/2*23 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29.*8.2*13-cü il qeydiyyat tarixli, RX seriyalı, *23*894 nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Fatmayı kəndində yerləşən *,*3 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair AA **1389 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edilmişdir.

2. Cavabdehin *5.*8.2*22-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır, adı çəkilən layihə çərçivəsində tikintisi nəzərdə tutulmuş yeni avtomobil yolunun təhkim zolağında hər hansı tikinti işlərinin aparılması qeyri-mümkün hesab edilmişdir.

3. Cavabdehin 14.11.2*22-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin *8.*7.2**8-ci il tarixli, 293* nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2**8-2*13-cü illər üçün əlavə Plan”ın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Fatmayı kəndi ərazisindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 26.12.2**7-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehti yacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətin 2*% miqdarında əlavə nəzərə alınmaqla 1 sotu 48** manat qiymətləndirilmişdir.

4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin 14.11.2*22-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli ünvana yaxın ərazilərdə dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin mülkiyyətçilərinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında torpaq sahələrinin 1 kv.metrinə 3*-48 manat hesabı ilə kompensasiya ödənilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19.12.2*22-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən RX seriyalı, *23*894 nömrəli çıxarışa əsasən iddiaçının adına qeydiyyata alınmı ş *,*3 ha torpaq sahəsi tam olaraq “Bilgəh Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşür, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir.

6. Cavabdehin iddiaçıya ünvanladığı *5.*4.2*23-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yaranmış texniki zərurətlə əlaqədar yeni tikilən yolun ayrı-ayrı hissələrinin layihələndirilməsi yenidən aparılır. Odur ki, yeni tikilən yolun Abşeron rayonu, Fatmayı qəsəbəsindən keçən hissəsinin layihələndirilməsi başa çatdıqdan və müvafiq icra orqanı tərəfindən təsdiq edildikdən sonra yolun tikintisi altına düşən maneələrə (yaşayış, qeyriyaşayış və torpaq sahəsi) görə kompensa siya məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində *,*3 ha torpaq sahəsinin real bazar qiyməti dəyərləndirilməklə müvafiq kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Fatmayi kəndi ərazisində mülkiyyətində olan *,*3 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün icazə verilməsi barədə Cavabdeh2nə müraciət edərək, müvafiq sərəncam verilməsini xahiş etmişdir. Lakin cavab olaraq ona bildiril mişdir ki, baxış keçirilən zaman həmin torpaq sahəsinin çəkilməkdə olan dairəvi yolun layihələndirilən hüdudları daxilində yerləşdiyi müəyyən edilmiş, bununla əlaqədar, münasibət bildirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin *5.*8.2*22-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun Fatmayi kəndi ərazisindən keçən hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus *,*3 ha torpaq sahəsinin yolun tikintisi altına düşməsi müəyyən edilmiş, lakin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” lay ihəsi çərçivəsində tikinti işləri müvəqqəti dayandırılmışdır, odur ki, adı çəkilən layihə çərçivəsində tikintisi nəzərdə tutulmuş yeni avtomobil yolunun təhkim zolağında hər hansı tikinti işlərinin aparılması qeyri-mümkün hesab edilir. İddiaçının yaşamağa heç bir yaşayış sahəsi yoxdur. Mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikərək, ailəsi ilə birlikdə orada yaşamaq istəyir. Lakin qeyd edilən səbəbdən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu isə, onun hüquqlarını pozur.

9. İddiaçı daha sonra təqdim etdiyi 14.*3.2*23-cü il tarixli ərizəsində həmin torpaq sahəsi üçün 13.*8.2*13-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman 21*** manat ödədiyini bildirmiş və bu halın məhkəmə tərəfindən qərar qəbul edilən zaman nəzərə alınmasını xahiş etmişdir.

10. Sumqa yıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 12 may 2*23-cü il tarixli, 2-1(118)-568/2*23 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən *,*3 ha sahənin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 144** manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınm anın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin 1 kvadrat metrinin qiyməti (12,13+62,78+29,557)/3=34,8 manat + 34,8x*,2*= 42 manat hesablanmışdır. Lakin məhkəmə icraatı zamanı cavabdeh orqanın özü tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş 14.11.2*22-ci il tarixli məktubda mübahisəli torpaq sahəsinin 1 sotu 48** manat kimi qiymətləndirilmişdir.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın dəyişdirilərək 2**** manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zaur Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Gülnar Cabbarova) 21 sentyabr 2*23-cü il tarixli, 2-1(1*5)-7*3/2*23 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayo nu, Fatmayı kəndində yerləşən *,*3 ha sahənin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 144** manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, o, iddianın təmin olunmuş məbləği ilə razı deyildir. Çünki torpaqda daş hasar, qaz trubası çəkmiş, təmizlik işləri görmüş, qiymətləndirmə vaxtı çəkdiyi işlər nəzərə alınmamışdır, bu barədə cavabdeh də məlumatlıdır. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edir. İş materialları ilə müəyyən olunur ki, nə iddia ərizəsi, nə də birinci instansiya məhkəməsində təqdim olunmuş ərizələrdə torpaqda daş hasar, qaz trubası çəkilməsi, təmizlik işləri görülməsi, qiymət ləndirmə vaxtı çəkilmiş xərclər mübahisə predmeti olmamış və müvafiq olaraq həmin hallar məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. Yalnız apellyasiya şikayətində iddiaçı həmin əsaslara istinad edərək iddianın təmin olunmuş məbləği ilə razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həmin tələblər yalnız apellyasiya baxışı zamanı təqdim edildiyindən və həmin tələblər üzrə birinci instansiya məhkəməsində araşdırma aparılmadığından apellyasiya şikayətinin həmin dəlillərinə qiymət verilmir.

16. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, 1) iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz; 2) məhkəmə əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı il ə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, ərazidə ağacların, tikilinin mövcud olub-olmamasını, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır; 3) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “BakıSumqayıt avtomobil yolunun tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) və həmin torpağın üzərində ağacların, tikilinin mövcudluğu müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır; 4) mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlılığının olması da işin araşdırma tələb edən hallarındandır.

17. Cavabdehin apellyasiya şikayətinin 1-ci dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Cavabdehin apellyasiya şikayətinin 2-ci, 3-cü və 4cü dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin 19.12.2*22-ci il tarixli mütəxəssis rə yində qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən RX seriyalı, *23*894 nömrəli çıxarışa əsasən iddiaçının adına qeydiyyata alınmış *,*3 ha torpaq sahəsi tam olaraq “Bilgəh-Sumqayıt avtomobil yolu”nun tikintisi altına düşür, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsinə tam şəkildə düşməsi mütəxəssis rəyi ilə təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərini də əsassız hesab edir.

18. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş ərizələr nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqlə şdirilməsi barədə bir neçə dəfə ərizə təqdim etmişdir. Belə ki, ilk ərizəsində iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ərazisində *,*3 ha torpaq sahəsinin real bazar qiyməti dəyərləndirilməklə müvafiq kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, daha sonra təqdim etdiyi 14.*3.2*23-cü il tarixli ərizəsində həmin torpaq sahəsi üçün 13.*8.2*13-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman 21*** manat ödədiyini bildirmiş və bu halın məhkəmə tərəfindən qərar qəbul edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Beləliklə göründüyü kimi, iddiaçı alınmış torpaq üçün ona 21*** manat verilməsini xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiya məbləği ilə bağlı iddiaçının son əri zəsini nəzərə almamış və iddianı tam təmin etmişdir ki, bu da, iddiaçı tərəfindən tələbinin tam təmin olunmaması kimi qiymətləndirilmiş və iddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin ərizə ilə iddiaçı 21*** manat məbləğində kompensasiya verilməsini tələb etdiyindən məhkəmə həmin ərizəyə və bu əsaslarla iddia tələbinə qiymət verməli idi.

20. Məhkəmə kollegiyası həmin ərizənin əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş torpaq sahəsinin alqı-satqısı ilə bağlı notarial qaydada təsdiqlənmiş müqavilənin surətindən görünür ki, iddiaçı *,*3 ha torpaq sahəsini 1**** manata almışdır. İddiaçı ərizədə torpaq sahəsi üçün ilk öncədən 1**** manat beh verdiyini, bununla da torpaq sahəsini 21*** manata aldığını bildirir. Məhkə mə kollegiyası *,*3 ha torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ə sasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsinin əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar n əzərə alınmalıdır.

21. Kollegiya qeyd edir ki, cavabdeh orqanın 14.11.2*22-ci il tarixli məktubuna əsasən mübahisəli torpaq sahəsinin 1 sotu 48** manat kimi qiymətləndirilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən edilmiş bazar qiymətinin (42 manat) cavabdehin özünün müəyyən etdiyi qiymətə (2*% əlavə ilə birlikdə 48 manat) münasibətdə aşağı məbləğ olduğu nəzərə alınaraq, ödənilməli olan kompensasiyanın məbləği cavabdeh tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalı, iddiaçıya *,*3 ha torpaq sahəsinin zəbt edilməsinə görə 2* faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (*,*3 x 48**=144**) 144** manat kompensasiya ödənilməlidir.

22. Cav abdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödə mək şərti ilə yol verilə bilər.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə döv lət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasını n Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 56*.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 56*.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 56*.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdak ılardır: 56*.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 56*.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 11**. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul e dilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 27. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fə aliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Maddə 2*.1. Torpağın alınması barədə qərarın qəbul edildiy i tarixdən: 2*.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpa ğın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daş ınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə

74. Bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. 28. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Res publikasının Qanunu Maddə

7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə

8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətlə ndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər

30. Azərbaycan Respublikasın ın İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, A li Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN M ÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

32. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən – iddianın təmin olunduğu hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qəra rının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mülkiyyətində olan *,*3 ha torpaq sahəsi müvafiq avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən, onun əvəzi olaraq müvafiq məbləğdə kompensasiya ödənilməsinə nail olmaqdan ibarətdir.

40. Bu qərarın 25-26-cı bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Nəzərə almaq lazımdır ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəni nkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.

41. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

42. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

43. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sfera sı ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

44. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı da mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutul muş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır.

45. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə daşınmaz əmlakın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir.

46. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həy ata keçirilməlidir.

47. Konkret mübahisəyə münasibətdə, iddiaçının mülkiyyət hüququna müdaxilə, başqa sözlə, sözügedən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmanın təsiri altına düşməsi işin faktiki halları ilə öz təsdiqini tapdığı halda, cavabdehin iddiaçıya kompensasiyanın ödənilməsindən imtinada ifadə olunan hərəkəti (hərəkətsizliyi) apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq qanunsuz sayılmışdır.

48. Məhkəmə kollegiyası, eyni zamanda, hazırkı mübahisəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiyanın məbləğini ədalətli hesab edir. Cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin ictimai maraqlar və ictimai rifah naminə alınması belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtlə ndirən) hal kimi qiymətləndirilə bilməz.

49. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2*23-cü il tarixli, 2-1(1*5)-7*3/2*23 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar