Məhkəmə qərarları › İş №2-1(102)-4430/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4430/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4430/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyev ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “hər aylıq sosial yardımın ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində birinci icraat 1.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müraciətini nəzərə alaraq müraciət etdiyi tarixdən, yəni ##.##.2025-ci tarixdən ailəsinə 1 il müddətinə 985 manat pul məbləğində ünvanlı dövlət sosial yardımının təyin olunması, ##.##.2025-ci il tarixə qədər 6 aylıq müddət üzrə ödənilməli olan 5910 manat pul məbləğindən, 4 aylıq müddət üzrə qismən ödənilmiş 1898,12 manat pul məbləğini çıxmaqla, qalıq qalan 4011,88 manat pul məbləğinin cavabdehdən tutulması, ##.##.2025-ci il tarixdən təyin olunmuş müddətin sonuna kimi hər aylıq sosial yardımın ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunması üçün ##.##.2025-ci il tarixdə cavabdehə müraciət etmişdir. Lakin müraciətinə baxılmayaraq ailəsinə ünvanlı dövlət sosial yardımı təyin olunmamışdır. Məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən məhkəmədən kənar qaydada 474,53 manat pul məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Təyin olunmuş sosial yardımın may, iyun, iyul və avqust ayları üzrə ödənişi ödənilmiş, aprel ayının ödənişi isə ümumiyyətlə ödənilməmişdir. Bundan əlavə aylıq faktiki olaraq 985 manat pul məbləğində sosial yardım təyin olunmalı olduğu halda, xeyli az miqdarda yəni 474,53 manat pul məbləğində sosial yardım təyin olunmuşdur. ##.##.2025-ci il tarixdə isə ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmışdır. 3.Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı təmsilçi qismində ünvanlı dövlət sosial yardımın təyin edilməsi bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi ##.##.2024cü il tarixli **************-* nömrəli müraciəti əsasında ailəyə ##.##.2025-ci il tarixdən aylıq 474,53 manat sosial yardım təyin edilmişdir. Təyin edilmiş sosial yardımın qurumlarla yoxlanılması nəticəsində ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəlirinin özündən asılı olan səbəblərə görə sıfıra bərabər olması müəyyən edilmişdir. Bu səbəbdən Sosial Yardımın verilməsi ##.##.2025-ci il tarixdən dayandırılmışdır. Daha sonra iş üzrə əldə edilmiş məlumatlara əsasən iddiaçı İddiaçı ##.##.2025- ci il tarixdən 6 (altı) ay müddətində aylıq 440 manat olmaqla işsizlikdən sığorta ödənişinin təyin edilərək, ödənildiyi və ##.##.2025-ci il tarixdən dayandırıldığı, eyni zamanda ##.##.2025-ci il tarixdən 3 (üç) ay müddətində aylıq 400 manat olmaqla yenidən sığorta ödənişi təyin edildiyi müəyyən edilmişdir. Bununla bağlı İddiaçı təyin edilmiş sosial yardım dayandırıldığı ##.##.2025-ci il tarixdən bərpa edilmişdir. Iddiaçının hazırkı iddia tələbinin əsasını təşkil edən müraciəti ona ödənilən sosial yardımın dayandırıldığı dövrə (artıq bərpa edilmişdir) təsadüf etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçıya 2025-ci ilin yanvar ayından etibarən 1 illik müddətə təyin edilmiş Sosial Yardımın ödənişi hazırda davam etdirilir. Belə olan təqdirdə iddiaçının sosial yardım aldığı təqdirdə yenidən ona təyinat aparılması ilə bağlı subyektiv hüququ mövcud deyil və belə bir hal qanunvericiliklə mümkün hesab edilə bilməz. “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 4.Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərardadı ilə (hakim A.Axundova) iddia mümkün sayılmamışdır. 5.Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ünvanlı sosial yardımın təyin olunması tələbi barədə e-*-*(***)-****/**** saylı inzibati iş Sumqayıt Inzibati Məhkəməsinin icraatındadır. Qeyd edilən inzibati iş materiallarından müəyyən edilir ki, iddiaçı ##.##.2024-cü il tarixindən 1 il müddətinə, aylıq olaraq 985 manat pul məbləğində ünvanlı sosial yardımın təyin olunmasını, ##.##.2025-ci il tarixinə qədər ödənilməli olan 9850 manat pul məbləğindən, 7 ay üzrə qismən ödənilmiş olan cəmi olaraq 3321.71 manat pul məbləği çıxılmaqla, qalıq qalan 6528,29 manat pul məbləğinin cavabdehdən tutulması və cari ilin sentyabr, oktyabr aylarının sosial ödənişinin hər aylıq olaraq ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı iddia tələbində isə iddiaçı müraciətini nəzərə alaraq müraciət etdiyi tarixdən yəni ##.##.2025-ci tarixindən ailəsinə 1 il müddətinə 985 manat pul məbləğində ünvanlı dövlət sosial yardımının təyin olunması, ##.##.2025-ci il tarixinə qədər 6 aylıq müddət üzrə ödənilməli olan 5910 manat pul məbləğindən, 4 aylıq müddət üzrə qismən ödənilmiş 1898,12 manat pul məbləğini çıxmaqla qalıq qalan 4011,88 manat pul məbləğinin cavabdehdən tutulması, ##.##.2025-ci il tarixindən təyin olunmuş müddətin sonuna kimi hər aylıq sosial yardımın ödənilməsi və vəzifə səhlənkarlığına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Göründüyü kimi, yaranmış mübahisə artıq təyin edilmiş ünvanlı sosial yardımın məbləği ilə bağlıdır və hazırkı iddia tələbi e-*-*(***)-****/**** saylı inzibati iş üzrə iddia tələbi ilə tam əhatə edilmişdir. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** saylı Qərarında qeyd olunmuşdur ki, IPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. 6.Iddiaçı apaellyasiya şikayəti verərək qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması üçün onun birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(105)- 1059/2025 nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakimlər V.Hacıyev /sədrlik edən və məruzəçi/, T.Axundov və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 8.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 9.Iddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 10.Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bu qərara gəlinərkən ciddi hüquqi səhvə yol verilmiş, iş araşdırılmadan belə bir qərar verilmişdir. Belə ki, ##.##.2024-cü il tarixli ************** nömrəli müraciət əsasında e-*-*(***)-****/**** saylı iş üzrə digər məhkəmənin icraatında olan iş üzrə məhkəmə prosesi getdiyi dövrdə ünvanlı sosial yardımın ödənişi 4 aylıq bir müddət üçün bərpa olunmuş və yenidən ##.##.2025-ci il tarixində dayandırılmışdır. Yəni, hal-hazırda ailəyə ünvanlı sosial yardımın ödənişi aparılmır. Buradan da görünür ki, məhkəmə icraatında olan işə aid olmayan, digər məhkəmənin icraatında olan iş üzrə qərar vermiş onu da düzgün olmayaraq guya ünvanlı sosial yardımın ödənişi davam edir qənaətinə gəlmişdir. Buradan da görünür ki, məhkəmə iddia ərizəsinin mümkün hesab edilməməsi barədə qərara gələrkən ciddi hüquqi səhvə yol verərək prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə qərara gələrkən qanunvericiliyin tələblərinə və işin faktiki hallarına deyil öz şəxsi mülahizələrinə əsaslanmışdır. Odur ki, məhkəmənin gəldiyi qərar əsasız olduğu üçün ləğv olunmalıdır.

TƏTBIQ EDILƏN HÜQUQ

11.“Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.5. IPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.6. IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

12. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

13.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 14.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

15. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. 16.Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 17.Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 18.Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Qeyd edilməlidir ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsinin olubolmaması19. da araşdırılmalı olan hallardandır. Belə ki, qeyd edilən məhkəmə mübahisəsinin artıq mövcud olması iddianın mümkünlüyünə təsir edən faktordur. 20.Iş materiallarından aydın olur ki, iddiaçının cavabdehə qarşı “ünvanlı sosial yardımın təyin olunması” tələbinə dair e-*-*(***)-****/**** saylı inzibati iş Sumqayıt Inzibati Məhkəməsinin icraatında olmuşdur. Həmin iş üzrə irəli sürülmüş iddia tələbləri ilə hazırkı iş üzrə iddia tələblərinin müqayisəli təhlili onu göstərir ki, onlar eyni hüquqi münasibətlərdən irəli gəlməklə yanaşı, eyni predmetə yönəlmiş və mahiyyət etibarilə üstüstə düşən tələblərdən ibarətdir. Belə ki, hər iki halda iddiaçı tərəfindən ünvanlı dövlət sosial yardımının təyin olunması, müəyyən dövr üzrə hesablanması və ödənilməmiş məbləğin cavabdehdən tutulması tələb olunur. Tələblər arasında dövrlərin fərqli göstərilməsi hər iki iddianın hüquqi mahiyyətini dəyişdirmir və mübahisənin eyniliyini aradan qaldırmır. 21.Apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, iddiaçının e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli ərizəsi ilə iddia tələblərini dəqiqləşdirməsi nəticəsində hazırkı iddia ərizəsində göstərilən bütün tələblər əvvəlki inzibati iş çərçivəsində artıq irəli sürülmüş və həmin işin predmetinə daxil edilmişdir. Bu hal onu göstərir ki, iddiaçı eyni hüquqi mübahisəni təqdim etməklə paralel icraat yaratmağa çalışmışdır. Halbuki, prosessual qanunvericilik belə halların qarşısını almağa yönəlmişdir və eyni predmet üzrə birdən artıq icraatın mövcudluğu yolverilməz hesab olunur. Bu baxımdan, apellyasiya məhkəməsinin gəldiyi nəticə hazırkı iddianın müstəqil hüquqi mübahisə yaratmaması və əvvəlki işlə tam əhatə olunması səbəbindən əsaslı və qanuni hesab edilməlidir. 22.Bununla yanaşı kassasiya instansiyası məhkəməsi bildirir ki, Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə artıq iddiaçının digər iddiası rədd edilmişdir. 23.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 24.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(105)-1059/2025 nömrəli ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar