Məhkəmə qərarları › İş №2-1(102)-4439/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4439/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4439/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı iddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (birinci iş) qarşı və iddiaçı iddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (ikinci iş) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi və ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı iddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs4 MMC, iddiaçı2, üçüncü şəxs3 və üçüncü şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” (birinci iş) və iddiaçı iddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı (iddiaçı1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” (ikinci iş) tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından xxxx iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsi iddiaçı1 mülkiyyətindədir. Həmin torpaq sahəsinin planı və ölçüsü X1 adına ##.##.2015-ci il tarixdə (№ AA 072148) tərtib edilmişdir.

2. ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Musayev küçəsi, 6 (yeni qaydalarla: AZ 1075, ünvan 2 68) ünvanında yerləşən 5522,60 kv.m qeyri-yaşayış binası iddiaçı1 mülkiyyətindədir.

3. ##.##.2017-ci il tarixli “xxxx müqaviləsi”nə əsasən, üçüncü şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən 0,0375 ha torpaq sahəsini iddiaçı2 mülkiyyətinə vermişdir.

4. RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Ziya Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən 0,0375 ha torpaq sahəsi iddiaçı2 mülkiyyətindədir. Həmin torpaq sahəsinin planı və ölçüsü üçüncü şəxs3 adına ##.##.2012ci il tarixdə (№ AA 039177) tərtib edilmişdir.

5. Apellyasiya icraatı zamanı məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş *-**-*-**/*-*****/**** saylı, ## ####### 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, üçüncü şəxs4 MMC-nin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

6. Məktuba əlavə edilmiş: - ## ### 2008-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” adlanacaq X3 tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş **/***** nömrəli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., * saylı taksomotor parkının yaxınlığında yerləşən 0.1245 ha torpaq sahəsindən 0,0375 ha torpaq sahəsini Alıcı – X4 mülkiyyətinə verir. - ## ### 2008-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” adlanacaq X3 tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş **/***** nömrəli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., * saylı taksomotor parkının yaxınlığında yerləşən 0.1245 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini Alıcı – X5 mülkiyyətinə verir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., * saylı taksomotor parkının yaxınlığında yerləşən 0.037 ha torpaq sahəsi üçüncü şəxs2 xüsusi mülkiyyətindədir. - ## ### 2019-cu il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” adlanacaq X3 tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ##.##.2010-cu il tarixdə verilmiş **/**** nömrəli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., * saylı taksomotor parkının yaxınlığında yerləşən 0,037 ha torpaq sahəsini Alıcı – üçüncü şəxs2 mülkiyyətinə verir. - ## #### 2021-ci il tarixli “xxxx” müqaviləsinə əsasən X1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini iddiaçı1 bağışlamışdır. - ## ##### 2012-ci il tarixli, AN-İ № ******* nömrəli “xxxx” müqaviləsinə əsasən X4 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən ümumi sahəsi 0.0375 ha olan torpaq sahəsini üçüncü şəxs3 bağışlamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ### 2012-ci il tarixli, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., * saylı taksomotor parkının yaxınlığında yerləşən 0,0375 ha torpaq sahəsi üçüncü şəxs3 xüsusi mülkiyyətindədir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2017-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Z.Bünyadov pr., * saylı taksomotor parkının yaxınlığında yerləşən 0,0375 ha torpaq sahəsi iddiaçı2 xüsusi mülkiyyətindədir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiya məhkəməsindəki icraat

7. iddiaçı1 (bundan sonra – “xxxx”) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və ünvan 2 68 (əvvəlki ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi, 6) ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi ərazinin hüdudları daxilində olan mövcud döngə nöqtə koordinatlarının etibarsız hesab edilməsi və etibarsız hesab edilmiş koordinatların daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və ünvan 2 68 ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətindədir. Hər iki əmlak barədə iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar vardır. Torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakların və iddiaçının hazırkı ərizədə göstərdiyi əmlaklarının reyestrdə Dövlət qeydiyyatı aparılan zaman texniki qüsurlara yol verilmiş, döngə nöqtələrinin koordinatları qarışdırılmışdır. Sərhəd qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi iddiaçı2 bu haldan qanunsuz istifadə edərək əsassız varlanmağa çalışmış və iddiaçıya qarşı məhkəmədə iddia qaldıraraq onun əmlakına sahiblənməyə cəhd etmişdir. Uzun sürən məhkəmə araşdırmalarından sonra ## ######## 2020-ci il tarixdə Ali Məhkəmənin Mülki kollegiyası ədalətli qərar çıxararaq onlara qarşı verilən iddianı rədd etmişdir. iddiaçı2 əsassız iddialarla çıxış etməsi faktı cavabdehə məlum olduğu üçün iddiaçı2 həmin torpaq sahəsinə dair reyestrdən çıxarış versə də, plan-ölçü sənədini ona verməmişdir. Hazırda iddiaçının qeyd olunan əmlaklarının yerləşdiyi ərazinin hüdudları daxilində iddiaçı2 məxsus olmuş əmlakın öncəki mülkiyyətçilərin adına verilmiş plan-ölçü sənədindəki koordinatlar qalmaqda davam edir.

9. Birinci iş üzrə cavabdeh * saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı2 iddiaçı iddiaçı1 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” iddia tələbinin təmin edilməməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə qüvvədə saxlanılmışdır. iddiaçı2 Ədbülhüseyn oğlunun “torpaq sahəsinə dair plan və ölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)- ****/**** saylı inzibati işi icraatda olduğundan döngə nöqtələrinin koordinatlarına hər hansı bir dəyişikliyin edilməsi mümkün olmamışdır.

10. Bundan başqa, iddiaçı2 (bundan sonra – “xxxx”) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2017-ci il tarixli, RX******* nömrəli çıxarışa əsasən iddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən 0,375 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, * saylı taksomotor parkı ünvanında yerləşən 0,375 ha torpaq sahəsi üçüncü şəxs3 xüsusi mülkiyyətində olub, üçüncü şəxs3 torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq ona ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilib. Bundan əlavə, üçüncü şəxs3 tərtib tarixi ##.##.2012-ci il olan AA-****** nömrəli torpaq sahəsinin planı və ölçüsü verilib. ##.##.2017-ci il tarixdə bağlanan bağışlama müqaviləsi əsasında üçüncü şəxs3 həmin torpaq sahəsini iddiaçı iddiaçı2 bağışlayıb. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq onun adına ##.##.2017-ci il tarixli, RX0998641saylı çıxarış verilib. İddiaçı torpaq sahəsinin plan-ölçüsünün verilməsi ilə bağlı cavabdehə müraciət edib. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli məktubla torpaq sahəsinə dair iddiaçıya plan-ölçünün verilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının faktiki sahədə və sərhəd qonşuluğunda yerləşən torpaq sahələrinin natura vəziyyəti arasında ciddi uyğunsuzluğun olmasını göstərmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hallara görə iddiaçı hər hansı məsuliyyət daşımır və iddiaçı hesab edir ki, bu əsas formal xarakter daşıyır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş əvvəlki mülkiyyətçi üçüncü şəxs3 adına rəsmiləşdirilmiş tərtib tarixi ##.##.2012-ci il olan AA-****** nömrəli torpaq sahəsinin plan ölçüsündə koordinatlar mövcud olub və həmin məlumatları cavabdeh müəyyən edərək sənədlərdə qeyd etmişdir. İddiaçı həmin torpaq sahəsini müqavilə ilə əldə etdiyi, daimi olaraq istifadə etdiyi və ən əsası əvvəllər həmin torpaq sahəsinə dair plan-ölçünün verildiyi halda iddiaçıya münasibətdə cavabdehin hansısa uyğunsuzluğa istinad edərək sənədi verməkdən imtinası qanuni hesab edilə bilməz.

12. İkinci iş üzrə cavabdeh * saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən koordinatlarla faktiki torpaq sahəsi və sərhəd qonşuluğunda yerləşən digər torpaq sahələrinin natura vəziyyəti arasında ciddi uyğunsuzluqlar mövcuddur. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinə 2130123571 və ********** nömrəli ərizələr ilə X1 və 2130139902, 2330143672 və ********** nömrəli ərizələr ilə iddiaçı1 müraciətləri daxil olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən torpaq sahəsi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

13. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan e-*-*(***)-****/**** saylı (ikinci iş) inzibati iş həmin məhkəmənin icraatında *-*(***)-*****/**** saylı (birinci iş) inzibati işə birləşdirilmiş, ikinci iş 2-1(112)-14271/2024 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilmişdir.

14. İddiaçı iddiaçı1 “üçüncü şəxs3 məxsus ************ reyestr nömrəli, ##.##.2012-ci il tarixli, Bakı şəhəri Nərimanov rayonu, Ak.Ziya Bünyadov pr, * saylı taksomotor parkının yanı ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

15. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə birinci iş üzrə iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.

16. Məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə, xxxx2, üçüncü şəxs3, üçüncü şəxs2 və üçüncü şəxs4 MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir

17. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı iddiaçı1 cavabdehə qarşı (üçüncü şəxs4 MMC, iddiaçı2, üçüncü şəxs3 və üçüncü şəxs2 üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, üçüncü şəxs3 məxsus ************ reyestr №-li, ##.##.2012-ci il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov pr., * saylı taksomotor parkının yanı ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddiaçı iddiaçı2 cavabdehə qarşı (iddiaçı1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır (hakim – H.Ağalarov).

18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xxxx olan iddiaçı2 “xxxx” liseyi və iddiaçı1 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mövcud olmuş məhkəmə mübahisəsi iddianın mahiyyəti üzrə həllində mühüm rol oynayır.

19. Belə ki, həmin iş üzrə, iddiaçı2 özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həm birinci instansiya, həm apellyasiya, həmçinin kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişlər ki, eyni küçədə və bir-birinin yanında yerləşən obyektlərə fərqli ünvanların verilməsi, üçüncü şəxs3 tərəfindən torpaq sahəsi iddiaçı2 bağışlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin reyestr nömrəsinin dəyişdirilməsi, həmin torpaq sahəsinə hal-hazırkı dövrə qədər plan və ölçü sənədinin verilməməsi, iddiaçı2 həmin torpaq sahəsini əldə edənə qədər xxxxnin binasının mövcud olması, xxxxnin binasının yerləşdiyi torpaq sahəsinin həm dövlət mülkiyyətində, həm də iddiaçı2 mülkiyyətində olmasının qeyrimümkünlüyü, iddiaçı2 mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmiş, bununla yanaşı hazırda qanuni əsaslarla fəaliyyət göstərən xxxx özbaşına tikili olmamışdır.

20. Eyni zamanda, mülki məhkəmə qərarlarında qeyd olunmuşdur ki, “xxxx” liseyi ##.##.2012-ci il tarixdə ümumi təhsil müəssisəsi kimi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınan ümumi təhsil müəssisəsidir. Təhsil müəssisəsinin binasının inşası və mülkiyyətçisi ilə bağlı qeyd olunmalıdır ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının *** saylı, ## ###### 2008-ci il tarixli Sərəncamına əsasən X2, Əhməd Rəcəbli küçəsinə paralel salınmış yolun kənarında öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ofis və ticarət binasının tikintisinə icazə verilmiş, bina tikilərək istismara qəbul olunmuş və daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2012-ci il tarixli çıxarışa əsasən həmin qeyri-yaşayış binasının üzərində X2 mülkiyyət hüququ tanınmışdır. Bundan sonra ##.##.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Sona Məmmədova həmin qeyri-yaşayış binasını iddiaçı1 bağışlamış və “xxxx” liseyinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi, 6 ünvanındaki qeyri-yaşayış binası iddiaçı1 xüsusi mülkiyyətində, binanın yerləşdiyi 0,10735 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir.

21. Məhkəmə yuxarıda göstərilənləri rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi * saylı taksimotor parkının yanında ünvanı altında olan 3 (üç) fərqli daşınmaz əmlak faktiki olaraq üst-üstə düşməsələr də, üçüncü şəxs3 adına ##.##.2012-ci il tarixdə tərtib edilmiş AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə görə əmlakın koordinatları düzgün olmamış, bununla da torpaq sahələri hüquqmüəyyənedici sənəd əsasında üst-üstə düşmüşdür. Göründüyü kimi, əsas mübahisə həmin plan ölçü sənədində göstərilən koordinatlardan irəli gəlir. Çünki mülki məhkəmə mübahisəsinə baxılan zaman məhkəmələr Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-1 küçəsi, 6 ünvanında yerləşən “xxxx” liseyinin özbaşına tikili olmadığı, əksinə, həmin əmlakın daha əvvəl tikildiyi və ümumiyyətlə altında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu halda, fiziki şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinin mümkün olmadığı qənaətinə gəlmişdirlər. Başqa sözlə desək, mübahisəli torpaq sahələrinə plan ölçü sənədləri verildiyi zaman cavabdeh inzibati orqan səlahiyyətlərini düzgün icra etməmiş, “xxxx” liseyinin daha əvvəl tikildiyini, həmin tikili altında olan torpaq sahəsinin isə dövlət mülkiyyətində olmasını nəzərə almamışdır.

22. Digər tərəfdən, mülki məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı2 tərəfindən inşa olunmuş qeyri-yaşayış binası xüsusi mülkiyyətində olan 0,0375 ha torpaq sahəsində inşa edilsə də, qeyri-yaşayış binasına dair iddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən binanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi, torpağın ölçüsü isə 0,05281 ha göstərilmişdir. Halbuki Nərimanov RİH başçısının ##.##.2010-cu il tarixli sərəncamı ilə həmin torpağın əvvəlki sahibi F.Ələkbərova məhz öz mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış binasının (ticarət mərkəzinin) tikilməsinə icazə verilmiş, həmin torpaq sahəsində başqa heç kimə, o cümlədən iddiaçı2 və üçüncü şəxs3 qeyri-yaşayış sahəsinin tikintisinə sərəncam verilməmişdir. Bu faktı məhkəmədə şahid qismində dindirilmiş torpaq sahəsinin iddiaçı2 əvvəlki mülkiyyətçisi olan iddiaçının bacısı oğlu üçüncü şəxs3 da təsdiq edərək ifadəsində göstərmişdir ki, iddiaçı2 həmin ərazidə digər torpaq sahəsi olmamışdır və onun adına ilkin qeydə alınan qeyri-yaşayış binası F.Ələkbərovdan aldıqları özəl torpaq sahəsi üzərində tikilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin DƏDRX-in Bakı Ərazi İdarəsinə ünvanladığı ##.##.2017-ci il tarixli məktubdan da görünür ki, mübahisəli torpaq sahəsində ticarət obyektinin tikintisi üçün icazə torpaq sahəsinin əvvəlki mülkiyyətçisi F.Ələkbərova verilmiş, iddiaçı2 və ya üçüncü şəxs3 tikinti aparmaq üçün heç bir sərəncam verilməmişdir.

23. Göründüyü kimi, iddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən 0,375 ha torpaq sahəsi ona məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi olduğundan, iddia etdiyi üçüncü şəxs3 adına ##.##.2012-ci il tarixdə tərtib edilmiş AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində olan koordinatlar üzrə plan və ölçü sənədinin verilməsindən imtina edilməsində cavabdeh haqlı olmuşdur.

24. Qərardan narazı qalan xxxx apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının tam ləğv edilməsi, birinci iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını, ikinci iş üzrə iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Səmədov, hakimlər – M.Tağızadə, O.İsmayılov).

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

27. Qərardan narazı qalan xxxx apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi, birinci iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını, ikinci iş üzrə iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı1 cavabdehə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov prospekti, * saylı taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin və ünvan 2 68 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi ərazinin hüdudları daxilində olan döngə nöqtə koordinatlarının etibarsız hesab edilməsi, etibarsız hesab edilmiş koordinatların daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh tərəfindən müraciəti təmin olunmadığından eyni tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında inzibati işə baxıldığı müddətdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs3 məxsus (mülkiyyət hüququ ilə mənə məxsus olan) ************ reyestr №-li, ##.##.2012-ci il tarixli, (№ AA 039177) Bakı şəhəri, Nərimanov rayonu, Ak.Ziya Bünyadov pr, * saylı taksomotor parkının yanı ünvanına aid olan torpaq sahəsinin planı və ölçüsünun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçı1 cavabdehə qarşı iddia ərizəsi mümkünsüz sayılmalıdır.

29. iddiaçı1 eyni tələb, eyni əsaslarla iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2023-cü il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarı olmuş və həmin qərar hazırkı iş materiallarına əlavə olunmuşdur. Qərarla üçüncü şəxs iddiaçı2 Əbdülhəsən oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçı iddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti * saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması, buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi və Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti * saylı Taksomotor parkının yanı ünvanında yerləşən iddiaçı2 və üçüncü şəxs2 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq iddiaçı2 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına aid hüquqlarını mübahisələndirmiş, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi * saylı taksomotor parkının yanında ünvanda mülkiyyət hüququ ilə ona məxsus olan 0,375 kv. metr torpaq sahəsi ilə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasını eyni əmlak olması nəticəsinə gəlmişdir. Əvvəla, iş materialları ilə tam sübuta yetrilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi * saylı taksomotor parkının yanında ünvanda 0,375 kv.m torpaq sahəsi alqı-satqı müqavilələri əsasında və ona bağışlama müqaviləsi əsasında məxsus olmuşdur. İkincisi, iddiaçı2 mülkiyyət hüququ qeydə alındığı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi * saylı taksomotor parkının yanında ünvanda 0,375 kv.m torpaq sahəsi üzərində hər hansı bir qeyri-yaşayış sahəsi tikilməmiş və tikiliyə hüququ qeydə alınmamışdır. Üçüncüsü, ünvan 1 ünvanda yerləşən 0,05281 ha, torpaq sahəsi dövlət mülkiyyətindədir və torpaq sahəsində 3150 kv.m sahəsi olan qeyri-yaşayış binası inşa olunmuşdur. İnşa olunmuş qeyriyaşayış binası ## #### 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə satılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi * saylı taksomotor parkının yanında ünvanda 0,375 kv.m torpaq sahəsi satılmamış və iddiaçı2 mülkiyyətindədir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (* nömrəli əlavə) “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”:

4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi * saylı taksimotor parkının yanında ünvanı altında 3 (üç) fərqli daşınmaz əmlak (torpaq sahəsi) qeydiyyatdan keçmiş, həmin torpaq sahələri üzərində fiziki şəxslərin mülkiyyət hüquqları qeydə alınmış və mülkiyyət hüquqlarının qeydə alınmasının əsasında mülki əqdlər dayanmışdır. Təkzibolunmaz haldır ki, adı çəkilən ünvanda yerləşən torpaq sahələri hər biri ayrı-ayrılıqda fərqli fiziki şəxslərin adlarına qeydiyyata alınmışdır.

41. Hazırkı iş üzrə mübahisə predmeti üçüncü şəxs3 adına ##.##.2012-ci il tarixdə tərtib edilmiş AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədidir. Birinci iş üzrə hüquqi maraq həmin sənədin ləğv edilməsi, ikinci iş üzrə isə həmin sənədə istinad edərək öz adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə nail olmaqdan ibarətdir.

42. Göründüyü kimi, hər iki iddianın həlli üçün müəyyən edilməli olan hal üçüncü şəxs3 adına ##.##.2012-ci il tarixdə tərtib edilmiş AA ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin düzgün tərtib edilib-edilməməsidir.

43. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, xxxx olan iddiaçı2 “xxxx” liseyi və iddiaçı1 qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mövcud olmuş məhkəmə mübahisəsi xüsusi ilə vurğulanmalıdır.

45. Həmin mülki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarındakı mövqe və müəyyən edilmiş hallar apellyasiya instansiyası tərəfindən qeyd olunduğundan məhkəmə kollegiyası həmin halları təkrarlamağı zəruri bilmir.

46. Buna baxmayaraq məhkəmə kollegiyası bildirir ki, mübahisəli torpaq sahələrinə plan-ölçü sənədləri verildiyi zaman cavabdeh inzibati orqanın səlahiyyətlərini düzgün icra etməməsi qanuni qüvvəyə minmiş mülki məhkəmə aktları ilə müəyyən edildiyindən təkzibolunmaz faktdır. Belə olan halda mülki mübahisə üzrə qəbul olunmuş və qanuni qüvvəsini almış məhkəmə qərarlarının hazırkı mübahisənin həllində mühüm rol oynaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin “eyni tələb ilə bağlı kassasiya instansiya məhkəməsinin qərarı ilə bağlı” dəlili ilə razılaşmayaraq bildirir ki, istinad edilən *- *(***)-****/**** nömrəli inzibati iş üzrə ##.##.2023-cü il tarixli qərardan göründüyü kimi, həmin iş üzrə iddia tələbi koordinatların faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmaqla yeni plan və ölçü sənədinin verilməsindən ibarət olmuşdur. Bundan başqa, qərarda qeyd edilmişdir ki, torpaq sahələrinin plan və ölçüsündə qeyd edilən koordinatlar ilkin sənədlərdə mövcud olduğu halda, plan və ölçü sənədlərində qeyd edilən koordinatlar üzrə torpaq sahələrinin verilməsinə əsas olan sənədlər qüvvədə olduğu halda hazırkı iddia mümkün sayıla bilməz. Göründüyü kimi, istinad edilən iş ilə hazırkı iş eyni tələbli inzibati iş olmamışdır.

48. Apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.

49. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

xxxx iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar