Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-444/2019 30.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-444/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 30 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-1(103)2616/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 2016-cı il 22 iyul tarixli, 302 saylı Sərəncamı ilə iddiaçıya icarə əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 0,4038 ha torpaq sahəsinin üzərində Bakı Şəhər İcra Hakimiyyəti və iddiaçı arasında bağlanmış, 2017-ci il 29 mart tarixli, 1304 saylı icarə müqaviləsindən irəli gələn hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət re yestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinın 2017-ci il 29 iyun tarixli 2-1(81)3732/2017 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinın 2017-ci il 28 iyul tarixli 2-1(81)3732/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 2016-cı il 22 iyul tarixli, 302 saylı Sərəncamı ilə iddiaçıya icarə əsasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 0,4038 ha torpaq sahəsinin üzərində Bakı Şəhər İcra Hakimiyyəti və iddiaçı arasında bağlanmış, 2017-ci il 29 mart tarixli, 1304 saylı icarə müqaviləsindən irəli gələn hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsiöhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 23 noyabr tarixli 2-1(103)-2304/2017 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 14 dekabr tarixli 2-1(103)-2304/2017 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 may tarixli 2-1 (102) -839/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 14 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 28 iyul tarixli qərarının ləğv edilməsini, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Ərizənin ə saslandırılması: Ərizə onunla əsaslandırılmışdır ki, müvafiq daşınmaz əmlakla bağlı cavabdehin mütəxəssisləri tərəfindən müvafiq ünvanda 2018-ci il 28 iyun tarixində aparılmış yoxlamaölçü işləri zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq torpaq sahəsi üzərində özbaşına tikintialtı sahəsi 340 kv.m olan 3 ədəd qeyri-yaşayış binası (ofis) inşa edilmişdir. Müvafiq torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Torpaq sahəsinin dövlət qeydiyyatı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin rəyi aşkar edilməmişd ir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmış ərazinin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin faktiki konfiqurasiya və perimetrik ölçülərində fərq var. Torpaq sahəsinə dair cavabdehə dövlət torpaqlarının icarəyə verilməsinə dair qanunvericiliyin tələblərinə uyğun sənədlər təqdim edilməmişdir. Torpaq sahəsi Bakı Televiziya Qülləsinin yaxınlığında yerləşir və dövlət mülkiyyətində olan torpaqlara aiddir. Eyni zamanda, cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəsatətlə müraciət edərək yeni açılmış hallarla bağlı icraatın təzələnməsini nəzərə alaraq məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2018-ci il 10 sentyabr tarixli 2-1(81)3732/2017 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilən hallar işə mahiyyəti üzrə baxılan zaman məhkəmə araşdırmasının predmeti olmuşdur. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə təmin edilmədiyindən, iş üzrə məhkəmə qərarının icrasının dayandırılmasına əsaslar yoxdur. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin, yeni açılmışhallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin inzibati iş üzrəüçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza keçirilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-1(103)-2616/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərardadı cavabdehə 2018-ci il 19 noyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardaddan 2018-ci il 28 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini, məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin olunmasını, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizədə göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: İddiaçının və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbay can Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış ha llarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İşin materiallarından göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar və faktlar işə mahiyyəti üzrə baxılıb həll edilərkən mövcud olmuş, həmin hallar (həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti icraata cəlb edilməklə) məhkəmə araşdırmasının predmeti olmuşdur. İPM-in 106-cı maddəsinin müddəalarına əsasən, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır (106.1). İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzəl ənməsi haqqında qərardad qəbul edir (106.2). İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (106.3). Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-1(103)-2616/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-444/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-444/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver