Məhkəmə qərarları › İş №2-1(102)-444/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-444/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-444/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil uçotuna alınma). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.04.2021 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı mənzil uçotuna alınması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 2-1(105)-354/2020 nömrəli qərarında n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı onun mənzil uçotuna alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir.

2. Cavabdeh inzibati orqan iddiaçının adına fərdi yaşayış evi və torpaq sahəsi olduğunu əsas tutaraq, iddiaçını mənzil uçotuna almaqdan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh üzərinə onun Qarabağ müharibəsi əlili kimi mənzil uçotuna alınması vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsi əlili kimi mənzil uçotuna alınması ilə bağlı cavabdeh in zibati orqana müraciət etmiş, lakin imtina cavabı almışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının mənzil uçotuna alınması barədə ərizəsi araşdırılarkən, onun mülkiyyətində torpaq sahəsi və yaşayış evi olduğu müəyyən edilmiş, yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması üçün Mənzil Məcəlləsinin 51-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığına görə onun xahişi təmin olunmamışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2-1(118)-645/2020 saylı qərarı ilə (hakim İ.Quliyev) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının adına fərdi yaşayış evi və torpaq sahəsi olduğundan mənzil sahəsini yaxşılaşdırmağa ehtiyacı olan qismində uçota götürülməsi mümkün deyil.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2020-ci il tarixli 2-1(105)-354/2020 nömrəli qərarı ilə (hakimlər H.Babayeva (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasi ya şikayətində göstərilir ki, hal-hazırda iddiaçı Abşeron rayonun Xırdalan qəsəbəsində yaşayır və daimi orada qeydiyyatdadır və qeydiyyat yeri üzrə mülkiyyətində, icarəsində və ya istifadəsində mənzil yoxdur. Məhkəmə Kollegiyası Abşeron rayonu ərazisində iddiaçının mülkiyyətində, istifadəsində və icarəsində mənzilin olub-olmamasını yoxlamamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ümumilikdə 140,0 kv.metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən fərdi yaşayış evlərinin həcmi torpaq sahəsinin 0,2 həcmindən artıq olmamalıdır. Yəni 140 kv.metr torpaq sahəsində 28 kv.metrdən artıq mənzil, fərdi yaşayış evi tikə bilməz. 28 kv.metrlik fərdi yaşayış evi isə onların ailəsinin ehtiyaclarını odəməyəcəkdir. Məhkəmə qərarında qeyd edilən, iddiaçının mülkiyyətində ola n fərdi yaşayış evi Gədəbəy rayonu Novosaratovka kəndində yerləşir və həmin ev ona bacısı X1 tərəfindən hədiyyə edilmişdir və ev hal-hazırda istifadəyə yararsızdır. İddiaçı Gədəbəy rayonunda İcra Hakimiyyətinə müraciət etməmiş, Abşeron rayonunda müraciət etmişdir. Məhkəmə bu hala düzgün qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edi lməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Respublikası Mənzil Məcəlləsi” Maddə

50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olm ayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə

50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqavilə sinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə

51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir n eçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması o nların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə

53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

17. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qayd ada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

18. Azərbaycan Respublikası İPM Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdi m olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

22. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə, iddiaçının, Qarabağ müharibəsi əlili kimi mənzil uçotuna alınması ilə bağlı olmuşdur. İddiaçının əlil olması və müharibə veteranı olması tərəflər arasında mübahisə olunmur. İşin mübahisəli halı - iddiaçının mənzil uçotuna alınmamasının əsası - onun yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməməsi olmuşdur.

23. Belə ki, cavabdehin imtinasından göründüyü kimi iddiaçının adına fərdi yaşayış evi və torpaq sahəsi olduğundan, onun mənzil sahəsini yaxşılaşdırmağa ehtiyacı olan qismində uçota götürülməsi mümkün olmamışdır.

24. İddiaçı isə bununla razılaşmır və mövqeyini onunla əsaslan dırır ki, mülkiyyətində olan torpaq sahəsi oğlunun istifadəsindədir, fərdi yaşayış evi isə bacısı tərəfindən ona bağışlanılmış və hazırda istifadəyə yararsızdır.

25. İddiaçının bu dəlilləri əsassızdır və onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinə əsas vermir. Çünki Mənzil Məcəlləsinin yuxarıda qeyd olunmuş 50-ci maddəsnin tələbindən göründüyü kimi, uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar və uçot norması hesablanarkən vətəndaşa və onun ailə üvlərinə mülkiyyət hüququ ilə məxsus olan bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmalıdır.

26. Yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi və yaşayı ş sahəsinin uçot normasının miqdarı ilə bağlı qeyd edilməlidir ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 27.08.2009-cu il tarixli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, üç ay müddətində həmin Məcəllənin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasını Azərbay can Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin.

27. Məcəllənin qüvvəyə minməsindən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən belə qaydalar qəbul edilməmişdir.

28. Qüvvədə olan Mənzil Məcəlləsində isə yalnız yataqxanalarda və manevr fondu yaşayış sahələrində adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması müəyyən edilmişdir (104.1; 105.1).

29. Əvvəllər qüvvədə olmuş «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə əlillərin, sağlamlıq imkanları məhdud uşağın ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil verilməsinin növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər, sağlamlıq imkanları məhdud uşağın ailələri, habelə İİ və İİİ qrup müharibə əlilləri ailədə adambaşına 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

30. Beləliklə də, hazırki qanunvericiliklə tənzimlənməsə də, əvvəlki qanunvericilikdə oxşar hüquq münasibətlərini tənzimləyən Qanuna əsasən yaşayış sahəsinin uçot normasının miqdarı 9 kvadratmetr və daha az yaşayış sahəsi ilə təmin edilmiş şəxslər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar.

31. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Gədəbəy rayonu, Novors aratovka kəndində yerləşən ümumi sahəsi 79.5 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.

32. Belə olduqda isə müəyyən olunur ki, iddiaçı 2 nəfər ailə üzvü ilə birlikdə 79.5 kv.m. ümumi, hər adama 9 kvadratmetrdən çox olan - hər adama düşən sahə 39.75 kv.m olan ibarət yaşayış sahəsinə malikdir.

33. İşə baxmış məhkəmə haqlı olaraq qeyd etmişdir ki, fərdi yaşayış evinin bağışlama yolu ilə hədiyyə şəklində iddiaçının mülkiyyətinə keçməsi iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun məzmununa təsir etmir. Belə ki, bağışlama, şəxsin əmlakının bir hissəsinin başqasına hədiyyə şəklində verilərək onun mülkiyyətinin zənginləşdirilməsidir. Başqa sözlə, bağışlama müqaviləsi də nəticə etibarı ilə hədiyyə alanın mülkiyyət hüququnu yaradır. Mülkiyyət hü ququnun hansı əsaslarla (alqısatqı, vərəsəlik, bağışlama və s.) yaranması isə hüquqi nəticəni dəyişmir. Yəni ki, iddiaçı mülkiyyətində yaşayış sahəsi olan şəxs kimi qəbul olunur.

34. Mülkiyyətində olan fərdi yaşayış evinin istifadəyə yararsız olması ilə bağlı iddiaçının dəlilinə münasibətdə apelyasiya haqlı olaraq qeyd etmişdir ki, Mənzil Məcəlləsnin 56.2-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur.

35. Göründüyü kimi qanunvericilikdə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilməsi üçün həmin yaşayış sahəsinin yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş olması tələb olunur. Hazırda isə iddiaçı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, işin halı həqiqətən də iddiaçının bildirdiyi kimidirsə, yəni mülkiyyətində olan yaşayış sahəsi həqiqətən də istifadəyə tam yararsız, təmiri və bərpası mümkünsüzdürsə, bu hal mötəbər dəlillərlə, səlahiyyətli aidiyyəti qurumlardan rəyi ilə təsdiq olunmalı idi. Hazırki halda isə bunların heç biri olmadığından, iddiaçının bu dəlili də əsaslı hesab edilmir.

36. Mülkiyyətində olan torpaq sahəsinin özünün deyil, oğlunun istifadəsində olması ilə bağlı apelyasiya kollegiyası düzgün olaraq qeyd etmişdir ki, əvvəla bu hal da hər hansı sübutla təsdiq olunmur. Təsdiq olunmuş olsaydı belə, yenə də vəziyyət iddiaçının xeyrinə dəyişmir. Bu ona görədir ki, qanunun məqsədi sosial müdafiəyə ehtiyacı ola n şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırki halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Belə ki, başqasının istifadəsində olmasından asılı olmayaq mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evinin olması iddiaçını yaş ayış sahəsinə ehtiyacı olan vətəndaş olmaq hüququndan məhrum edir. Belə olduqda isə iddiaçının müvafiq əsasla mənzil uçotuna alınması üçün də hər hansı əsas müəyyən olunmur.

37. Məhkəmə kollegiyası apelyasiya instansiyasının əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2020-ci il tarixli 2-1(105)-354/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar