Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-444/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMM-in cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsi hesab vərəqəsinə düzəliş edilərək artıq ödəmənin bərpa olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMM-in cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının şəxsi hesab vərəqəsinə düzəliş edilərək artıq ödəmənin bərpa olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 21(103)-2458/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 30 sentyabr 2020-ci il tarixli, **********11870 nömrəli bildirişi ilə müəyyən edilmişdir ki, İddiaçı MMM-in şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 254.996,0 manat məbləğində artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmi ş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir.
2. İddiaçı cavabdeh vergi orqanına müraciət edərək artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilməsinin səbəblərinin və əsaslarının izah edilməsini xahiş etmişdir.
3. Cavabdeh **********621700 nömrəli, 12 oktyabr 2020-ci il tarixli məktub ilə müraciətə cavab verərək bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Araşdırma zamanı şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 254.996 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 26 noyabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və iddiaçının şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə düzəliş edilərək 254.996 manat məbləğində artıq ödəmənin şəxsi hesab vərəqəsində bərpa olunmasını və şəxsi hesab vərəqəsində yaranmış 254.996 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 30 se ntyabr 2020-ci il tarixli, **********11870 nömrəli bildirişə əsasən İddiaçı MMM-in şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 254.996,0 manat məbləğində artıq ödəmə müəyyən edilmiş və həmin məbləğ şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilmişdir. Qeyd olunan artıq ödəmə məbləği şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməklə, vergilər üzrə vərəqə hissəsində bərpa olunmalıdır. Belə ki, cavabdeh Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrini tətbiq edərək şəxsi hesab vərəqəsində müəyyən edilmiş artıq ödəmə məbləğini qanunsuz və əsassız olaraq “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirmişdir. Halbuki, vergi qanunvericiliyində belə bir müddəa nəzərdə tutulmamışdır. Ver gi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malik olması, həmin müddət bitdikdən sonra artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi ilə nəticələnməməlidir. Məcəllədə konkret olaraq vergi ödəyicisinin artıq ödəməni tələb etmək hüququ üçün müddət müəyyən edilsə də, qanunvericilik həmin artıq ödəmənin silinməsini müəyyən etməmişdir. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının vergiləri yalnız bu Vergi Məcəlləsi ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi həmin məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İddiaçı müraciətində vergi orqanından konkret olaraq artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirilməsinin səbəblərinin və əsaslarının izah edilməsini xahiş e tmiş, vergi orqanı isə həmin səbəbləri və əsasları ona təqdim etmək əvəzinə, bildirişdə göstərdiyi kimi Vergi Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasını məktuba köçürərək quruma cavab vermişdir. Dövlət büdcəsinə qabaqcadan ödənilmiş vergilərin sonradan hesablanmış vergilərdən artıq olması həmin məbləğin artıq ödəmə kimi müəyyən edilməsi üçün əsasdır. Həmin artıq ödəmə məbləğləri isə yalnız Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən qaytarıla və ya əvəzləşdirilə bilər. Artıq ödəmə məbləğinin silinməsi ilə bağlı hər hansı qanunvericilik normasının mövcud olmadığı halda, Vergi Məcəlləsinin 85.5ci maddəsinə əsaslanaraq, artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi qanunsuz və əsassızdır. Halbuki, iddiaçı «İnzibati icraat haqqında» Qanunun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququnun olduğunu bildirmişdir. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinin mümkün sayılmamasına dair vəsatət təqdim etmişdir. Vəsatətdə göstərilmişdir ki, iddiaçının qaldırdığı məsələ ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisinin artıq ödəməsinin yaranmasına, təqdim edilmiş bəyannamələrin göstəriciləri ilə ödədiyi məbləğlər arasındakı uyğunsuzluqlar səbəb ol muşdur. Bununla yanaşı, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndəki 254.996,03 manat məbləğ “Vergilər üzrə vərəqə” hissəsinə bərpa olunması həyata keçiriləcəkdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə» Nazirlər Kabinetinin 23 fevral 2001-ci il, 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə” qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən artıq ödəmələrin qaytarılması üçün vergi ödəyicisi tərəfindən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ə rizə ilə müraciət edilməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri dəqiq göstərilməlidir. Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında, qaytarılacaq bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməklə) və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının müddəalarına v ə Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsaslanaraq iddianın mümkün sayılmaması xahiş olunmuşdur birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli, 2-1(112)-2904/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, iddiaçının şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsinə düzəliş edilərək 254.996 manat məbləğində artıq ödəmənin şəxsi hesab vərəqəsində bərpa olunması və şəxsi hesab vərəqəsində yaranmış 254.996 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin həm faktiki hərəkətləri, yəni vəsaitin silinməsi, həm də vəsaitin qaytarılması barədə rəy verilməsində n imtina olunması vergi ödəyicisi kimi iddiaçının maraqlarına toxunan haldır, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ var, cavabdeh orqan düzgün seçilmişdir, İPM-lə bu qəbildən olan iddialara iddia müddəti müəyyən edilməmişdir, vergi qanunvericiliyin müddəaları ilə nəzərdə tutulan müddətlərə isə, iddiaçı tərəfindən riayət olunmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia mümkün iddiadır. İşin mahiyyəti ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının artıq ödəməsinin silinməsinin və onun qaldırdığı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması” məsələnin müsbət həllindən imtinasının formal mülahizələrlə əsaslandırıldığı qənaətinə gəlir. Belə ki, iddiaçının müvafiq məbləğdə artıq ödəməsinin olması cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübutla təkzib olunmur. Bundan başqa, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın iş üzrə icraatın səyyar vergi yoxlaması başa çatanadək dayandırılması barədə vəsatətlə çıxış etməsi (vəsatət təmin edilməmişdir) də öz növbəsində dolayısı ilə müvafiq artıq ödəmənin mövcudluğunun inkar olunmasına dəlalət etmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh bu hərəkətlərlə «İnzibati icraat haqqında» Qanunun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Odur ki, iddia tələbi əsaslıdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2458/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 6 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, artıq ödəmənin geri qaytarılması barədə vergi ödəyicisinin 19 noyabr 2020-cı il tarixli müraciəti bütün tələblərə uyğun olaraq tərtib edilmişdir. Lakin məhkəmə tərəfindən vergi ödəyicisinin müraciətinin hansı məbləğə münasibətdə artıq ödəmənin geri qaytarılması barədə olması ara şdırılmamışdır. Belə ki, vergi ödəyicisinin 19 noyabr 2020-ci il tarixli müraciətinə verilən cavab məktubu 254.996,0 manat artıq ödəmənin geri qaytarılması barədə müraciətə verilməmişdir. Həmin müraciətlərdən biri 736.500 manat məbləğində, digəri isə 879.000 (736.500+142.500) manat məbləğində artıq ödəmənin geri qaytarılması barədə olmuşdur (Ərizələr şikayətə əlavə olunur). Eyni zamanda qeyd edilməlidir ki, 736.500,00 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsinə dair məhkəmə işi davam etməkdədir və bununla əlaqədar cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən 254.996,0 manat artıq ödəmənin geri qaytarılması barədə vergi ödəyicisinin vergi orqanına müraciəti olmamışdır. Vergi ödəyicisinin sözügedən məbləğ üzrə (2 54.996,0 manat) artıq ödəmənin qaytarılmasına dair ərizəsi vergi orqanına daxil olmadığı halda, məhkəmə kollegiyasının bu halı ətraflı araşdırmadan, işə aidiyyəti olmayan ərizəyə və ona verilən cavaba istinad etməsi məhkəmə qərarının ləğv edilməli olduğunu bir daha təsdiqləyir.
14. Bakı Apellyasiya Məhkəməsi 2-1(103)-2458/2021 saylı iş üzrə 25 oktyabr 2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin, İnzibati Prosessual Məcəllənin maddələrini və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın müddəalarını qeyd etməklə apellyasiya şikayətində qeyd edilən sübutları tam və hərtərəfli araşdırmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQU Q
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya inst ansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçının 254.996 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcud olmuş, lakin formal əsaslarla həmin artıq ödəmələr cavabdeh orqan tərəfindən silinmişdir.
21. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən artıq ödəmənin qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş formada ərizə ilə cavabdehə müraciət etməmişdir. Vergi ödəyicisinin 19 noyabr 2020-ci il tarixli müraciətinə verilən cavab məktubu 254.996,0 manat artıq ödəmənin geri qaytarılması barədə müraciətə verilməmişdir. Həmin müraciətlərdən biri 736.500 manat məbləğində, digəri isə 879.000 (736.500+142.500) manat məbləğində artıq ödəmənin geri qaytarılması barədə olmuşdur.
22. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəsinə cavabdehin verdiyi 19 noyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə idarədə baxılmış və bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaları məbləğinin vergi ödəyicisinə qaytarılması AR Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖENni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən, vergi ödəyicisi, (ödənişi həyata keçirən şəxs) tərəfindən Qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət edildikdən sonra artıq ödəmənin qaytarılması məsələsinə baxıla bilər.
23. İş materiallarından göründüyü kimi, iddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizəsində vergi ödəyicisi haqqında olan bütün məlumatları (adı, VÖEN-ni, bankın adını, h esab nömrəsini, artıq ödəmənin məbləğini, yaranma tarixini, səbəblərini və s.) göstərməklə tərtib olunmuşdur.
24. Vergi ödəyicisinin 19 noyabr 2020-ci il tarixli müraciətinə verilən cavab məktubunun 254.996,0 manat artıq ödəmənin geri qaytarılması barədə müraciətə verilmədiyinə, həmin müraciətlərdən birinin 736.500 manat məbləğində, digərinin isə 879.000 (736.500+142.500) manat məbləğində artıq ödəmənin geri qaytarılması barədə olduğuna dair dəlilə gəldikdə, işdən göründüyü kimi, iddiaçının cavabdehə bir neçə müraciətləri olmuş, cavabdeh də cavab məktubunda “19 noyabr 2020-ci il tarixlilərə”, yəni həmin tarixli bir neçə müraciətə cavab verdiyini qeyd etmişdir. Bu müraciətlərdən isə yalnız biri cavabdehin istinad etdiyi 879.000 manat məbləğində artıq ödəməyə aid olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 21(103)-2458/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.