Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-445/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinəqarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-445/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair iddiaçının mərhum anasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-1754/2017 saylı qərarından və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)1754/2017 saylı qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(81)5968/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin X4 xxxx 1969-cu il tarixli, *** saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0.25 ha olan 299«b» saylı bağ torpaq sahəsinə dair mərhumə Əminə Nəcəfqulu qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)489/2018 saylı, xxxx 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və S.Q.Hüseynov) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-965/18 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər K.N.Bədəlov və Z.M.Qliyev) iddiaçı X1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1754/2017 saylı qərardadı ilə iddiaçı Hüseyn Şahpələng oğlunun iddia tələbinin dəqiqləşd irilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi “Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0,25 ha torpaq sahəsində olan 299 b saylı sahəsinə hüququ olmuş iddiaçının anası Əminə Nəcəfqulu qızının adına dair müvafiq arayışın verilməsi cavabdehə həvalə edilməsi” şəklində icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-1754/2017 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən, ümumi sahəsi 0,25 ha torpaq sahəsində olan 299 b saylı sahəsinə hüququ olmuş iddiaçının anası Əminə Nəcəfqulu qızının adına dair müvafiq arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli qərarından və xxxx 2018-ci il tarixli qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının və qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi xxxx 2018-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərə k, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair iddiaçının mərhum anasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə tərəfindən verilmiş kassasiya şikayətindən imtina etdiyini, kassasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətindən imtina edilməsi barədə cavabdehin ərizəsinə etiraz etmədiklərini bildirmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı v ə yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayətindən imtina edilməsi barədə ərizəsini nəzərdən keçirərək hesab edirəm ki,kassasiya şikayətindən imtina qəbul edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imk anını istisna edir. Məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayətindən imtinası qanuna zidd deyildir və işdə iştirak edən digər şəxslərin hüquq və mənafelərinə toxunmur, buna görə də qəbul edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 97.1 və 97.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayətindən imtinası qəbul edilsin. Kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-445/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-445/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver