Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-445/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üzərindən yüksək gərginlikli elektrik xətti keçən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ( üçüncü şəxs: “xxxx” MMC) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 noyabr tarixli, 2-1(105)-25/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Vladimirovka kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
2. Cavabdeh 2017-ci il 21 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi Quba rayonu, Vladimir ovka Bələdiyyəsinin 2004ci il 07 mart tarixli, x saylı qərarı ilə fərdi yaşayış sahəsi ayrılmış 0.08 ha torpaq sahəsinin şimal sərhədi üzərindən 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçməsi və həmin torpaq sahəsinin qoruma zolağına düşməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Vladimirovka kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2008-ci il 16 yanvar tarixli qətnaməsinə əsasən iddiaçıya Quba rayonu Vladimirovka bələdiyyəsinin X nömrəli, 2004-cü il 07 mart tarixli qərarı əsasında ayrılmış ərazidən və 0,02 ha torpaq sahəsinin Vladimirovka bələdiyyəsinin ehtiyat fonduna daxil olan Quba-Qusar yolunun sağ tərəfində yerləşən və iddiaçıya ayrılacaq torpaq sahəsi ilə yanaşı ərazidən torpaq sahəsinin dəyərini 2004-cü ildə ödəməsi nəzərə alınaraq verilməsi və ayrılmış torpaq sahələrinin torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq iddiaçının mülkiyyətinə verilməsi ilə əlaqədar tələb olunan sxemlərin və aidiyyəti orqanlara ünvanlanacaq məktublarının təsdiq olunmasının Vladimirovka bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün a yrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh torpaq sahəsinin şimal hissəsi üzərindən 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyinə əsaslanaraq ona imtina cavabı vermişdir. Halbuki, həmin xətt torpaq sahəsinin ayrılandan 2 il sonra “xxxx” şirkəti tərəfindən çəkilmişdir və iddiaçı buna görə öz əmlak hüquqları ilə məsuliyyət daşımamalıdır. Məhkəmə qərarı ilə iddiaçıya torpaq sahəsinin ayrılmasının qanuni olması müəyyən olunmuş və torpaq sahəsinin dəqiq yeri qeyd edilmişdir. Həmin qətnamə 2008-ci ildə çıxmış, ondan iki il sonra isə xətt çəkilmişdir. Torpaq sahəsi boş torpaq sahəsidir, orada heç bir iş görülməmişdir. Cavabdehin etirazları:
5. Cavabd eh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Cavabdeh iddiaya etirazda bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Quba rayonu Vladimirovka bələdiyyəsinin 2004-cü il 07 mart tarixli, X saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin şimal sərhədi üzərindən 10 kv-luq yüksək gərginlikli elektrik xətti keçir və həmin torpaq sahəsi onun qoruma zolağına düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə elektrik xəttinin mühafizə zonalarının təsdiq edilməsi göstərilir. Həmin qərarda 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağı 10 metr ara məsafəsi kimi öz əksini tapmışdır. Birinci instansiya m əhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 may tarixli 2-1(085)145/2019 saylı qərarı ilə iddia qismən təmin edilərək Quba rayonu Vladimirovka bələdiyyəsinin 2004-cü il 07 mart tarixli, x saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin 336.1 kv.m (600 kv.m – 263.9 kv.m = 336.1 kv m) hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 yanvar tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Quba rayonu Vladimirovka bələdiyyəsinin 2004-cü il 07 mart tarixli, x saylı qərarı ilə İddiaçı ayrılmış və onun fakti ki istifadəsində olan 0,06 ha torpaq sahəsinin 263,9 kv m hissəsi yüksək gərginlikli 10 kv-luq elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşən 263.9 kv m hissəsinə dair hissədə iddia təmin edilə bilməz.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 noyabr tarixli, 2-1(105)-25/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkə məsinin 2019-cu il 21 may tarixli, 2-1(105)-145/2019 qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
13. Cavabdeh qərarı mübahisələndirməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hall ar istisna olmaqla ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələri üzərində hüquqlarından məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Qərarda istinad olunan Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq, mülkiyyətçisinin yaxud istifadəçisinin istifadəsində qalır... Həmin qaydaların 7-ci bəndinə əsasən torpaq mülkiyyətçisi və ya istifadəçisi tərəfindən hava elektrik ötürücüsü xətlərinin mühafizə zonal arında həmin xətlərin istismarçılarının qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Torpaq məcəlləsi və Qaydaların burada göstərilən müddəalarına diqqətlə baxdıqda belə anlaşılır ki, elektrik xəttinin mühafizə zonasında olan torpaq mülkiyyətdə ola bilər. Bu heç bir halda qadağan edilmir. Sadəcə mülkiyyətçi mühafizə zonası altında mülkiyyət hüququndan məhdud formada istifadə etmək imkanına malik olur. Beləliklə İddiaçıya məxsus torpaq sahənisə mülkiyyət hüququ elektrik xəttinin çəkilməsindən çox əvvəl yarandığı üçün mülkiyyət hüququ olduğu kimi davam etməli idi və bunun əksini göstərən heç bir norma mövcud deyil. Məhkəmənin istinad etdiyi normalar da bu mənada iddiaçının lehinə olduğu halda məhkəmə tərəfindən onun əleyhinə təfsir edilmişdir.
15. Mübahisəni n predmeti İddiaçıya məxsus mülkiyyət hüququnun özü yox, onun qeydiyyatıdır. Daha doğrusu qeydiyyatdan imtinadır. Mülkiyyət hüququnun qeydiyyatından imtinanın əsaslarını iki meyara görə təsnif etmək olar. Mülkiyyət hüququnun əldə olunması və ya yaranması ilə bağlı qanunların pozulması və texniki çatışmazlıqlar (sənədlərin səhv tərtib olunması və ya sənədlər siyahısında çatışmazlıqlar və s). İndiki halda qeydiyyatdan imtinanın əsası kimi mülkiyyət hüququnun əldə olunması zamanı qanunvericiliyin pozulması əsası çıxış etmişdir. Yəni faktiki olaraq məhkəmə mühafizə zolağı altında olan torpağa mülkiyyət hüququ əldə edilməsini dolayısı ilə qanunsuz hesab etmişdir. Lakin maraqlıdır ki, belə olduğu halda torpağın satılması barədə bələdiyyə qərarı ilə bağlı münasibət bildirərkən Məhkəmə həmin qərar ı qanuni hesab edir. əgər torpağa mülkiyyət hüququnun yaranmasına əsas olan bələdiyyə qərarı və onun əsasında tərtib edilən alğı-satqı aktı qanunidirsə o zaman mülkiyyət hüququnun əldə olunmasının qanuniliyi niyə şübhə altına alınır və niyə qeydiyyatdan imtina edilir. Və ya əksinə, əgər mülkiyyət hüququnun əldə olunması qanunvericiliyə uyğun olaraq əldə edilməyibsə və buna görə qeydiyyatdan imtina edilirsə nəyə görə onun əsası olan bələdiyyə qərarı qanuni hesab edilir. Digər tərəfdən Məhkəmə Qərarda qeyd edir ki, torpağın İddiaçının mülkiyyətinə verilməsi eyni zamanda Quba rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Hüquqların məhkəmə müdafiəsi ən ali müdafiə üsuludur. Qanuni qüvvəyə minən məhkəmə qərarı əsasında qət olunan məsələ və ya tanınan hüquq heç bir ba şqa yolla dəyişdirilə və ya ləğv oluna bilməz. Xüsusilə qeyd edilməlidir ki, qətnamədə 0.06 ha torpağın məhz bələdiyyə qərarı ilə verilmiş eyni yerdən verilməsi qət edilib. Lakin yenə də bütün bunları qeyd edən Məhkəmə nəticədə İddiaçının ziyanına olan qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü ba rədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Torpaq Məcəlləsi: Maddə 22.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
20. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şi kayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının iddianın rədd edilən hissəsində ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının mübahisələndirilən hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli, iddia tam təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Quba rayonu Vladimirovka Bələdiyyəsinin 2004-cü il 7 mart tarixli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Onu n bu hüququ Quba Rayon Məhkəməsinin 2008-ci il 16 yanvar 2-11/2008 nömrəli qətnaməsi ilə də təsdiq olunmuşdur.
25. Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1 və 8.0.4-cü maddələrindən irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
26. Cavabdeh imtinanın əsası kimi iddiaçıya ayrılmış torpaq sahəsinin şimal sərhədi üzərindən 10 kv-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyini və həmin torpaq sahəsinin onun qoruma zolağına düşdüyünü bildirmişdir.
27. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyinə görə, yüksək gərginlikli elektrik xətti iddiaçıya ayrılmış 0,06 torpaq sahəsinin şimal və şərq hissəsindən keçir və torpağın 263,9 kv.metr hissəsi mühafizə zolağına düşür. 28. “xxxx” ASC-nin 2017-ci il 18 iyul məktubunda torpaq sahəsini n şimal tərəfindən 2009-cu ilin dekabr ayında quraşdırılmış “xxxx” şirkətinə məxsus 6 min voltluq yüksək gərginlikli EVX-nin keçdiyini bildirmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilən hissəsi ilə bağlı qənaətinin hüquqi əsası kimi «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 15 və 16-cı bəndlərinə istinadla qeyd etmişdir ki, bələdiyyə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxarkən torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə müraciətdə göstərilənlərə, eləcə də ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sah əsinə yerində baxış keçirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir.
30. Apellyasiya instansiyası məhkəməsi, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sə naye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
31. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Torpaq Məcəlləsinin 62-ci maddəsinə istinadla qeyd etmişdir ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilir.
32. Mə hkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin istinadlarını hazırkı mübahisəyə münasibətdə əsaslı hesab etmir. Belə ki, həmin müddəalar torpaq sahəsinin ayrılmasınadək mövcud olmuş vəziyyətə münasibətdə tətbiq edilir. Hazırkı halda, yüksək gərginlikli elektrik xətti quraşdırılarkən, üzərində hüquqların qeydə alınması iddia olunan torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur.
33. Yuxarıda qeyd olunan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyət çiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəb ərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
35. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
36. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Torpaq Məcəlləsinin 57-ci maddəsinin 5-ci bəndinə istinadla qeyd etmişdir ki, sənaye obyektlərinin tikintisi, faydalı qazıntıların hasilatı, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi üçün torpaq sahələri əsasən dö vlət və bələdiyyə torpaqlarından ayrılır. Belə obyektlərin tikintisi altına düşən xüsusi mülkiyyətdə olan torpaqların, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəyəri ödənilir və ya başqa torpaq sahəsi ilə əvəz olunur.
37. Apellyasiya instansiyası məhkəməsinin bu istinadı da əsaslı deyil. Belə ki, həmin normanın məzmunu iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Eyni ilə, torpaq sahəsinə hüququn qeydə alınması, bunun üçün əsaslar yarandığı halda, - istinad edilən normanın tətbiqi imkanını aradan qaldırmır.
38. Apellyasiya instansiyası məhkəməsinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 yanvar tarixli Fərmanının 2-ci hissəsinə istinadı da əsaslı deyil. Belə ki, həmin hissənin tələbi Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlərə aiddir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı həmin Siyahı ilə əhatə olunmur.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 noyabr tarixli, 2-1(105)-25/2020 nömrəli qərarı iddianın rədd edilən hissəsində ləğv edilir. Quba rayonu Vladimirovka Bələdiyyəsinin 2004-cü il 07 mart tarixli, X saylı qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın d övlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.İddiaçı N.İ.Rəsulbəyova K.N.Bədəlov