Məhkəmə qərarları › İş №2-1(102)-445/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-445/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-445/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üz rə Mərkəzi Filialına (üçüncü şəxs Bakı şəhəri X3 üzrə Baş İdarəsi) qarşı “sosial müavinətin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2850/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2018-ci il tarixdən (3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara) müavinət təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər altsistemindən çıxarışa əsasən, iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

3. Azərbaycan Re spublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 07 may 2021-ci il tarixli **********003000 nömrəli məktubuna əsasən, xx.xx.2021-ci tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən İddiaçı vergi ödəyicisi kimi xx.xx.2009-cu il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması və xx.xx.2021-ci il tarixdə isə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. Əlavə olaraq, uçot baza məlumatlarına əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş vergi məbləği müəyyən edilməmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 18 mart 2022-ci il tarixli **********7 07700 nömrəli məktubuna əsasən, iş üzrə iddiaçı qismində çıxış edən X1 xx.xx.2021 -ci il tarixində vergi uçotundan çıxarılmışdır. İddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergilərin ödənilməsi barədə məlumat aşkar edilməmişdir.

5. İddiaçı sosial müavinətin bərpa edilmişi barədə cavabdeh orqana müraciət etmişdir.

6. Cavabdeh tərəfindən 10 aprel 2021-ci il tarixdə imtina məktubu ilə bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq, xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN **********) halda xx.xx.2018-ci il tarixli ərizəyə əsasən xx.xx.2018-ci il tarixindən “3 və daha çox uşaq doğub, 8 yaşı nadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara” müavinət təyin edilmişdir. Bu səbəbdən "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən sizə təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703 nömrəli Qanununun 1.1-ci bəndinə əsasən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, vergi ödəyicisi kimi qeydiyyatı xx.xx.2021-ci il tarixindən dayandırılsa da, 62 yaşı tamam olmadığı üçün yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Bakı şəhəri X3 üzrə Baş İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş sosial müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və sosial müavinətin verilməsinin davam etdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 8. 27 yanvar 2022-ci il tarixli məhkəmə iclasında Bakı şəhəri X3 üzrə Baş İdarəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşı na kimi tərbiyə etmiş və 57 yaşına çatmış qadın kimi sosial müavinət təyin edilmişdir. Təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmışdır. Təyin edilmiş müavinət dayandırılması üçün əsas olaraq iddiaçının əvvəllər vergi ödəyicisi olması və vergi ödəyicisi kimi qeydiyyatının xx.xx.2021-ci il tarixdən ləğv edilməsi göstərilmişdir. Həmin səbəblərə görə cavabdeh tərəfindən ona təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz və əsassızdır və təyin edilmiş sosial müavinətin verilməsinin davam etdirilməsi cavabdehə həvalə edilməlidir. Cavabdehin imtinasını onun vergi ödəyicisi olması və sonradan fəaliyyətinin dayandırılması ilə əsaslandırmışdır. Bu əsas ona sosial müavinətin verilməsinin dayandırılması üçün səbəb ola bilməz. Çünki Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan da görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2009-cu il tarixdən dayandırmışdır. Sosial müavinət isə ona xx.xx.2018-ci ildən təyin edilmişdir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş yazılı etirazda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, və fat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. İddiaçı xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu (VÖEN **********) halda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq, ona xx.xx.2018-ci il tarixindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara” müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Həmçinin, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703 nömrəli Qanununa əsasən “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün artıq bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının vergi ödəyicisi kimi qeydiyyatı xx.xx.2021-ci il tarixindən dayandırılsa da, onun 62 yaşı tamam olmadığı üçün iddiaçıya yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Beləliklə, müəssisənin həqiqətən qeyd edilən dövrlərdə mövcud olması və iddiaçının orda işləmiş olduğu təsdiqlənmədiyindən iddiaçıya y aşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1488/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış sosial müavinətin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixindən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olsa da, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergi ödənilməməsi və nəticə etibarı ilə iddiaçının işləməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılması qa nunsuz hesab edilməli və dayandırılmış sosial müavinət bərpa edilməlidir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2850/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: A.P.Oruczadə, hakimlər: X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.

18. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2, 7.0.2 və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə

60. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 21. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1.0.1. Sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 7.0.2. Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 22. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarix li Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyası: Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur. 23. “İnzibati icraat haqqında” Qan un: Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvəd ə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müva fiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya ş ikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTASNİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qey d etməyi zəruri hesab edir.

31. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən (3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara) müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər altsistemindən çıxarışa əsasən, iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

33. Bundan başqa, cavabdeh sosial müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz.

34. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq ed ilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2850/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar