Məhkəmə qərarları › İş №2-1(102)-4453/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4453/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4453/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Cavabdeh qarşı “cavabdehə əsassız ödənilmiş 2200 manat pul vəsaitinin ondan tutularaq iddiaçının hesabına ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən proaktiv qaydada cavabdehə 1-ci dərəcə əlilliyə uyğun olaraq 8800 manat birdəfəlik ödəmə məbləği köçürülmüşdür.

2. Cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla əsassız ödənilmiş 2200 manat məbləğin Fondun müvafiq bank hesabına ödənilməsi xahiş olunmuşdur. Məktub ##.##.2024 cü il tarixdə cavabdehə çatdırılsa da, cavabdeh hər hansı bir ödəniş həyata keçirməmişdir. Məktubda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar cavabdehin ən yüksək əlilliyi 2-ci dərəcədir, cavabdehə 2-ci dərəcə əlilliyinə görə ümumilikdə 6600 manat ödəmə həyata keçirilməli olsa da, yanlışlıqla 8800 manat ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə əsassız ödənilmiş 2200 manat pul vəsaitinin ondan tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ###### tarixli **** nömrəli Fərmanına (bundan sonra – Fərman) əsasən 1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il ######un #-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın (bundan sonra – Qayda) 1.1-ci bəndinə əsasən, bu Qayda Fərmanın 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. Qaydanın 1.6-cı bəndinə əsasən birdəfəlik ödəmə bu Qaydanın 1.2.1ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir. Qaydanın 3.1-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. II dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. III dərəcə əlilliyə görə – 4 400 manat 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə (vərəsələrə)vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. Bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən proaktiv qaydada cavabdehə 1ci dərəcə əlilliyə uyğun olaraq 8800 manat birdəfəlik ödəmə məbləği köçürülmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar cavabdehin ən yüksək əlilliyi 2-ci dərəcədir. 2-ci dərəcə əlilliyə görə birdəfəlik ödəmə məbləğinin 6600 manat olduğunu nəzərə alaraq artıq ödənilmiş 2200 manat məbləğin dövlət büdcəsinə geri qaytarılması zəruridir. Cavabdeh Cavabdeh 2-ci dərəcə əlilliyinə görə ümumilikdə 6600 manat ödəmə həyata keçirilməli olsa da, yanlışlıqla 8800 manat ödənilmişdir. Cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla əsassız ödənilmiş 2200 manat məbləğin Fondun müvafiq bank hesabına ödənilməsi xahiş olunmuşdur. Məktub ##.##.2024-cü il tarixdə cavabdehə çatdırılsa da, bu günədək onun tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdehə əsassız ödənilmiş 2200 manat məbləğ dövlət büdcəsinə geri qaytarılmalıdır. Xüsusilə vurğulanmalıdır ki, hazırkı iş etimad hüququnun təsir dairəsindən tamamilə kənardadır. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının 2.0.8- ci maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Qeyd etmək istərdik ki, 2200 manat əsassız ödəmənin qanunsuz olduğunu bilmiş və ya kobud ehtiyatsızlıq nəticəsində bilməmişdir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının “əsassız ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilmişdir (qərar əlavə olunur). Adıçəkilən məhkəmə qərarında qeyd olunmuşdur ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləridir. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olubolmadığı “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı).

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

6. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (Hakim Günel Şirinova Əsədova).

7. Məhkəmə hesab etmişdir ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. “Inzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh Cavabdeh "birdəfəlik ödəmə haqqında" başlıqlı məktub ünvanlanaraq artıq ödənilmiş 2200 manat birdəfəlik ödəmə məbləğini 10 gün müddətində Fondun bank hesabına geri qaytarılması xahiş olunmuşdur. Daha sonra isə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən qayda artıq ödənilmiş birdəfəlik ödənilən məbləğin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. - Həmçinin qeyd edilməlidir ki, cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdehin xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə bağlı ona ödənilən birdəfəlik ödəməyə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və cavabdeh etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya birdəfəlik ödəməni səhvən artıq ödəməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. Cavabdehdən asılı olmayan hallar nəticəsində birdəfəlik ödəmənin güman olunan səhv hesablanması zamanı bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi, inzibati orqan tərəfindən birdəfəlik ödəmə səhvən artıq ödənilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir.

8. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Həsənov Tural /sədrlik edən və məruzəçi/, Rəfiyev Rövşən, Musayev Vüqar).

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehə birdəfəlik ödəmənin artıq hesablanması və köçürülməsi bütövlükdə inzibati orqanın özünün yanlış hüquqi qiymətləndirməsinin və prosedur pozuntusunun nəticəsi olmuş, cavabdehdən asılı olmayan səbəblərdən meydana gəlmişdir. Cavabdehin davranışında “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş istisnalar – rüşvət, hədəqorxu, aldatma, təhrif olunmuş məlumatların təqdim edilməsi, yaxud inzibati aktın qanunsuz olduğunu bilməsi və ya kobud ehtiyatsızlıqla bilməməsi kimi hallar müəyyən edilməmişdir. Həmçinin birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. - Kollegiya həmçinin qeyd edib ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, "ödənilmiş artıq ödəmənin qaytarılması barədə” qərarın qəbulu "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5ci maddəsinə görə yolverilən deyil. Həmçinin qeyd edilməlidir ki, iddiaçı artıq ödəmənin məhz cavabdehin təqsiri üzündən baş verməsini də sübuta yetirə bilməmişdir. Belə olan halda, cavabdehin xeyrinə ödənilmiş pul məbləğinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh ona ödənilməli olan pul məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, iddiaçının dəlillərində göstərdiyi hallar iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. - Həmçinin cavabdehdən asılı olmayan hallar nəticəsində iddiaçının səhv etməsi cavabdehdən artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdehin xidməti vəzifəsini yerinə yetirərkən aldığı xəsarətlə bağlı ona ödənilən birdəfəlik ödəməyə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və cavabdeh etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya birdəfəlik ödəməni səhvən artıq ödəməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. Cavabdehdən asılı olmayan hallar nəticəsində birdəfəlik ödəmənin güman olunan səhv hesablanması zamanı bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi, inzibati orqan tərəfindən birdəfəlik ödəmə səhvən artıq ödənilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir.

11. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları, iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, qanunvericilikdə etimadın qorunması hüququ müəyyən edilməklə yanaşı, həmin hüququ istisna edən halların dairəsi də dəqiq göstərmişdir. Bu hallardan biri də şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar təşkil edir. Qeyd edilən halda inzibati aktın və ya inzibati orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz olması şəxsə məlum olur və ya şəraitə görə ondan gözlənilən diqqət və ehtiyatlılığı göstərsəydi məlum ola bilərdi. Eyni zamanda, hazırkı mübahisəyə münasibətdə iddiaçının artıq ödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibati icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, ödəmənin verilməsinə əsas olan normativ hüquqi aktla bağlı media subyektlərində yayılan məlumatlar, hüquqi aktın məzmunu və bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Oxşar mövqe Ali Məhkəmənin bu kateqoriyandan olan üç ulduz nişanı ilə işarələnmiş ##.##.2023-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarında da ifadə edilmişdir. Beləliklə, hazırkı mübahisəyə də qeyd edilən aspektdən yanaşaraq bildirir ki, aşağıdakılara əsasən, iddiaçı ona verilən 2.200 manat artıq ödəmənin qanunsuz olduğunu bildiyindən və ya ən azından bilməli olduğundan onun etimad hüququ istisna edilməlidir.

13. Belə ki, əvvala, Fərman və Qayda haqqında geniş məlumatlar həm onların qəbul edilməsindən əvvəl, həm də qəbul edildikdən sonra müxtəlif media subyektlərində, sosial şəbəkələrdə, internet xəbər saytlarında paylaşılmışdır. Həmçinin inzibati orqanın rəhbər şəxsləri və digər əməkdaşları da bu barədə mütəmadi şəkildə media subyektlərinə məlumat vermişlər. Belə ki, sözügedən məlumatlar müxtəlif sosial şəbəkə platformalarında (Youtube.com HYPERLINK "https://www.youtube.com/watch?v=4qWNbtudpLQ"https://www.youtube.com/watch ?v=4qWNbtudpLQ, Facebook.com-və s.) mütəmadi olaraq paylaşılmışdır. HYPERLINK "https://dsmf.gov.az/az/dovlet-icbari-sexs-sigortasi/muharibe-elillerinebirdefelik-odeme-uzre/1997-ci-il-avqustun-2-dek-olan-xidmet-dovrunde-azerbaycanrespublikasinin-erazi-butovluyunun-musteqilliyinin-ve-konstitusiya-qurulusununmudafiesi-ile-elaqedar-elilliyi-mueyyen-edilmis-herbi-qulluqculara-daxili-islerorqanlarinin-emekdaslarina-ve-ya-onlarin-vereselerine-birdefelik-odeme"Əlavə olaraq HYPERLINK "https://dsmf.gov.az/az/dovlet-icbari-sexs-sigortasi/muharibeelillerine-birdefelik-odeme-uzre/1997-ci-il-avqustun-2-dek-olan-xidmet-dovrundeazerbaycan-respublikasinin-erazi-butovluyunun-musteqilliyinin-ve-konstitusiyaqurulusunun-mudafiesi-ile-elaqedar-elilliyi-mueyyen-edilmis-herbi-qulluqcularadaxili-isler-orqanlarinin-emekdaslarina-ve-ya-onlarin-vereselerine-birdefelikodeme"dsmf.gov.azHYPERLINK "https://dsmf.gov.az/az/dovlet-icbari-sexssigortasi/muharibe-elillerine-birdefelik-odeme-uzre/1997-ci-il-avqustun-2-dek-olanxidmet-dovrunde-azerbaycan-respublikasinin-erazi-butovluyunun-musteqilliyinin-vekonstitusiya-qurulusunun-mudafiesi-ile-elaqedar-elilliyi-mueyyen-edilmis-herbiqulluqculara-daxili-isler-orqanlarinin-emekdaslarina-ve-ya-onlarin-vereselerinebirdefelik-odeme" HYPERLINK "https://dsmf.gov.az/az/dovlet-icbari-sexssigortasi/muharibe-elillerine-birdefelik-odeme-uzre/1997-ci-il-avqustun-2-dek-olanxidmet-dovrunde-azerbaycan-respublikasinin-erazi-butovluyunun-musteqilliyinin-vekonstitusiya-qurulusunun-mudafiesi-ile-elaqedar-elilliyi-mueyyen-edilmis-herbiqulluqculara-daxili-isler-orqanlarinin-emekdaslarina-ve-ya-onlarin-vereselerinebirdefelik-odeme"saytı tərəfindən HYPERLINK "https://dsmf.gov.az/az/dovlet-icbarisexs-sigortasi/muharibe-elillerine-birdefelik-odeme-uzre/1997-ci-il-avqustun-2-dekolan-xidmet-dovrunde-azerbaycan-respublikasinin-erazi-butovluyununmusteqilliyinin-ve-konstitusiya-qurulusunun-mudafiesi-ile-elaqedar-elilliyi-mueyyenedilmis-herbi-qulluqculara-daxili-isler-orqanlarinin-emekdaslarina-ve-ya-onlarinvereselerine-birdefelik-odeme"( HYPERLINK "https://dsmf.gov.az/az/dovlet-icbarisexs-sigortasi/muharibe - elillerine - birdefelik - odemeuzre/1997 - ci - il - avqustun - 2 – dek – olan - xidmet- dovrunde - azerbaycan -respublikasinin - erazi butovluyunun - musteqilliyinin - ve - konstitusiya-qurulusununmudafiesi – ile – elaqedar – elilliyi – mueyyen – edilmis - herbi-qulluqculara-daxili - isler - orqanlarininemekdaslarina-ve-ya-onlarin-vereselerine-birdefelikodeme" https://dsmf.gov.az/az/dovlet-icbari-sexs-sigortasi/muharibe - elillerine - birdefelik odemeuzre/1997 - ci - il - avqustun - 2 – dek – olan - xidmet- dovrunde - azerbaycan -respublikasinin - erazi - butovluyunun - musteqilliyinin - ve - konstitusiyaqurulusununmudafiesi – ile – elaqedar – elilliyi – mueyyen – edilmis - herbiqulluqculara-daxili - isler - orqanlarinin-emekdaslarina-ve-ya-onlarin-vereselerinebirdefelikodemeHYPERLINK "https://dsmf.gov.az/az/dovlet-icbari-sexssigortasi/muharibe-elillerine-birdefelik-odeme-uzre/1997-ci-il-avqustun-2-dek-olanxidmet-dovrunde-azerbaycan-respublikasinin-erazi-butovluyunun-musteqilliyinin-vekonstitusiya-qurulusunun-mudafiesi-ile-elaqedar-elilliyi-mueyyen-edilmis-herbiqulluqculara-daxili-isler-orqanlarinin-emekdaslarina-ve-ya-onlarin-vereselerinebirdefelik-odeme" paylaşım linki) əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə başlıqlı xəbərdə, anews.az saytı tərəfindən ##.##.2022 10:46 tarixdə HYPERLINK "https://anews.az/az/read/391087/"(HYPERLINK "https://anews.az/az/read/391087/"https://anews.az/az/read/391087/ paylaşım linki) “Birinci Qarabağ müharibəsi əlillərinin nəzərinə - Nazirlər Kabinetindən QƏRAR” başlıqlı xəbərdə eyniməzmunlu məlumatlar qeyd edilmişdir. Buna uyğun olaraq qeyd edir ki, Publika.az saytı tərəfindən 2 Avqust 2022 12:56 tarixində (HYPERLINK "https://publika.az/news/sosial/406515.html"https://publika.az/news/sosial/406515.ht ml paylaşımın linki) Müharibə əlillərinə 67 milyon manata yaxın birdəfəlik ödəmə köçürüldü xəbər başlıqlı məlumat paylaşılmışdır.

14. Bundan əlavə, birdəfəlik ödəmənin verilməsinə əsas olmuş normativ hüquqi aktın qəbul edilməsinə qədər bu sahədə qəbul edilmiş digər hüquqi aktlar, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi də nəzərə alındıqda cavabdehin ona ödənilən artıq ödəmənin qanunsuz olduğunu bilməsinə dair qənaət daha da güclənir. Qeyd edilən Fərman ##.##.2021-ci il tarixdə, Qayda isə ##.##.2022-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, yuxarıda sadalanan hüquqi aktlar, həmin aktlarda tənzimlənən məsələlər, əliliyi müəyyən edilmiş hərbi qulluqçulara birdəfəlik ödəmənin verilməsi ilə bağlı Qaydanın Fərmandan 8 ay sonra qəbul edilməsi, dolayısıyla bu müddət ərzində də birdəfəlik ödənişin məbləği və kimə verilməsi barədə məlumat əldə edilmənin mümkünlüyü, habelə cavabdehin hərbi qulluqçu olması və digər hallar məcmu halında qiymətləndirildikdə cavabdehin etimad qorunması hüququ istisna edilməlidir.

15. Eyni zamanda, hazırkı iş üzrə iddiaçının etimadın qorunması hüququ həm də ona görə istisna edilməlidir ki, Qaydada birdəfəlik ödəmə yalnız əlilliyi olan şəxslərə və onların vərəsələrinə verilməsi nəzərdə tutulmuş, birdəfəlik ödəmənin məbləği əlilliyin dərəcəsindən asılı olaraq sabit məbləğdə müəyyən edilmiş və həmin məbləğ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda əlilliyi olan şəxslərlə eyni məbləğdə göstərilmişdir. Dolayı olaraq, yuxarıda göstərilən bütün şərait də nəzərə alındıqda vətəndaşın öz əlilliyinə görə ona ödənilməli olan birdəfəlik ödəmənin məbləğinin dəqiq bilməməsi həyatın adi axarında mümkün görünmür.

16. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının “əsassız ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilmişdir (qərar əlavə olunur). Adıçəkilən məhkəmə qərarında qeyd olunmuşdur ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Inzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş sığorta ödənişinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda onunla eyni kateqoriyadan olan şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir.

18. Qeyd etmək lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları araşdırmadan cavabdehin 6600 manat məbləğdə sığorta ödənişinin ona təyin edilməsinin qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etməklə və bunun üzərindən onun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilməz. Həmçinin bildirir ki, etimad hüququnun qorunmağa layiq olub-olmadığı “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir.

b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

Tətbiq edilən hüquq

20. “Inzibati icraat haqqında” Qanun Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı ... Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

21. Inzibati Prosessual Məcəllə M a d d ə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. M a d d ə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.

25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

26. Iş materialları ilə müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) tərəfindən proaktiv qaydada cavabdehə 1-ci dərəcə əlilliyə uyğun olaraq 8800 manat birdəfəlik ödəmə məbləği köçürülmüşdür. Cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla əsassız ödənilmiş 2200 manat məbləğin Fondun müvafiq bank hesabına ödənilməsi xahiş olunmuşdur. Məktub ##.##.2024 cü il tarixdə cavabdehə çatdırılsa da, cavabdeh hər hansı bir ödəniş həyata keçirməmişdir. Məktubda qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar cavabdehin ən yüksək əlilliyi 2ci dərəcədir, cavabdehə 2-ci dərəcə əlilliyinə görə ümumilikdə 6600 manat ödəmə həyata keçirilməli olsa da, yanlışlıqla 8800 manat ödənilmişdir. 27 Apellyasiya instansiyası məhkəməsi “Inzibati icraat haqqında” Qanunun 67.5ci maddəsinə əsaslanaraq cavabdehin etimadın qanunla qorunması hüququna malik olduğunu bildirib iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

28. “Inzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə görə inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz.

29. “Inzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanın (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi ilə bağlı) təfsiri, hazırkı halda cavabdein etimad hüququnun qorunmağa layiq olub-olmamasının müəyyən edilməsi və etimad hüququnun müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən qeyd etmişdir ki, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və cavabdeh etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya birdəfəlik ödəməni səhvən artıq ödəməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. Cavabdehdən asılı olmayan hallar nəticəsində birdəfəlik ödəmənin güman olunan səhv hesablanması zamanı bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi, inzibati orqan tərəfindən birdəfəlik ödəmə səhvən artıq ödənilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir.

31. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bununla bağlı hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

32. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır.

33. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 28-ci bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi.

34. Nəzərə almaq lazımdır ki, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir.

35. Bu baxımdan cavabdeh ona verilən 2.200 manat artıq ödəmənin qanunsuz olduğunu bildiyindən və ya ən azından bilməli olduğundan onun etimad hüququ istisna edilməlidir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Odur ki, cavabdehin etimadının qanunla qorunması hüququna malik olması barədə məhkəmənin mövqeyi haqlı sayıla bilməz.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli, Cavabdeh Cavabdeh ona əsassız ödənilmiş 2200 manat pul vəsaiti tutularaq iddiaçının hesabına ödənilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ###### 2025-ci il tarixli, 2-1(107)- ***/**** saylı qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilsin. Cavabdeh Cavabdeh ona əsassız ödənilmiş 2200 manat pul vəsaiti tutularaq iddiaçının hesabına ödənilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar