Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4456/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Tibbi-Sosial Ekspert Komissiyasının qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə sağlamlığın 35-60 faiz pozulması ilə bağlı 2 il müddətinə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında ##.##.2016-cı il tarixli, *** nömrəli qərarı (Xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994cü ildə aldığı və ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Ağdam Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu “Sol budun qəlpə yarası. Kəllə beyin travması” (Azərbaycan Respublikası SHXÇDX-nın Ağdam Rayon Şöbəsinin ##.##.2016-cı il tarixli, *** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli, *** nömrəli arayışı, Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin ##.##.2016-cı il tarixli, *** nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2016-cı il tarixli qərarına əsasən, İddiaçı həmin tarixdən ##.##.2021-ci il tarixədək “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri asteno-nevrotik vəziyyət davranış pozuntusu. Sol budun qəlpə yarası ilə.” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlillik təyin edilmişdir.
3. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının ******/** nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) ##.##.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı xəsətəxanaya ##.##.2021-ci il tarixdə daxil olmuş, ##.##.2021-ci il tarixdə çıxmışdır və əsas diaqnoz “F07.0 Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, asteno-nevrotik vəziyyət, davranış pozuntusu ilə” kimi qeyd edilmişdir.
4. ##.##.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, asteno-nevrotik vəziyyət davranış pozuntusu ilə.” diaqnozu ilə Göndərişin natamam doldurulması (1992-2020-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, mütəxəssis rəyləri, instrumental müayinələr ətraflı qeyd olunsun. Pulsuz dərman alan ruhi əsəb xəstələri- Reyestrdə yoxdur. Müəllim, ümumi təhsil məktəbi-qüvvədədir ##.##.2022) səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.
5. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Imtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması.
6. X8 ******** nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) ##.##.2023-cü il tarixli çıxarışından görünür ki, İddiaçı xəstəxanaya ##.##.2023-cü il tarixdə daxil olmuş, ##.##.2023-cü il tarixdə çıxmışdır və əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.
7. “xxxx” X2 Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli, *** nömrəli rəyindən görünür ki, Səhiyyə Nazirliyinin ##.##.2023-cü il tarixli, *** nömrəli əmrinə uyğun olaraq, İddiaçı öz müraciətinə əsasən “xxxx” nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə - F07” diaqnozu qoyulmuşdur.
8. ##.##.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Ağdam RƏD Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu; - H93.3 eşitmə sinirinin xəstəlikləri. Stasionar müalicə aldığı müəssisələr: X4 - daxil olma tarixi: ##.##.2023, çıxma tarixi ##.##.2023, diaqnoz- F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu X1 Dispanseri - daxil olma tarixi: ##.##.2023, çıxma tarixi ##.##.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Xarici görünüşü səliqəlidir. Huşu aydındır. Bələdliyi məkana və zamana görə pozulub. Zahirən narahatdır. Söhbət əlaqəsinə çətinliklə daxil olur. Verilən suallara ləng, əsəbi qısa cavablar verir, söhbət zamanı kövrəlir, səbəbini soruşduqda döyüş vaxtı itirdiyi və yaralanan xidmət dostları yadına düşdüyünü deyir, son vaxtlar qorxu, həyəcan, təşviş müşahidə olunur, konfiliktə meyillidir. Maraq dairəsi məhduddur. Emosional labildir. Yaddaş və qavraması geridir. Davranışı ciddi şəkildə pozulub. Depressivdir, gərgindir. Əhval-ruhiyyəsi dəyişkəndir. Intellekti aşağı səviyyədədir. Baş ağrılarından, huşsuzluqdan şikayət edir, mütəmadi müalicə qəbul edir (müayinə tarixi ##.##.2024). TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu.
9. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. Imtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi.
10. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı ilə müəyyən olunur ki, Bərdə rayon sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir (ESDAS:3-17-4/3-1- 18859/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016-cı il tarixli, *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Sol budun qəlpə varası. Kəllə beyin travması” travmanın səbəb-əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı daim nəsə baş verəcəyindən qorxduğunu, sanki başının “axdığını”, sol ayağının yaralandığını, tez-tez keyidiyini bildirmişdir. Baxış zamanı sol budun orta və aşağı 1/3-də çapıqlar izlənmiş, hərəki məhdudluq qeyd edilməmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını bilmədiyini söyləmişdir. Psixi statusunda suallara adekvat cavablar vermiş, bələdliliyi məkana və zamana görə pozulmamış, ümumi həyəcanlı olmuş, davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan, hərbi travmanın qalıq əlamətlərini təsdiqləyən kranial müayinə (KT, MRT) nəticələri təqdim edilməmişdir kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı gecələr qorxuları olduğunu ifadə etmişdir. Övladının vurub qolunu sındırdığı üçün polisə düşdüyünü, lakin müalicəyə yönəldildiyini söyləmişdir. Təqdim edilmiş epikrizlər 2023-2024-cü illərə aid olmuşdur. Sol budun orta 1/3-də və boyunun arxa səthində çapıqlar izlənilmişdir. Psixi statusu: Ünsiyyətdə çoxsözlü, sualları tam qavramış, mahiyyətinə uyğun cavablar vermişdir. Emosional patoloji hal izlənilməmişdir. Təfəkkürü ardıcıl, məntiqi olmuş, mühakimə və analiz qabiliyyəti qorunmuşdur. ƏMAS-da ümumtəhsil məktəbində müəllim kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir. xxxxnın ##.##.2023-cü il tarixli, *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə. Təyin edilən diaqnoz 6 av müddətinə qüvvədədir” kimi qeyd olunmuşdur. X8 ##.##.2024-##.##.2024-cü il tarixli ********* nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
11. X6 ******** nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) ##.##.2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı xəstəxanaya ##.##.2024-cü il tarixdə daxil olmuş, ##.##.2024-cü il tarixdə çıxmışdır və əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.
12. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə ##.##.2024-cü il tarixdə “İddiaçı üçün verilmiş 31.01.24-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir.
13. X1 Dispanserinin ******** nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) ##.##.2025-ci il tarixli çıxarışından görünür ki, İddiaçı xəstəxanaya ##.##.2025-ci il tarixdə daxil olmuş, ##.##.2025-ci il tarixdə çıxmışdır və əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
14. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Ağdam RHK tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmət dövründə, yəni ##.##.1994-cü il tarixdə aldığı xəsarətə görə ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Nəticədə, ona yaralanma və travma. Sol budun qəlpə yarası, kəllə-beyin travması diaqnozu qoyulmuş, həmin diaqnoz Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiqlənmiş və “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. O, 2-ci dərəcəli əlillik dərəcəsi almış, lakin təkrar əlillik dərəcəsinin alınmasında çox çətinliklə üzləşmiş, lazımi xəstəxanalarda stasionar müalicə və müayinə olunsa da, ona heç bir köməklik olunmamışdır. O, hərbi xidmət dövründə, düşmən tərəfindən atılan top mərmisinin yaxınlığına düşməsi nəticəsində xəsarət almış və mütəmadi olaraq səhhəti ilə bağlı müalicə və müayinə olunmuşdur. O, xəstəlik nəticəsində əmək qabiliyyətini itirmiş, nəticədə ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Lakin təkrar müayinə vaxtı əlillik dərəcəsi bərpa olunmamışdır. Dəfələrlə Ağdam Rayonlararası Əsəb-ruhi Xəstəxanasında stasionar və ambulator müalicə və müayinə olunsa da, ona heç bir köməklik olunmur. Təkrar əlillik dərəcəsinin verilməsi üçün əyani müayinədən keçmiş və dəfələrlə müraciət etməsinə baxmayaraq, rəsmi olaraq ona imtina cavabı verilmişdir. Nəticədə, mübahisəyə son qoymaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Uzun müddətdir ki, əsəb xəstəliyindən əzab çəkir. Hesab edir ki, cavabdehin ona əlillik təyinatından imtinası əsassızdır.
16. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixdə əyani müayinədə olmuş, “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (hərbi travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar, depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə” qeyd olunsa da, klinik olaraq (qıcolma, davranış pozuntuları, koqnitiv dəyişikliklər, hərəkət pozuntuları və sair) öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. “Diaqnozun mətni: Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi affektiv pozuntu, koqnitiv funksiyaların enməsi və qıcolma tutmaları ilə Məzkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
17. Gəncə Inzibati Məhkəməsinin (hakim: R.N.Tağıyeva) ## ###### 2025-ci il tarixli, 2 *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X10 Bakir Vəli oğluna əlilliyin təyin edilməsindən imtina barədə ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 meyarı üzrə təkrar əlilliyə görə nəzərdə tutulan stasionar və ambulator müalicələri almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. Iddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, *** nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin, iddiaçıya 2016-cı ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. Iddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun gəlir. Odur ki, ona orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir.
19. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Isgəndərova) ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki: 1) Yoxlanılan şəxs İddiaçı “Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə” (F07.0) diaqnozu aşkar olunur. 2) İddiaçı aşkar olunan bu diaqnoz onun keçirmiş olduğu travmanın uzaq fəsadlarından biridir, yəni həmin travmanın ağırlaşması hesab olunur. 3) Yoxlanılan şəxs İddiaçı qeyd edilən “Üzvi (keçirilmiş kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə” (F07.0) diaqnozu hərbi xidmət vəzifələrini yerinə yerirərkən alınmış travmanın ağırlaşmasının nəticəsi hesab oluna bilər.
21. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.Isgəndərova) ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı qismən, yəni “əlilliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə təyin edilməsi” hissəsində dəyişdirilmiş, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuş, qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 22.1. Məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən də görünür ki, İddiaçı “Üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və intihar fikirləri ilə” (F07.0) diaqnozu aşkar olunur və onda aşkar olunan bu diaqnoz onun keçirmiş olduğu travmanın uzaq fəsadlarından biridir, yəni həmin travmanın ağırlaşması hesab olunur. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə ona qoyulmuş diaqnoz əlillik təyininə əsas verdiyi halda, cavabdeh orqan bundan imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilsə də, o, şəhadətləndirilən, əvvəlki əlillik təyinatı zamanı və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmişdir. Onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb əlaqəsi ilə əlillik təyin olunmasına əsas verir. 22.2. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının iddiaçının orqanizminin funksiyalarının pozulması faizinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddiaçıda olan xəstəlik birinci instansiya məhkəməsinin qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində qeyd edilmiş meyarlarla deyil, 7.6.2.1-ci bəndində qeyd edilmiş meyarlarla uyğunluq təşkil edir. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci (Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0) bəndinə görə: 7.6.2.1. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) zamanı- orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. 7.6.2.2. Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Göründüyü kimi, 7.6.2.2-ci bənddə qeyd olunan əlamətlər 7.6.2.1-ci bənddə nəzərdə tutulan əlamətlərə münasibətdə daha ağırdır. Yəni, orqanizmin funksiyalarının 35-60 faiz pozulması halında şəxs müvafiq simptomlarla yanaşı, bütövlükdə sərbəst yaşamaq bacarığına malik olur və yalnız bəzi hallarda kənar şəxsin köməyinə ehtiyac duyursa, orqanizmin funksiyalarının 65-80 faiz pozulması halında isə şəxsi gigiyenaya qarşı laqeydlik, eləcə də tez-tez kəskinləşən psixotik epizodların və digər simptomların fonunda daimi müşahidə zərurəti mövcuddur. Iddiaçı barəsində sonuncu dəfə göndəriş rəsmiləşdirilərkən həkim müayinəsi zamanı müəyyən edilmişdir ki, xarici görünüşü səliqəlidir, huşu aydındır, bələdliyi məkana və zamana görə pozulub. Zahirən narahatdır, söhbət əlaqəsinə çətinliklə daxil olur, verilən suallara ləng əsəbi qısa cavablar verir, söhbət zamanı kövrəlir, səbəbini soruşduqda döyüş vaxtı itirdiyi və yaralanan xidmət dostları yadına düşdüyünü deyir, son vaxtlar qorxu, həyəcan, təşviş müşahidə olunur, konfiliktə meyillidir. Maraq dairəsi məhduddur, emosional labildir, yaddaş və qavraması geridir. Davranışı ciddi şəkildə pozulub, depressivdir, gərgindir, əhval-ruhiyyəsi dəyişkəndir və intellekti aşağı səviyyədədir. 22.3. Həmçinin, məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən iddiaçı barəsində keçirilən ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı onun psixi statusu barədə qeyd edilmişdir ki, zahirən bir qədər gərgin görünür. Özünə, zamana və məkana görə bələdliyi kifayət qədərdir. Ünsiyyətə bir qədər çətin daxil olur. Suallara müəyyən fasilədən sonra cavablar verir. Nitqi tempinə görə ləngdir. Fikrini düzgün ifadə edə bilir. Təfəkkürü torpiddir. Söhbət zamanı bir mövzudan digərinə keçməkdə çətinlik çəkir, bəzən əhəmiyyətsiz detallar üzərində fiksə olunur. Müayinə zamanı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar edilmir. Əhvali ruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Xarici qıcıqlara qarşı həssaslığı yüksəlmişdir. Davranışı üzərində nəzarətinin zəifləməsi qeyd olunur. Intellektual mnestik funksiyaları kobud pozulmasa da, koqnitiv funksiyalarının bir qədər enməsi müəyyən edilir. Söhbət prosesində tez yorulur, astenizasiya əlamətləri qeyd edilir. Öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi saxlanılıb. Göründüyü kimi, iddiaçının müvafiq tibb müəssisələri tərəfindən obyektiv müayinəsi zamanı onda müəyyən edilmiş əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində nəzərdə tutulan əlamətlərlə uyğunluq təşkil edir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir.
23. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında– 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında 31-60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular. F06 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
29. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
39. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
40. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
41. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
42. Bu mənada, kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.