Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-446/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-446/19 Bakı şəhəri 13 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin vəkili Vəkil iştiraklar ı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2208/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 fevral 1988-ci il tarixdən 02 iyul 1990-cı il tarixədək işlədiyi dövrün ümumi iş stajına, 02 oktyabr 1995-ci il tarixdən 03 sentyabr 2001-ci il tarixədək və 1978-ci ildən 30 dekabr 1987-ci il tarixədək işlədiyi illərin güzəştli iş stajına daxil edilməklə 57 yaşının tamam olduğu vaxtdan, yəni 03 oktyabr 2011-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqim ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, uzun müddət əmək fəaliyyəti ilə məşğul olduğundan və çalışdığı vəzifələr xüsusilə ağır işlər olduğundan cavabdeh onun 57 yaşının tamam olduğu vaxtdan, pensiya haqqında qanunvericiliyin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməli idi. Lakin bu nunla bağlı cavabdehə müraciət olunsa da, cavabdeh ona güzəştli şərtrlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2-1(81)3275/2018 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmiş, iddiaçıya 02 fevral 1988-ci ildən 02 iyul 1990-cı ilə qədər işlədiyi dövrü ümumi iş stajına, 02 oktyabr 1995-ci ildən 03 sentyabr 2001-ci ilə qədər və 1978-ci ildən 30 dekabr 1987-ci ilə qədər işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə 57 yaşı tamam olduğu tarixdən, yəni 03 oktyabr 2011-ci il tarixdən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəlik ö dənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı qanunvericiliklə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan ümumi və zərərli iş stajına malik olduğundan, hüququnun yarandığı tarixdə qüvvədə olan əmək pensiyası qanunvericiliyinin tələblərinə əsasən, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və yaranacaq fərq iddiaçıya ödənilməlidir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2208/18 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında göstərilmiş əsasları öz qərarında təkrarlamış və bildirmişdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01 iyul 2017ci il tarixədək azı 25 il siğorta stajına malik olması və həmin müddətin azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması tələb olunur ki, qanunla müəyyən edilmiş həmin şərtlər iddiaçıya münasibətdə ödənilmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 3.1, 9.1, 9.8, 21.1, 69, maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərə k onun ləğv barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə çalışan siğorta olunan kişilər 60 yaşına çatdıqda və azı 25 il siğorta stajına malik olmaqla, bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışlarsa, onların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İddiaçının işlədiyi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Ka binetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmamış, aşağı instansiya məhkəmələri isə göstərilən məsələyə düzgün mövqedən qiymət verməmiş və iddia tələbinin təmin olunması barədə yanlış qənaətə gəlmişdirlər. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası m əhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 02 fevral 1988-ci il tarixdən 02 iyul 1990-cı il tarixədək “xxxxxüsusitəmir” müəssisəsində rəis, 02 oktyabr 1995-ci il tarixdən 03 sentyabr 2001-ci il tarixədək iş icraçısı, 23 fevral 2004-cü il tarixdən 14 may 2008-ci il tarixədək 80 saylı MKİS-də mühəndis vəzifəsində işləmişdir. Füzuli “Aqrartikinti” filialının 78 saylı 12 may 2003-cü il tarixli arayışdan görünür ki, iddiaçı 01 avqust 1978-ci il tarixdən 28 fevral 1980-ci il tarixədək Füzuli 9 saylı “Aqrartikinti” trestinin nəzdində fəaliyyət göstərən 44 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə tikinti briqadiri, 01 mart 1980-ci il tarixdən 30 dekabr 1987-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. İddiaçının işlədiyi iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 12 sayl qərarının 29-cu bölməsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri – güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aiddir. Cavabdeh tərəfindən iddiaçıya ün vanlanmış 02 may 2018-ci il tarixli məktubda bildirilmişdir ki, iş stajınızı təsdiq edən sənəddə 02 fevral 1988-ci il tarixdən 02 iyul 1990-cı il tarixədək “xxxx” Xüsusi Təmir Müəssisəsində sahə rəisi, 02 oktyabr 1995-ci il tarixdən 03 sentyabr 2001-ci il tarixədək Təsərrüfatlararası Dövlət Layihə-Mənzil Tikinti Birliyinin 21 saylı TTS-də iş icraçısı işləmənizin qarşılıqlı yoxlanılması mümkün olmadığından və 1978ci il tarixdən 30 dekabr 1987-ci il tarixədək Füzuli rayon 44 saylı SMD-də iş icraçısı işlədiyin dövr əmək kitabçasında olmadığından həmin illərin hesablanması mümkün olmamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o əsasla yaranmışdır ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmış və müvafiq umumi və xüsusi iş stajını toplamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ da yaranmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin halalrına görə məhkəmələr iddiaçının 03 oktyabr 2011-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququnun yarandığına əsaslanmışdırlar. Həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barəd ə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 03 oktyabr 2011-ci il tarixinə iddiaçının 57 yaşı tamam olmuş, həmin müddətə onun 25 il sığorta stajı və onun daxilində 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta stajı toplanılmışdır. İşin hallarına görə iddiaçının ümumi iş stajınının dövrlərini 01 avqust 1978-ci ildən 14 may 2008-ci il tarixə qədər olan müddət təşkil etmiş, bu müddət ərzində iddiaçının müxtəlif vaxtlarda müxtəlif peşələrdə işlədiyini apellyasiya məhkəməsi müəyyən etsə də, lakin hansı qaydada həmin müddətlərin bilavasitə cəm şəklində 25 il təşkil etdiyi, onun daxilində isə 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi sığorta s tajının hesablandığı müəyyən deyildir. Halbuki, istinad edilmiş Qanununun 22-ci maddəsi “Sığorta stajının hesablanması qaydası”nı aşağıdakı kimi tənzimləmişdir: - 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, şəxsin sığorta stajı müəyyən edilərkən, onun hesablanması zamanı bilavasitə 25 il (onun daxilində 12 il 6 ay) təşkil etdiyi işlədiyi dövrlər üzrə hər bir əmək fəaliyyətinin müddəti illər, aylar və günlərlə hesablanmalıdır ki, onların cəm şəklində toplanmasının istinad edilən nəticənin verdiyi aydın olsun. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Qeyd edilmiş səlahiyyət çərçivəsində apellaysiya məhkəməsinin qərarı yoxlanılarkən, məhkəmə kollegiyası bildirir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun hansı qaydada yarandığı qeyri-müəyyəndir və bu halda kassasiya instansiya məhkəməsi həmin müddətlərin hesablanması məcburiyyəti qarşısında qalır. Halbuki, işin halı olmaqla,sığorta stajı apellyasiya məhkəməsi tərəfindən istinad edilmiş maddənin tələblərinə əsasən müəyyən edilməli idi. Apellyasiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensya hüququnun yaranmasını Azərbaycan Republikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə təqdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə ə mək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cü bölməsində əks olunmuş “iş icraçısı” peşəsinə uyğun olduğu nəticəsinə gəlmişdir. Halbuki, işin hallarına görə, iddiaçı 02 oktyabr 1995-ci il tarixdən 03 sentyabr 2001-ci il tarixədək və 01 mart 1980-ci il tarixdən 30 dekabr 1987-ci il tarixədək iş icraçısı kimi işləmişdir. Bu hal isə iddiaçının işlədiyi dövrlər nəzərə alınmaqla zamana görə qüvvədə olmuş normativ-hüquqi aktların tətbiqini zəruri etmişdir ki, bu hissədə apellyasiya məhkəməsi müvafiq qiymətləndirməni aparmamaqla, maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda əks olunmuş maddi hüquq nor malarının tətbiqi üçün iddiaçının güzəştli şərtlərlə pensya hüququnun yaranmasına əsas olmuş işin halları tam müəyyən edilməmiş və zəruri olan müddəalar tətbiq edilməmişdir. Bu halda həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi” pozulmuşdur. Həmin maddədə nəzərdə tutulmuşdur: ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halın müəyyən edilməsi üçün iş yenidən apellyaisya məhkəməs inə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansi yası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon Şöbəsinin müdiri Cahandar Axundov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2208/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsi n. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-446/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-446/2019
13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver