Məhkəmə qərarları › İş №2-1(102)-446/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-446/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-446/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Qırğızıstan Respulikası vətəndaşı X1 Bakı şəhəri Səbail raoyn Qeydiyyat şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: doğüm haqqında şəhadətnamənin ləğv edilməsi GİRİŞ HİSSƏ Hakimlər: 27.02.2020 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), http://supremecourt.gov.az/static/view/65X8 və X4 ibarət tərkibdə, İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil; 3-cü şəxs AAAAAAAAAAun nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Qırğızıstan Respublikasının vətəndaşı X1 cavabdehlər Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və 3-cü şəxslər X7 və X3 qarşı döğum haqqında şəhadətnamənin ləğv edilməsi və şəxsiyyət vəsiqəsinn fəaliyyətsiz sayılması haqqında iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Qırğızıstan Respublikasının vətəndaşı X2 cavabdehlər Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və 3-cü şəxslər X7 və X3 qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci cavabdeh şöbə tərəfindən azyaşlı X6 adına 12 dekabr 2012-ci il tarixində 1479-cu nömrə ilə verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılmasına və ləğv edilməsinə, həmçinin 2-ci cavabdeh İdarə tərəfindən azyaşlı X6 adına sənədləşdirilmiş AZ 11667312 nömrəli şəxsiyyət vəsiqəsinn fəaliyyətsiz sayılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərardadı ilə (hakim M.Bayramov; iş No 2-1(81)-2670/2017) iddianın cavabdeh İdarəyə qarşı – cavabdeh İdarə tərəfindən azyaşlı X6 adına sənədləşdirilmiş AZ 11667312 nömrəli şəxsiyyət vəsiqəsinn fəaliyyətsiz sayılmasına dair hissəsinin mümkün sayılmaması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2017-ci i l tarixli qərarı ilə (hakim M.Bayramov; iş No 2-1(81)-2670/2017) cavabdeh şöbə tərəfindən azyaşlı X6 adına 12 dekabr 2012-ci il tarixində 1479-cu nömrə ilə verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılması və ləğv edilməsi barədə iddianın rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 noyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən S.Seyidova, hakimlər S.Hüseynov və V.Məmmədov; iş № 21(103)-2041/17) iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Z.Quliyev, hakimlər N.Rəs ulbəyova və İ.Hüseynov; iş No 2-1(102)-492/18) iddiaçının kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və M.Məmmədov; iş № 2-1(103)-1130/2018) iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyas ının 13 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov, hakimlər S.Hüseynova və İ.Dadaşov; iş No 2-1(102)-1998/2018) iddiaçının kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Hazırki işə 3-cü dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)-895/19) iddiaçının apelyasiya şikayətinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin mümkün saylmaması qərara alınmışdır. Həmin qəra rdaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin materiallarında olan sübutlar əsasında yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qərardad qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu i l tarixli qərardadının ləğv edilməsi və işin materiallarında olan sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi Nümayəndə vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən 3-cü şəxs AAAAAAAAAAun nümayəndəsi və vəkili A.Quliyev kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin və 3-cü şəxs C.Bağırovan ın nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası m əhkəməsinin qərarı ləğv edilməlidir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, belə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində qızı, azyaşlı C.Bağırovanın adına 12 dekabr 2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin etibarsız sayılması və ləğv edilməsini tələb etmişdir, halbuki, bu cür iddia tələbi məhkəmə araşdırımasının predmetini təşkil edə bilməz, ümumiyyətlə mənası və əhmiyyəti yoxdur. Belə ki, uşağa doğum haqqında şəhadətnamənin verilməsinin qanunla müəyyən edilən əsasını doğum haqqında qeyd təşkil edir. Məhz doğum haqqında qeyd həyata keçirildikdən sonra doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas yaranır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2-ci maddəsinə ə sasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin maddədən və ona uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»ndan birmənalı olaraq, g göründüyü kimi, ilk öncə doğum barədə dövlət qeydiyyatı aparılır və bunun nəticəsi olaraq da doğum haqqında şəhadətnamə verilir. Başqa sözlə, doğum haqqında şəhadətnəmə doğum haqqında akt qeydi əsasında verilir. İşinn materiallarında olan azyaşlı C.Bağırovanın mübahisələndirilən doğum haqqında şəhadətnaməsindən də görünür ki, onun verilməs inə əsas – uşağın 02 noyabr 2012-ci ildə ABŞ-ın Nyu-York şəhərində doğulması barədə, doğum haqqında qeydlər kitabında 2012-ci ilin dekabr ayının 12-ci günündə 1479 No ilə qeydin edilməsi təşkil edir. Deməli, həmin qeyd mövcud olduğu halda, şəhadətnamınin etibarsız və ya ləğv edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsin görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normaları məna baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüquqa malik olan şəxs tərəfindən qanunla müəyyən edilən müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldıalmalı, qanunla qorunan hüquq və azadlıqların pozulması sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxılması mümkün olsun. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, idiaçının hazırki iddia tələbinin inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə olan halda, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edlənlər qismən əsaslı olduğundan qismən qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə müvafiq olaraq məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bundan başq a, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərur ət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4-cü bənd). Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Lakin hazırki iş üzrə müəyyən edilir ki, nə 1-ci instansiy a məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmamış, onunla müzakirə aparmamış, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməmiş, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmiş və nəticədə prosessual qanunla üzərilərinə qoyulan vəzifələri yerinə yetirməmişlər. Bəhs olunan məsələlər işin düzgün həlli üçün əhəmiyyət daşıdığından, onların apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən dəqiq araşırılması zəruridir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş s əbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Q ırğızıstan Respublikasının vətəndaşı X1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02.05.2019-cu il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar