Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-446/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N05)-28N/2020 saylı, x xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba rayon Hərbi Komissarlığı tərəfindən azərbaycan dilində, kiril əlifbası ilə tərtib olunmuş və həmin Komissarlığın möhürü ilə təsdiq edilmiş xx xxxxxxx N996-cı il tarixli arayışa əsasən iddiaçı həqiqətən x xxxx N99N-ci ildən-xx xxxx N996-cı ilədək Azərbaycan ordusu sıralarında qulluq etmiş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmçinin N saylı hərbi hissə tərəfindən Quba rayon Hərbi Komissarlığına təqdim etmək üçün verilmiş və həmin hissənin möhürü və 3-c ü və 4-cü MAT-ın komandirləri Ə.Əliyev və E.Əliyev və N saylı hərbi hissənin komandiri, polkovnik leytenant E.Məmmədov tərəfindən imzalanaraq təsdiq edilmiş, azərbaycan dilində, kiril əlifbası ilə əlyazma ilə tərtib olunmuş xidməti xasiyyətnamədən görünür ki, x xxxx N992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən sıravi-iddiaçı xx xxxx N994-cü ildən N saylı hərbi hissədə xidmət edir.
2. Quba rayon Hərbi Komissarlığı tərəfindən verilmiş və həmin komissarlığın möhürü ilə təsdiq olunmuş, iddiaçının fotoşəkili yapışdırılmış arayışdan görünür ki, iddiaçı ilk öncə hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış və xx.xx.N99N-ci il tarixdə hərbi hissəyə göndərilmiş, N992-ci ilin yanvar ayına kimi xidmət etmişdir. Daha sonra xx.xx.N994-cü ildən xx.xx.N996-cı il tari xə kimi N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir.
3. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdə onun hərbi geyimdə hərbi sursat və əsgər yoldaşları ilə birgə görüntüləri əks olunmuşdur. Fotoşəkillərin üzərində yazılmış qeydlərdə həmin fotoların N994-cü ilin sentyabr-N996-cı ilin yanvar aylarında Füzuli bölgəsindən yadigar kimi çəkilməsi əks olunmuşdur.
4. SX ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N996-cı il tarixli, N4N saylı əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.20N8-ci il tarixli arayışa əsasən iddiaçının məhkumluğu barədə məlumat aşkarlanmamışdır.
6. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus hərbi biletin 4-cü səhifəsində N nömrəli hərbi hissədə xx.xx.N994-xx.xx.N996-cı illərdəki xidməti Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli arayışı ilə təsdiqlənmədiyindən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı xx xxxxxxx 20N9-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N 973-cü il tarixdə Quba rayonunda anadan olmuş, N99N-ci ildə Quba rayon İHXÇDX-ci tərəfindən həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış, xx.xx.N99N-ci il tarixdə hərbi hissəyə göndərilmiş və xx.xx.N996-cı il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N4N nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, həqiqi hərbi xidmət dövründə N saylı hərbi hissənin tərkibində xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, Füzuli rayonu uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə hərbi hissənin rəhbərliyi tərəfindən təşəkkür almış və bu hal ona verilmiş xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün bir neçə il dəfələrlə cavabdehə mür aciət etmiş və hər dəfə imtina edilmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnun olmasını bilməmiş və nəhayət, 20N9-cu il tarixdə keçmiş hərbçi dostu ona məhkəməyə müraciət hüququnun olduğunu izah etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir.
9. Cavabdehin iddiaya qarşı etirazının əsaslarına görə iddiaçının hərbi biletinin 4-cü səhifəsindəki N nömrəli xx.xx.N994-xx.xx.N996-cı il illərdəki xidməti Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli arayışında təsdiqlənmədiyindən, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun olmamışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X2, 2-N(NN8)-263/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya müh aribə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçının döyüş əməliyyatlarını fərarilik etməklə tərk etməsi, habelə onun barəsində cinayət işinin açılması və ya iddiaçıya müharibə veteranı statusunun verilməsini istisna edən hallar barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin N4-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində işt irakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsassız olmuşdur.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Məhkəmə kollegiyasının sorğusu əsasında istinad olunan Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N996-cı il tarixli, N4N saylı əmrin təsdiq olunmuş kserosurəti əldə olunmuş və müəyyən olunmuşdur ki, sözügedən əmr həqiqətən də “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarından hərbi xidmətdə ehtiyatda olan əsgər, matros və çavuşlarının hissə-hissə tərxis olunması” ba rədədir.
14. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər XN-məruzəçi, X3 və X5, 2-N(N05)-28N/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
15. Cavabdeh x xxxxxx 202N-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
16. İddiaçı x xxxx N99N-ci və ya xx.xx.N99N-ci ildə hərbi xidmətə göndərilmişdir. Həmin dövrdə çağırışçılar Sovet Ordusunun hərbi hissələrində xi dmət keçirdilər. İddiaçı hərbi xidmətə göndərildiyi vaxtdan N992-ci ilin yanvarına kimi keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. N99N-ci ilin dekabrında Sovet ittifaqı dağılmışdır.
17. İddiaçının N992-ci ilin yanvarından N994-cü il martın N8-dək hərbi xidməti barədə məlumatlar yoxdur. İddiaçının x xxxx N99N-ci ildən xx xxxx N996-cı ilədək Azərbaycan ordusunda xidmət etməsi hərbi komissarlığın yuxarıda qeyd edilən sonuncu arayışı ilə də təkzib olunur.
18. İddiaçının adına olan uçot kartında, hərbi bilet əvəzi arayışda və hərbi biletində onun xx.xx.N994-cü ildən xx.xx.N996-cı ilə kimi N nömrəli hərbi hissədə xidmət etməsi göstərilib, iddiaçı iddia ərizəsində də N saylı hərbi hissənin tərkibində xx.xx.N994cü il tarixdən xx.xx.N996-cı il tarixədək Füzuli rayonu uğrunda gedən döyüşlərdə i ştirak etdiyini göstərir. Halbuki, xx xxx N994-cü ildə döyüş əməliyyatları dayandırılmışdı və N nömrəli hərbi hissə də döyüş əməliyyatları aparmırdı.
19. Məhkəmə belə bir hala aydınlıq gətirmir ki, əgər iddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdirsə niyə onun xidməti barədə həmin hərbi hissənin sənədlərində hər hansı məlumat yoxdur. Halbuki, N996-cı ildə hərbi hissələrdə nizami hissə üzrə əmrlərin, şəxsi heyətin əlifba qeydiyyatı kitablarının daha ciddi qeydiyyatı aparılırdı.
20. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli məktubunda isə göstərilir ki, N №-li hərbi hissə komandirinin mart-dekabr N994-cü İl tarixli, iyun-iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi his sənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 5 №-li əmrilə iddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir.
21. N №-li hərbi hissə komandirinin Mərkəzi Arxivdə olan xx.xx.N992xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin yanvar-dekabr N993, yanvar-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda N №-li hərbi hissənin yanvar-fevral N994-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş şəxsi heyətinin siyahısında pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir.
22. İddiaçı isə hərbi bileti ilə bərabər onun N nömrəli hərbi hissədə xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrlərini və arxiv arayışını cavabdehə təqdim edə bilmir. Əksinə, arxiv məlumatında onun N nömrəli hərbi hissədə xidmət keçməsi barədə məlumatın aşkar olunmadığı bildirilir.
23. İddiaçı N () nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. Bu halı onun hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə əmrin olması təsdiq edir. Lakin, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması və hərbi xidmətdən buraxıldığına görə şəxsi heyətin siyahısından çıxarılması barədə komandirin əmri olmamışdır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ” Əsasnaməyə əsasən Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi {qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xari ci Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
26. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 27. 2x xxxxxx N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: M addə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
28. Azərbaycan Respublikasının x xxxxxxx N997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onları n hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. 29. “Veteranlar haqqında” Qanun: Maddə 3, 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qa rşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerin ə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və y a arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövl üyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci b əndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sər həd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
31. İnzibati Prosessual Məcəllə: Maddə N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N2.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.N. Sübutlar məhkəmə tərəfin dən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.N. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
32. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab ed ilir.
33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
35. İddiaçı xx xxxx N994-cü ildən başlayaraq N saylı hərbi hissənin tərkibində Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus hərbi biletin 4-cü səhifəsində N nömrəli hərbi hissədə xx.xx.N994-xx.xx.N996-cı illərdə xidməti Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli 9/2-4258 nömrəli arayışı ilə təsdiqlənmədiyindən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.
36. İddiaçının N saylı hərbi hissənin tərkibində xidmət etməsi, xx xxxx N994-cü ildən xx xxx N995-ci ilə qədər Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi, xx xxxx N996-cı ildə hərbi xidmətdən ehtiyata buraxılması barəsində tərtib edilmiş hərbi biletin dublikatı, xx xxxxxxx N996-cı ildə Quba rayon hərbi komissarlığının tərtib etdiyi qeydiyyat kartası, habelə iddiaçı haqqında olan xasiyyətnamə və rayon hərbi komissarlığınınxx xxxxxxx N996-cı il tarixli arayışı ilə təsdiq edilir.
37. Cavabdeh məhkəməyə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli məktubunda N saylı hərb i hissənin xx.xx.N992-xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsini təsdiq etmişdir.
38. Bununla belə, cavabdeh ayrı-ayrı vaxtlarda birinci instansiya və apelyasiya məhkəməsinə göndərdiyi məktublarında iddiaçının N saylı hərbi hissədə xidmət keçməsi və onun döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissə üzrə əmrlərdə və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında məlumat aşkar olunmadığını bildirmişdir.
39. Cavabdeh həmçinin x xxxxxxxx 2020-ci il tarixli məktubunda bildirmişdir ki, N saylı hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli N saylı əmri ilə iddiaçı şəxsi heyətin siyahısına daxil edilmiş, N saylı hərbi hissə komandirinin Mərkəzi Arxivdə olan xx.xx.N992-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində N saylı hərbi hiss ə komandirinin yanvar-dekabr N993, yanvar-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və pul təminatı ilə təmin olunmuş şəxsi heyətinin siyahısında pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir.
40. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və y a orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
41. Əsasnamənin tələbinə görə iddiaçının hərbi biletində olan məlumatlar hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər.
42. Cavabdehin məlum atlarına görə iddiaçının hərbi biletində olan məlumatlar hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilmir.
43. Apelyasiya məhkəməsi iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatlarla onun ümumiyyətlə N saylı hərbi hissədə xidmət etmədiyi barədə cavabdehin təqdim etdiyi məlumatlarda olan ziddiyyəti araşdırmamışdır.
44. İddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, onun qanuni əsasla xx xxxx N996-cı ildə hərbi xidmətdən ehtiyata buraxılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən təqdim edilən sənədlərdə, həmçinin həmin şöbə tərəfindən verilən iddiaçı barəsində hərbi biletin dublikatında əksini tapdığından Xidmətin Quba rayon şö bəsinə sorğular edilərək həmin sənədlərin mötəbərliyi yoxlanılmalı, məlumatların hansı ilkin sənədlər əsasında tərtib edilməsi ətraflı araşdırılmalıdır.
45. Cavabdeh N saylı hərbi hissə komandirinin mart-dekabr N994-cü il iyun-iyul N996-cı il, iyul N997-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumatın aşkar olunmadığını bildirmiş, apelyasiya məhkəməsi cavabdehin məlumatının mötəbərliliyini yoxlamaq üçün adı çəkilən hərbi hissənin yuxarıda qeyd edilən dövrlə bağlı əmrlərinə, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarına baxış keçirilməsinin zəruriliyini müzakirə etməmişdir.
46. İşdə olan sənədlərdə iddiaçı ilə bağlı 702, N və N saylı hərbi hissələrin əmrlərinə istinad edilmiş, apely asiya məhkəməsi iddiaçının hərbi xidmət zamanı N və N saylı hərbi hissələrdə xidmət edib-etməməsinə aydınlıq gətirməmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən təqdim edilən sənədlərdə iddiaçının N saylı hərbi hissədə xidmət etməsi, cavabdehin təqdim etdiyi məktublarda isə xx xxxxxx N992-ci il tarixli N saylı əmrlə N saylı hərbi hissənin şəxsi heyətin siyahısına daxil edildiyi qeyd edilmiş, bu ziddiyyət məhkəmə tərəfindən aradan qaldırılmamışdır. 47. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı döyüş ə məliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.
48. Apelyasiya məhkəməsi iddiaçının hərbi biletində olan məlumatların hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməsini yuxarıda qeyd edilən qaydada ətraflı araşdırmadığından apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, kasasiya şikayəti qismən təmin olunmalıdır.
49. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələ blərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində təmin oluna bilməz.
50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.N0 və 98.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N05)-28N/2020 saylı x xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.